Məhkəmə qərarları › İş №2-1(114)-4551/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-4551/2025

17.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4551/2025 17.11.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Ədliyyə Nazirliyi Cavabdehnə qarşı “doğum haqqında akt qeydində düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Ədliyyə Nazirliyi Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, doğum haqqında akt qeydində adının “Gülnarə”dən “Gülnar”a dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.1987-ci ildə Azərbaycan Respublikasının Göygöl rayonun Üçtəpə kəndində anadan anadan olmuşdur. Anadan olduğu vaxt onun adına yazılan X4 İddiaçı kimi göstərilsə də, keçmiş Xanlar rayon Vətəndaşlıq Vəziyyəti aktları Qeydiyyat şöbəsində İddiaçıə Şəmil qızı kimi qeydə alınmışdır. O, Göygöl rayon Üçtəpə kəndində yerləşən orta məktəbi 18 iyun 2004-cü il tarixdə bitirmişdir. Bu hal B 086609 saylı Orta təhsil haqqında Attestat ilə təsdiq edilir. Göstərilən attestatda adı Gülnar kimi göstərilmişdir. X7 hesablı Məişət Xidməti Kollejinə daxil olaraq bitirmişdir. Bu halı BB-İİ012528 saylı Diplom təsdiq edir. Göstərilən Diplomda onun adı Gülnar kimi göstərilmişdir. İddiaçı 20 noyabr 2006-cı ildə X12 ilə ailə qurmuşdur, həmin nikahdan noyabr 2006-cı ildə X14 və 25 yanvar 2009-cu ildə X15 adlı övladları anadan olmuşdur. Yuxarıda göstərilən Nikah və X1 adını göstərən qrafada İddiaçı göstərilmişdir. Göründüyü kimi, doğulandan hal-hazıra kimi adına yazılan hüquqverici sənədlərdə adı İddiaçı kimi göstərilmişdir. İddiaçının mərhum atası X8 2024-cü ildə vəfat etmişdir. X2 Göygöl rayon Üçtəpə kəndində yaşayış sahəsi miras qalmışdır. O, mərhum atası X5 1-ci növbəli vərəsəsi olduğuna görə mirası qanun üzrə qəbul edərək, hal-hazırda heç bir mane olmadan sahiblik və istifadə hüquqlarını həyata keçirir. Mirası qanun üzrə qəbul etdiyini, rəsmiləşdirilməsi üçün 1 saylı Gəncə ASAN xidmət mərkəsinin notariat şöbəsinə müraciət etdi, orada iddiaçıya bildirdilər ki, Cavabdehndə onun adı Gülnarə kimi qeyd edilmişdir. Bu səbəbdən Cavabdehnə müraciət edərək, X4 düzəliş olunmasını xahiş etdi. Cavabdeh xx.xx.2025-ci il tarixli 1-16-5/8-H/1-70/2025 saylı cavab məktubunda məhkəməyə müraciət olunması tövsiyə edilərək imtina edilimişdir. Belə olan halda, aidiyyəti üzrə İnzibatı məhkəməyə müraciət olunması zərurəti yaranmışdır. Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli imtina məktubundan görünür ki, yoxlama nəticəsində təqdim edilmiş sənədlərdə və akt qeydində ziddiyət aşkar edilmişdir. Belə ki, təqdim edilmiş sənəddə ad “Gülnar” yazılsa da, akt qeydində adı “Gülnarə” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 saylı qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik Qaydası"nın 1-ci müddəasına əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Beləliklə, kifayət qədər əsaslar olmadığına görə müraciətinin tərəflərindən təmin edilə bilməyəciyi bildirilmişdir. Bununla bağlı hüquqi yardım təklif edilərək müvafiq düzəlişlər aparılması üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzrlü olması və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarında olan: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi İddiaçı məxsusdur. BB – İİ № 012528 nömrəli diploma əsasən, İddiaçı X10 Məişət Xidməti Kollecinə daxil olmuş, xx.xx.2007- ci ildə Göyçay DİT Kollecinin ibtidai təhsil ixtisası üzrə tam kurs bitirmişdir. Dövlət ixtisas komissiyasının xx.xx.2007- ci il tarixli qərarı ilə İbtidai sinif müəllimi ixtisası verilmişdir. xx.xx.1987-ci il tarixli, Х İİ ЖГ № 336261 nömrəli Doğum haqqında Şəhadətnaməsində İddiaçı 9 fevral 1987-ci il tarixdə Gəncə şəhəri, Xanlar rayonu Üçtəpə kəndində doğulmuş, ata: X9, ana: X6 qeyd edilmişdir. xx.xx.2006–cı il tarixli, AZ-İ № 283482 nikah haqqında şəhadətnaməyə əsasən, X12 ilə İddiaçı xx.xx.2006-cı ildə nikahlarını bağlamışlar. xx.xx.2006-cı il tarixli, AZ-İ 845673 №-li X4 “X20” oğlu xx.xx.2006-cı ildə doğulmuş, atası qrafasında “X12”, anası qrafasında “İddiaçı” qeyd edilmişdir. xx.xx.2009-cu il tarixli, AZ-İİ 239741 №-li X4 “X21” oğlu xx.xx.2009-cu ildə Gəncə şəhəri, Göygöl rayonu, Üçtəpə kəndində anadan olmuşdur. Atası qrafasında “X12”, anası qrafasında “İddiaçı” qeyd edilmişdir. xx.xx.2004 – cü il tarixli, B № 086609 orta təhsil Attestatından görünür ki, həmin sənəd İddiaçı Şamil qızına məxsusdur. xx.xx.1987 – ci il tarixli, № 12 Doğum haqqında akt qeydinə əsasən, İddiaçıə Şəmil qızı xx.xx.1987- ci ildə anadan olmuşdur. Atası qrafasında X8, anası qrafasında X6 qeyd olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddia mümkün olduğundan iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini iş materialları ilə əlaqəli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İddiaçı hazırkı iddia tələbi ilə doğum haqqında akt qeydində adının “Gülnarə”dən “Gülnar”a düzəliş edilməsini xahiş edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın İ hissəsinin 1, 2, 3, 4-cü bəndələrinə görə, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. Vətəndaşlıq vəziyyəti akt qeydlərindəki səhvlər düzəldikdə vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər edilir. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında məhkəmənin qərarı vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi üçün əsas hesab edilir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, cavabdeh tələbin təmin edilməsindən imtina etmişdir. Məhkəmə cavabdehin imtinasını qanunsuz hesab edir. İş materialları ilə müəyyən edilir ki, iddiaçının doğum haqqında akt qeydində adı “Gülnarə” qeyd olunmasına baxmayaraq, ona məxsus olan bütün sənədlərdə, şəxsiyyət vəsiqəsində, həmçinin uşaqlarının doğum haqqında şəhadətnamələrində adı “Gülnar” kimi qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının doğum haqqında akt qeydində adının “Gülnarə” kimi, ona məxsus olan bütün sənədlərdə, şəxsiyyət vəsiqəsində, həmçinin uşaqlarının doğum haqqında şəhadətnamələrində adının “Gülnar” kimi qeyd olunması iddiaçının hüquqlarının həyata keçirilməsində bir çox maneələr yaradır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçının doğum haqqında akt qeydində adının “Gülnarə”dən “Gülnar”a düzəliş edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2.2.3, 34.1,68.1, 68.2 və 85.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. İddiaçıə Şəmil qızı barəsində tərtib edilmiş xx.xx.1987-ci il tarixli 12 nömrəli doğum haqqında akt qeydində adının “Gülnarə”dən “Gülnar”a düzəliş edilməsi öhdəliyi Cavabdehnə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar