Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-460/2020 16.06.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Abdullayev Əsgər Vəli oğlunun katibliyi ilə İddiaçı Cavabdehnə qarşı pay torpağı kimi verilmiş 7.5293 ha yararsız torpaq sahəsinin bələdiyyəyə məxsus yararlı torpaq sahəsi ilə əvəzləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı Cavabdehnə qarşı xx.xx.2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pay torpağı kimi verilmiş 7.5293 ha yararsız torpaq sahəsinin bələdiyyəyə məxsus yararlı torpaq sahəsi ilə əvəzləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar verilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, sahibkar olaraq Tərtər rayon Əskipara kəndində kənd təsərrüfatı bitkiləri olan pambıq, buğda, arpa, şəkər çuğunduru və sarımsaq bitkilərinin əkib becərilməsi üçün 25 nəfər Əskipara kənd sakinlərinin əkinə yararlı kənd təsərrüfatı təyinatlı pay torpaqlarını alqı-satqı müqaviləsi əsasında almışdır. Həmin torpaq sahələri barələrində olan dövlət sənədləri notarial qaydada öz adına təsdiqlənmişdir. Alqısatqı yolu ilə aldığı torpaq sahələri sahiblərinə torpaq bölgüsü vaxtı əkinə yararlı yer kimi göstərilmişdir. Məlum hadisələrlə bağlı məcburi köçkünlər həmin mübahisəli torpaqlarda məskunlaşdıqlarından onun torpaqdan istifdadə etməsi mümkün olmamışdır. 2018-ci ildə həmin torpaq sahələrində məskunlaşmış məcburi köçkünlərə Tərtər rayonu ərazisində salınmış şəhərcikdə yeni mənzillər verildikdən sonra torpaq sahələri özünə qaytarılmışdır. O torpağı aidiyyəti qurumlardan tələb etdikdə məlum olmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələlləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2019 tarixli, R seriyalı ******* nömrəli çıxarışı əsasında 1.3497 ha, Azərbaycan Respublikası Əmlak Məsələlləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2019 tarixli, RX seriyalı ********** nömrəli çıxarışı əsasında 3.4018 ha və Azərbaycan Respublikası Əmlak Məsələlləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli, RX seriyalı ********** nömrəli çıxarışı əsasında 2.7778 ha torpaqlar islahata gedən zaman torpaqları aldığı vətəndaşların torpaq sahələri səhv göstərilmişdir. Torpaq sənədlərində göstərilən əkinə yararlı torpaq sahələrini Əskipara kənd bələdiyyəsi örüş yeri kimi saxlayaraq mübahisə gedən torpaq sahələrini vətəndaşların istifadə etdiyi yola, daşlıq qayalıq olan əkinə tam yarasız yerlərə salmışdır. Bu torpaq sahələrinin əkinə tam yarasız olması və həmin torpaq sahələrini əkinə yaralı torpaq sahələri ilə əvəzləşdirilməsi üçün Cavabdehnə ərizə ilə müraciət etsə də, bələdiyyə imtina cavabı vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx xxxx 2020-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasına gəlməmiş, Cavabdeh isə nümayəndəsinin iştirakını şifahi məhkəmə baxışı iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi X1 iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - iddiaçıya məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - Cavabdeh iddiaçıya ünvanladığı məktubu; - RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surəti; - xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** və ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların təsdiq edilmiş surətləri. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, iş üzrə İddiaçı pay torpağı kimi verilmiş 7.5293 ha yararsız torpaq sahəsinin bələdiyyəyə məxsus yararlı torpaq sahəsi ilə əvəzləşdirilməsi ilə bağlı ərizə ilə Cavabdehnə müraciət etsə də, inzibati orqan bundan imtina etmişdir. Məhkəmə aşağıdakılara əsasən cavabdeh inzibati orqanın imtina ilə bağlı hərəkətlərini qanunvericiliyin tələblərinə uyğun hesab edir. Belə ki, “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 10 nömrəli qərarının 2.1-ci bəndinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinin əsasları aşağıdakılardan ibarətdir: 2.1.1. dəniz limanının, dəmir və avtomobil yollarının tikintisi; 2.1.2. dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi məqsədi ilə sərhədboyu zolağın yaradılması; 2.1.3. sənaye obyektlərinin, zonalarının (məhəllələrinin və parklarının) yaradılması; 2.1.4. ehtiyat fondu torpaqlarından istifadə zərurətinin yaranması; 2.1.5. müasir texnologiyaların tətbiqi ilə aqroparkların, fermer və aqraryönlü digər təsərrüfatların yaradılması məqsədi ilə əkin dövriyyəsinə əlavə torpaqların cəlb edilməsi; 2.1.6. qoruyucu meşə zolaqlarının və yaşıllıq zonalarının salınması məqsədi ilə meşə fondunun tərkibinə əlavə torpaqların verilməsi; 2.1.7. meşə fondu torpaqlarında müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikintisi, habelə ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə meşə ilə örtülü olmayan sahələrin əkin dövriyyəsinə cəlb edilməsi zərurəti yarandıqda, həmin torpaq sahələrinin eyni ölçüdə kənd təsərrüfatına az yararlı və ya şərti yararsız torpaq sahələri ilə əvəzləşdirilməsi; 2.1.8. bioloji müxtəlifliyin qorunub saxlanılması məqsədi ilə xüsusi mühafizə olunan təbiət ərazilərinin (o cümlədən, milli parkların, dövlət təbiət qoruqlarının, yasaqlıqların və s.) tərkibinə əlavə torpaqların verilməsi; 2.1.9. magistral mühəndis-kommunikasiya təminatı sistemlərinin, meliorasiya və su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğu-ların tikintisi; 2.1.10. ekzogen geoloji proseslərə məruz qalmış yaşayış məntəqələrinin torpaqlarının əvəzləşdirilməsi; 2.1.11. yeni yaşayış məhəllələrinin (məntəqələrinin) salınması və ya mövcud yaşayış məntəqələrinin inkişaf etdirilməsi (genişləndirilməsi) məqsədi ilə ərazi planlaşdırılması sənədlərinə uyğun olaraq əlavə torpaq sahələrinin ayrılması; 2.1.12. tarix-mədəniyyət, təbii qoruq və sağlamlaşdırma yerlərinin yaradılması, əhalinin istirahətinin təşkili, turizmin inkişafı, idman və digər sosial obyektlərin tikintisi; 2.1.13. xüsusi mülkiyyətdə olan torpaq sahələrindən iqtisadi cəhətdən daha səmərəli istifadənin təmin edilməsi ilə bağlı mülkiyyətçilərin müraciətləri. qarşı vəzifəsinin cavabdehin üzərinə qoyulması Göründüyü kimi, İddiaçı xahiş etdiyi 7.5293 ha yararsız torpaq sahəsinin bələdiyyəyə məxsus yararlı torpaq sahəsi ilə əvəzləşdirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyil. Məhkəmə araşdırmaları zamanı məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara əsasən məhkəmə hesab edir ki, həmin sübutlar qanuni və əsaslı olmadığından İddiaçı iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcud deyil. Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” xx xxxxx 2014-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə xx xxxxx 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. İddiaçı iddia tələbinin əsaslığını sübut etməli olduğu halda bunu edə bilməmiş və cavabdeh inzibati orqan Cavabdeh hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı pay torpağı kimi verilmiş 7.5293 ha yararsız torpaq sahəsinin bələdiyyəyə məxsus yararlı torpaq sahəsi ilə əvəzləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68, 69, 73, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı pay torpağı kimi verilmiş 7.5293 ha yararsız torpaq sahəsinin bələdiyyəyə məxsus yararlı torpaq sahəsi ilə əvəzləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-460/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-460/2020
16.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver