Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-462/2025 25.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakimi Əliyeva Gülşən Talıb qızının sədrliyi, X4 Cəfər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.1987-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Qazaxsutikinti Trestinin 14 nömrəli Tikinti Quraşdırma İdarəsində və xx.xx.1999-cu il taixdən xx.xx.2003-cü il tarixədək Gəncə Rayonlararası Təmir-Tikinti Trestinin 129 nömrəli Təmir Tikinti İdarəsində işlədiyi illərin sosial sığorta stajina daxil edilməklə xx.xx.2023-cü tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1987-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Qazaxsutikinti Trestinin 14 nömrəli Tikinti Quraşdırma İdarəsində və xx.xx.1999-cu il taixdən xx.xx.2003-cü il tarixədək Gəncə Rayonlararası Təmir-Tikinti Trestinin 129 nömrəli Təmir Tikinti İdarəsində işlədiyi illərin sosial sığorta stajina daxil edilməklə xx.xx.2023-cü tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmış və iş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra şifahi məhkəmə baxış iclası xx.xx.2025ci il tarixə təyin edilmişdir.
3. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasına gəlmişdir.
Əsaslandırma hissəsi:
4. Məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, hazırkı iş üzrə iddiaçı öldüyünə görə icraata xitam verilməlidir.
5. Belə ki, Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Hazırkı vəziyyətdə isə mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermir.
6. Azərbaycan Respublikası İPM-ə görə: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
7. Azərbaycan Respublikası MPM-yə görə: Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.7. iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə.
8. Beləliklə, iddiaçı öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verilmədiyinə görə hazırkı iş üzrə icraata xitam verilməlidir.
Nəticəvi hissə:
9. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.7-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.1987-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Qazaxsutikinti Trestinin 14 nömrəli Tikinti Quraşdırma İdarəsində və xx.xx.1999-cu il taixdən xx.xx.2003-cü il tarixədək Gəncə Rayonlararası Təmir-Tikinti Trestinin 129 nömrəli Təmir Tikinti İdarəsində işlədiyi illərin sosial sığorta stajina daxil edilməklə xx.xx.2023-cü tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva