Məhkəmə qərarları › İş №2-1(114)-4575/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-4575/2025

16.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4575/2025 16.12.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı əlilliyə görə ödənilməmiş sosial müavinətin ödənilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək ödənilməmiş sosial müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı ümumi xəstəlik səbəbindən xx.xx.2022-ci il tarixdə 2 il müddətinə ikinci dərəcə əlillik təyin edildiyindən, həmin tarixdən ona orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə sosial müavinət təyin edilmiş, əlillik müddəti bitidiyi xx.xx.2024-cü il tarixədək ödəniş davam etdirilmişdir.

2. İddiaçı xx.xx.2025-ci il tarixdə yenidən 2 il müddətinə ikinci dərəcə əlillik təyin edildiyindən, həmin tarixdən ona orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə təkrar sosial müavinət təyin edilmişdir.

3. İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək ödənilməmiş sosial müavinətin ödənilməsi bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına etdiyi müraciətə, həmin Filialın xx.xx.2025-ci il tarixli 3-17- 1/2-M-126621/2025 nömrəli məktubla imtina cavabı verilərək bildirilmişdir ki, "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.3-cü maddəsinə əsasən əlilliyə görə müavinət - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda və bu Qanunun 9.1.2-ci maddəsinə uyğun olaraq əlillik müddətinə təyin olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Məlumat üçün bildirilir ki, ona proaktiv qayada xx.xx.2022-ci il tarixdən orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə sosial müavinət təyin edilmiş, ödənişi xx.xx.2024-cü il tarixədək davam etdirilmişdir (əlilliyinin müddətinin bitdiyi tarixədək). Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən təkrar müayinə nəticəsində xx.xx.2025-ci il tarixdən orqanizmin funksiyalarının 80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş edilmiş və müvafiq olaraq ona həmin tarixdən proaktiv qaydada orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi 220 manat məbləğində sosial müavinət təyin edilmişdir. "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli № 356-VİQD nömrəli Azərbaycan Respublikası Qanununa əsasən sözügedən Qanuna 3.3-1-ci maddə əlavə olunmuşdur. Həmin maddəyə uyğun olaraq əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Belə ki, xx.xx.2021-ci il tarixindən əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi müəyyən edildikdə, yəni şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edilibsə, bu yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən, 6 ay keçibsə əlilliyin təkrar qiymətləndirilməsi tarixindən bərpa edilir. Qeyd olunanları nəzərə alaraq bildirilir ki, əlilliyininn müddəti xx.xx.2024-cü il tarixdən təkrar əlilliyinin müəyyən edildiyi xx.xx.2025-ci il tarixinədək 6 aydan çox müddət keçdiyi üçün ona ərizədə qeyd edilən dövr üzrə sosial müavinətin təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildirilir ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövr üzrə əlilliyinin müəyyən edilməsi barədə məlumat Nazirliyinin elektron informasiya ehtiyatlarına daxil edildikdən sonra təkrar müraciəti əsasında həmin dövr üzrə əlilliyə görə müavinət hüququna yenidən baxılacaqdır. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya ) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. II. Məhkəmədə icraat

4. İddiaçı xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək əlilliyi olan şəxs müəyyən edilməklə ödənilməyən sosial müavinətin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək verilməmiş əlillik müavinətinin ödənilməsi barədə müraciət etmişdir, onun müraciəti əsassız olaraq təmin edilməmişdir, ona imtina verilmişdir. Hesab edir ki cavabdehin imtinası əsassızdır, Belə ki, onun xx.xx.2022-ci ildən orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə sosial müavinət təyin edilmiş, əlillik müddəti bitdiyi üçün xx.xx.2024-cü il tarixdə dayandırılmışdır, dərhal əlilliyin təkrar qiymətləndirilməsi ilə müraciət etmiş, komissiyalardan təkrar keçmişdir. xx.xx.2025-ci il tarixdə əlillik dərəcəsinə görə sosial müavinət ödənilməyə başlanıb, gülməli yanaşma sərgiləyirlər ki, dayanma ilə bərpa edilmə ərasında 6 aydan artıq vaxt keçib, guyya müddəti ötürmüşdür. O, müddət bitdikdən sonra cavabdeh orqana dərhal müraciət etmiş, həkim komisiyalarına nə vaxt dəvət ediblər həmin zaman getmiş, göstərdikləri müddət onun təqsiri üzündən keçməyib, cavabdehin təqsiri üzündən keçib. Hesab edir ki cavabdeh orqanın üzərinə öhtəlik qoyulmalıdır ki, həmin dövr üçün ödənilməyən sosyal müavinətin odənilməsini təmin etsinlər.

6. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmiş, daha sonra xx.xx.2025-ci il tarixli qərardadla hazırki iddia tələbi “xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək ödənilməmiş sosial müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü

7. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

8. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. Həmin növ iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

9. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Tovuz rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

10. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

11. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər

12. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

13. İddiaçı və cavabdehin nümayəndəsi X2 məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

14. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz imtina məktubunda qeyd edilənlərlə əsaslandırılmışdır.

15. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianınn təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

16. Cavabdehin nümayəndəsi X2 şifahi məhkəmə baxışı iclasında iddiaya etiraz edərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

Əsaslandırma hissəsi:

VI. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

17. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

18. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, İddiaçı ümumi xəstəlik səbəbindən xx.xx.2022-ci il tarixdə 2 il müddətinə ikinci dərəcə əlillik təyin edildiyindən, həmin tarixdən ona orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə sosial müavinət təyin edilmiş, əlillik müddəti bitidiyi xx.xx.2024-cü il tarixədək ödəniş davam etdirilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə yenidən 2 il müddətinə ikinci dərəcə əlillik təyin edildiyindən, həmin tarixdən ona orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə təkrar sosial müavinət təyin edilmişdir.

19. İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək ödənilməmiş sosial müavinətin ödənilməsi bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına etdiyi müraciətə, həmin Filialın xx.xx.2025-ci il tarixli 3-17- 1/2-M-126621/2025 nömrəli məktubla imtina cavabı verilərək bildirilmişdir ki, "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.3-cü maddəsinə əsasən əlilliyə görə müavinət - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda və bu Qanunun 9.1.2-ci maddəsinə uyğun olaraq əlillik müddətinə təyin olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Məlumat üçün bildirilir ki, ona proaktiv qayada xx.xx.2022-ci il tarixdən orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə sosial müavinət təyin edilmiş, ödənişi xx.xx.2024-cü il tarixədək davam etdirilmişdir (əlilliyinin müddətinin bitdiyi tarixədək). Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən təkrar müayinə nəticəsində xx.xx.2025-ci il tarixdən orqanizmin funksiyalarının 80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş edilmiş və müvafiq olaraq ona həmin tarixdən proaktiv qaydada orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi 220 manat məbləğində sosial müavinət təyin edilmişdir. "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli № 356-VİQD nömrəli Azərbaycan Respublikası Qanununa əsasən sözügedən Qanuna 3.3-1-ci maddə əlavə olunmuşdur. Həmin maddəyə uyğun olaraq əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Belə ki, xx.xx.2021-ci il tarixindən əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi müəyyən edildikdə, yəni şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edilibsə, bu yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən, 6 ay keçibsə əlilliyin təkrar qiymətləndirilməsi tarixindən bərpa edilir. Qeyd olunanları nəzərə alaraq bildirilir ki, əlilliyininn müddəti xx.xx.2024-cü il tarixdən təkrar əlilliyinin müəyyən edildiyi xx.xx.2025-ci il tarixinədək 6 aydan çox müddət keçdiyi üçün ona ərizədə qeyd edilən dövr üzrə sosial müavinətin təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildirilir ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövr üzrə əlilliyinin müəyyən edilməsi barədə məlumat Nazirliyinin elektron informasiya ehtiyatlarına daxil edildikdən sonra təkrar müraciəti əsasında həmin dövr üzrə əlilliyə görə müavinət hüququna yenidən baxılacaqdır. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya ) məhkəmə qaydasında şikayət vermək hüququ vardır.

20. Məhkəmə aşağıda qeyd olunanlara əsasən cavabdeh inzibati orqanın imtinasını qanunsuz və əsassız hesab edir.

21. Belə ki, hazırda iddiaçının hüquqi marağı əlilliyə görə müavinətin əliliyinin müddəti bitdiyi xx.xx.2024-cü il tarixindən əlilliyinin təyinatı xx.xx.2025-ci il tarixinə kimi əlilliyə görə müavinətin ona ödənilməsindən ibarətdir.

22. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir.

23. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən sözügedən Qanuna 3.3-1-ci maddə əlavə olunmuşdur (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli №356-VİQD nömrəli fərmanına əsasən). Həmin maddəyə uyğun olaraq əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.

24. Göründüyü kimi, hazırkı mübahisə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 3.3-1-ci maddəsinin tətbiqi ilə bağlıdır.

25. Həmin maddə onu nəzərdə tutur ki, 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi həyata keçirilmişsə, birbaşa qanunun göstərişinə görə, şəxsə 6 ay daxilində əlilliyin hansı tarixdən təyin edilməsindən asılı olmayaraq o, əlilliyin müddətinin bitdiyi əvvəlki tarixdən əlilliyi olan şəxs sayılır. Ona görə də, 6 ay ərzində aparılmış əlillik təyinatı zamanı əlilliyə görə edilən ödəmələr qərarın tarixindən asılı olmayaraq müddətin bitdiyi tarixdən davam etdirilməlidir. Bu halda ödəməni həyata keçirən orqan təqdim edilmiş əvvəlki və sonrakı əlillik təyinatına dair qərarların tarixlərini nəzərə almaqla qanunun göstərişinə əsasən müddətin bitdiyi tarixdən ödəməni aparmalıdır.

26. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının əlillik müddəti xx.xx.2024-cü il tarixdə bitdiyindən, müddətin axımı növbəti gündən, yəni xx.xx.2024-cü il tarixdən başlamışdır. xx.xx.2024-cü il tarixdən 6 ay müddətin tamamında, yəni xx.xx.2025-ci il tarixdə isə iddiaçıya yenidən əlillik təyinatı aparılmışdır.

27. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh orqan müdətin axımının başlanğıc tarixini xx.xx.2024-cü il tarixi əsas götürməklə, səhvə yol vermişdir. Ona görə ki, həmin günün sonunadək iddiaçının əlillik müddəti qüvvədə olmuşdur.

28. “İnzibati icraat haqqında” Qanunun 48.2-ci maddəsinə əsasən qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.

29. Göründüyü kimi, ötürülmüş müddət üzrə (xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək) sosial müavinətin ödənilməsindən cavabdehin imtinası qanunsuz olmuş və cavabdeh orqan tərəfindən iddiaçının sosial müavinət təminatının həyata keçirilməsində qanunla qorunan hüquqları pozulmuşdur.

30. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

31. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

33. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək ödənilməmiş sosial müavinətin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar