Məhkəmə qərarları › İş №2-1(114)-46/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-46/2021

02.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-46/2021 02.03.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı Nurəddin oğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 3 saylı X4rşı daşınmaz əmlak üzərində hüquqların dövlət reyestrində qeydə alınması tələbinə dair işə məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Nurəddin oğlu cavabdeh DƏDRX-nin 3 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə Azərbaycan bayrağı küçəsinin kəsişməsində yerləşən əmlak kompleksinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X1 məhkəmənin dəftərxanasına ərizə təqdim edərək, iddianın mümkünsüz sayılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının vəqanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə mütəxəssis rəyinin verilməsi ilə bağlı 68,60 (altmış səkkiz manat altmış qəpik) manat və ekspert rəyinin verilməsi ilə bağlı 100 (bir yüz) manat ekspertiza xərci iddiaçıdan tutulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1 maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Q ə r a r a a l d ı : İddiaçı Nurəddin oğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 3 saylı X4rşı daşınmaz əmlak üzərində hüquqların dövlət reyestrində qeydə alınması tələbinə dair iddia mümkün sayılmasın. İddiaçı Nurəddin oğlundan 100 (bir yüz) manat ekspertiza xərci alınaraq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SFİFT BİK CTREAZ 22 saylı hesaba, mütəxəssis rəyinin verilməsi ilə bağlı 68,60 (altmış səkkiz manat altmış qəpik) manat alınaraq Kadastr və X2 Mərkəzi MMC-nin VÖEN **********, AZ23AİİB********************, Kod:200071 VÖEN (bank) **********, müxbir hesab AZ37NABZ013501**********1944 SWİFT AİİBAZ2X saylı hesabına ödənilsin. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar