Məhkəmə qərarları › İş №2-1(114)-4516/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-4516/2025

20.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4516/2025 20.11.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçının nümayəndəsi X4 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi Gəncə Regional Qeydiyyat İmtahan və X6rşı “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində mühərrik və şassi nömrələri silinmə-nömrəsiz, ban nömrəsi XTC551000M0070913 qeyri-zavod olması barədə qeydin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi Gəncə Regional Qeydiyyat İmtahan və X6rşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə Şərab-2" ASC-nin xüsusi mülkiyyəti olan "KAMAZ 5410 yük" markalı, 20AD570 dövlət qeydiyyat nişanlı, mühərrik 461529 nömrəli, şassi 202077 nömrəli, 1989-cu il buraxılşlı, qırmızı rəngli avtomobilin qeydiyyat şəhadətnaməsində mühərrik və və şassi nömrələri silinmə-nömrəsiz, ban nömrəsi XTC551000M0070913 qeyri-zavod olması barədə qeyd aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ** AD ***" dövlət qeydiyyat nişanlı, "Kamaz 5410 yük" markalı avtomobil "xxxx" ASC-nin xüsusi mülkiyyətidir. Həmin avtomobil 20 ildən artıqdır ki, onların istifadəsindədir. Bu müddət ərzində avtomobil uzun müddət istismarda olmuş, təmirə dayanmış, təmir zamanı mühərrik, şassi və ban nömrələri silinərək oxunmaz hala düşmüş, təmirdən sonra isə ban nömrəsi kustar üsulla bərpa edilmişdir. Müvafiq sənədləşmə aparılması üçün Gəncə RQİ və TBŞ-yə müraciət edilmişdir. Orada avtomobilə baxış keçirilmiş, bildirilmişdir ki, avtomibildə mühərrik və şassi nömrələri silinmə-nömrəsizdir, ban nömrəsi isə qeyri-zavoddur və qeydiyyata alınması mümkün deyildir. Məsələnin həlli ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan X3 dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsinə müraciət edərək həmin nəqliyyat vasitəsinin onlara məxsus olması və silinmə hallarının həqiqətən də uzun müddətli istismar və təmir səbəbindən əmələ gəlməsi məsələsinin aydınlaşdırılması xahiş edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan X3 dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsi iş materallarını araşdıraraq xx.xx.2025-ci il tarixli rəy verilmişdir. Həmin rəydə "KAMAZ 5410 yük" markalı, ** AD *** dövlət qeydiyyat nişanlı, mühərrik 461529 nömrəli, şassi 202077 nömrəli, 1989-cu il buraxılışı, qırmızı rəngli avtomobilin qeydiyyat şəhadətnaməsində mühərrik və şassi nömrələri silnmə-nömrəsiz, ban nömrəsi XTC551000M0070913 qeyri-zavod olması barədə qeyd aparılması məqsədə müvafiq hesab edilmiş və rəyin surəti Gəncə RQİ və TBŞ-yə göndərilmişdir. Lakin, cavabdeh tərəfindən qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmasından imtina edilmiş, mülkiyyət hüququnun tanınması ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Hesab edir ki, cavabdehin bu hərəkəti tamamilə əsassız və qanunsuzdur. Çünki, nəqliyyat vasitəsinin qeydiyyat şəhadərnaməsində müvafiq qeydiyyatın aprılmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan X3 dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsinin müvafiq və əsaslandırılmış rəyi vardır. Odur ki, "xxxx" ASC-nin xüsusi mülkiyyəti olan "KAMAZ 5410 yük" markalı, ** AD *** dövlət qeydiyyat nişanlı, mühərrik 461529 nömrəli, şassi 202077 nömrəli, 1989-cu il buraxılşlı, qırmızı rəngli avtomibilin qeydiyyat şəhadətnaməsində mühərrik və və şassi nömrələri silinmə-nömrəsiz, ban nömrəsi XTC551000M0070913 qeyri-zavod olması barədə qeyd aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi tərəfindən Gəncə "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli, məktubundan görünür ki, Gəncə "xxxx" ASC-nin balansında olan "KAMAZ-5410 yük" markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, mühərrik nömrəsi 461529, şassi 202077 nömrəli, 1989-cu il buraxılışlı, qırmızı rəngli nəqliyyat vasitəsinin, qeydiyyat şəhadətnaməsində mühərrik və şassi nömrələri silinmənömrəsiz, ban nömrəsi XTC551000M0070913 qeyri-zavod olması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13-5/2-1141/2025 saylı rəyi Gəncə RQİ və TBŞ-ə daxil olmuşdur. Təlimata uyğun olaraq, sözügedən nəqliyyat vasitəsinin aqreqat (mühərrik, şassi və ban) nömrələrində uyğunsuzluqlar olduğu üçün müvafiq qaydada mülkiyyət hüququnun tanınmasına dair məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək, iddia tələbinin mahiyyətinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbinin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2025-ci il tarixli, rəyinə əsasən KAMAZ 5410 yük markalı, 20AD570 dövlət qeydiyyat nişanlı, mühərrik 461529 nömrəli, şassi 202077 nömrəli, 1989-cu il buraxılışlı, qırmızı rəngli avtomobilin qeydiyyat şəhadətnaməsində mühərrik və şassi nömrələri silinmənömrəsiz, ban nömrəsi XTC551000M0070913 qeyri-zavod olması barədə qeyd aparılması məqsədə müvafiqdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-AD-*** dövlət qeydiyyat nişanlı, "KAMAZ-5410 yük" markalı, mühərrik nömrəsi 461529, şassi 202077 nömrəli, 1989-cu il buraxılışlı, qırmızı rəngli nəqliyyat vasitəsinin sahibi “Gəncə-Şərab-2”, verilmə tarixi xx.xx.2003-cü il tarixdir. Əsaslandırma hissəsi: Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddia mümkün olduğundan iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materialları ilə əlaqəli araşdıraraq, hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, iddiaçı hazırkı iddia tələbi üzrə Gəncə Şərab-2" ASC-nin xüsusi mülkiyyəti olan "KAMAZ 5410 yük" markalı, 20AD570 dövlət qeydiyyat nişanlı, mühərrik 461529 nömrəli, şassi 202077 nömrəli, 1989-cu il buraxılşlı, qırmızı rəngli avtomobilin qeydiyyat şəhadətnaməsində mühərrik və və şassi nömrələri silinmə-nömrəsiz, ban nömrəsi XTC551000M0070913 qeyri-zavod olması barədə qeydin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, cavabdeh tələbin təmin edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçının tələbini təmin etməməkdə haqlı olmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ-ci bəndinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə görə İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İş materiallarında göründüyü kimi, KAMAZ 5410 yük markalı, 20AD570 dövlət qeydiyyat nişanlı, mühərrik 461529 nömrəli, şassi 202077 nömrəli, 1989-cu il buraxışlı, qırmızı rəngli avtomobil “Gəncə "xxxx" ASC-nin balansıdadır (mülkiyyətindədir). Həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2025-ci il tarixli, rəyindən görünür ki, KAMAZ 5410 yük markalı, 20AD570 dövlət qeydiyyat nişanlı, 461529 mühərrik nömrəli, 202077 şassi nömrəli, 1989-cu il buraxışlı, qırmızı rəngli avtomobilin qeydiyyat şəhadətnaməsində mühərrik və şassi nömrələri silinmə-nömrəsiz olması, həmçinin ban nömrəsi (XTC551000M0070913) qeyrizavod barədə qeyd aparılması məqsədə müvafiq hesab edilmişdir. Məhkəmə qeyd edir ki, KAMAZ 5410 yük markalı, 20AD570 dövlət qeydiyyat nişanlı, 461529 nömrəli mühərrikli, 202077 şassi nömrəli, 1989-cu il buraxışlı, qırmızı rəngli avtomobilin “Gəncə "xxxx" ASC-nin mülkiyyətində olması, həmçinin Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2025-ci il tarixli qeydiyyatın aparılmasının mümkün olması barədə rəyi, əsasdır ki, cavabdeh orqan tərəfindən KAMAZ 5410 yük markalı, 20AD570 dövlət qeydiyyat nişanlı, mühərrik 461529 nömrəli, şassi 202077 nömrəli, 1989-cu il buraxışlı, qırmızı rəngli avtomobil üzrə müvafiq qeydiyyat aparılsın. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunun İV bəndinin 4) hissəsinə görə, hüquqi və fiziki şəxslər hüquqi ünvanı və ya yaşayış yeri üzrə bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlarda nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngi dəyişdirildiyi və ya qeydiyyat məlumatlarının dəyişdirilməsini tələb edən digər halların yarandığı vaxtdan on gün ərzində onlara məxsus olan mexaniki nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirməli və daimi uçota aldırmalıdırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cü il tarixli 39 saylı Qərarı ilə təsdiq edilmiş “Mexaniki Nəqliyyat vsaitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamənin 4.1-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda nəqliyyat vasitələri təkrar qeydiyyata alınır: 1) fiziki şəxsin yaşayış yeri və ya hüquqi şəxsin olduğu yer dəyişildikdə; 2) nəqliyyat vasitəsinin sahibi dəyişildikdə; 3) sahibinin soyadı, adı, atasının adı dəyişildikdə; 4) avadanlıqla təchiz edilib yenidən yığılmasına və aqreqatların dəyişdirilməsinə görə nəqliyyat vasitəsinin tipi və yaxud modeli dəyişdirildikdə. Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması işlərinin aparılması barədə Təlimatın 4.1-ci bəndinə görə, nəqliyyat vasitələrinin qeydiyyat göstəriciləri dəyişdirildikdə “Əsasnamə”nin tələblərinə müvafiq olan və bu Təlimatın 2.1-2.10, 2.13 və 2.18-ci bəndlərində göstərilən hərəkətlər həyata keçirilir. 4.2-ci bəndinə əsasən, qeydiyyat göstəricilərinin dəyişdirilməsi rəsmiləşdirildikdən sonra bu Təlimatın 3-cü bəndində göstərilən qaydada nəqliyyat vasitəsinə yeni qeydiyyat şəhadətnaməsi verilir. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Gəncə Şərab-2" ASC-nin xüsusi mülkiyyəti olan "KAMAZ 5410 yük" markalı, 20AD570 dövlət qeydiyyat nişanlı, mühərrik 461529 nömrəli, şassi 202077 nömrəli, 1989-cu il buraxılşlı, qırmızı rəngli avtomobilin qeydiyyat şəhadətnaməsində mühərrik və və şassi nömrələri silinmənömrəsiz, ban nömrəsi XTC551000M0070913 qeyri-zavod olması barədə qeydin aparılması öhdəliyi cavabdehə həvalə edilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2.2.3, 34.1,68.1, 68.2 və 85.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş iddia təmin edilsin. Gəncə Şərab-2" ASC-nin xüsusi mülkiyyəti olan "KAMAZ 5410 yük" markalı, **-AD- *** dövlət qeydiyyat nişanlı, mühərrik 461529 nömrəli, şassi 202077 nömrəli, 1989-cu il buraxılışlı, qırmızı rəngli avtomobilin qeydiyyat şəhadətnaməsində mühərrik və və şassi nömrələri silinmə-nömrəsiz, ban nömrəsi XTC551000M0070913 qeyri-zavod olması barədə qeydin aparılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi Gəncə Regional Qeydiyyat İmtahan və X7 həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar