Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-457/2021 18.03.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı X3 və cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası DİN X2rşı xidməti barədə məlumat vərəqinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təqdim edilməsi iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X8 (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası DİN X6 (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların xətti ilə pensiyanın təyin olunması üçün şəxsi işinin istənilməsi məqsədi ilə Səfərbəylik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə məktub göndərilməsi və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun təminat xərcliynə uyğunlaşdırmaqla təminat xərcliyinin hesablanması və bu barədə müəyyən olunmuş qaydada Məlumat vərəqi”nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1990-cı ildən xx.xx.1992-ci ilədək SSR-i Silahlı Qüvvələri sıralarında müddətli həqiqi hərbi xidmətdə olmuş, erməni silahlı birləşmələri torpaqlarımızın işğalına başlayan zaman Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının nəzdində bir çox hərbi hissələrin tərkibinə hərbi xidmətdə olmuş və döyüş əməliyyatlarında iştirak etmişdir. xx.xx.1992-ci il tarixdə yaralandıqdan sonra uzun müddət ərzində müalicədə olmuş, hazırda 3-cü qrup müharibə əlilidir, əlilliyinin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmasıdır. Müharibə əlilliyinin müddətli həqiqi hərbi xidmətdə olmayan hərbi qulluqçu kimi pensiyanın təyin olunması üçün zəruri sənədləri, yəni şəxsi işinin istənilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunları tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinə məktub (şəxsi işi və digər zəruri sənədləri) göndərilməmiş, təminat xərclərinin hesablanması üçün məlumat vərəqinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təqdim edilməmişdir. Bu barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh bundan imtina etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı X8 «iddia tələbinin dəqiqləşdirilməsi barədə» ərizə təqdim edərək, xidməti barədə məlumat vərəqinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təqdim edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X9 xx.xx.2021-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında və xx.xx.2021-ci il tarixdə keçirilən məhkəmə baxışı iclaslarında məhkəməyə ərizə təqdim edərək X3 iddia tələbini etiraf etdiyini və baxılaraq təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə araşdırmasının predmetini Azərbaycan Respublikası DİN Daxili Qoşunların Baş İdarəsinin xx.xx.2018-ci il tarixli 226 nömrəli arxiv arayışı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 7 saylı Zona TSEK Nizami rayon şöbəsinin xx.xx.1999-cu il tarixli 398 nömrəli TSEK müayinə aktından çıxarış, Daxili Qoşunların Baş İdarəsinin xx.xx.2021-ci il tarixli 1314/440-21/3Ə və xx.xx.2021-ci il tarixli 1314/343-150M nömrəli məktubları və cavabdehin nümayəndəsinin xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli ərizələri təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Belə ki, araşdırılmış sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı Daxili Qoşunların tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və xx.xx.1992-ci il tarixdə yaralandıqdan sonra ehtiyata buraxılmış və ona 3-cü dərəcə əlillik təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 7 saylı Zona TSEK Nizami rayon şöbəsinin xx.xx.1999-cu il tarixli 398 nömrəli TSEK müayinə aktından çıxarışdan görünür ki, X1 y/ə odlu silah yaralanmasının nəticələri, bazu arteriyanın zədələnməsi ilə. Sağ dirsək və orta sinirinin postravmatik nevriti. OD-Travmotik kata göz daxili yad cism və s. OD-işıq xəsarətləri Azərbaycan Respublikasının müdafiəsi zamanı yaralanıb yüngül işdə işləyə bilər, müddətsiz üçüncü dərəcə əlillik diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN Daxili Qoşunların Baş İdarəsinin xx.xx.2018-ci il tarixli 226 nömrəli arxiv arayışından görünür ki, sıravi X3 5456 (99713) saylı və dislokasiya yeri Ağdam rayonu-döyüş bölgəsi olmuş N () saylı hərbi hissənin tərkibində müddətli həqiqi hərbi xidmət keçmiş və adı 1992-1994-cü illərdə gedən döyüş əməliyyatları zamanı yaralanmış hərbi qulluqçuların siyahısında 770-ci sıra nömrəsi ilə qeydə alınmışdır (Ağdamda yaralanmışdır, ünvan: ünvan 2 materiallarına əlavə edilmiş Daxili Qoşunların Baş İdarəsinin xx.xx.2021-ci il tarixli 1314/440-21/3Ə və xx.xx.2021-ci il tarixli 1314/343-150M nömrəli məktublarından görünür ki, Daxili Qoşunların arxivində iddiaçının Daxili Qoşunların tərkibində müddətdən artıq həqiqi hərbi xidmət keçməsi barədə məlumatlar aşkar edilmədiyinə görə qaldırdığı məsələ ilə əlaqədar müvafiq köməkliyin göstərilməsi imkan xaricindədir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220-ci maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına və cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi ərizəsinə müvafiq olaraq qiymət verərək, hesab edir ki, cavabdehin etirafı məhkəmə tərəfindən qəbul edilməli və iddiaçı X3 cavabdeh Azərbaycan Respublikası DİN X2rşı xidməti barədə məlumat vərəqinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı X3 xidməti barədə məlumat vərəqinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təqdim edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası DİN X4 üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-457/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-457/2021
18.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver