Məhkəmə qərarları › İş №2-1(114)-455/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-455/2025

22.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-455/2025 22.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçı, üçüncü şəxs X2 və cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququna dair qeydin ləğv olunması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: RX ******* seriya nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0,052 ha torpaq sahəsinin 1/3 hissə ilə X2, 1/3 hissə ilə İddiaçı, 1/3 hissə ilə X4 mülkiyyət hüququ qeydə alınmışdır. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(015)-73/2017 saylı qətnaməsi ilə xx.xx.1994-cü il tarixdə vəfat etmiş X5 mülkiyyətində olmuş Ağstafa şəhəri,S.Vurğun küçəsində 0,06 ha torpaq sahəsinə yerləşən 1 mərtəbəli,3 otaqlı,83,9 kv.m yaşayış,64,1 kv.m köməkçi sahədən ibarət 15 nömrəli fərdi yaşayış evindən ibarət miras əmlakın ölənin birinci növbəli vərəsələri İddiaçı,X6 və X8 tərəfindən qəbul edilmiş hesab edilməsi, həmin ümumi miras əmlak üzərində vərəsələr İddiaçı payının 1/3 hissə,X2 payının 1/3 hissə və X4 payının 1/3 hissə müəyyən edilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(104)-1596/2017 saylı qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilərək, Ağstafa Rayon Məhkəməsinin 08 fevral 2017-ci il tarixli 2(015)-73/2017 saylı qətnaməsini qismən ləğv edilməsi, iddianın qismən təmin edilməsi, xx.xx.1994-cü il tarixdə vəfat etmiş X5 müikiyyətində olmuş Ağstafa şəhəri, S.Vurğun küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 83.9 kv.m yaşayış, 64,1 kv.m köməkçi sahədən ibarət 15 nömrəli fərdi yaşayış evindən ibarət miras əmlakı onun birinci növbəli vərəsələri İddiaçı,X6 və X8 tərəfindən qəbul edilmiş hesab edilməsi, həmin miras əmlak üzərində vərəsələr İddiaçı payı 1/3 hissədə, X2 payı 1/3 hissədə və X4 payı 1/3 hissədə müəyyən edilməsi qət edilmişdir. Ağstafa rayon İcra və Probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin 13 iyun 2017-ci il tarixli, 2(104)-1596/17 saylı icra sənədinə əsasən xx.xx.1994-cü il tarixdə vəfat etmiş X5 mülkiyyətində olmuş Ağstafa şəhəri, S.Vurğun küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı,83.9 kv.m yaşayış 64,1 kv.m köməkçi sahədən ibarət 15 nömrəli fərdi yaşayış evindən ibarət miras əmlakı onun birinci növbəli vərəsələri İddiaçı,X6 və X8 tərəfindən qəbul edilmiş hesab edilsin, həmin miras əmlak üzərində vərəsələr İddiaçı payı 1/3 hissədə,X2 payı 1/3 hissədə müəyyən edilməklə real bölgü aparılmışdır. İddiaçının ünvan 1 ünvanında yerləşən evə və torpaq sahəsinə dair İddiaçı və X2 adına verilmiş ********** nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışın torpaq sahəsinə aid hissəsində ləğv edilməsi barədə cavabdeh orqana müraciətinə sonuncu tərəfindən xx.xx.2024-cü il tarixli məktubla imtina cavabı verilərək bildirilmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin 13 iyun 2017-ci il tarixli, 2(104)-1596/2017 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edərək, Ağstafa rayon Məhkəməsinin 08 fevral 2017-ci il tarixli 2(015)- 73/2017 saylı qətnaməsini qismən ləğv etmişdir. İddia qismən təmin edilərək, xx.xx.1994cü il tarixdə vəfat etmiş X5 müikiyyətində olmuş Ağstafa şəhəri, S.Vurğun küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 83.9 kv.m yaşayış, 64,1 kv.m köməkçi sahədən ibarət 15 nömrəli fərdi yaşayış evindən ibarət miras əmlakı onun birinci növbəli vərəsələri İddiaçı,X6 və X8 tərəfindən qəbul edilmiş hesab edilsin, həmin miras əmlak üzərində vərəsələr İddiaçı payı 1/3 hissədə, X2 payı 1/3 hissədə və X4 payı 1/3 hissədə müəyyən edilmişdir. Qətnamə iddia tələbinin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Müraciətinizdə qeyd etdiyiniz yaşayış evinin yerləşdiyi torpaq sahəsinə aid hissənin ləğv edilməi mümkün deyildir. Belə ki, ləğv etdirmək istənilən hüquqların dövlət reyestrindən çıxarış məhkəmə qərarı əsasında qeydiyyat aparılmışdır. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2da yerləşən evə və torpaq sahəsinə dair onun,Ələkbər Fərəcinin və Nəsrəddin Fərəcinin adına verilmiş ********** nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışın torpaq hissəsinin mülkiyyətə verilməsinə dair hissəsində ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair cavabdehin üzərinə vəzifə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, qardaşı X1 rayon Məhkəməsinə verdiyi iddiasında təqdim etdiyi çıxarışı alanda müəyyən etmişdir ki, ünvan 2da yerləşən evə və torpaq sahəsinə dair onun və Ələkbər Fərəcinin və Nəsrəddin Fərəcinin adına verilmiş ********** nömrəli, xx.xx.2018-ci il tarixli çıxarış torpaq hissəsinin mülkiyyətə verilməsinə dair hissəsində əsassız və qanunsuzdur. Çıxarışın verilməsinə əsas olan Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-1596/2017 saylı, 13 iyun 2017-ci il tarixli qətnaməsində torpaq sahəsi miras kütləsinə daxil edilməmiş və miras kimi bölünməmişdir. Həmin torpaq sahəsi vəsiyyətnamə əsasında ona verilmişdir. Cavabdeh orqan həmin torpaq sahəsini qətnaməni rəhbər tutaraq, ümumi mülkiyyətə verməkdə, qanunsuzluq etmişdir. Bu isə onun mülkiyyət hüquqlarının pozulması və eləcə də qətnamənin hüquqi əhatə dairəsindən kənara çıxmadır. Onlar həmin ünvanda yerləşən əmlak üzrə mülkiyyətçidirlər . ünvan 2da yerləşən evə və torpaq sahəsinə dair onun və Ələkbər Fərəcinin və Nəsrəddin Fərəcinin adına verilmiş ********** nömrəli, 30.10.218-ci il tarixli çıxarışın torpaq hissəsinin mülkiyyətə verilməsinə dair hissəsində ləğv edilməsi ilə bağlı cavabdeh orqana rəsmi qaydada müraciət etmişlər. Ancaq, onlar bundan əsassız və qanunsuz olaraq, imtina etdilər. Cavabdeh orqan qanunsuzluq və saxtakarlıq edərək, onun mülkiyyətini 3 nəfərin arasında bölmüşdür. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Həmçinin iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Seriya RX ******* nömrəli çıxarışda ünvan 3 ünvanında yerləşən X2 adına qeyd edilmiş torpaq sahəsinin 1/3 hissəsinə, İddiaçı adına qeyd edilmiş torpaq sahəsinin 1/3 hissəsinə, X4 adına qeyd edilmiş torpaq sahəsinin 1/3 hissəsinə münasibətdə qeyd edilmiş torpaq sahəsinə dair qeydin ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Cavabdehin nümayədəsi məhkəmə iclasında iddia tələbinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Üçüncü şəxs X8 məhkəmə iclasında iddia tələbinin təmin olunmasına etirazının olmadığını bildirmişdir. Üçüncü şəxs X6 etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(104)-1596/2017 saylı qətnaməsi ilə xx.xx.1994-cü il tarixdə vəfat etmiş X5 müikiyyətində olmuş Ağstafa şəhəri, S.Vurğun küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 83.9 kv.m yaşayış, 64,1 kv.m köməkçi sahədən ibarət 15 nömrəli fərdi yaşayış evindən ibarət miras əmlakı onun birinci növbəli vərəsələri İddiaçı,X6 və X8 tərəfindən qəbul edilmiş hesab edilməsi, həmin miras əmlak üzərində vərəsələr İddiaçı payı 1/3 hissədə, X2 payı 1/3 hissədə və X4 payı 1/3 hissədə müəyyən edilmişdir,Gəncə Apellyasiya Məhkəməsinin 13 iyun 2017-ci il tarixli, 2(104)-1596/17 saylı icra sənədinə əsasən xx.xx.1994-cü il tarixdə vəfat etmiş X5 mülkiyyətində olmuş Ağstafa şəhəri, S.Vurğun küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı,83.9 kv.m yaşayış 64,1 kv.m köməkçi sahədən ibarət 15 nömrəli fərdi yaşayış evindən ibarət miras əmlakı onun birinci növbəli vərəsələri İddiaçı,X6 və X8 tərəfindən qəbul edilmiş hesab edilsin, həmin miras əmlak üzərində vərəsələr İddiaçı payı 1/3 hissədə,X2 payı 1/3 hissədə müəyyən edilməklə real bölgü aparılmışdır. RX ******* seriya nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0,052 ha torpaq sahəsinin 1/3 hissə ilə X2, 1/3 hissə ilə İddiaçı, 1/3 hissə ilə X4 mülkiyyət hüququ qeydə alınmışdır İddiaçı isə hazırda qeyd edilmiş mülkiyyət hüququna dair qeydin ləğv olunmasını xahiş edir. Cavabdeh orqana qeyd olunan tələblə müraciət etmiş,lakin iddiaçının tələbi təmin edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası aşağıdakı əsaslara görə qanunsuzdur. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(104)-1596/2017 saylı qətnaməsi ilə xx.xx.1994-cü il tarixdə vəfat etmiş X5 müikiyyətində olmuş Ağstafa şəhəri, S.Vurğun küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 83.9 kv.m yaşayış, 64,1 kv.m köməkçi sahədən ibarət 15 nömrəli fərdi yaşayış evindən ibarət miras əmlakı onun birinci növbəli vərəsələri İddiaçı,X6 və X8 tərəfindən qəbul edilmiş hesab edilməsi, həmin miras əmlak üzərində vərəsələr İddiaçı payı 1/3 hissədə, X2 payı 1/3 hissədə və X4 payı 1/3 hissədə müəyyən edilmişdir. Lakin RX ******* seriya nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0,052 ha torpaq sahəsinin 1/3 hissə ilə X2, 1/3 hissə ilə İddiaçı, 1/3 hissə ilə X4 mülkiyyət hüququ qeydə alınmışdır. Məhkəmə qeyd edir ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(104)-1596/2017 saylı qətnaməsi ilə üzərində vərəsələr İddiaçı payı 1/3 hissədə, X2 payı 1/3 hissədə və X4 payı 1/3 hissədə müəyyən edilsə də, RX ******* seriya nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0,052 ha torpaq sahəsinin 1/3 hissə ilə X2, 1/3 hissə ilə İddiaçı, 1/3 hissə ilə X4 mülkiyyət hüququ qeydə alınmışdır. Məhkəmə hesab edir ki, cavabdeh orqan tərəfindən iddiaçının mülkiyyət hüququ pozulmuşdur,belə ki, qanuni qüvvəsini almış qətnamə ilə Ağstafa şəhəri, S.Vurğun küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 83.9 kv.m yaşayış, 64,1 kv.m köməkçi sahədən ibarət 15 nömrəli fərdi yaşayış evinə dair əmlak üzərində vərəsələr İddiaçı payı 1/3 hissədə, X2 payı 1/3 hissədə və X4 payı 1/3 hissədə müəyyən edilməsinə baxmayaraq yuxarıda qeyd edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda torpaq sahəsinin bölgüsü aparılmışdır. Belə olan halda hesab olunur ki, “İnzibati İcraat” haqqında Azərbaycan Respublikası Qanunun 67.3-cü maddəsinə əsasən RX ******* nömrəli çıxarışda ünvan 3 ünvanında yerləşən X2 adına qeyd edilmiş torpaq sahəsinin 1/3 hissəsinə, İddiaçı adına qeyd edilmiş torpaq sahəsinin 1/3 hissəsinə, X4 adına qeyd edilmiş torpaq sahəsinin 1/3 hissəsinə münasibətdə qeyd edilmiş torpaq sahəsinə dair qeydin ləğv edilməlidir. Belə ki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Həmin Məcəllənin 67.6.2-ci maddəsinə əsasən səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda maraqlı şəxs etimadın qorunması hüququna istinad edə bilməz. Bundan başqa məhkəmə, cavabdehin iddia ərizəsinə etirazda əsaslandığı dəlillərinə münasibətdə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Belə olan halda iddiaçı hazırkı tələbində haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. RX ******* nömrəli çıxarışda ünvan 3 ünvanında yerləşən X2 adına qeyd edilmiş torpaq sahəsinin 1/3 hissəsinə, İddiaçı adına qeyd edilmiş torpaq sahəsinin 1/3 hissəsinə, X4 adına qeyd edilmiş torpaq sahəsinin 1/3 hissəsinə münasibətdə qeyd edilmiş torpaq sahəsinə dair qeydin ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar