Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-4579/2023 12.12.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və həmin Nazirliyin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. ünvan 1 ünvanında 0.0096 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsus olmuşdur.
2. Gəncə Şəhər İcra Hakimiyyəti iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin sökülərək, İddiaçı və ailə üzvlərinin başqa əraziyə köçürülməsinə dair qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin xx.xx.2017-ci il tarixli 2-1(83)-2358/2017 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin qərar Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə ləğv edilmiş və iddia tələbi mümkün sayılmamışdır.
3. İddiaçı xüsusi mülkiyyətində olmuş Gəncə şəhəri, Vəli Xuluflu küçəsində yerləşən 192 saylı fərdi yaşayış evinin sökülməsi nəticəsində ona dəymiş 100000 (yüz min) manat məbləğində maddi, 50000 (əlli min) manat məbləğində mənəvi zərərin kompensasiya şəklində cavabdehdən alınaraq ona ödənilməsi tələbi Gəncə İnzibati Məhkəməsinin 05 fevral 2020-ci il tarixli 2-1(114)-18/2020 nömrəli qərarı ilə təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 iyul 2021-ci il tarixli 2-1(104)-51/2021 nömrəli qərarı ilə həmin qərar maddi ziyanın təmin edilməməsi və məhkəmə xərclərinin tutulması hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə qismən təmin edilmiş, iddiaçının xüsusi mülkiyyətində olmuş Gəncə şəhəri, Vəli Xuluflu küçəsində yerləşən 192 saylı fərdi yaşayış evinin sökülməsi nəticəsində ona vurulmuş 74000 manat məbləğində maddi ziyanın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qərara alınmış, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 17 noyabr 2021-ci il tarixli 2-1(102)-2069/2021 nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 iyul 2021-ci il tarixli 2-1(104)-51/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 may 2022-ci il tarixli 2-1(104)-126/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin 5 fevral 2020-ci il tarixli 2-1(114)-18/2020 nömrəli qərarı qismən - maddi ziyan tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissə üzrə yeni qərar çıxarılmaqla cavabdehdən 74000 manat məbləğində maddi ziyan tutularaq iddiaçıya ödənilməsi qərara alınmış, iddia tələbi maddi ziyana aid qalan hissədə təmin edilməmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanmışdır. II. Məhkəmədə icraat
5. İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, dəyəri 250 manat olan iki ədəd panasonic markalı televizor, dəyəri 150 manat olan 1 ədəd DVD, dəyəri 500 manat olan 1 ədəd playstation 3, dəyəri 80 manat olan 27 ədəd PS3 oyun diski, dəyəri 200 manat olan kondisioner köhnə model, dəyəri 350 manat olan 1 ədəd ariston 100 LT, dəyəri 100 manat olan panasonic compact səs sistemi, dəyəri 50 manat olan 1 ədəd spiral su qızdırıcı, dəyəri 200 manat olan 1 ədəd radiator qızdırıcı, dəyəri 2000 manat olan 1 ədəd benzinli generator, dəyəri 100 manat olan 1 ədəd direl bosch, dəyəri 150 manat olan perefarator bosch, dəyəri 100 manat olan Laqonda 115mm bosch, dəyəri 60 manat olan 2 ədəd uzadıcı kabel 3mm 20 metr, dəyəri 200 manat olan dondurucu (marozka), dəyəri 100 manat olan ədəd soyuducu maşın üçün göy, dəyəri 150 manat olan 1 ədəd yeni model tefal ütü, dəyəri 350 manat olan 1 ədəd tozsoran LG, dəyəri 1600 manat olan paltaryuyan təzə (ariston), dəyəri 1600 manat olan paltaryuyan təzə (avtomat) LG, dəyəri 70 manat olan ədəd paltaryuyan köhnə, dəyəri 900 manat olan qaz piltəsi 4 gözlü soba, dəyəri 90 manat olan 1 ədəd asperator, dəyəri 900 manat olan 1 ədəd soyuducu beko, dəyəri 600 manat olan 1 ədəd elektrik soba, dəyəri 350 manat olan termoçaydan panasonic, dəyəri 100 manat olan mikser evrolux, dəyəri 150 manat olan 1 ədəd ət maşını (elektrikli) panasonic, dəyəri 80 manat olan 1 ədəd blender tefal, dəyəri 800 manat 2 ədəd 2x3 xalça, dəyəri 480 manat olan 1 ədəd 2,5x3.5 xalça, dəyəri 300 manat olan 2x4 daroşka, dəyəri 180 manat olan 1 ədəd 1x1.5 xalça, dəyəri 120 manat olan 1 ədəd 8x2.5 pərdə, dəyəri 500 manat olan 5 dəst pastel dəsti 2 nəfərlik Türkiyə istehsalı, dəyəri 250 manat olan 6 dist pastel tək nəfərlik Türkiyə istehsalı, dəyəri 150 manat olan süfrə dəsti, dəyəri 120 manat olan 2 nəfərlik döşək, dəyəri 70 manat olan 2 ədədə 1 nəfərlik döşək, dəyəri 480 manat olan 8 ədəd yorğan, dəyəri 135 manat olan pakrival, dəyəri 240 manat olan 8 ədəd balınc, dəyəri 1500 manat olan 2 ədəd divan, dəyəri 800 manat olan 2 ədəd kreslo, qiymət 200 manat olan 2 ədəd jalüz, dəyəri 125 manat olan uzunluğu 10 metr olan 400 mm metal boru qalınlıq 8 mm, dəyəri 65 manat olan uzunluğu 18 metr olan 159 mm metal boru qalınlıq 10 mm, dəyəri 127 manat olan uzunluğu 20 metr olan 219 mm metal boru qalınlıq 10 mm, dəyəri 560 manat olan uzunluğu 50 metr olan 76mm metal boru qalınlıq 6 mm, dəyəri 250 manat olan uzunluğu 100 metr olan 400 mm metal 15 mm metal boru, dəyəri 1000 manat olan dəmir reşotka (dəmir), dəyəri, 400 manat olan iri həcmli yelləncək, dəyəri 40 manat olan zibil qabı dəmir, dəyəri 70 manat olan qazma aləti lapatka, dəyər 12 manat olan 2 ədəd qazma aləti bel, dəyəri 320 manat olan ədəd boçka, dəyəri 540 manat olan uzunluğu 120 metr armatur 8mm, dəyəri 30 manat olan 3 dəst Lesa (ayaqaltı), dəyəri 45 manat olan əl arabası, dəyəri 28 manat olan 1 ədəd LOM, dəyəri 100 manat olan 6metr uzunluğu olan metal borudan hazırlanmış nərdivan, dəyəri 40 manat olan 2 metr uzunluğunda nərdivan, dəyəri 30 manat olan 2 ədəd qaz balonu 40 LT, dəyəri 100 manat olan 1 ədəd böyük dəmir samovar kalonka künc üçün, dəyəri 80 manat olan 1 ədəd dəmir manqal, dəyəri 120 manat olan 20 ədəd nerj şişlər, dəyəri 30 manat olan 1 ədəd dəmir odun peçi, dəyəri 30 manat olan 1 ədəd dəmir qaz peçi, dəyəri 70 manat olan 1 ədəd ceyran peçi, dəyəri 250 manat olan metal konstruksiyası stol və skamya, dəyəri 15 manat olan rezin boru qalınlıq 15mm, dəyəri 300 manat olan 50 ədəd polluq taxta (10x3) 6 metr, dəyəri 80 manat olan taxta(5x15) 4 metr, dəyəri 28 manat olan 10 dəst kale kilid taxta qapı üçün, dəyəri 90 manat olan 12 ədəd metal spot, dəyəri 70 manat olan 2 ədəd umvalnik, dəyəri 85 manat umvalnik çuqun 2 gözlü, dəyəri 80 manat olan iki ədədə moyka, dəyəri 80 manat olan 2 ədəd güzgü umvalnik, dəyəri 65 manat olan çuqun vanna, dəyəri 170 manat olan 1 ədəd unitaz, dəyəri 125 manat olan 15 ədəd krant moyka, dəyəri 130 manat olan 5 ədəd plafon həyət işığı, dəyəri 250 manat olan 4 ədəd çilçıraq, dəyəri 50 manat olan 1 ədəd divar saatı, dəyəri 300 manat olan bir ədəd servant, dəyəri 180 manat olan jurnalni stol, dəyəri 400 manat olan stol+ 6stul, dəyəri 130 manat olan televizor altlığı, dəyəri 200 manat olan 1 ədəd şifoner, dəyəri 200 manat olan bir ədəd termo, dəyəri 1000 manat olan 2 nəfərlik yataq, dəyəri 550 manat olan yataq 1 nəfərlik, dəyəri 420 manat olan mətbəx şkafı, dəyəri 1000 manat olan qab-qacaq, dəyəri 230 manat olan 1 dəst stol+stul, dəyəri 80 manat olan plastik oturacaq, dəyəri 230 manat olan açılıb yığılan alminium stol, dəyəri 80 manat olan dəmir sac, dəyəri 245 manat olan mis meymajı 3kq və 1kq, dəyəri 75 manat olan samovar elektrik 31t, dəyəri 130 manat olan samovar köz 5lt, dəyəri 25 manat olan termos 2lt, dəyəri 40 manat olan 2 ədəd şirəli ləyən, dəyəri 35 manat olan aliminium ləyən, dəyəri 45 manat olan şirəli vedrə, dəyəri 50 manat olan 2 ədəd aliminium vedrə, dəyəri 45 manat olan 3 ədəd padnos böyük ölçü dəmir, dəyəri 14 manat olan 2 ədəd padnos böyük ölçü plastik, dəyəri 150 manat olan 100 ədəd banka, dəyəri 300 manat olan iki ədəd (24x26) velosiped, dəyəri 50 manat oal 4 ədəd dibçək, dəyəri 100 manat olan 3 ədəd hollanda sarmaşıq qızıl gül 3 rəngli, dəyəri 50 manat olan 5 ədəd həmişə yaşıl şam ağacı, dəyəri 60 manat oan dekorativ ağac, Niva maşın ehtiyat hissələri: dəyəri 350 manat olan 1 ədəd rozdatka, dəyəri 250 manat olan 1 ədəd surət qutusu, dəyəri 60 manat olan 1 ədəd sükan, dəyəri 170 manat olan 1 ədəd rulavoy kalonka, dəyəri 70 manat olan 2 ədəd support və dəyəri 120 manat olan reduktorun, həmin əmlaklar mövcud olmadıqda isə onların ümumi dəyəri olan 31271 (otuz bir min iki yüz yetmiş bir) manat məbləğində pulun cavabdehdən tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, V.Xuluflu küçəsində yerləşən, lakin sonradan cavabdeh tərəfindən qeyri-qanuni olaraq sökülmüş 192 saylı fərdi yaşayış evi onun xüsusi mülkiyyətində olmuş və həmin evdə ailə üzvləri ilə birlikdə yaşamışdır. Cavabdeh Gəncə İnzibati-İqtisadi Məhkəməsinə iddia tələbi ilə müraciət edərək həmin evin sökülməsi, onun və ailə üzvlərinin həmin evdən çıxarılaraq başqa əraziyə köçürülməsinə dair qərar çıxarılmasını xahiş etmiş, məhkəmənin xx.xx.2017-ci il tarixli 2-1(83)-2358/2017 nömrəli qərarı ilə iddia təmin olunmuşdur. Həmin qərar Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə ləğv edilmiş və cavabdehin iddiası mümkün sayılmamışdır. Gəncə Apellyasiya Məhkəməsində apellyasiya şikayətinə baxılan ərəfədə cavabdeh heç nəyə məhəl qoymadan, qeyri-qanuni olaraq, onun xüsusi mülkiyyətində olan evi söküb onu ailə üzvləri ilə birlikdə çölə atmış, evdə olan bütün əşyalar və avadanlıqlar xaotik olaraq bayıra tökülərək yararsız hala salınmış, bununla da ona maddi və mənəvi zərər vurulmuşdur. Evin dəyəri ilə bağlı avabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olmuş Gəncə şəhəri, Vəli Xuluflu küçəsində yerləşən 192 saylı fərdi yaşayış evinin sökülməsi nəticəsində ona dəymiş 100000 (yüz min) manat məbləğində maddi, 50000 (əlli min) manat məbləğində mənəvi zərərin kompensassiya şəklində cavabdehdən alınaraq ona ödənilməsni xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 5 fevral 2020-ci il tarixli 2-1(114)-18/2020 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 iyul 2021-ci il tarixli 2-1(104)-51/2021 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin 5 fevral 2020-ci il tarixli 2-1(114)-18/2020 nömrəli qərarı maddi ziyanın təmin edilməməsi və məhkəmə xərclərinin tutulması hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə qismən təmin edilmiş, iddiaçının xüsusi mülkiyyətində olmuş Gəncə şəhəri, Vəli Xuluflu küçəsində yerləşən 192 saylı fərdi yaşayış evinin sökülməsi nəticəsində ona vurulmuş 74000 manat məbləğində maddi ziyanın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qərara alınmış, qərar qalan hissədə dəyişdirilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 17 noyabr 2021-ci il tarixli 2-1(102)-2069/2021 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 iyul 2021-ci il tarixli 2- 1(104)- 51/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 may 2022-ci il tarixli 2-1(104)-126/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin 5 fevral 2020-ci il tarixli 2-1(114)-18/2020 nömrəli qərarı qismən maddi ziyan tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissə üzrə yeni qərar çıxarılmaqla cavabdehdən 74000 manat məbləğində maddi ziyan tutularaq iddiaçıya ödənilməsi qərara alınmış, iddia tələbi maddi ziyana aid qalan hissədə təmin edilməmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli 6-08/19-231 nömrəli rəyini əsas götürərək hesab etmişdir ki, iddiaçıya məxsus olmuş ünvan 1 ünvanda 0.0096 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin dəyəri kimi 74000 manat məbləğdə pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan sonra kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Həmin qətnamədən də göründüyü kimi mübahisə mənzilin dəyəri ilə bağlı olmuşdur. Həmin vaxt mənzildə xeyli əşyada olmuşdur. Avadanlıqlar yarasız hala düşərək məhv edilmişdir. Hazırda tələb həmin əşyalarla bağlıdır. Həmin əşyalar aşağıdakılardan ibarətdir: dəyəri 250 manat olan iki ədəd panasonic markalı televizor, dəyəri 150 manat olan 1 ədəd DVD, dəyəri 500 manat olan 1 ədəd playstation 3, dəyəri 80 manat olan 27 ədəd PS3 oyun diski, dəyəri 200 manat olan kondisioner köhnə model, dəyəri 350 manat olan 1 ədəd ariston 100 LT, dəyəri 100 manat olan panasonic compact səs sistemi, dəyəri 50 manat olan 1 ədəd spiral su qızdırıcı, dəyəri 200 manat olan 1 ədəd radiator qızdırıcı, dəyəri 2000 manat olan 1 ədəd benzinli generator, dəyəri 100 manat olan 1 ədəd direl bosch, dəyəri 150 manat olan perefarator bosch, dəyəri 100 manat olan Laqonda 115mm bosch, dəyəri 60 manat olan 2 ədəd uzadıcı kabel 3mm 20 metr, dəyəri 200 manat olan dondurucu (marozka), dəyəri 100 manat olan ədəd soyuducu maşın üçün göy, dəyəri 150 manat olan 1 ədəd yeni model tefal ütü, dəyəri 350 manat olan 1 ədəd tozsoran LG, dəyəri 1600 manat olan paltaryuyan təzə (ariston), dəyəri 1600 manat olan paltaryuyan təzə (avtomat) LG, dəyəri 70 manat olan ədəd paltaryuyan köhnə, dəyəri 900 manat olan qaz piltəsi 4 gözlü soba, dəyəri 90 manat olan 1 ədəd asperator, dəyəri 900 manat olan 1 ədəd soyuducu beko, dəyəri 600 manat olan 1 ədəd elektrik soba, dəyəri 350 manat olan termoçaydan panasonic, dəyəri 100 manat olan mikser evrolux, dəyəri 150 manat olan 1 ədəd ət maşını (elektrikli) panasonic, dəyəri 80 manat olan 1 ədəd blender tefal, dəyəri 800 manat 2 ədəd 2x3 xalça, dəyəri 480 manat olan 1 ədəd 2,5x3.5 xalça, dəyəri 300 manat olan 2x4 daroşka, dəyəri 180 manat olan 1 ədəd 1x1.5 xalça, dəyəri 120 manat olan 1 ədəd 8x2.5 pərdə, dəyəri 500 manat olan 5 dəst pastel dəsti 2 nəfərlik Türkiyə istehsalı, dəyəri 250 manat olan 6 dist pastel tək nəfərlik Türkiyə istehsalı, dəyəri 150 manat olan süfrə dəsti, dəyəri 120 manat olan 2 nəfərlik döşək, dəyəri 70 manat olan 2 ədədə 1 nəfərlik döşək, dəyəri 480 manat olan 8 ədəd yorğan, dəyəri 135 manat olan pakrival, dəyəri 240 manat olan 8 ədəd balınc, dəyəri 1500 manat olan 2 ədəd divan, dəyəri 800 manat olan 2 ədəd kreslo, qiymət 200 manat olan 2 ədəd jalüz, dəyəri 125 manat olan uzunluğu 10 metr olan 400 mm metal boru qalınlıq 8 mm, dəyəri 65 manat olan uzunluğu 18 metr olan 159 mm metal boru qalınlıq 10 mm, dəyəri 127 manat olan uzunluğu 20 metr olan 219 mm metal boru qalınlıq 10 mm, dəyəri 560 manat olan uzunluğu 50 metr olan 76mm metal boru qalınlıq 6 mm, dəyəri 250 manat olan uzunluğu 100 metr olan 400 mm metal 15 mm metal boru, dəyəri 1000 manat olan dəmir reşotka (dəmir), dəyəri, 400 manat olan iri həcmli yelləncək, dəyəri 40 manat olan zibil qabı dəmir, dəyəri 70 manat olan qazma aləti lapatka, dəyər 12 manat olan 2 ədəd qazma aləti bel, dəyəri 320 manat olan ədəd boçka, dəyəri 540 manat olan uzunluğu 120 metr armatur 8mm, dəyəri 30 manat olan 3 dəst Lesa (ayaqaltı), dəyəri 45 manat olan əl arabası, dəyəri 28 manat olan 1 ədəd LOM, dəyəri 100 manat olan 6metr uzunluğu olan metal borudan hazırlanmış nərdivan, dəyəri 40 manat olan 2 metr uzunluğunda nərdivan, dəyəri 30 manat olan 2 ədəd qaz balonu 40 LT, dəyəri 100 manat olan 1 ədəd böyük dəmir samovar kalonka künc üçün, dəyəri 80 manat olan 1 ədəd dəmir manqal, dəyəri 120 manat olan 20 ədəd nerj şişlər, dəyəri 30 manat olan 1 ədəd dəmir odun peçi, dəyəri 30 manat olan 1 ədəd dəmir qaz peçi, dəyəri 70 manat olan 1 ədəd ceyran peçi, dəyəri 250 manat olan metal konstruksiyası stol və skamya, dəyəri 15 manat olan rezin boru qalınlıq 15mm, dəyəri 300 manat olan 50 ədəd polluq taxta (10x3) 6 metr, dəyəri 80 manat olan taxta(5x15) 4 metr, dəyəri 28 manat olan 10 dəst kale kilid taxta qapı üçün, dəyəri 90 manat olan 12 ədəd metal spot, dəyəri 70 manat olan 2 ədəd umvalnik, dəyəri 85 manat umvalnik çuqun 2 gözlü, dəyəri 80 manat olan iki ədədə moyka, dəyəri 80 manat olan 2 ədəd güzgü umvalnik, dəyəri 65 manat olan çuqun vanna, dəyəri 170 manat olan 1 ədəd unitaz, dəyəri 125 manat olan 15 ədəd krant moyka, dəyəri 130 manat olan 5 ədəd plafon həyət işığı, dəyəri 250 manat olan 4 ədəd çilçıraq, dəyəri 50 manat olan 1 ədəd divar saatı, dəyəri 300 manat olan bir ədəd servant, dəyəri 180 manat olan jurnalni stol, dəyəri 400 manat olan stol+ 6stul, dəyəri 130 manat olan televizor altlığı, dəyəri 200 manat olan 1 ədəd şifoner, dəyəri 200 manat olan bir ədəd termo, dəyəri 1000 manat olan 2 nəfərlik yataq, dəyəri 550 manat olan yataq 1 nəfərlik, dəyəri 420 manat olan mətbəx şkafı, dəyəri 1000 manat olan qab-qacaq, dəyəri 230 manat olan 1 dəst stol+stul, dəyəri 80 manat olan plastik oturacaq, dəyəri 230 manat olan açılıb yığılan alminium stol, dəyəri 80 manat olan dəmir sac, dəyəri 245 manat olan mis meymajı 3kq və 1kq, dəyəri 75 manat olan samovar elektrik 31t, dəyəri 130 manat olan samovar köz 5lt, dəyəri 25 manat olan termos 2lt, dəyəri 40 manat olan 2 ədəd şirəli ləyən, dəyəri 35 manat olan aliminium ləyən, dəyəri 45 manat olan şirəli vedrə, dəyəri 50 manat olan 2 ədəd aliminium vedrə, dəyəri 45 manat olan 3 ədəd padnos böyük ölçü dəmir, dəyəri 14 manat olan 2 ədəd padnos böyük ölçü plastik, dəyəri 150 manat olan 100 ədəd banka, dəyəri 300 manat olan iki ədəd (24x26) velosiped, dəyəri 50 manat oal 4 ədəd dibçək, dəyəri 100 manat olan 3 ədəd hollanda sarmaşıq qızıl gül 3 rəngli, dəyəri 50 manat olan 5 ədəd həmişə yaşıl şam ağacı, dəyəri 60 manat oan dekorativ ağac, Niva maşın ehtiyat hissələri: dəyəri 350 manat olan 1 ədəd rozdatka, dəyəri 250 manat olan 1 ədəd surət qutusu, dəyəri 60 manat olan 1 ədəd sükan, dəyəri 170 manat olan 1 ədəd rulavoy kalonka, dəyəri 70 manat olan 2 ədəd support və dəyəri 120 manat olan reduktor. Məhz bu əşyalar həmin evdə olmuş, bir dənə də olsa avadanlıq və ya əşya çıxara bilməmişlər. Hesab edir ki, həmin avadanlıqlar həmin ərazidən cavabdehin əməkdaşları tərəfindən götürülmüş və məhv edilmişdir.
7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər
8. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərin iddia ərizəsində göstərilmiş ünvanlarına məhkəmə bildirişi göndərilmiş, həmçinin iddiaçının mobil nömrəsinə Elektron məhkəmə informasiya sistemi vasitəsilə göndərilmiş sms-xəbərdarlıq ona çatdırılmışdır.
9. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehlərin nümayəndəsi isə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
10. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.
Əsaslandırma hissəsi:
11. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
12. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır.
13. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, iddiaçı ünvan 1 ünvanında 0.0096 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin sökülməsi nəticəsində ona dəymiş zərərin cavabdehdən tutulmasını tələb edir.
14. Bu barədə qeyd olunmalıdır ki, hazırkı iddia tələbi İPM-nin 2.2.7-ci bəndində nəzərdə tutulmuş kompensasiya haqqında iddia növünə aiddir və həmin növ iddialar üzrə xüsusi mümkünlük şərti kimi məhkəməyə müraciət etməzdən əvvəl eyni məzmunlu tələbi ehtiva edən ərizə ilə cavabdeh inzibati orqana müraciət edilməsi və inzibati orqanın həmin müraciətin təmin edilməsindən imtina etməsi və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində müraciəti cavablandırmaması (hərəkətsizlik göstərməsi) ilə şərtləndirilmişdir. Hazırkı işdə isə iddiaçının cavabdeh orqana müraciəti və sonuncunun müraciətdən imtina məktubu mövcud deyildir.
15. Belə olan halda isə məhkəmə hesab edir ki, iddianın mümkün sayılması üçün şərtlər iddiaçı tərəfindən yerinə yetirilmədiyindən hazırkı iddia mümkün sayılmamalıdır.
16. İPM-ə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Nəticəvi hissə:
17. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. İddiaçının nəzərinə çatdırılsın ki, iddianın mümkün sayılmaması, mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Gülşən Əliyeva