Məhkəmə qərarları › İş №2-1(114)-4518/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-4518/2025

14.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-4518/2025 14.08.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, etibarnamə üzrə nümayəndəsi Nümayəndəə Xanlar qızının, üçüncü şəxslər X12, X7, X15, X4 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı ünvan 7 ünvanı üzrə X12, X7, X15, X13, X5 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması iddia tələbi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı tərəf: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1949-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, xx.xx.2005-ci il tarixdən Gəncə şəhəri, Ş.İ.ünvan 2 ünvanda yaşayır. Kirovabda Şəhər Xalq Məhkəməsinin xx.xx.1972-ci il tarixli, 2-1824/1972 nömrəli qətnaməsi ilə X2 və X6 uşaqları ilə birlikdə Lenin prospekti bina 87, mənzil 33 ünvanında yerləşən mənzildə yaşamaq hüququ verilmişdir. X9 ilə iddiaçının nikahı xx.xx.1973-cü il tarixdə pozulmuş, bu barədə Gəncə nikah evində 07 nömrəli akt qeydi tərtib edilmiş, nikah pozulduqdan sonra ərə Məmmədov, arvada Rzayeva soyadı verilmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Yük Daşımaları Departamentinin xx.xx.2016-cı il tarixli 47/3 nömrəli arxiv arayışından görünür ki, İddiaçı həmin tarixdə Lenin prospekti, bina 87, mənzil 33A ünvanında qeydiyyatdadır və həmin ünvanda yaşayır. ünvan 3ər İcra Hakimiyyəti Mənzil-Kommunal X1 xx.xx.2024-cü il tarixli **********281 nömrəli şəxsi hesabdan çıxarışdan görünür ki, sözügedən mənzil 2 otaqlı, 28,17 kv.m ölçüdə olmaqla, yaşayanların ailə tərkibi 7 nəfər qeyd olunmuşdur – iddiaçı, nəvəsi X15, oğlu X12, oğlu X10, gəlini X7, nəvəsi X13, nəvəsi X8r. İddiaçı yaşayış yeri üzrə qeydiyyat haqqında X12, X7, X15, X13, X5 ünvan 7 ünvanda qeydiyyatda olduğunu bilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə cavabdehə müraciət edərək qeyd olunan mənzildən üçüncü şəxslər - X7, X15, X13, X5 ünvan 7 ünvanından qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-13-57/2-R- 115xx/xx/2025 nömrəli məktubda ona məhkəməyə müraciət etməsi bildirilmişdir. xx.xx.2025-ci il tarixdə iddiaçı Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X3 ilə Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, bina 87 ünvanda yerləşən Dövlət mənzil fonduna aid 33 nömrəli mənzilin 17,06 kv.metrdən ibarət 1 otağına dair yaşayış sahəsinin kirayə müqaviləsini bağlamışdır. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X12, X7, X15, X13, X5 ünvan 7 ünvanı üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı və etibarnamə üzrə nümayəndəsi iddianın təmin olunmasını xahiş etmişlər. Cavabdeh tərəf Cavabdeh iddiaya qarşı münasibət bildirməmiş və xx.xx.2025-ci il tarixli, 3-13-57/2- 19767/2025 nömrəli məktubla məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Üçüncü şəxs tərəfi: Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X12, X7, X15, X13, X14 və Gəncə şəhəri Mənzil kommunal X3 iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması qərara alınmışdır. X12 xx.xx.1965-ci il tarixdə ünvan 5 ünvanda qeydiyyatdadır və həmin ünvanda yaşayır. İddiaçının oğludur. X15 (iddiaçının nəvəsi) xx.xx.1992-ci il tarixdə ünvan 5 ünvanda qeydiyyatdadır və həmin ünvanda yaşayır. X7 (iddiaçının gəlini) xx.xx.1965-ci il tarixdə ünvan 5 ünvanda qeydiyyatdadır və həmin ünvanda yaşayır. X13 (iddiaçının nəvəsi) xx.xx.1989-cu il tarixdə ünvan 5 ünvanda qeydiyyatdadır və həmin ünvanda yaşayır. X14 (iddiaçının nəvəsi) xx.xx.1988-ci il tarixdə ünvan 5 ünvanda qeydiyyatdadır. Məhkəmə iclasında iştirak etmiş X12, X15, X7 və X13 iddia tələbini qəbul etməmişlər. Gəncə şəhər Mənzil kommunal X3 xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim etdiyi məktubunda bildirmişdir ki, ünvan 7 ünvanında yerləşən mənzilin 1 otağına dair İddiaçı ilə bağlanmış xx.xx.2025-ci il tarixli, 08 nömrəli yaşayış sahəsinin kirayə müqaviləsinin bağlanmasına əsas Kirovabad Şəhər Xalq Məhkəməsinin 1972-ci il tarixli, № 1824 Qətnaməsi və Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin mərkəzləşmiş mühasibatlığının elektron sistemində **********281 nömrəli şəxsi hesabın onun adına olması olmuşdur. ünvan 7 ünvanında hazırda X11 və X13 yaşayırlar. Məhkəmə iclasında üçüncü şəxs X14 iştirak etməmiş, digər üçüncü şəxs Gəncə şəhər Mənzil kommunal X3 nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh nümayəndəsinin, üçüncü şəxs X5, Gəncə şəhər Mənzil kommunal X1 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib- edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Subyektiv hüquq və ya başqa sözlə «subyektin hüququ» - bu konkret şəxsə məxsus olan hüquq olur. Subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. Göründüyü kimi subyektiv hüququn mövcudluğu inzibati məhkəmə icraatında iddianın mümkünlük şərtidir. Həmin şərtin pozulması isə iddiaya mahiyyəti üzrə qiymət verilməsinə imkan vermir. Hazırkı iş üzrə də məhz həmin mümkünlük şərtinin pozulması iddianın mahiyyəti üzrə baxılmasına imkan vermir. İşin mahiyyətinə görə, iddiaçı Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, bina 87 ünvanda yerləşən 2 otaqlı 33 nömrəli mənzilin 1 otağının kirayəçisidir. İddiaçı ona məxsus olan (kirayəçisi olduğu) ünvan 7 ünvanından üçüncü şəxslər X12, X7, X15, X13, X14 pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının müraciətinə imtina cavabı vermişdir Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X3 ilə Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, bina 87 ünvanda yerləşən Dövlət mənzil fonduna aid 2 otaqlı 33 nömrəli mənzilin 17,06 kv.metrdən ibarət 1 otağına dair yaşayış sahəsinin kirayə müqaviləsini iddiaçı ilə bağlamış və iddiaçı həmin mənzilin 1 otağının kirayəçisi hesab edilmişdir. Göründüyü kimi, iddiaçı mübahisə predmeti olan mənzilin yalnız 1 otağı ilə bağlı kirayə müqaviləsi bağladığı halda, ümumilikdə bütün mənzilə dair hər hansı tələb irəli sürmək üçün subyektiv hüquqa malik deyildir. Həmçinin o da qeyd olunmalıdır ki, üçüncü şəxslər iddiaçının yaxın qohumları olmaqla, şəxsi hesab vərəqəsində qeyd olunmaqla, məhkəmə iclasında həmin ünvanda hazırda yaşadıqlarını bildirmişlər. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı hazırki iş üzrə subyektiv hüquqa malik deyildir. Eyni zamanda, mübahisəli mənzil Dövlət mənzil Fonduna aid olmaqla Gəncə şəhər Mənzil kommunal X1 balansında olduğundan hazırki iş üzrə həmin qurum subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı ünvan 7 ünvanı üzrə X12, X7, X15, X13, X5 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar