Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-455/2020 05.02.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakıilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair inzibati işə şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M üə y y ə n etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, onun barəsində N nömrəli hərbi hissə komandirinin verdiyi xx xxx N-ci il tarixli 154 nömrəli əmrin ləğv edilməsi, həmin hərbi hissəyə əvvəlki vəzifəsinə, yəni müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu vəzifəsinə bərpa edilməsi, xx xxx N-ci il tarixdən əvvəlki vəzifəsinə bərpa olunacağı günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək müddəti həqiqi hərbi xidmət etmiş, xx.xx.2010-cu il tarixdən xx.xx.2010-cu il tarixədək Silahlı Qüvvələrin Təlim və Təqris Mərkəzində kursant olmuş, xx.xx.2010-cu il tarixdən xx.xx.2012-ci il tarixədək N saylı hərbi hissənin tərkibində, xx.xx.2012-ci ildən xx.xx.2012-ci il tarixədək N saylı hərbi hissənin tərkibində, xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixdən N saylı hərbi hissənin tərkibində, xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək N saylı hərbi hissənin tərkibində, xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək N saylı hərbi hissənin tərkibində, xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək N saylı hərbi hissənin tərkibində, xx.xx.2015-ci il tarixdən xx.xx.N-ci il tarixədək N saylı hərbi hissənin tərkibində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu vəzifəsində xidmət etmişdir. Aprel 2016-cı il tarixdə ermənilərlə gedən döyüşlərin iştirakçısı olmuşam. xx.xx.2016-cı il tarixdə partlayış travması, təpə nahiyyəsindən kor qəlpə yarası almışdır. xx xxx N-ci ildə N saylı hərbi hissənin komandirinin verdiyi 154 saylı əmri ilə 'Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. Əmrin verilməsinə əsas kimi guya onun idman göstəricisini yerinə yetirməməsi olmuşdur. Halbuki o, aprel döyüşlərində xx.xx.2016-cı ildə yaralandıqdan sonra bir ildən çox müddət ərzində yenədə N saylı hərbi hissədə hərbi qulluqda olmuşdur. İddiaçı hesab edir ki, qeyd olunan əmr əsassız olduğundan ləğv edilməlidir. İddiaçı məhkəməyə iddia qaldırmaq üçün nəzərdə tutulan prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etmiş, hazırkı iddia tələbinə mahiyyəti üzrə baxılması üçün prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş, habelə izahatında bildirmişdir ki, işə bərpa olunması ilə bağlı müxtəlif orqanlara şikayət etmiş və cavabdeh orqan ona yenidən işə bərpa olunması ilə bağlı ümidlər vermiş, bu səbəbdən də məhkəməyə gec müraciət etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx xxx N-ci il tarixli 154 nömrəli əmrindən çıxarışın surətindən görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli 0105əç nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq müddətdən artıq həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə xx.xx.N-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinə göndərilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 165-ci bəndinə əsasən ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73.1 maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Göründüyü kimi, iddiaçı sözügedən əmri – inzibati aktı qeyd edilən normalarda nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir. Başqa sözlə, iddiaçı ehtiyata buraxıldıqda hərbi hissə ilə xidməti hüquq münasibətinə xitam verildiyini bilmiş və qanunla müəyyən edilmiş müddət ərzində bərpa olunmasına cəhd etməmiş və məhkəməyə müraciət etməmişdir. Məhkəməyə təqdim etdiyi ərizədə və məhkəmə iclasında verdiyi izahatda da iddiaçı prosessual müddətin ötürülməsi ilə bağlı əsaslı səbəb təqdim edə bilməməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: 24.1. maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, İddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-cı və 35-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iş üzrə buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizə təmin edilməsin, iddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-455/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-455/2020
05.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver