Məhkəmə qərarları › İş №2-1(114)-459/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-459/2023

27.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-459/2023 27.02.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi XN iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiya fərqinin hesablanaraq birdəfəlik ödənilməsi tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona xx.xx.2006-cı il tarixdən xx.xx.20N8-ci ilədək olan müddət üçün pensiya fərqinin (xx.xx.20N8-ci ilədək Dövlət Sosial Müdafiə Fondunun Qazax rayon şöbəsindən 3-cü dərəcə əlilliyə görə aldığı əmək pensiyası ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsindən xx.xx.20N8-ci ildən hərbi qulluqçu kimi 3cü dərəcə əlilliyə görə aldığı pensiya arasındakı fərqin) hesablanaraq fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.N992-ci ildən xx.xx.N995-ci ilədək N saylı hərbi hissədə xidmət etmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, ağır yaralanmışdır. xx.xx.2002-ci ildən 3-cü qrup müddətsiz müharibə əlillidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qazax rayon şöbəsindən 2002-ci ilin sentyabr ayından 20N8-ci ilin may ayınadək əmək pensiyası almışdır. xx.xx.20N8-ci il tarixdən Müdafiə Nazirliyinin məlumat vərəqəsi əsasında ona 3-cü dərəcə əlilliyə görə hərbi qulluqçu kimi pensiya təyin olunmuş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qazax rayon şöbəsindən aldığı əmək pensiyası dayandırılmışdır. Cavabdeh tərəfindən 20N8-ci ilin may ayından etibarən 3-cü dərəcə əlilliyə görə hərbi qulluqçu kimi pensiya hesablanıb ödənilir. Ona görə də xx.xx.2006-cı ildən xx.xx.20N8-ci il tarixədək ödənilməyən pensiya fərqinin birdəfəlik ödənilməsi məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə göndərərək, ona xx.xx.2006-cı il tarixdən xx.xx.20N5-ci ilədək olan müddət üçün pensiya fərqinin (xx.xx.20N8-ci ilədək Dövlət Sosial Müdafiə Fondunun Qazax rayon şöbəsindən 3cü dərəcə əlilliyə görə aldığı əmək pensiyası ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsindən xx.xx.20N8-ci ildən hərbi qulluqçu kimi 3-cü dərəcə əlilliyə görə aldığı pensiya arasındakı fərqin) hesablanaraq fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçıya xx.xx.2006-cı il tarixdən xx.xx.20N8-ci il tarixədək İİİ dərəcə əlilliyə görə əmək pensiyası ödənilmişdir. İddiaçı xx.xx.20N8-ci il tarixdə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. İddiaçıya Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş MN-N0452 nömrəli məlumat vərəqəsinə əsasən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİİ dərəcə əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən 03 may 20N8-ci il tarixdə təqdim olunmuş müvafiq məlumat vərəqəsinə əsasən Fondun Xüsusi şərtlərlə təyin üzrə mərkəzi filialı tərəfindən Qanunun 20.N6.N-ci maddəsinə uyğun olaraq İddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİİ dərəcə əlilliyə görə təminat xərcliyinin 55 faizi miqdarında əmək pensiyası təyin edilmiş, eyni zamanda keçmiş üç il müddət üçün yenidən hesablanmışdır. Qeyd olunanlara əsasən, iddiaçının əmək pensiyasının keçmiş üç il müddət üçün hesablanmış ümumilikdə 445N,68 manat fərq məbləği xx.xx.20N8-xx.xx.20N9-cu il tarixləri arasındakı dövr ərzində həmin Qanunun 32.N-N-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada hissə-hissə (һəг ay 278,23 manat) pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülüb. İddiaçı əmək pensiyasındakı sonrakı artımlar nəzərə alınmaqla hazırda iddiaçıya təminat xərcliyinin 55 faizi – 355,N4 manat məbləğində əmək pensiyası müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2006-cı il tarixli 499 nömrəli fərmanına əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər üzrə sığorta olunanların fərdi uçotu əmək pensiyalarının təyini hesablanması və yenidən hesablanması qaydalarını müvafiq qaydada təsdiq edilməsi Dövlət Sosial Müdafiə Fonduna tapşırılmışdır. Həmin fərman 0N yanvar 2007-ci il tarixdən qüvvəyə minmişdir. Göründüyü kimi, xx.xx.2007-ci il tarixədək hərbi qulluqçular və xüsusi rütbəli şəxslər üzrə sığorta olunanların fərdi uçotu, əmək pensiyalarının təyini, hesablanması və yenidən hesablanması Fondun səlahiyyətləri xaricində olmuşdur. İddia ərizəsindən göründüyü kimi iddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.20N8-ci il tarixədək olan dövr ərzində müraciət etməməsinin səbəblərini qeyd etməmişdir. Nəzərə almaq lazımdır ki, xx.xx.2002-ci il tarixdən xx.xx.20N8-ci il tarixədək olan dövr ərzində iddiaçının müraciət edə bilməsi üçün kifayət qədər müddət olmuşdur. Buna baxmayaraq iddiaçı həmin illər ərzində cavabdeh orqana müraciət etməmişdir. İddiaçıya hərbi qulluqçu kimi əlilliyə görə təyin edilmiş pensiya keçmiş üç il müddət üçün yenidən hesablanmış, lakin digər dövrlərin ödənilməsi qanunvericiliklə nəzərdə tutulmadığı üçün cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş, ərizə ünvanlayaraq məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -işə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.20N6-cı il tarixli, 9/2-8094 nömrəli arxiv arayışından görünür ki, iddiaçı , N nömrəli hərbi hissə komandirinin N avqust N992-ci il tarixli 92 nömrəli əmrilə Qazax RHK-dan səfərbər edilərək alayın 3-cü balalyonunun şəxsi heyət siyahısına salınıb bütün növ təminatlarla təmin edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N995-ci tarixli 3/5-63N nömrəli məktubuna əsasən xəstəliyi ilə əlaqədər tərxis olunduğu üçün komandirin 07 fevral N995-ci il tarixli 35 nömrəli əmrilə şəxsi heyət siyahısından və bütün növ təminalardan çıxarılaraq qeydiyyata düşmək üçün Qazax RHK-na göndərilmişdir. -Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, iddiaçıya xx.xx.2002-ci il tarixdən «Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar» üçüncü dərəcəli müddətsiz əlillik təyin edilmişdir. -təsdiq edilmiş surəti işə əlavə edilmiş xx.xx.N994-cü il tarixli «Xəstəlik şəhadətnaməsi»ndən görünür ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda xəsarət alımışdır. -ƏƏSMN tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********0 nömrəli məktubundan görünür ki, İddiaçı müvafiq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin N.N-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da qismən əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya xx.xx.2002-ci il tarixdən müddətsiz üçüncü qrup əlillik təyin edilmiş, xx.xx.20N8-ci il tarixədək ona həmin əsasla əmək pensiyası ödənilmişdir. Daha sonra Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş məlumat vərəqəsinə əsasən xx.xx.20N8-ci il tarixdə iddiaçının əlilliyinin səbəb əlaqəsi dəyişdirilərək ona 3-cü dərəcə əlillik təyin edilmişdir. Bununla əlaqədar olaraq iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 20.N6.N-ci maddəsinə əsasən təminat xərcliyinin 55 faizi miqdarında əlilliyə görə əmək pensiyası müəyyən edilməklə ödənilməyə başlanılmışdır. İddiaçının müraciəti əsasında ona ümumi əsasla əlilliyə görə aldığı pensiya ilə hərbi qulluqçu kimi təyin olunmuş pensiya arasında 3 illik fərq (xx.xx.20N5-ci il tarixdən xx.xx.20N8-ci il tarixədək) cavabdeh tərəfindən hesablanaraq ödənilmişdir. İddiaçı hazırda xx.xx.2006-cı il tarixdən xx.xx.20N5-ci il tarixədək ödənilməyən pensiya fərqinin birdəfəlik ödənilməsini tələb edir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -3.N-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -N2.2-ci maddəsinə əsasən hərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 8N-N00 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir. -20.N.N2-ci maddəsinə əsasən bu qanunun N2.2-ci maddəsində göstərilən hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. -20.N6.N-ci maddəsinə əsasən müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 8N- N00 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (o cümlədən xidməti vəzifələri yerinə yetirərkən əlil olanlara) müvafiq təminat xərcliyinin—N00 faizi, müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 6N-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə— 80 faizi, müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 3N-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə—55 faizi müəyyən edilir. -32.N-N-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. -37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir (xx.xx.20N7-ci ilə qədər olan redaksiya), -37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.N-N-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir (xx.xx.20N7-ci ildən qüvvəyə minmiş redaksiya). “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun:- -49-cu maddəsinə əsasən pensiya təyin edən orqanların təqsiri üzündən pensiyaçının vaxtında almadığı pensiya məbləğləri keçmiş müddət üçün heç bir məhdudiyyət qoyulmadan ödənilir. Məhkəmə hesab edir ki, hazırkı mübahisə cavabdehin etirazında göstərdiyi “Əmək pensiyaları haqqında” Qanunun 32.N-N-ci maddəsinin tələbləri əsasında deyil, iddiaçının pensiya hüqunun yarandığı dövrdə qüvvədə olmuş “Hərbi qulluqçuları pensiya təminatı haqqında” Qanunun müddəaları əsasında həll edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.20N5-ci il tarixədək ümumi əsaslarla 3-cü dərəcə əlilliyə görə aldığı əmək pensiyası ilə xx.xx.20N8-ci il tarixdən 3-cü dərəcə əlilliyə görə aldığı pensiya arasındakı fərqin xx.xx.2006-cı il tarixdən xx.xx.20N5-ci il tarixədək olan müddət üzrə hesablanaraq ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə tələbin “fərq məbləğinin birdəfəlik ödənilməsi” hissəsilə bağlı qeyd edir ki, birdəfəlik ödənilmə qanunla nəzərdə tutulmadığından iddia tələbi həmin hissədə təmin edilməməlidir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası qismən əsassız olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.N və 62.2-ci maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 8N-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.20N5-ci il tarixədək ümumi əsaslarla 3-cü dərəcə əlilliyə görə aldığı əmək pensiyası ilə xx.xx.20N8-ci il tarixdən 3-cü dərəcə əlilliyə görə aldığı pensiya arasındakı fərqin xx.xx.2006-cı il tarixdən xx.xx.20N5-ci il tarixədək olan müddət üzrə hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar