Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4553/2025 12.02.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə (üçüncü şəxs Göygöl rayonu Qızılca-Üçtəpə bələdiyyəsi) qarşı Göygöl rayonu, Qızılca kəndi ərazisində yerləşən 0.1141 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, çıxarış və plan-ölçü sənədlərinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Göygöl rayonu Qızılca bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 04 saylı qərarı ilə fərdi yaşayış evi tikmək üçün Xanlar rayonu Qızılca bələdiyyəsinin kənd daxili torpaq sahəsindən 0.49 ha hektar ayrılıb 6 nəfərinin hər birinə 2 nəfərinə 0.12 ha, 1 nəfərinə 0.07 ha, 3 nəfərinə 0.06 ha hektar olmaqla, İddiaçı 0.12 ha torpaq sahəsinin satılması qərara alınmış və torpaq sahəsinin baş planı və yerinin müəyyən edilməsinə dair koordinat arayışı tərtib edilmişdir.
2. Eyni zamanda DT və XK-nin Xanlar rayon şöbəsi ayrılmış torpaq sahələrinin bələdiyyə mülkiyyətinə aid olması barədə rəy vermiş və ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış tərtib edilmişdir.
3. Bələdiyyə ilə iddiaçı arasında torpaqların alğı-satqısına dair akt imzalanmış, iddiaçı tərəfindən bununla bağlı bələdiyyənin hesabına 224826 manat vəsait ödənilmiş, eləcə də alğı-satqı aktı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsi tərəfindən təsdiq edilməklə xx.xx.2005-ci il tarixdə 668 nömrə ilə qeydiyyata alınmışdır.
4. Göygöl rayonu Qızılca bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 09/25 nömrəli arayışında göstərilmişdir ki, Göygöl rayonu Qızılca bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 04 saylı qərarı ilə 0.12 ha torpaq sahəsinin ayrılması ilə bağlı qərarı qüvvədədir.
5. İddiaçı Göygöl rayonunda yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin ona xx.xx.2025-ci il tarixli 3-21-3-33/2-4476/2025 nömrəli imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, araşdırma zamanı iddia olunan torpaq sahəsinin bir hissəsinin Yeni uçot xəritə materiallarına əsasən (AZCAD) bələdiyyə mülkiyyətinə aid ictimai tikiliyə və “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı” əraziyə düşdüyü, bir hissəsinin isə (NECAS) əsasən başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü aşkar edilmişdir. Həmçinin, torpaq sahəsinin yaxınlığından yüksək gərginlikli (6-10 kv-luq) elektrik xəttinin keçdiyi aşkar edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli 261 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər”inə riayət edilməmişdir.
6. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2025-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən 0.36 ha torpaq sahəsinin 0.34 ha hissəsi üzərində X3, 0.02 ha hissəsi üzərində isə X10 paylı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
7. Məhkəmə qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki: 1) İddiaçı naturada təqdim etdiyi torpaq sahəsinin koordinatları, Xanlar rayonu Səmədli kəndi R.Məmmədov adına Təsərrüflatın Ərazisində Aparılan X15 X2 əsasən ictimai tikililər olan torpaq sahəsinə düşür. Yeni elektron xəritə məlumatlarına əsasən naturada təqdim edilmiş torpaq sahəsinin koordinatlarının 0.0169 ha qədər hissəsi kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlar, sənaye və istehsalat kimi qeydə alınıb. Yerdə qalan digər hissəsi 0.1031 ha qədəri X4 istifadəsində göstərilməklə, kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlar, həyətyanı torpaqlar kimi qeydə alınıb. Torpaq sahəsi ayrılan vaxt islahat xəritə məlumatlarına əsasən ictimai tikililərin torpaqları ərazisi olub. Naturada təqdim edilmiş torpaq sahəsi 0.12 ha olmaqla boş torpaq sahəsidir. Rəyə izah üçün cizgi sxem əlavə edilir. 2) Naturada təqdim edilmiş torpaq sahəsinin koordinatları, bələdiyyənin yerquruluşu planından çıxarışda əks olunmuş torpaq sahəsi ilə uyğunsuzluq təşkil edir. Sözügedən torpaq sahəsinin yerini təyin etmək üçün tərtib edilmiş koordinat arayışında əks olunmuş koordinatlar, naturada təqdim edilmiş torpaq sahəsi ilə qismən uyğun olmasına baxmayaraq, tərtib edilmiş koordinat arayışı 0.1332 ha təşkil edir. Rəyə izah üçün cizgi sxem əlavə edilir. 3) X9 və X12 məxsus, xx.xx.2015-ci il tarixdə verilmiş A№012276 nömrəli torpaq sahəsinin plan və ölçüsü, J№1179 (kod ********) saylı dövlət aktı əsasında işlənib. Torpaq sahəsinin A№012276 nömrəli plan və ölçü sənədində göstərilmiş koordinatlar, dövlət aktında olan koordinatlarla uyğunluq təşkil etmir. X9 və X12 məxsus, xx.xx.2015-ci il tarixdə verilmiş A№012276 nömrəli torpaq sahəsinin plan və ölçüsü işlənən zaman, faktiki istifadəsində olan torpaq sahəsinə istinadən işlənmişdir. 4) İddiaçı naturada təqdim etdiyi 0.12 ha həyətyanı torpaq sahəsinin koordinatları, X9 və X12 məxsus, xx.xx.2015-ci il tarixdə verilmiş A№012276 nömrəli (**********38 reyestr nömrəli) torpaq sahəsinin plan və ölçüsü koordinatları ilə 59.0 kv.m qədər üst-üstə düşür. Sözügedən torpaq sahəsinə işlənmiş koordinat arayışına əsasən isə 0.0121 ha qədər üst-üstə düşmə var. Yeni elektron xəritə məlumatlarına əsasən 0.1031 ha qədər torpaq sahəsi X4 istifadəsində olduğu qeyd edilib (Rəyə izah üçün cizgi sxem əlavə edilir).
8. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Ərazi İdarəsinin xx.xx.2026-cı il tarixli 3-21-3-33/2-1343/2026 nömrəli cavab məktubunda bildirilmişdir ki, X8 Uçotu və İnformasiya Sisteminə (TEKUİS və AZCAD) əsasən, 0.1031 ha torpaq sahəsinin X6 istifadəsində olduğu qeyd edilmişdir. Ərazi İdarəsinin xidməti istifadəsində olan Milli Qeydiyyat Sisteminə və elektron baza məlumatlarına əsasən, 0.1031 ha torpaq sahəsi üzərində X6 mülkiyyət hüquqları qeydə alınmamışdır. Bu səbəbdən sənəd surətlərinin məhkəməyə göndərilməsi mümkün olmamışdır. II. Məhkəmədə icraat
9. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı Göygöl rayonu, Qızılca bələdiyyəsi ərazisində yerləşən 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, çıxarış və plan-ölçü sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
10. Tələb onunla əsaslandırılmışdır ki, Göygöl rayon Qızılca bələdiyyəsinə xx.xx.2005-ci il tarixdə Göygöl rayonu Qızılca kəndi ərazisindən torpaq sahəsi almağı barədə ərizə ilə müraciət etmişdir. Ərizəyə bələdiyyə iclasında baxılmış və Qızılca bələdiyyə ərazisində 0,12 ha torpaq sahəsinin satılması barədə xx.xx.2005-ci il tarixli 04 nömrəli qərar qəbul olunmuşdur. Torpağın alınması üçün Kapital Bank vasitəsi ilə 615 manat 60 qəpik pul ödəmiş, Torpağın alqı-satqısına dair Göygöl (Xanlar) rayonu Şəhər Torpaq Şöbəsində 04 aprel 2005-ci il tarixli 668 nömrəli akt tərtib olunmuşdur. Həmin torpaq sahəsini 2005-ci il tarixdən hal-hazırki dövrə qədər istifadə etmişdir. Bunlara baxmayaraq mülkiyyətində olan torpaq sahəsinə dair çıxarış ala bilmir. Belə ki, torpaq sahəsinə çıxarış verilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 3 saylı Gəncə İdarəsinə müraciət etmişdir. Müraciətinə baxılmış və xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə İdarəsi mülkiyyətində olan torpaq sahəsinə dair çıxarışın verilməsindən imtina edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi imtinasını belə əsaslandırmışdır ki, torpaq sahəsinin bir hissəsinin Yeni uçot xəritə materiallarına əsasən (AzCAD) bələdiyyə mülkiyyətinə aid ictimai tikiliyə və "Sənaye nəqiliyyat, rabitə, müdafiə və digər təyinatlı" əraziyə düşür, bir hissəsinin isə (NECAS) əsasən başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü aşkar edilmişdir. Həmçinin torpaq sahəsinin yaxınlığından yüksək gərginlikli (6-10 kV-luq) elektirik xəttinin keçdiyi aşkar edilmişdir və bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Nəzərə çatdırılır ki, həmin ərazidə yaşayan qonşularının torpaq sahəsi daşınmaz əmlakın dövlət resterində qeydiata alınmışdır. Belə olan halda onun adına torpaq sahəsinə dair çıxarış verilməli, həmin çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə İdarəsi üzərinə qoyulmalıdır.
11. Məhkəmənin xx.xx.2026-cı il tarixli qərardadları ilə hazırki cavabdeh hüquqi varisi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmiş, hazırki iddia tələbi isə “Göygöl rayonu, Qızılca kəndi ərazisində yerləşən 0.1141 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, çıxarış və plan-ölçü sənədlərinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü
12. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
13. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. Həmin növ iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
14. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Göygöl rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
15. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
16. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər
17. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə Göygöl rayonu Qızılca-Üçtəpə bələdiyyəsi, X9 və X13 adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Daha sonra məhkəmənin xx.xx.2026-cı il tarixli qərardadı ilə X9 və X10 üçüncü şəxs qismində iştiraklarına xitam verilmişdir.
18. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2026-cı il tarixə təyin edilmişdir.
19. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, üçüncü şəxs isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
20. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş və etiraz etiraz imtinada göstərilən dəlillərlə əsaslandırılmışdır (qərarın 5-ci bəndi).
21. Üçüncü şəxsin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.
22. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir.
Əsaslandırma hissəsi:
VI. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
23. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
24. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Göygöl rayonu Qızılca bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 04 saylı qərarı ilə fərdi yaşayış evi tikmək üçün Xanlar rayonu Qızılca bələdiyyəsinin kənd daxili torpaq sahəsindən 0,49 ha hektar ayrılıb 6 nəfərinin hər birinə 2 nəfərinə 0,12 ha, 1 nəfərinə 0,07 ha, 3 nəfərinə 0,06 ha hektar olmaqla, İddiaçı 0,12 ha torpaq sahəsinin satılması qərara alınmış və torpaq sahəsinin baş planı və yerinin müəyyən edilməsinə dair koordinat arayışı tərtib edilmişdir. Eyni zamanda DT və XK-nin Xanlar rayon şöbəsi ayrılmış torpaq sahələrinin bələdiyyə mülkiyyətinə aid olması barədə rəy vermiş və ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış tərtib edilmişdir. Bələdiyyə ilə iddiaçı arasında torpaqların alğı-satqısına dair akt imzalanmış, iddiaçı tərəfindən bununla bağlı bələdiyyənin hesabına 224826 manat vəsait ödənilmiş, eləcə də alğı-satqı aktı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsi tərəfindən təsdiq edilməklə xx.xx.2005-ci il tarixdə 668 nömrə ilə qeydiyyata alınmışdır.
25. İddiaçı Göygöl rayonunda yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin ona xx.xx.2025-ci il tarixli 3-21-3-33/2-4476/2025 nömrəli imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, araşdırma zamanı iddia olunan torpaq sahəsinin bir hissəsinin Yeni uçot xəritə materiallarına əsasən (AZCAD) bələdiyyə mülkiyyətinə aid ictimai tikiliyə və “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı” əraziyə düşdüyü, bir hissəsinin isə (NECAS) əsasən başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü aşkar edilmişdir. Həmçinin, torpaq sahəsinin yaxınlığından yüksək gərginlikli (6-10 kv-luq) elektrik xəttinin keçdiyi aşkar edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli 261 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər”inə riayət edilməmişdir.
26. Məhkəmə aşağıda qeyd olunanlara əsasən cavabdehin imtinası qanunsuz və əsassız hesab edir.
27. Belə ki, cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, iddia olunan torpaq sahəsinin bir hissəsi Yeni uçot xəritə materiallarına əsasən (AZCAD) bələdiyyə mülkiyyətinə aid ictimai tikiliyə və “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı” əraziyə, bir hissəsi isə (NECAS) əsasən başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşür. Həmçinin, torpaq sahəsinin yaxınlığından yüksək gərginlikli (6-10 kv-luq) elektrik xətti keçir.
28. Məhkəmə tərəfindən həmin halın aydınlaşdırılması məqsədilə mütəxəssis rəyinin alınması qərara alınmış və əldə edilmiş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı naturada təqdim etdiyi torpaq sahəsinin koordinatları, Xanlar rayonu Səmədli kəndi R.Məmmədov adına Təsərrüflatın Ərazisində Aparılan X15 X2 əsasən ictimai tikililər olan torpaq sahəsinə düşür. Yeni elektron xəritə məlumatlarına əsasən naturada təqdim edilmiş torpaq sahəsinin koordinatlarının 0.0169 ha qədər hissəsi kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlar, sənaye və istehsalat kimi qeydə alınıb. Yerdə qalan digər hissəsi 0.1031 ha qədəri X6 istifadəsində göstərilməklə, kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlar, həyətyanı torpaqlar kimi qeydə alınıb. Torpaq sahəsi ayrılan vaxt islahat xəritə məlumatlarına əsasən ictimai tikililərin torpaqları ərazisi olub. Naturada təqdim edilmiş torpaq sahəsi 0.12 ha olmaqla boş torpaq sahəsidir. Naturada təqdim edilmiş torpaq sahəsinin koordinatları, bələdiyyənin yerquruluşu planından çıxarışda əks olunmuş torpaq sahəsi ilə uyğunsuzluq təşkil edir. Sözügedən torpaq sahəsinin yerini təyin etmək üçün tərtib edilmiş koordinat arayışında əks olunmuş koordinatlar, naturada təqdim edilmiş torpaq sahəsi ilə qismən uyğun olmasına baxmayaraq, tərtib edilmiş koordinat arayışı 0.1332 ha təşkil edir. X9 və X12 məxsus, xx.xx.2015-ci il tarixdə verilmiş A№012276 nömrəli torpaq sahəsinin plan və ölçüsü, J№1179 (kod ********) saylı dövlət aktı əsasında işlənib. Torpaq sahəsinin A№012276 nömrəli plan və ölçü sənədində göstərilmiş koordinatlar, dövlət aktında olan koordinatlarla uyğunluq təşkil etmir. X9 və X12 məxsus, xx.xx.2015-ci il tarixdə verilmiş A№012276 nömrəli torpaq sahəsinin plan və ölçüsü işlənən zaman, faktiki istifadəsində olan torpaq sahəsinə istinadən işlənmişdir. İddiaçı naturada təqdim etdiyi 0.12 ha həyətyanı torpaq sahəsinin koordinatları, X9 və X12 məxsus, xx.xx.2015-ci il tarixdə verilmiş A№012276 nömrəli (**********38 reyestr nömrəli) torpaq sahəsinin plan və ölçüsü koordinatları ilə 59.0 kv.m qədər üst-üstə düşür. Sözügedən torpaq sahəsinə işlənmiş koordinat arayışına əsasən isə 0.0121 ha qədər üstüstə düşmə var. Yeni elektron xəritə məlumatlarına əsasən 0.1031 ha qədər torpaq sahəsi X6 istifadəsində olduğu qeyd edilib.
29. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Ərazi İdarəsinin xx.xx.2026-cı il tarixli 3-21-3-33/2-1343/2026 nömrəli cavab məktubunda bildirilmişdir ki, X8 Uçotu və İnformasiya Sisteminə (TEKUİS və AZCAD) əsasən, 0.1031 ha torpaq sahəsinin X6 istifadəsində olduğu qeyd edilmişdir. Ərazi İdarəsinin xidməti istifadəsində olan Milli Qeydiyyat Sisteminə və elektron baza məlumatlarına əsasən, 0.1031 ha torpaq sahəsi üzərində X6 mülkiyyət hüquqları qeydə alınmamışdır. Bu səbəbdən sənəd surətlərinin məhkəməyə göndərilməsi mümkün olmamışdır
30. Yəni, mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, Göygöl rayonu Qızılca bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 04 saylı qərarı ilə İddiaçı verilmiş torpaq sahəsinin 59.0 kv.m hissəsi X9 və X12 məxsus torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı da tələbində həmin hissəni azaldaraq, 0.1141 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmişdir.
31. Məhkəmə torpaq sahəsinin 0.1031 ha hissəsinin yeni elektron xəritə məlumatlarına əsasən X6 istifadəsində olması ilə bağlı qeyd edir ki, həmin torpaq sahəsi üzərində X6 mülkiyyət hüququ qeydə alınmadığından, onun həmin torpaq sahəsindən istifadə etməsi, torpaq sahəsinin ona məxsus olması anlamına gəlmir və həmin hal iddiaçıya ayrılmış torpaq sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasında imtina üçün əsas ola bilməz.
32. Belə ki, iddiaçıya torpaq sahəsinin ayrılmasına dair Göygöl rayonu Qızılca bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 04 saylı qərarının ləğv edilməsi, dəyişdirilməsi barədə heç bir məlumat yoxdur.
33. İddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərək həmin sənədin məzmununa uyğun davranmış, torpaq sahəsinin dəyərini ödəmiş və ondan təyinatına uyğun istifadə etmişdir. Bununla da, iddiaçının inzibati orqanın inzibati praktikasına etimadı yaranmışdır.
34. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam... Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
35. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar.
36. Məhkəmə onu da qeyd edir ki, cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Qanunun tələbinə görə, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin ziyanına olan halların araşdırılması məqsədi ilə, xüsusilə dövlət orqanlarına müvafiq sorğuların göndərilməsini, sübutların tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.
37. Hazırkı halda isə cavabdeh inzibati orqanın qanunla üzərinə qoyulmuş həmin vəzifələri düzgün icra etməsi müəyyən edilmir.
38. “İnzibati icraat haqqında” Qanununa görə: Maddə 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. ...
39. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Göygöl rayonu, Qızılca kəndi ərazisində yerləşən 0.1141 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, çıxarış və plan-ölçü sənədlərinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
40. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
41. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. Göygöl rayonu, Qızılca kəndi ərazisində yerləşən 0.1141 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, çıxarış və plan-ölçü sənədlərinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva