Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-4553/2023 07.12.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı qeydin ləğvi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və onun vəkil olan nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə (üçüncü şəxs X13) qarşı xx.xx.1999-cu il tarixli 352 saylı qeydin ləğv edilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Qazax rayon ZDS İcraiyyə Komitəsinin xx.xx.1959-cu il tarixli 21 nömrəli iclas protokoluna əsasən Qazax şəhər sakini X11 şəhərin Orçonokidze küçəsindəki 67 nömrəli kvartalın ikinci döngəsindəki 21 nömrəli sahədən 600 kv.m həyətyanı torpaq sahəsi ayrılmış və bu barədə onun adına 352 nömrəli torpaq qeydi verilmişdir.
2. Qazax rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 01 nömrəli iclas protokoluna əsasən X6 ünvan 1 ünvandakı yaşayış köhnə və yararsız olduğu üçün ona həmin evi söküb yenidən tikdirməsinə icazə verilmişdir.
3. 31.12.1966-cı il tarixdə doğulmuş X7 atası X15, anası X16r.
4. X17 xx.xx.2006-cı il tarixdə İddiaçı ilə rəsmi nikaha daxil olmuşdur.
5. X17 xx.xx.2021-ci il tarixdə miokard infarktı səbəbindən ölmüşdür.
6. xx.xx.1999-cu il tarixli 352 inventar nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə X8 məxsus olmuşdur.
7. xx.xx.2008-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ünvan 2 ünvanında yaşayan X19 (arvadı), X13 (qız) və X9 (oğlu) xx.xx.2007-ci il tarixdə vəfat etmiş mərhum X3 qanuni vərəsələridir.
8. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 86.90 kv.m olan fərdi yaşayış evi üzərində X19, X13 və X2 1/3 hissədə paylı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
9. xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X19 və X1 şəhəri, S.Vurğun küçəsi, 2-ci döngə, ev 11 ünvanında yerləşən fərdi yaşayış evindən öz paylarına düşən hissələrini X10 bağışlamışlar.
10. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində X4 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
11. Qazax rayon notariat ofisinin xx.xx.2021-ci il tarixli 1151 nömrəli məktubunda bildirilmişdir ki, notariat hərəkətlərinin X18 Sistemi vasitəsilə axtarış zamanı X5 qalmış miras əmlaka dair Qazax rayon notariat ofisində vərəsəlik işinin açılmasına dair heç bir məlumat aşkar olunmamışdır.
12. Dövlət Notariat Arxivinin xx.xx.2021-ci il tarixli xx/xx-5855/14 nömrəli məktubunda bildirilmişdir ki, Qazax rayon dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 1995-2009-cu illərə dair vərəsəlik işlərinə baxış keçirilərkən X6 hər hansı miras əmlakına dair vərəsəlik işi aşkar edilməmişdir.
13. Dövlət Notariat Arxivinin xx.xx.2022-ci il tarixli xx/xx-1843/14 nömrəli məktubunda bildirilmişdir ki, Qazax rayon dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 1995-2010-cu illərə dair vərəsəlik işlərinə baxış keçirilərkən X6 hər hansı miras əmlakına dair vərəsəlik işi aşkar edilməmişdir. Qazax rayon dövlət notariat ofisində rəsmiləşdirilmiş 3M-52 reyestr nömrəli notariat hərəkətinin vərəsəlik işi deyil, xx.xx.1999cu il tarixdə digər şəxslər arasında təsdiq edilmiş alğı-satqı müqaviləsi rəsmiləşdirilmişdir.
14. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin İddiaçı mərhum X6 adına olan daşınmaz əmlakı ilə bağlı müraciətinə xx.xx.2022-ci il tarixli **********36 saylı cavab məktubunda bildirilmişdir ki, notarial qaydada təsdiq olunmuş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni təqdim etdikdən sonra müraciətinə baxıla bilər.
15. Məhkəmənin sorğusuna Qazax rayon notariat ofisinin xx.xx.2023-cü il tarixli 717 nömrəli cavab məktubunda bildirilmişdir ki, notariat hərəkətlərinin X18 Sistemi vasitəsilə axtarış zamanı X5 qalmış miras əmlaka dair Qazax rayon notariat ofisində vərəsəlik işinin açılmasına dair heç bir məlumat aşkar olunmamışdır. II. Məhkəmədə icraat
16. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1999-cu il tarixli 352 nömrəli qeydin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun mərhum əri X7 atası X15 1995-ci ildə vəfat etmişdir. Ondan ünvan 3 ünvanında yerləşən mülk miras qalmışdır. Bu günlərdə o, bilmişdir ki, həmin mülkə dair əri X7 qardaşı X3 adına cavabdeh təşkilat tərəfindən xx.xx.1999-cu il tarixli 352 invertar nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Həmin qeydiyyat vəsiqəsinin verilməsi üçün əsas isə qeydiyyat vəsiqəsinin özündən göründüyü kimi, vərəsəlik hüququ haqqında şəhadətnamə olmuşdur. Lakin verilmiş sorğular nəticəsində müəyyən edilmişdir ki, 1995-2009-cu illərdə X11 aid hər hansı miras əmlakına vərəsəlik işi açılmamışdır. Bu da onu göstərir ki, cavabdeh təşkilat mübahisəli evlə bağlı qeydiyyat apararkən qanun pozuntusuna yol vermiş, şəhadətnamə olmadığı halda qeyd aparmışdır. Həmçinin iddia ərizəsində qeyd edilmişdir ki, qeydin ləğvi ilə bağlı məhkəmədə iddia qaldırmamışdan əvvəl həmin qeydiyyat vəsiqəsinin ləğvindən əvvəl qeydiyyat vəsiqəsinin ləğvi üçün əsas olan sənədlər mübahisələndirilməlidir, lakin hazırkı iş üzrə qeyd mövcud olmayan sənəd üzrə aparıldığından onlar birbaşa qeydi mübahisələndirmişlər. Onlar cavabdeh təşkilata müraciət edərək həmin qeydin ləğv edilməsi ilə bağlı ərizə vermişlər. Cavabdeh orqan 29 avqust 2022-ci il tarixli **********36 saylı məktubla imtina edilmişdir. Hesab edir ki, cavabdeh təşkilatın imtinası qanunsuzdur. Belə ki, yuxarıda da qeyd etdiyi kimi, xx.xx.1999-cu il tarixli 352 invertar saylı qeyd mövcud olmayan vərəsəlik şəhadətnaməsi əsasında verilmişdir.
18. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-1(114)-215/2023 nömrəli qərarı ilə (hakim E.Axundov) iddia təmin edilmiş, keçmiş DTİ və MHQİ-si tərəfindən verilmiş 1377a nömrəli qeydiyyat vəsiqəsi əsasında ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə texniki pasport tərtib edilərək X3 qeydin ləğv edilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.
19. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(104)-640/2023 nömrəli qərardadı ilə cavabdeh orqanın və üçüncü şəxsin apellyasiya şikayətləri qismən təmin edilmiş edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-1(114)- 215/2023 nömrəli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi öz qərarında qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının subyektiv hüququnun olmasını, yəni iddiaçının vərəsəlik qaydasında mübahisəli əmlakla bağlı vərəsə kimi əmlak hüquqlarının olub-olmamasını, həmçinin mübahisəli əmlakla bağlı reyestrdə qeydiyyatın X6 adından X12 adına rəsmiləşdirildiyini və yaxud birbaşa qeydiyyatın sonuncunun adından aparıldığını, həmçinin həmin daşınmaz əmlakı hansı əsaslarla əldə etməsini araşdırmamışdır. III. Prosessual məsələlər
21. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilmişdir.
22. İddiaçı və onun vəkil olan nümayəndəsi məhkəmə iclasına gəlmişlər, cavabdehin nümayəndəsi və üçüncü şəxs isə məhkəməyə gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü ilə bağlı məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
23. İddiaçı və onun vəkil olan nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdiklərini bildirmişlər.
24. İddiaçının vəkil olan nümayəndəsi Vəkil sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, İddiaçı mübahisəli evə ərə gələrək, hazırkı vaxtadək orada yaşamışdır. İddiaçı mərhum əri X7 vərəsəsi kimi onun ölümündən sonra həmin evi faktiki olaraq qəbul etdiyinə görə onun hazırkı iddianı qaldırmağa subyektiv hüququ mövcuddur. İddiaçının qaynatası olan Şəmistan 1995-ci ildə, qaynı Mübariz 2007-ci ildə, əri Mehman isə 2021-ci ildə ölmüşdür. İddiaçının mərhum ərinin ölümünədək onların yaşadıqları sözügedən evə dair Mübarizin adına qeydiyyat vəsiqəsi verilməsindən məlumatları olmamışdır.
Əsaslandırma hissəsi:
25. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
26. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.
27. İş materialları, o cümlədən işin faktiki halları ilə müəyyən edilir ki, Qazax rayon ZDS İcraiyyə Komitəsinin xx.xx.1959-cu il tarixli 21 nömrəli iclas protokoluna əsasən Qazax şəhər sakini X11 şəhərin Orçonokidze küçəsindəki 67 nömrəli kvartalın ikinci döngəsindəki 21 nömrəli sahədən 600 kv.m həyətyanı torpaq sahəsi ayrılmış, bu barədə onun adına 352 nömrəli torpaq qeydi verilmiş və Qazax rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 01 nömrəli iclas protokoluna əsasən X6 ünvan 1 ünvandakı yaşayış köhnə və yararsız olduğu üçün ona həmin evi söküb yenidən tikdirməsinə icazə verilmişdir. Həmin evə dair X8 xx.xx.1999-cu il tarixli 352 inventar nömrəli qeydiyyat vəsiqəsi verilmiş və həmin vəsiqədə qeydin aparılmasına əsas kimi 3M-52 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə göstərilmişdir.
28. Hazırda evin hüquqi vəziyyəti ondan ibarətdir ki, xx.xx.1999-cu il tarixli 352 inventar nömrəli qeydiyyat vəsiqəsinə əsasən X8 məxsus olan həmin ev sonuncunun xx.xx.2007-ci il tarixdə ölümündən sonra xx.xx.2008-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onun vərəsələri X19, X13 və X2 paylı mülkiyyətlərinə keçmiş və hər birinin 1/3 hissədə paylı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X19 və X9 evdən öz paylarına düşən hissələrini X10 bağışlamışlar və sonuncunun sözügedən ev üzərində tam mülkiyyət hüququ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən qeydə alınmışdır.
29. Hazırda İddiaçı sözügedən ünvan 1 ünvandakı evə dair X3 adına aparılmış xx.xx.1999-cu il tarixli 352 saylı qeydin ləğv edilməsini tələb edərək, tələbinin faktiki əsası kimi o hala istinad edir ki, əri X7 qardaşı X3 adına verilmiş xx.xx.1999-cu il tarixli 352 invertar nömrəli qeydiyyat vəsiqəsinin verilməsi üçün əsas kimi vərəsəlik hüququ haqqında şəhadətnamə göstərilsə də, sorğular nəticəsində müəyyən edilmişdir ki, 1995-2009-cu illərdə X11 aid hər hansı miras əmlakına vərəsəlik işi açılmamışdır. Bu da onu göstərir ki, cavabdeh təşkilat mübahisəli evlə bağlı qeydiyyat apararkən qanun pozuntusuna yol vermiş, şəhadətnamə olmadığı halda qeyd aparmışdır.
30. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinin məzmununa görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.
31. İnzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir.
32. Hazırkı işdə də iddiaçının mübahisəli fərdi yaşayış evinə dair başqa şəxsin adına aparılmış qeydiyyatı mübahisələndirmək üçün ilk növbədə həmin evə dair hüququ olmalıdır ki, cavabdeh orqanın apardığı qeydiyyat nəticəsində onun hüquq və mənafeləri pozulmuş olsun.
33. Yəni, şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun subyektiv hüququ ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır.
34. İş materialları ilə müəyyən edilir ki, İddiaçı X6 oğlu X7 arvadıdır (onlar xx.xx.2006-cı il tarixdə nikah akt qeydi bağlamışlar). X14 isə X6 digər oğludur.
35. Yəni, X6 gəlini olan İddiaçı X11 məxsus daşınmaz əmlakın onun oğlu olan X3 adına qeydiyyat aparılmasını mübahisələndirir.
36. Halbuki, İddiaçı X6 qann üzrə vərəsələri dairəsinə daxil olmadığından onun sonuncuya məxsus əmlaka vərəsəlik hüquqları mövcud deyildir.
37. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə: Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları.
38. Göründüyü kimi, mülki qanunvericilikdə vərəsələrin beş növbə üzrə dairəsi dəqiq müəyyən edilmiş və gəlin həmin dairəyə aid edilməmişdir. Eyni zamanda, X6 İddiaçı vəsiyyətnamə qoyması halı da müəyyən edilməmişdir.
39. İddiaçının vəkil olan nümayəndəsi Vəkil sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, İddiaçı mübahisəli evə ərə gələrək, hazırkı vaxtadək orada yaşamışdır. İddiaçı mərhum əri X7 vərəsəsi kimi onun ölümündən sonra həmin evi faktiki olaraq qəbul etdiyinə görə onun hazırkı iddianı qaldırmağa subyektiv hüququ mövcuddur. İddiaçının qaynatası olan Şəmistan 1995-ci ildə, qaynı Mübariz 2007-ci ildə, əri Mehman isə 2021-ci ildə ölmüşdür. İddiaçının mərhum ərinin ölümünədək onların yaşadıqları sözügedən evə dair Mübarizin adına qeydiyyat vəsiqəsi verilməsindən məlumatları olmamışdır.
40. Məhkəmə bununla bağlı qeyd edir ki, vərəsəlik münasibətlərinin yaranması üçün, ilk növbədə, miras qoyanın ölüm faktı mövcud olmalıdır. Mülki Məcəllənin 1145-ci maddəsinə uyğun olaraq, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. İddiaçının əri Mehmanın xx.xx.2021-ci il tarixdə ölməsi ilə ona məxsus əmlaka dair miras açılmış ola bilərdi ki, sözügedən ev 1999-cu ildə artıq X3 adına qeyd edildiyindən, iddiaçı mərhum əri X7 ölümündən sonra həmin evi faktiki olaraq qəbul etməsi halına istinad edə bilməz.
41. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-in şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.
42. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdrdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektif hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
43. Məhkəmə qeyd edir ki, İddiaçı sözügedən fərdi yaşayış evinə hər hansı hüquqlarının mövcud olması müəyyən edilmədiyindən hazırda o həmin daşınmaz əmlaka münasibətdə subyektiv hüquq daşıyıcısı deyildir. Yəni, iddiaçının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş tələb hüququ olmadığından, o, hüququnun cavabdeh tərəfindən pozulmasını iddia edə bilməz.
44. Belə olan halda isə məhkəmə hesab edir ki, iddianın mümkün sayılması üçün şərtlər iddiaçı tərəfindən yerinə yetirilmədiyindən hazırkı iddia mümkün sayılmamalıdır.
45. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:
46. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Gülşən Əliyeva