Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-4528/2023 25.10.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı qeydiyyatdan çıxarılma tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı üçüncü şəxslər X13, X14, X3, X2, X23, X6, X7, X1, X4, X11, X8 və X9 ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2023cü il tarixdə məhkəməyə müraciət edərək, üçüncü şəxslər X13, X14, X3, X2, X23, X6, X7, X1, X4, X11, X8 və X9 onlara məxsus ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişlər.
2. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, ünvan 2 mülkiyyət hüququ əsasında İddiaçı1 və İddiaçı2 məxsusdur. Həmin evə dair mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsi alınmışdır. üçüncü şəxslər X26, X27, X12, X10, X31, X17, X18, X5, X15, X24, X19 və X20 onlara məxsus evdə qeydiyyatdadırlar. Zərurət olduğundan üçüncü şəxslərdən həmin evdən qeydiyyatdan çıxmalarını xahiş etmişlər, lakin, üçüncü şəxslər bundan imtina edirlər. Onlar hesab edirlər ki, üçüncü şəxslərin ünvan 2 ünvanında qeydiyyatda qalmaları onların hüquqlarını pozur. Onlar Cavabdehnə müraciət edərək üçüncü şəxslərin ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılmasını tələb etsələr də, bundan imtina edilmişdir. Onlar üçüncü şəxslərin həmin mənzildə qeydiyyatda olmalarına görə əlavə kommunal xidmət haqqı ödəyirlər.
3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. II. Prosessual məsələlər
4. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq iddiaçılara hüquqi yardım göstərilməsi məqsədilə xx.xx.2023-cü il tarixdə sərəncam göndərilərək, iddia ərizəsini imzalayan iddiaçıların nümayəndəsi X16 iddia ərizəsini imza etmək səlahiyyətinin olmadığı, etibarnamələrdə hazırkı inzibati iş üzrə Azərbaycan Respublikası MPM-in 74-cü və İPM-in 31-ci maddələrində nəzərdə tutulmuş səlahiyyətlərin etibar edilməsinin öz əksini tapmadığı və X16 iddiaçıların yaxın qohumu olmasını təsdiq edən sənədin iddia ərizəsinə əlavə edilmədiyi bildirilərək, məhkəməyə səlahiyyəti olan şəxs tərəfindən imzalanmış iddia ərizəsinin təqdim edilməsi təklif olunmuş və bununla əlaqədar qeyd edilən xətaların aradan qaldırılması üçün xx.xx.2023-cü il tarixədək müddət təyin edilmiş və xətaların aradan qaldırılmayacağı təqdirdə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir.
Əsaslandırma hissəsi:
5. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
6. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 3.1.İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2 İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir.
7. İş materialları ilə müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş hazırkı iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Belə ki, iddia ərizəsini X28 imzalasa da, onun iddia ərizəsini imza etmək səlahiyyətinə dair sənəd iş materiallarında mövcud deyildir.
8. İddiaçılar tərəfindən X21 verilmiş etibarnamələrdə isə hazırkı inzibati iş üzrə Azərbaycan Respublikası MPM-in 74-cü və İPM-in 31-ci maddələrində nəzərdə tutulmuş səlahiyyətlərin ona etibar edilməsi öz əksini tapmamışdır.
9. Digər tərəfdən, X16 iddiaçıların yaxın qohumu olmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməmişdir.
10. Buna görə də məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq iddiaçılara hüquqi yardım göstərilməsi məqsədilə xx.xx.2023-cü il tarixdə sərəncam göndərilərək, məhkəməyə səlahiyyəti olan şəxs tərəfindən imzalanmış iddia ərizəsinin təqdim edilməsi təklif olunmuşdur. Lakin iddiaçıların iddia ərizəsində qeyd etdikləri ünvana göndərilmiş sərəncamın üzərinə “Köçüb” yazılaraq məhkəməyə geri qayıtmışdır. Eynilə həmin sərəncam X21 da göndərilmiş və yenə üzərinə “Köçüb” yazılaraq məhəməyə geri qayıtmışdır.
11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləyə görə: Maddə 31.1. İnzibati məhkəmə icraatında proses iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər, həmçinin bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli nümayəndə vasitəsilə, fiziki şəxslər isə yaxın qohumlar vasitəsilə təmsil oluna bilərlər. Maddə 31.2. Prosessual nümayəndə onun nümayəndəliyini təsdiq edən sənədi məhkəməyə təqdim etdiyi andan məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktları və sənədləri bu Məcəllə ilə müəyyən olunmuş qaydada ona təqdim olunur və həmin nümayəndə təmsil etdiyi şəxsin adından bütün prosessual hərəkətləri həyata keçirə bilər. Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə görə: Maddə 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Maddə 69.1. Hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Maddə 69.1-1. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Maddə 74.1. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. Maddə 74.2. İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir.
13. MPM-in 19-cu maddəsinin “Qeyd” hissəsinə görə isə, yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər.
14. Göründüyü kimi, iddia ərizəsi iddiaçıların özü və ya onun qanunda nəzərdə tutulmuş qaydada səlahiyyətli nümayəndələri tərəfindən imza edilmədiyindən, həmçinin etibarnamədə Azərbaycan Respublikası MPM-in 74-cü və İPM-in 31-ci maddələrində nəzərdə tutulmuş səlahiyyətlərin etibar edilməsi öz əksini tapmadığından hazırkı iddia mümkün sayılmamalıdır.
15. İPM-ə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Nəticəvi hissə:
16. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. İddiaçının nəzərinə çatdırılsın ki, iddianın mümkün sayılmaması, mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Gülşən Əliyeva