Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-46/2023 25.04.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı üçüncü şəxs X4 vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı ünvan 1 ünvanında yerləşən mərhum X2 mülkiyyətində olan fərdi yaşayış evinə və evin yerləşdiyi həyətyanı torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı ünvan 1 ünvanında yerləşən mərhum X2 mülkiyyətində olan fərdi yaşayış evinə və evin yerləşdiyi həyətyanı torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı həmin ünvanda yaşayır. Mərhum anası X5 vəfat etmiş, ondan miras olaraq əmlaklar qalmışdır. Həmin miras əmlaklara iddiaçı vərəsə tanınmışdır. Miras əmlaklardan biri Gədəbəy şəhəri, M.Ə.Rəsulzadə küçəsi 113 ünvanında yerləşir. Bu barədə müvafiq sənədləri var. Miras əmlakla bağlı əvvəllər anasının məhkəmə mübahisəsi olmuşdur. Lakin məhkəmə mübahisəsi anasının adına olan əmlaka münasibətdə dəyişməmişdir. Bu barədə kifayət qədər sübutları vardır. Lakin cavabdeh qurum bunları qəbul etməkdən imtina edir və iddiaçının mərhum anasının hüquqlarını qeydə almaqdan imtina edir. İddiaçı cavabdehin bu mövqeyi ilə razı deyildir. Ona görə ki, yaşayış evi mövcuddur. Həmin ev anasına məxsusdur, həmin evlə bağlı heç kimin hüquqları qeydiyyata alınmamışdır. Hesab edir ki, cavabdehin imtinası qeyri-qanunidir. Buna görə də, məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermiş, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, mübahisəli ünvanda yerləşən 8 otaqlı, ikimərtəbəli evin iki otağı faktiki olaraq onun istifadəsindədir. Evin bir hissə - 4 otağı üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsa da, onun tələb etdiyi hissə üzərində heç kimin hüquqları qeydə alınmamışdır. Mübahisəli ev 13 sot torpaq sahəsi üzərində yerləşir və onun 9 sotu üçüncü şəxslərin istifadəsindədir. Hazırkı iddianı anasının vərəsəsi kimi qaldırmışdır. Cavabdeh iddiaya dair xx.xx.2022-ci il tarixli, **********35 nömrəli etirazını təqdim etmişdir. Etirazda qeyd olunur ki, Gədəbəy şəhəri, M.Ə.Rəsulzadə küçəsində 0,041267 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 46.2 kv.m yaşayış və 35.2 kv.m köməkçi sahədən ibarət 113 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq iddiaçının anası X2 adına xx.xx.2009-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Lakin həmin ünvanda yaşayan digər şəxslər tərəfindən aralarında yaranmış mübahisəyə görə aidiyyəti üzrə məhkəməyə müraciət olunmuşdur. Qeyd olunan fərdi yaşayış evinə dair tərəflər arasında yaranmış məhkəmə çəkişməsi ilə bağlı müxtəlif instansiya məhkəmələrinə müraciət olunmuşdur. X2 adına çıxarış Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(041)-552/2008 nömrəli qiyabi qətnaməsinə əsasən verilmişdir. Cavabdeh X14 qeyd olunan qətnamədən apellyasiya şikayəti vermiş və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(104)-245/2010 saylı qətnaməsinə əsasən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(041)- 552/2008 nömrəli qiyabi qətnaməsi ləğv edilmişdir. Qeyd olunan qətnaməyə əsasən X2 adına çıxarış etibarsız hesab edilmiş və X10 və ailə üzvlərinin adların xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Sözügedən fərdi yaşayış evinə dair X10 və ailə üzvlərinin adlarına verilmiş çıxarış və texniki pasport qanunvericiliyin tələbləri nəzərə alınmaqla verilmişdir. Cavabdeh hesab edir ki, iddia təmin edilməməlidir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını etməmiş, iddiaya dair münasibət bildirməmişdir. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs X4 vəkili Vəkil2 iddia tələbini qəbul etməmiş və iddiaçının subyektiv hüququ olmadığı üçün iddianın mümkün sayılmaması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilsə də, digər üçüncü şəxslər iştirak etməmiş, səbəbləri barəsində məlumat verməmişlər. Məhkəmə işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olması şərti də yerinə yetirilməlidir. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə münasibətdə iddiaçının belə bir hüququnun mövcudluğu təsdiq olunmur. İşin müəyyən edilmiş hallarına görə, Şəmkir Ərazi İdarəsinin Arxiv fondunda saxlanılan sənədlərə əsasən, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin bölünməsinə dair X16, X20, X17 30 dekabr 1961-ci il tarixində bölgü müqaviləsi imzalamışlar. Həmin bölgü müqaviləsi Gədəbəy rayon dövlət notariat kontoru tərəfindən təsdiq edilmişdir. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair X11, X12, X10 adına iyul 1987-ci il tarixdə texniki pasport tərtib edilmişdir. ünvan 4 ünvanda 2 mərtəbəli, 8 otaqlı, ümumi sahəsi 147 m2 olan fərdi yaşayış evinə dair 20 avqust 2002-ci il tarixdə X10 adına 271 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Qeydiyyat vəsiqəsinin verilməsi üçün hər hansı bir hüquqmüəyyənedici sənəd qeydə alınmamışdır. Gədəbəy Rayon Məhkəməsinin 18 noyabr 2008-ci il tarixli 2(041)-552/2008 nömrəli qiyabi qətnaməsi ilə ünvan 5 ünvanında yerləşən X6 miras qalmış 29,4 m2, 39,94 m2 və 16,41 m2-dən ibarət olan otaqlar X5 tərəfindən qəbul olunması faktı müəyyən edilmiş, həmin sahələr və 412,67 m2 torpaq sahəsi üzərində X2 mülkiyyət hüququ tanınmışdır. 05 fevral 2009-cu il tarixdə verilmiş icra vərəqəsi icra olunaraq Gədəbəy şəhəri, M.Ə.Rəsulzadə küçəsində mülkiyyətdə olan 0,041267 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 46,2 m2 yaşayış, 35,2 m2 köməkçi sahədən ibarət 113 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X2 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində 02 nömrəli reyestr kitabınada 38 nömrəli vərəqində qeydiyyata alınmışır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(104)-245/2010 nömrəli qətnaməsinə əsasən Gədəbəy Rayon Məhkəməsinin 18 noyabr 2008-ci il tarixli 2(041)-552/2008 nömrəli qiyabi qətnaməsi ləğv edilərək icrada dönüş edildiyi üçün X2 adına olan xx.xx.2009-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış etibarsız hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2010-cu il tarixli, 2(102)-2401/10 nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(104)-245/2010 nömrəli qətnaməsi ləğv edilmiş və X2 iddia ərizəsi baxılmamış saxlanılmışdır. Hazırda iddiaçı iddia edir ki, anası Həqiqət X1 vərəsəsidir və mübahisəli əmlak ondan miras qalmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, iş materialları ilə iddiaçının anasının miras əmlakı hər hansı bir qaydada faktiki qəbul etməsi, mirasa yiyələnməsi və ya idarə etməsi təsdiq edilməmişdir. Digər bir tərəfdən daşınmaz amlakın digər hissəsi ilə bağlı hər hansı bir hüquq müəyyənedici sənəd olmadığından həmin hissənin miras əmlakın kütləsinə daxil edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Mübahisəli ev X15, X18 və X8 adına qeydə alınaraq texniki pasport tərtib edilmiş, lakin mülk daşınmaz əmlak kimi keçirilib X7 adına qeydiyyat vəsiqəsi verilməmişdir. Ümumiyyətlə, X9 adına mübahisəli mülk barədə texniki pasportun tərtib edilməsi onun mülkiyyətində olması deyil və həmin mülk miras kütləsinə daxil olmadığından vərəsələr arasında bölünə bilməz və vərəsəliyin predmeti ola bilməz. Həmçinin, o da qeyd olunmalıdır ki, iddiaçının anasının, eyni zamanda vərəsəsi olaraq iddiaçının özünün mübahisəli əmlaka dair subyektiv hüququna dair məsələyə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(102)-2227/2018 nömrəli qərarında da qiymət verilmişdir. Həmin qərarda qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi Həqiqət Hüseynovanın istifadə hüququna qiymət verərkən gəldiyi nəticəni əsaslandırmış, işdə olan sübutlara istinad edərək sonuncunun mübahisəli əmlaka hər il olmasa da, özünün istədiyi vaxtlarda, yəni yay aylarında müxtəlif vaxtlarda mübahisəli evdə qısa fasilələrlə yaşamışdır. H.Hüseynovanın ara bir mübahisəli əmlaka gələrək ondan istifadə etməsi həmin miras əmlakı yiyələnmə və əmlakı faktiki surətdə idarə etmə kimi qiymətləndirilə bilməz. H.Hüseynova miras əmlakı qəbul etməsini nümayiş etdirəcək hər hansı bir hərəkətin etməsi müəyyən edilmir. H.Hüseynova iddia ərizəsində və şikayətlərində 1971-ci ildə ərindən ayrılaraq mübahisəli mənzilə gəldiyini, orada yaşadığını və beləliklə də miras əmlakı faktiki qəbul etdiyini qeyd etmiş, lakin bu hallara dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Əksinə iş materiallarına əlavə edilmiş Sumqayıt şəhər 16 saylı məktəbdən verilmiş arayışdan görünür ki, H.Hüseynova 1969-2011-ci illər ərzində həmin məktəbdə müəllimə işləmiş və 2012-ci ildən həmin məktəbdən təqaüdə çıxmışdır. Bundan başqa işdə olan Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər Şöbəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli məktubdan müəyyən edilir ki, H.Hüseynovaya xx.xx.2002-ci il tarixdə yaşa görə pensiya təyin edilmiş, Gədəbəy rayonuna köçməsi ilə əlaqədar olaraq xx.xx.2012-ci il tarixdən pensiyası dayandırılmışdır. Beləliklə müəyyən edilir ki, H.Hüseynova 2012-ci ilə qədər Sumqayıt şəhərində yaşamış, orada əmək fəaliyyəti ilə məşğul olmuş, 2012-ci ildən sonra Gədəbəy rayonuna gəlmiş və mıraş əmlakla bağlı mübahisələrdə məhz həmin dövrdən sonra başlamışdır. Yuxarıda da qeyd edildiyi kimi, iş materialları ilə Həqiqət Hüseynovanın miras əmlakın hər hansı bir qadada faktiki qəbul etməsi, mirasa yiyələnməsi və ya idarə etməsi təsdiq olunmamışdır. Digər bir tərəfdən daşınmaz əmlakın digər hissəsi ilə bağlı hər hansı bir hüquq müəyyən edici sənəd olmadığından həmin hissənin miras əmlakın kütləsinə daxil edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə iddiaçı cavabdehin imtinasının subyektiv hüquqlarına toxunması halını sübut edə bilməmiş, mərhum X3 miras qalmış kütlənin qəbuluna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İddiaçının mübahisələndirdiyi torpaq sahəsi ilə bağlı subyektiv hüququnun yaranması üçün Torpaq Məcəlləsinin 55-ci maddəsində sadalanan əsaslardan hər hansı biri olmalıdır. Yəni iddiaçının torpaqdan istifadə etməsinə ixtiyar verən müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və onlarla bağlanan müqavilə, bu torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair məhkəmə qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər əsaslar mövcud deyildir. İddiaçının istinad etdiyi çıxarışın verilməsinə əsasən olmuş Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(041)-552/2008 nömrəli qiyabi qətnaməsi isə hazırda qüvvədə deyildir, bununla da iddiaçının mübahisəli torpaq sahəsinə hüququ aradan qalxmışdır. Hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkünsüz sayılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı ünvan 1 ünvanında yerləşən mərhum X2 mülkiyyətində olan fərdi yaşayış evinə və evin yerləşdiyi həyətyanı torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-46/2023
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-46/2023
25.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver