Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-456/2020 27.02.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, X2, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X28 nümayəndəsi X15 iştirakı ilə, X2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X30 (bundan sonra DƏDRX-nin 11 saylı X31) qarşı şəhadətnamənin qismən ləğv edilməsi və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: X3 cavabdeh DƏDRX-nin 11 saylı X24rşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, JN 327A KOD 50405018 saylı “Torpağın mülkyyətə verilməsinə dair” şəhadətnamədəki qeydin qismən, yəni X12 münasibətdə ləğv edilməsi, onun adının mülkiyyətçilər siyahısından çıxarılması və hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Şəmkir rayonu, Dəllər Cəyir kəndi, Nizami küçəsi, 8 nömrəli ünvanda yerləşən 0.28 ha həyətyanı torpaq sahəsinə dair İddiaçı2, X11, X10 və iddiaçının adına Şəmkir rayonu X19 xx xxxx 1998-ci il 52 saylı qərarı əsasında JN 327A KOD 50405018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə verilmişdir. Eləcə də Şəmkir rayonu, Dəllər Cəyir kəndinin ərazisində yerləşən 0.73 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair İddiaçı2, X11 və iddiaçının adına Şəmkir rayonu X19 xx xxxx 1998-ci il 52 saylı qərarı əsasında JN 381 50405018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilmişdir.Şəmkir rayon 1 saylı dövlət notariat kontorunda reyestrdə xx xxxxxxxx 2011-ci il tarixdə 2V-02-437 nömrə ilə qeyd edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə ilə X20 və iddiaçı mərhum İddiaçı2 vərəsəsi sayılmışlar.Eləcə də Şəmkir rayon 1 saylı dövlət notariat kontorunda reyestrdə xx xxxxxxxx 2011-ci il tarixdə 2V-03-367 nömrə ilə qeyd edilmiş “miras payın bağışlanmasına dair” müqaviləyə əsasən iddiaçının mərhum anası X20 mərhum İddiaçı2 miras payını, yəni bütün əmlakın hər birinə bölünmüş ikidə bir hissəsini iddiaçıya bağışlamışdır. Bundan sonra iddiaçı hüquqların qeydiyyatı üçün DƏDRX-nin 11 saylı Ərazi İdarəsinə ərizə ilə müraciət etsə də, cavabdeh orqan imtina edərək JN: 327A KOD 50405018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə yanlışlığa yol verildiyi və həmin yanlışlığın düzəldilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Bu səbəbdən də iddiaçı hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmiş və Şəmkir Rayon Məhkəməsinin 2(076)- 520/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə ərizəsi təmin edilərək, JN-327A KOD 50405018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” X1 və X14 məxsus olması faktının müəyən edilməsi qət edilmişdir. İddiaçı şəhadətnamədə yanlışlığı düzəltdirdikdən sonra yenidən DƏDRX-nin 11 saylı X30 ərizə ilə müraciət edərək, Şəmkir rayonu, Dəllər Cəyir kəndində yerləşən torpaq sahəsi üzərindəki fərdi yaşayış evinə mülkiyyət hüquqlarının qeydiyyatına alınmasını xahiş etsə də, cavabdeh orqan İddiaçı2 adına qeyd edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair JN-327 A saylı şəhadətnaməyə əsasən torpaq sahəsi üzərində X4 kimi siyahıda adı yazıldığından onun adının siyahıdan çıxarılaraq, mülkiyyətçi kimi qeydə alınmamasının mümkün olmadığı bildirilmişdir. X3 məhkəmə iclaslarında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, onların ailəsində Fidan adlı uşaq doğulmamış və yaşamamışdır. Cavabdehin nümayəndəsi X22 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, Şəmkir rayonu, Dəllər Cəyir kəndində yerləşən torpaq sahəsi üzərindəki fərdi yaşayış evinə mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı2 adına qeyd edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair JN- 327 A saylı şəhadətnaməyə əsasən 0.28 ha torpaq sahəsi üzərində X4 kimi siyahıda adı yazılmışdır. Həmin şəxsin adının siyahıdan çıxarılaraq mülkiyyətçi kimi qeydə alınmaması qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -DƏDRX-nin 11 saylı X28 xx.xx.2019-cu il tarixli, **********23 nömrəli məktubunun surətindən görünür ki, iddiaçının müvafiq müraciəti müsbət həll edilməmişdir. -JN-327A KOD 50405018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Şəmkir rayonu X19 xx xxxx 1998-ci il 52 saylı qərarı əsasında İddiaçı2 və onun ailə üzvləri X14, İddiaçı1 və X12 0.28 ha torpaq sahəsi verilmişdir. -JN-3xx xxx 50405018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının surətindən görünür ki, Şəmkir rayonu X19 xx xxxx 1998-ci il 52 saylı qərarı əsasında İddiaçı2 və onun ailə üzvləri X14, İddiaçı1 0.73 ha torpaq sahəsi verilmişdir. -Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(076)-520/2019 nömrəli qətnaməsindən görünür ki, JN-327A KOD 50405018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” X1 və X14 məxsus olması faktı müəyyən edilmişdir. -Dövlət X26 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, k-1-727 nömrəli arxiv arayışından görünür ki, Filialda mühafizə olunan Dəllər-Cəyir kənd İƏV üzrə nümayəndəsinin təsərrüfatbaşına kitabda 1996-2000-ci illərdə İddiaçı2 adına 323 nömrəli təsərrüfat qeyd edilib və onun ailə üzvləri kimi Musayeva Valeriya (Valentina) Fyodorovna, X17 və X13 göstərilmişdir. -Şəmkir rayon 1 saylı dövlət notariat kontorunda reyestrdə xx xxxxxxxx 2011-ci il tarixdə 2V-02-437 nömrə ilə qeyd edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin surətindən görünür ki, X20 və İddiaçı1 mərhum İddiaçı2 vərəsəsi sayılmışdır. -Şəmkir rayon 1 saylı dövlət notariat kontorunda reyestrdə xx xxxxxxxx 2011-ci il tarixdə 2V-03-367 nömrə ilə qeyd edilmiş “miras payın bağışlanmasına dair” müqavilənin surətindən görünür ki, X20 mərhum İddiaçı2 miras payını, yəni bütün əmlakın hər birinə bölünmüş ikidə bir hissəsini İddiaçı1 bağışlamışdır. -AZ-İ 105505 nömrəli “Ölüm haqqında” şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 xx.xx.2004-cü il tarixdə ölmüşdür. -AZ-İ 898999 nömrəli “Ölüm haqqında” şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.2017-ci il tarixdə ölmüşdür. -Şəmkir rayon Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli 05/0-54 nömrəli məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 1997-ci ildən 2020-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X10 doğum haqqında akt qeydi aşkar olunmamışdır. -Dəllər-Cəyir kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2020-ci il tarixli 08/04 nömrəli məktubundan görünür ki, Dəllər-Cəyir kənd İƏD üzrə nümayəndəliyin təsərrüfatbaşına kitabında mərhum İddiaçı2 ailəsində X18 adlı şəxs olmamışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. İş materiallarına əlavə olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Şəmkir rayonu X19 xx xxxx 1998-ci il 52 saylı qərarı əsasında Şəmkir rayonu, Dəllər Cəyir kəndi, Nizami küçəsi, 8 nömrəli ünvanda yerləşən 0.28 ha həyətyanı torpaq sahəsi ilə bağlı İddiaçı2 və onun ailə üzvləri X11, X10 və iddiaçının adına JN 327A KOD 50405018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə verilmişdir. Lakin iddiaçı “X18”nın onların ailə üzvü olmamasını bildirərək həmin şəxsin adının subyektlər siyahısından çıxarılaraq sözügedən torpaq sahəsi üzərində onun hüquqlarının dövlət reyestrində qeydə alınmasını tələb etmişdir. Əvvəla qeyd edilməlidir ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(076)-520/2019 nömrəli qətnaməsi ilə JN-327A KOD 50405018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” X1 və X14 məxsus olması faktı müəyyən edilmişdir. Həmçinin qeyd edilməlidir ki, JN-3xx xxx 50405018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında İddiaçı2 ailə üzvləri siyahısında X18”nın adı öz əksini tapmamışdır. Bununla yanaşı, məhkəmə araşdırması zamanı verilmiş müvafiq sorğulara cavablar əsasında İddiaçı2 ailəsində “X18” adlı şəxsin olmaması halı öz təsdiqini tapmışdır. Beləliklə bütün bunlar onu deməyə əsas verir ki, sözügedən şəxsin adı mübahisələndirilən şəhadətnaməyə səhvən daxil edilmişdir və qeyd olunan hal mübahisələndirilən sənədin həmin şəxsə münasibətdə ləğvi üçün əsasdır. Bununla yanaşı iş materialları ilə müəyyən olunmuşdur ki, İddiaçı2 və X11 yeganə vərəsəsi X7r və məhkəmə hesab edir ki, cavabdehin imtinası onun qanunla qorunan maraqlarına zidd olmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. -8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. -16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. -16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, JN-327A KOD 50405018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə qismən, yəni X12 münasibətdə ləğv edilməli və həmin şəhadətnamə ilə müəyyən edilmiş torpaq sahəsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində X5 adına qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. JN-327A KOD 50405018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə qismən, X12 aid hissədə ləğv edilsin. JN-327A KOD 50405018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə qeyd olunmuş 0.28 ha torpaq sahəsi daşınmaz əmlakın Dövlət reyestrindəX5 adına qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X30 həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-456/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-456/2020
27.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver