Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-457/2022 26.04.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı X6 nümayəndəsi X3, üçüncü şəxslər Göygöl Rayon İcra Hakimiyyətinin nümayəndələri X1 və X4 iştirakı ilə, İddiaçı X6 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Göygöl Rayon İcra Hakimiyyəti) torpaq sahəsi üzərində istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i : İddiaçı X11 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 14.12.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, istifadəsində olan 40 ha torpaq sahəsi üzərində istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Xanlar rayon X14 Rəyasət Heyətinin 16.11.1995ci il tarixli 12 nömrəli qərarı ilə İddiaçı X6 istifadəsinə 50 ha torpaq sahəsi ayrılmışdır. Aqrar islahat aparılan zaman sovxozun X16 Komissiyasının 30.03.2001-ci il tarixli 05 nömrəli və Rayon Aqrar İslahat Komissiyasının 04.05.2001-ci il tarixli 56 nömrəli qərarları ilə həmin torpaq sahəsindən 10 ha torpaq sahəsi geri götürülmüş, qalan 40 ha torpaq sahəsi İddiaçı X6 istifadəsində saxlanılmışdır. Həmin torpaq sahəsi dövlət qeydiyyatına alınmadığı üçün iddiaçı əkdiyi taxıl məhsuluna görə subsidiya ala bilmir, nəticədə təsərrüfatın sahibkarlıq fəaliyyətinə maneə törədilir və gəliri azalır. Buna görə də 40 ha torpaq sahəsi üzərində istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etsə də, cavabdeh orqan bundan imtina etmişdir. Məhkəmənin 26.04.2022-ci il tarixli qərardadı ilə məhkəmənin 16.12.2021-ci il tarixli qərardadı Göygöl rayon Dövlət Arxivinin iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi hissəsində ləğv edilmişdir. İddiaçının nümayəndəsi X7 məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, hazırda faktiki olaraq 40 ha torpaq sahəsindən istifadə edir. Cavabdehin nümayəndəsi X5 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, Xanlar Rayon İcra Hakimiyyəti başçısının 04.05.2001-ci il tarixli, 56 saylı sərəncamından çıxarışın 5-ci bəndinə əsasən, İddiaçı kəndli fermer təsərrüfatına XDS-nin 29.12.1994-cü il tarixli, 12 nömrəli qərarı ilə ayrılmış 50 ha torpaq sahəsindən 30 ha əkin, 10 ha biçənək sahəsi saxlanılmaqla 10 ha örüş sahəsi geri qaytarılaraq Xanlar bələdiyyəsinin mülkiyyətinə verilməsi qərara alınmışdır. Həmin torpaq sahəsinə dair İddiaçı kəndli fermer təsərrüfatına Dövlət Aktı verilməmişdir. Göygöl Rayon İcra Hakimiyyəti tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı ünvan 1 ünvanlanmışdır. Qeyd olunan məktubda keçmiş Xanlar rayon heyvandarlıq sovxozunda torpaq islahatı aparılan zaman X16ı komissiyasının 02 sentyabr 2002-ci il tarixli, 01 saylı və rayon aqrar islahatı komissiyasının 09 sentyabr 2002-ci il tarixli, 05 saylı qərarları əsasında qanunvericiliyin tələblərinə uyğun olaraq həmin torpaq sahəsinin İddiaçı kəndli fermer təsərrüfatının üzvlərinin və ərazidən torpaq payı almaq hüququ olan digər vətəndaşların mülkiyyətinə verildiyi, qalan torpaq sahəsinin isə dövlət mülkiyyətində saxlanıldığı qeyd olunmuşdur. Qeyd edilən mübahisəli məsələyə münasibət bildirməsi üçün tərəfimizdən Göygöl Rayon İcra Hakimiyyətinə 18 iyun 2020-ci il tarixli, **********54 nömrəli məktub ünvanlanmışdır. Göygöl Rayon İcra Hakimiyyəti başçısının 09 iyul 2020-ci il tarixli, 11/290 nömrəli cavab məktubunda, keçmiş Xanlar rayon Heyvandarlıq sovxozunda torpaq islahatı aparılan zaman X16 Komissiyasının 02 sentyabr 2002-ci il tarixli, 01 saylı və Rayon Aqrar İslahat Komissiyasının 09 sentyabr 2002-ci il tarixli, 05 saylı qərarları əsasında, qanunvericiliyin tələblərinə uyğun olaraq sözügedən torpaq sahəsinin İddiaçı kəndli fermer təsərrüfatının üzvlərinin və ərazidə torpaq payı almaq hüququ olan digər vətəndaşların mülkiyyətinə verildiyi, qalan torpaq sahəsinin isə dövlət mülkiyyətində saxlanıldığı qeyd olunmuşdur. İddia olunan sahəyə xüsusi cihaz vasitəsilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin sahə hər-hansı subyektlərə verilməmişdir və dövlət fonduna aid torpaq sahəsidir. Üçüncü şəxsin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirmişdir ki, iddia olunan torpaq sahəsinin yerləşdiyi ərazidən Göygöl Rayon İcra Hakimiyyəti başçsının 23.12.2021ci il tarixli, 219 nömrəli sərəncamı ilə 17,34 ha və 7.58 ha torpaq sahəsi 15 il müddətinə X9 icarəsinə verilmiş, həmin şəxs qeyd olunan torpaq sahələrinə dair Dövlət reystrindən çıxarış almışdır. Lakin hazırda həmin sahədən faktiki olaraq iddiaçı istifadə edir. Üçüncü şəxsin nümayəndəsi X10 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının tələb etdiyi sahə dövlətin müstəsna mülkiyyətindədir, həmin sahənin 9.0 ha hissəsi 2003cü ildə İddiaçı kəndli fermer təsərrüfatına icarəyə verilmiş, 2018-ci ildə icarə müqaviləsinin müddəti bitmişdir. Surxay Hüseynovun icarəsinə verilmiş sahə iddiaçının tələb etdiyi sahənin bir hissəsidir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə, eləcə də tərəflərin izahatları ilə müəyyən olunur ki, X16 Komissiyasının 30.03.2001-ci il tarixli 05 nömrəli və Rayon Aqrar İslahat Komissiyasının 04.05.2001-ci il tarixli 56 nömrəli qərarlarına əsasən iddiaçının istifadə hüquqlarını qeydə alınmasını tələb etdiyi sahənin bir hissəsi Göygöl Rayon İcra Hakimiyyəti başçsının 23.12.2021-ci il tarixli, 219 nömrəli sərəncamı ilə 15 il müddətinə X9 icarəsinə verilmiş, qeyd olunan torpaq sahəsi üzərində onun icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Göründüyü kimi, iddia olunan sahənin bir hissəsi digər şəxsin xeyrinə yüklü edilmişdir. Belə olan halda yüklü edilmiş sahəyə yenidən iddiaçının istifadə hüququnun qeydə alınması mümkün deyil. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən;
1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.
4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən; Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının vəqanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə
Q ə r a r a a l d ı :
İddiaçı X6 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fikrət Hüseynov