Məhkəmə qərarları › İş №2-1(114)-4529/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-4529/2025

12.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4529/2025 12.09.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “üçüncü şəxslərin qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2025 Giriş hissəsi: Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra mətndə - iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı “X18, X11, X19, X12, X13, X14 və X3 ünvan 3 (Yeni qaydalarla: ünvan 1 ünvanı üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə:

1. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21-3- 33/2-6991/2025 nömrəli “əmlaka dair arxiv arayışının və sənədlərin surətinin verilməsi barədə” məktuba əsasən, Gəncə şəhər 1 saylı notariat ofisində xx.xx.2025-ci il tarixli, 48- 317 reyestr nömrə ilə təsdiq edilmiş alqı-satqı və ipoteka müqaviləsinə əsasən mənzil İddiaçı satılmış, mülkiyyətçiyə xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********20-05101-093021 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Hazırda mənzil xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2025-ci il tarixdən xx.xx.2033-cü il tarixə qədər 96 ay müddətinə "xxxx" ASC-nin xeyrinə yüklüdür. Məktuba qoşma şəklində əlavə edilmiş sənədlərə əsasən: - Gəncə şəhəri 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən 2V-70 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, xx.xx.2016-cı il tarixdə vəfat etmiş X4 vərəsələri X12 və X7r və onların hər biri miras əmlakdan ½ irs almalıdırlar. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən, ünvan 3 ünvanında yerləşən **********20- 05101-093021 reyestr nömrəli mənzil üzərində X12 və X6 paylı mülkiyyət hüququ xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2025-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən, ünvan 3 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən **********20-05101-093021 reyestr nömrəli mənzil üzərində İddiaçı tam mülkiyyət hüququ xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2025-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.

2. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən: - xx.xx.2025-ci il tarixli, ******* nömrəli “yaşayış yeri üzrə qeydiyyat haqqında arayış”a əsasən, X18, X11, X19, X12, X13, X14 və X2 şəhəri, Cümhuriyyət küçəsi, ev 12, mənzil 51 (Yeni qaydalarla: ünvan 1 ünvanında qeydiyyatdadırlar. - cavabdehin iddiaçının xx.xx.2025-ci il tarixli müraciətinə xx.xx.2025-ci il tarixli, 3-13- 57/2-M-151xx/xx/2025 nömrəli imtina məktubuna əsasən, X18, X11, X19, X12, X13, X14 və X3 ünvan 3 (Yeni qaydalarla: ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən (şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə) məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər.

3. İddiaçı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X18, X11, X19, X12, X13, X14 və X3 ona məxsus ünvan 3 (Yeni qaydalarla: ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın çıxarılmasını xahiş etmişdir.

4. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Gəncə Şəhəri, Nizami Rayonu, Cümhuriyyət küçəsi, ev 12, mənzil 51 (Yeni Qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzili 09 Aprel 2025-ci ildə X1 almış, mənzilə mülkiyyət hüququna dair çıxarış Azərbaycan Respublikası İqtidadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********20-05101-093021 nömrəsi ilə reyestr kitabına yazılmışdır. İddiaçı bildirir ki, artıq bir aydır qeyd edilən mənzildə yaşayır və mənzilə dair alqı-satqı X18 ilə onun arasənda aparılsa da, mülkiyyətində olan mənzilə digər üçüncü şəxslərin hansı şəraitdə qeydiyyata düşmələri barədə heç bir məlumatı yoxdur. X18, X15, X19, X12, X13, X14, X8, məndən əvvəl qeyd edilən mənzildə pasport qeydiyyatında olmuşdurlar. Mən ümumiyyətlə X16 tanımıram. X16 və ailə üzvlərini alqı-satqı zamanı görmüşəm. X5 və ailə üzvləri ilə heç bir qohumluq əlaqələrim yoxdur. İddiaçı qeyd edir ki, X18, X11, X19, X12, X13, X14 və X8 onun iradəsinə zidd olaraq xüsusi mülkiyyət hüququ ilə ona məxsus mənzildə yaşayış yeri üzrə qeydiyyatda qalmaqla mülkiyyət hüququnu pozur. Hal-hazırda X10 və ailə üzvlərinin harada yaşaması barədə iddiaçının heç bir məlumatı yoxdur və X10 və ailə üzvlərinin ona məxsus mənzildən qeydiyyatdan çıxarmağı qeyri-mümkün olduğu üçün o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. X10 və ailə üzvlərinin iddiaçıya məxsus sözügedən ünvanda qeydiyyatda olması haqda təqribi 2 ay əvvəl o, Gəncə şəhər “ASAN xidmət” mərkəzində yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında məlumat almış və həmin zaman ondan əvvəlki mülkiyyətçi olan X18, X11, X19, X12, X13, X14 və X3 ona məxsus mənzildə qeydiyyatda olmasından xəbərdar olmuşdur. İddiaçı X10 və ailə üzvlərinin ünvandan çıxması üçün onları axtarmağına baxmayaraq heç bir nəticə əldə edə bilməmiş, harada yaşamaları haqqında məlumat əldə edə bilməmişdir. İddiaçı Gəncə şəhər Qeydiyyat şöbəsinə müraciət edərək X10 və ailə üzvlərinin haqda məlumat əldə etməyə çalışmış və heç bir məlumat əldə edə bilməmiş, nəticə etibarilə axtarışları nəticəsiz qalmışdır. Nəticədə son çarə olaraq o, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdehnə X18, X11, X19, X12, X13, X14 və X8 qeydiyyatdan çıxarılmaları üçün müraciət etmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdehndən ona ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-13-57/2-M-151xx/xx/2025 saylı məktubundan da göründüyü kimi ərizəsinə baxılmış və qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında qeydiyyatdan çıxarıla bilər. Nəticə etibarilə Gəncə şəhər BPİnin məktubuna əsasən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

5. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X18, X11, X19, X12, X13, X14 və X3 iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuş, məhdud fəaliyyət qabiliyyətli X14 və X3 valideynləri - ataları X19 və X18 ilə təmsil olunmaları qərara alınmışdır.

6. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-13-57/2- 21092/2025 nömrəli məktuba əsasən, X18 xx.xx.2015-ci il tarixdən, X11 xx.xx.2006-cı il tarixdən, X19 xx.xx.2005-ci il tarixdən, X12 xx.xx.2005-ci il tarixdən, X13 xx.xx.2011-ci tarixdən, X14 xx.xx.2015-ci il tarixdən və X8 xx.xx.2015-ci il tarixdən hal-hazıradək ünvan 3 ünvanında qeydiyyatdadırlar. Adları qeyd olunan şəxslərin ünvan 3 ünvanına qeydiyyata alınmalarına əsas olan sənədlərin saxlama müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edildiyindən təqdim edilməsi mümkün deyildir.

7. Ədliyyə Nazirliyi Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-5/8-13-2418/2025 nömrəli məktuba əsasən, iddiaçı ilə üçüncü şəxslər arasında yaxın qohumluq münasibətləri mövcud deyildir.

8. Cavabdeh tərəfindən iddia tələbi ilə bağlı etiraz məhkəməyə daxil olmamışdır.

9. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, xx.xx.2025-ci il tarixli məktubla işə onların iştirakı olmadan baxılması xahiş edilmişdir.

10. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

11. Üçüncü şəxslərə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflərindən iddiaya münasibət bildirilməmiş, məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verilməmişlər.

12. Cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin şifahi məhkəmə baxışı iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi).

13. Məhkəmə araşdırmasının predmetini aşağıdakı inzibati məhkəmə icraatı materialları təşkil etmişdir: - iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlər; - “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2-6991/2025 nömrəli “əmlaka dair arxiv arayışının və sənədlərin surətinin verilməsi barədə” məktubu; - cavabdehin xx.xx.2025-ci il tarixli, 3-13-57/2-21092/2025 nömrəli məktubu; - Ədliyyə Nazirliyi Gəncə şəhər Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-16-5/8- 13-2418/2025 nömrəli məktubu.

Əsaslandırma hissəsi:

14. İddia mümkün iddiadır. Belə ki, iddiaçılar iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşlar, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur.

15. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia qaldırmışdır.

16. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir.

17. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır.

18. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.

19. Qanunun 2-ci maddəsinin 1-ci bəndində qeyd edilir ki, şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.

20. Qanunun 3-cü maddəsinə əsasən, yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi...

21. Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir.

22. Qanunun 9-cu maddəsində şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsasları qeyd edilmişdir. Həmin maddəyə görə, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

24. Həmin Qərarla müəyyən olunmuşdur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir.

25. Bu Qərara əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə, mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

26. Məhkəmə araşdırması zamanı da ünvan 3 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusluğu, üçüncü şəxslərin hazırda mübahisəli yaşayış sahəsinə dair hər hansı əmlak hüquqlarının olmaması, faktiki olaraq orada yaşamamaları müəyyən edilmişdir.

27. Ona görə də cavabdehin imtinası iddiaçının mülkiyyət hüququnun pozulmasına səbəb olur. Belə ki, mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

28. Digər tərəfdən, üçüncü şəxs qismində qeyd edilən X14 xx.xx.2012-ci il təvəllüdlü və X8 xx.xx.2011-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmadıqlarından, inzibati məhkəmə icraatının subyekti qismində çıxış edə bilməsələr belə, onların müstəqil olaraq özünə yaşayış yeri seçmək, həmin mənzildə qeydiyyatda qalmağa hüquqları mövcud deyildir.

29. Məhkəmə qeyd edir ki, X14 və X3 yaşayış yerləri valideynlərinin yaşayış yerləri sayılır.

30. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin 3-cü abzasına əsasən, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır.

31. X14 və X3 ataları X19 və anaları X18 hazırkı iş üzrə üçüncü şəxslərdir və onlarının özünün də mübahisəli mənzildə hər hansı əmlak hüquqları yoxdur və faktiki olaraq həmin mənzildə yaşamırlar.

32. Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır.

33. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, üçüncü şəxslərin sözügedən mənzil üzərində hər hansı hüquqlara malik olmadığı və orada uzun müddət yaşamadıqları, hallarda qeyd edilən ünvanda qeydiyyatda qalmaları iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırır.

34. Ona görə də iddiaçı üçüncü şəxslərin sözügedən mənzildən qeydiyyatdan çıxarılmalarının cavabdehə həvalə edilməsini tələb etməkdə haqlı olmuşdur.

35. Məhkəmə onu da qeyd edir ki, həmin şəxsin qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, onun yaşayış sahəsi üzrə ümumiyyətlə, qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yeri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 aprel 2003cü il tarixli 55s saylı sərəncamına uyğun olaraq, Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilər.

36. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

37. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilsin. X18, X11, X19, X12, X13, X14 və X3 ünvan 3 (Yeni qaydalarla: ünvan 1 ünvanı üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim Nurəli Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar