Məhkəmə qərarları › İş №2-1(114)-4615/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-4615/2025

13.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4615/2025 13.11.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı (üçüncü şəxs X11) “adının “Uday X9” MMC-nin təsisçisi kimi kommersiya qurumlarının dövlət reyestrindən çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Giriş hissəsi: Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə, cavabdeh Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı (üçüncü şəxs X11) “adının “Uday X9” MMC-nin təsisçisi kimi kommersiya qurumlarının dövlət reyestrindən çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə:

1. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən: - Gəncə şəhəri 1 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən 3M-64 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2017-ci il tarixli “müəssisədəki payın alqı-satqı müqaviləsi”nə əsasən, “Uday Kəndli (Fermer) Təsərrüfatı” MMC-nin nizamnamə kapitalında onlara məxsus olan 100%-i 2 manata X6 tərəfindən X1. - cavabdehin xx.xx.2023-cü il tarixli, **********624100 nömrəli “məlumatın təqdim edilməsi barədə” məktuba əsasən, cəmiyyətin dövlət reyestrində qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması üçün müəssisədəki payın alqı-satqı müqaviləsində göstərilən yeni təsisçi tərəfindən yuxarıda göstərilən sənədlər ilə vergi orqanına müraciət olunmalıdır. - xx.xx.2017-ci il tarixli Qabil və X15 "xxxx" X9 MMC-nin ümumi yığıncağının iclas protokoluna əsasən, Qabil və X15 "xxxx" X9 MMC-də təsisçi olaraq 100% pay hüququ ilə payın X2, alıcı X4 və X15 "xxxx" X9 MMC-də 100% pay hüququ ilə yeni təsisçi olaraq qəbul edilməsi qərara alınmışdır.

2. İddiaçı cavabdeh Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, alqı-satqı müqaviləsi əsasında “Uday X9” MMC-nin təsisçisi olaraq qeydiyyatının ləğv edilməsi və “Uday X9” MMC-nin təsisçisinin X7 adına qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərarın çıxarılmasını xahiş etmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı “Uday X9” MMC-nin təsisçisidir. MMCnin təsisçisi olaraq o, öz payını xx.xx.2017-ci il tarixdə X3. Bundan sonra iddiaçı cavabdeh orqana müraciət edərək “Uday X9” MMC-də onun payını notariat qaydada almış üçüncü şəxs X8 adına qeydə alınması üçün müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, nizamnamə əsasında MMC-nin başqa şəxsin adına keçirilməsi ilə əlaqədar müvafiq qərar qəbul edilməli və qəbul edilmiş sənədlər ərizə ilə birlikdə təqdim edildiyi halda yeni təsisçi vergi orqanı tərəfindən qeydə alına bilər. Ancaq iddiaçı hesab edir ki, imtina əsassızdır. O səbəbdən ki, iddiaçı yuxarıda qeyd etdiyi kimi “Uday X9” MMC-nin tək təsisçisi olaraq pz payını notariat qaydada üçüncü şəxs X3. Belə olan halda onun təsisçisi olduğu MMC-ilə heç bir əlaqəsi qalmır. MMC-də pay sahibi faktiki və hüquqi cəhətdən alıcı X8 adına qeydə alınması tam olaraq qanuni və əsaslıdır.

4. Gəncə İnzibati Məhkəməsinin Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(114)- 1347/2024 nömrəli qərardadı ilə (hakim Leyla Əliyeva) İddiaçı cavabdeh Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı (üçüncü şəxs X12) ““Uday X9” MMCnin təsisçisi olaraq qeydiyyatının ləğv edilməsi və “Uday X9” MMC-nin təsisçisinin X7 adına qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbi mümkün sayılmamışdır.

5. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(104)-93/2025 nömrəli qərardadı ilə təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(114)- 1347/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

6. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(102)-1440/2025 nömrəli qərarı ilə qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 yanvar 2025-ci il tarixli, 2-1(104)-93/2025 saylı qərardadı “ “Uday X9” MMC-nin təsisçisinin X8 adına qeydiyyata almaq vəzifəsinin cavabdehə həvalə edilməsi” hissəsində dəyişdirilmədən saxlanılmış, qərardadın “alqı-satqı müqaviləsi əsasında “Uday X9” MMCnin təsisçisi olaraq İddiaçı qeydiyyatının ləğv edilməsi” hissəsində ləğv edilməsi, işin həmin hissədə təkrar baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

7. Cavabdeh tərəfindən iddia tələbi ilə bağlı etiraz məhkəməyə daxil olmamışdır.

8. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi (vəkil) iddia ərizəsində qeyd olunanlara oxşar izahat verərək, iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

9. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

10. Üçüncü şəxsə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflərindən iddiaya münasibət bildirilməmiş, məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verilməmişlər.

11. Üçüncü şəxsin şifahi məhkəmə baxışı iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi).

Əsaslandırma hissəsi:

12. İddia mümkün iddiadır. Belə ki, şəxs hər hansı kommersiya qurumunun təsisçisi və ya payçısı kimi reyestrdə qeydiyyatda olduğu təqdirdə onun əlavə öhdəlikləri və məhdudiyyətləri mövcud olur (məsələn, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması və s.). Cavabdehin verdiyi MMC-yə aid reyestrdən çıxarışdan görünür ki, iddiaçı hələ də MMC-in təsisçisi kimi qeydiyyatdadır. Odur ki, iddiaçı ona aid olmayan öhdəlik və məhdudiyyətlərə məruz qalmaması üçün adının “Uday X9” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi kimi kommersiya qurumlarının dövlət reyestrindən çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə əlaqədar tələb irəli sürməkdə qanunla müəyyən edilmiş subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur.

13. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia qaldırmışdır.

14. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 87. Məhdud məsuliyyətli cəmiyyət 87.1. Bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. Maddə 91. Məhdud məsuliyyətli cəmiyyətdə idarəetmə 91.1. Məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Maddə 93. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalındakı payın keçməsi 93.1. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı cəmiyyətin nizamnamə kapitalındakı payını və ya onun bir hissəsini həmin cəmiyyətin bir və ya bir neçə iştirakçısına sata bilər və ya başqa qaydada güzəşt edə bilər. 93.2. Cəmiyyət iştirakçısının öz payını (onun bir hissəsini) üçüncü şəxslərə özgəninkiləşdirilməsinə yol verilir. 93.3. Cəmiyyətin iştirakçıları iştirakçının payını (onun bir hissəsini) öz paylarının miqdarına mütənasib surətdə satın almaqda üstünlük hüququna malikdirlər. Cəmiyyətin iştirakçısı öz payını (onun bir hissəsini) özgəninkiləşdirmək istədikdə həmin payın (onun bir hissəsinin) satın alınmasını ilkin olaraq cəmiyyətin digər iştirakçılarına təklif etməlidir. Əgər cəmiyyətin iştirakçıları xəbərdar edildikləri gündən bir ay ərzində və ya cəmiyyətin nizamnaməsində və ya onun iştirakçılarının razılaşmasında nəzərdə tutulan başqa müddətdə öz üstünlük hüququndan istifadə etməzlərsə, iştirakçının payı üçüncü şəxsə özgəninkiləşdirilə bilər. 93.4. Məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsinə uyğun olaraq iştirakçının payının (onun bir hissəsinin) üçüncü şəxslərə özgəninkiləşdirilməsi mümkün olmadıqda, cəmiyyətin digər iştirakçıları isə onu satın almaqdan imtina etdikdə cəmiyyət iştirakçının payını əldə etməyə borcludur. 93.5. İştirakçının payını (onun bir hissəsini) məhdud məsuliyyətli cəmiyyətin özünün əldə etdiyi halda cəmiyyət onu özünün nizamnaməsində nəzərdə tutulan müddətlərdə və qaydada başqa iştirakçılara və ya üçüncü şəxslərə satmağa və ya bu Məcəllənin 90.4 və 90.5-ci maddələrinə uyğun olaraq öz nizamnamə kapitalını azaltmağa borcludur. 93.6. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalındakı paylar cəmiyyətin iştirakçısı olan fiziki şəxslərin vərəsələrinə və hüquqi şəxslərin hüquq varislərinə bu şərtlə keçir ki, cəmiyyətin nizamnaməsində payların onlara yalnız cəmiyyətin qalan iştirakçılarının razılığı ilə keçməsi nəzərdə tutulmasın. Payın keçməsinə razılıq verməkdən imtina edilməsi cəmiyyətin nizamnaməsində nəzərdə tutulan qaydada və şərtlərlə cəmiyyətin həmin payın həqiqi dəyərini iştirakçının vərəsələrinə (hüquq varislərinə) ödəməsi və ya həmin dəyərə bərabər əmlakı onlara naturada verməsi vəzifəsinin yaranmasına səbəb olur. 93.7. Cəmiyyətin paylarının əlli faizini və daha çox hissəsini almaq istəyən şəxs bütün iştirakçılara rəsmi qaydada müvafiq təklif təqdim edir.

16. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9. Təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması 9.1. Hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. 9.2. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. 9.2-1. Bu Qanunun 9.2-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş hərəkətlərin edilməsi tələb olunmadan kommersiya qurumları və publik hüquqi şəxslər üzrə aşağıdakı məlumatlar birbaşa müvafiq icra hakimiyyəti orqanı tərəfindən əldə edilərək qeydiyyata alınır: 9.2-1.1 müvafiq icra hakimiyyəti orqanının aktları ilə təsis sənədlərində və qeydə alınmış faktlarda edilmiş dəyişikliklər; 9.2-1.2. qeydə alınmış faktlarda şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərdəki məlumatlarda dəyişikliklər. 9.2-2. Bu Qanunun 9.2-1.1-ci maddəsində qeyd edilən məlumat müvafiq icra hakimiyyəti orqanının aktları əsasında, 9.2-1.2-ci maddəsində qeyd edilən məlumat isə müvafiq icra hakimiyyəti orqanından onlayn rejimdə əldə edilir və 5 gün müddətində qeydiyyata alınır. 9.2-3. Qeyri-hökumət təşkilatlarının təsis sənədlərində edilən dəyişikliklərin, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliklərinin dövlət qeydiyyatı bu Qanunun tələbləri nəzərə alınmaqla və gücləndirilmiş elektron imza ilə təsdiq edilməklə müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemi vasitəsilə də həyata keçirilir. 9.2-4. Müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemində sənədlər gücləndirilmiş elektron imza ilə təsdiq olunur, sistemin iştirakçıları və istifadəçiləri öz fəaliyyətində həmin sistem vasitəsilə əldə edilən sənədlərdən istifadə edirlər. Həmin sistemdən əldə edilən sənədlər dövlət qurumlarına və şəxslərə kağız daşıyıcılarda, yaxud “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron qaydada təqdim oluna bilər. 9.3. Bu Qanunun 9.2-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz. 9.4. Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklərin, habelə dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyatına dair sənədlərə baxılması zamanı təşkilatla bağlı əvvəllər hər hansı dəyişikliyin bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat üçün təqdim olunmaması müəyyən edildikdə qurum Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə cəlb olunmaqla aşkar edilmiş çatışmazlıq aradan qaldırılmalıdır.

16. İlkin olaraq, məhkəmə “Uday X9” MMC-nin təsisçisi olaraq iddiaçının qeydiyyatının ləğv edilməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin tələbinə ilə məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı cəmiyyətin nizamnamə kapitalındakı payını və ya onun bir hissəsini özgəninkiləşdirə bilər.

17. Əlavə olaraq, işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı notariat qaydada təsdiq edilməklə mülki qanunvericiliyə uyğun olaraq 23 iyun 2017-ci il tarixdə “Uday X9” MMC-nin Nizamnamə kapitalında olan ona məxsus payın 100%-ni 2 manata alıcı hazırkı iş üzrə üçüncü şəxs X3.

18. Alqı-satqı müqaviləsində qeyd edilmişdir ki, hazırkı müqavilə imzalandığı andan satıcı müəssisənin təsisçi statusu ilə bağlı malik olduğu bütün hüquq, vəzifə və öhdəliklərini itirmiş hesab edilir. Payın satın alınmasının satıcı üçün nəticələri kimi isə hazırkı müqavilə imzalandığı andan satıcıya məxsus olan səlahiyyət və əmlak üzərində sərəncam hüququ alıcıya keçməsi yaranır.

19. Məhkəmə müqavilə şərtlərinə əsaslanaraq bildirir ki, müqavilə tərəflərin iradə ifadəsinin təzahürüdür və onun şərtlərinə bağlıdırlar. Başqa sözlə, iddiaçı nizamnamə kapitalında olan özünə məxsus payın 100%-ni alıcıya satmaqla (üçüncü şəxs) təsisçi statusu ilə bağlı bütün hüquq və vəzifələrini itirmiş, eyni zamanda alıcı ona məxsus olan səlahiyyət və əmlak üzərində sərəncam hüququnu əldə etmişdir.

20. Yuxarıdakı hallara əsaslanan məhkəmə qeyd edir ki, hazırkı alqı-satqı müqaviləsində təsbit edilən məlumatlar qeydiyyatın ləğvi üçün əsasdır və bununla bağlı normativ mənbə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanundur. Həmin qanunun 9.1-ci maddəsi hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişikliyin, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyata alınmasını tələb edir.

21. Normanın tələbinə görə hüquqi şəxsə dair qeydə alınmış hər hansı məlumatların dəyişməsi, bu dəyişikliyin qeydiyyata alınmasına səbəb olan hüquqi faktdır.

22. Hüquqda faktlar dedikdə, hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. İş materiallarından göründüyü kimi iddiaçı artıq “Uday X9” MMC-nin təsisçisi, payçısı deyildir. Bu, hüquqi şəxsin rəhbəri barədə məlumatın dəyişdirilməsi üçün qanunla müəyyən olunan hüquqi faktdır.

23. Bundan başqa, nəzərə alınmalıdır ki, reyestr məlumatları formal vəziyyəti deyil, hüquqi şəxslərə münasibətdə real olan, qeydiyyat məlumatlarında hüquqi cəhətdən işlək vəziyyətin əks etdirilməsinə xidmət edir.

24. Belə olan halda iddiaçı adının “Uday X9” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi kimi kommersiya qurumlarının dövlət reyestrindən çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə əlaqədar tələbi əsaslıdır.

16. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilsin. İddiaçı “Uday X9” MMC-nin təsisçisi kimi kommersiya qurumlarının dövlət reyestrindən çıxarılması öhdəliyi cavabdeh Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim Nurəli Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar