Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-4628/2023 12.12.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********30000 nömrəli, xx.xx.2023-cü il tarixli **********901600 nömrəli və xx.xx.2023-cü il tarixli **********911300 nömrəli qərarların ləğv edilməsi tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı 14 saylı Ərazi Vergilər İdarəsinə etdiyi müraciət ərizəsi əsasında onlar arasında xx.xx.2015-ci il tarixdə elektron sənəd mübadiləsi haqqında müqavilə imzalanmışdır.
2. 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli **********30000 nömrəli qərarı ilə İddiaçı 2023-cü ilin aprel ayı üzrə 3.185,77 manat məbləğində əlavə dəyər vergisi, xx.xx.2023-cü il tarixli **********901600 qərarı ilə 2023-cü ilin fevral ayı üzrə 3.658,06 manat məbləğində əlavə dəyər vergisi, xx.xx.2023-cü il tarixli **********911300 qərarı ilə 2023-cü ilin fevral ayı üzrə 3.801,46 manat məbləğində əlavə dəyər vergisi hesablanmışdır.
3. Vergi ödəyicisinin elektron qutusuna xx.xx.2023-cü il tarixli **********30000 nömrəli qərar xx.xx.2023-cü il tarixdə göndərilmiş və xx.xx.2023-cü il tarixdə 17:15-də oxunmuş, xx.xx.2023-cü il tarixli **********901600 nömrəli və xx.xx.2023-cü il tarixli **********911300 nömrəli qərarlar xx.xx.2023-cü il tarixdə göndərilmiş və xx.xx.2023-cü il tarixdə saat 12:34-də oxunmuşdur. II. Məhkəmədə icraat
4. İddiaçı cavabdeh 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ona hesablanmış 12064,18 (on iki min altmış dörd manat on səkkiz qəpik) manat məbləğində borcun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun Şəmkir rayonu, Keçili kəndində yaşayır. Yaşadığı yerdə ərzaq mağazası ticarət işi ilə məşğul olur. 2023-cü ilin sentyabr ayında cavabdeh idarə tərəfindən ona məktub ünvanlanaraq ümumilikdə 12064,18 manat məbləğində vergi borcu olduğu bildirilmişdir. O, vergi və digər sosial ödənişlərini vaxtlıvaxtında etmişdir. Həmin borcun əsassızlığı barədə vergi xidmətinə müraciət etsə də, lakin heç bir nəticəsi olmamışdır. Hesab edir ki, 12064,18 manat məbləğində hesablanmış borc tam əsassızdır və həmin borc silinməlidir.
6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər
7. Məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə işin hazırlıq iclası xx.xx.2023cü il tarixə təyin edilmiş və bu barədə tərəflərin iddia ərizəsində göstərilmiş ünvanlarına məhkəmə bildirişi göndərilmiş, həmçinin iddiaçının mobil nömrəsinə Elektron məhkəmə informasiya sistemi vasitəsilə göndərilmiş sms-xəbərdarlıq ona çatdırılmışdır.
8. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər.
9. İddiaçı X4 məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********30000 nömrəli, xx.xx.2023-cü il tarixli **********901600 nömrəli və xx.xx.2023-cü il tarixli **********911300 nömrəli qərarların ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
10. Cavabdeh orqanın xx.xx.2023-cü il tarixdə iddianın mümkün hesab edilməməsinə dair yazılı vəsatəti məhkəməyə daxil olmuşdur.
11. Vəsatət onunla əsaslandırılmışdır ki, uçot-baza məlumatlarına əsasən X4 29 iyun 2015-ci il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına alındığı, 01 fevral 2023-cü il tarixdən əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alındığı, əsas fəaliyyət növünün ixtisaslaşdırılmış mağazalarda digər ərzaq məhsullarının pərakəndə satışfndan ibarət olduğu, Şəmkir rayonu, Qaracəmirli ünvanında yerləşən ümumi sahəsi 50 kv.m. olan "Ərzaq mağazası” adlı təsərrüfat subyektinin (obyektinin) (obyektin kodu: **********- 85001) uçotda olduğu müəyyən edilmişdir. Vergi ödəyicisi X2 Şəmkir rayonu, Qaracəmirli ünvanında yerləşən "Ərzaq mağazası" adlı obyektində 14 saylı Ərazi Vergilər İdarəsinin 13 yanvar 2023-cü il tarixli **********0298 saylı xronometraj metodu ilə müşahidə aparılması haqqında qərarına əsasən 13-16 yanvar 2023-cü il tarixlərində xronometraj metodu ilə müşahidə aparılmışdır. Aparılmış müşahidə zamanı 13 yanvar 2023-cü il tarixli nəzarət kassa aparatının 144 saylı “Z" hesabatına əsasən 818,41 manat, 14 yanvar 2023cü il tarixli nəzarət kassa aparatının 145 saylı "Z” hesabatına əsasən 687,63 manat, 15 yanvar 2023-cü İl tarixli nəzarət kassa aparatının 146 saylı "Z" hesabatına əsasən 1075,79 manat və 16 yanvar 2023-cü il tarixli nəzarət kassa aparatının 147 saylı “Z” hesabatına əsasən 860,70 manat (3242,53:4=860,63 manat) orta günlük satış dövriyyəsi olmaqla (860,63 x 30,4) = 26163,152 manat orta aylıq satış dövriyyəsi müəyyən edilərək 16 yanvar 2023-cü il tarixli DVX 023006 saylı akt tərtib edilmişdir. Vergi ödəyicisi X4 tərəfindən 2023-cü ilin fevral, mart və aprel ayları üzrə təqdim etdiyi əlavə dəyər vergisi bəyannamələri kameral qaydada yoxlanılarkən həmin bəyannamələrdə əks etdirilmiş dövriyyə məbləğlərinin rəsmiləşdirilmiş son xronometraj müşahidəsinin nəticəsindən fevral ayı üzrə 20.322,59 manat, mart ayı üzrə 15.519,30 manat və aprel ayı üzrə 17.698,73 manat az əks etdirildiyi müəyyən edilmişdir. X3 "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 01 may 2023-cü il tarixli **********305600 saylı və 11 may 2023-cü il tarixli **********239900 saylı məktubların göndərilməsinə baxmayaraq, vergi ödəyicisi tərəfindən həmin dövrlər üçün dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyannaməsi təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2023-cü ilin fevral ayı üçün əlavə dəyər vergisi üzrə 3.658,06 manat, mart ayı üçün əlavə deyər vergisi üzrə 3.801,46 manat və aprel ayı üzrə əlavə dəyər vergisi üzrə 3.185,77 manat əlavə vergi məbləği hesablanaraq "Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” 25 may 2023-cü il tarixli **********300000 saylı, 26 may 2023-cü il tarixli **********901600 saylı və 26 may 2023-cü il tarixli **********911300 saylı qərarlar qəbul edilərək vergi ödəyicisinin elektron qutusuna göndərilmiş, elektron qutuda isə müvafiq olaraq 27 may 2023-cü il tarixdə saat 17:15-də və 30 iyun 2023-cü il tarixdə saat 12:34-də oxunmuşdur.
12. İddiaçı X4 məhkəmə iclasında mübahisələndirdiyi qərarların vergi orqanı tərəfindən ona rəsmi qaydada təqdim olunmadığını, qərarlardan ona borc yazıldıqdan sonra xəbərinin olduğunu, xəstəsi olduğu üçün 2023-cü ilin oktyabr ayında iddia qaldırdığını, müddəti ötürmədiyini bildirmişdir.
13. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddiaya dair vəsatətdə qeyd edilənləri müdafiə etdiyini, qərarların iddiaçının elektron kabinetinə göndərildiyini və iddiaçı aylıq, rüblük hesabatları elektron qaydada verdiyi üçün onu kabinetində gördüyünü bildirməklə, iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi:
14. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
15. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2 İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Bənd 9. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
16. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
17. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.
18. İşin müəyyən edilmiş hallarına görə, cavabdeh vergi orqanı tərəfindən İddiaçı xx.xx.2023-cü il tarixli **********30000 nömrəli qərarı ilə 2023-cü ilin aprel ayı üzrə 3.185,77 manat məbləğində əlavə dəyər vergisi, xx.xx.2023-cü il tarixli **********901600 qərarı ilə 2023-cü ilin fevral ayı üzrə 3.658,06 manat məbləğində əlavə dəyər vergisi, xx.xx.2023-cü il tarixli **********911300 qərarı ilə 2023-cü ilin fevral ayı üzrə 3.801,46 manat məbləğində əlavə dəyər vergisi hesablanmışdır.
19. Hazırda iddiaçı həmin qərarları mübahisələndirərək, bu barədə xx.xx.2023-cü il tarixdə məhkəmədə iddia qaldırmışdır.
20. Bu halda iddiaçının tələbi mübahisələndirmə haqqında iddia növünə aid olduğundan həmin növ iddianın mümkün sayılması üçün xüsusi mümkünlük şərti olan müddətə riayət edilib-edilməməsi yoxlanılmalıdır.
21. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinə görə: Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan,şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.
22. «İnzibati icraat haqqında» Qanuna görə: Maddə 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. Maddə 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.
23. Tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli Elektron sənəd mübadiləsi haqqında müqavilədə aşağdakılar təsbit olunmuşdur: Bənd 2.5. Tərəflər müəyyən edilmiş formatda tərtib edilən və göndərilən elektron sənədin kağız (və ya yazılı şəkildə digər məlumat daşıyıcısı) üzərindəki sənədin ekvivalenti olduğunu və onunla eyni hüquqi qüvvəyə malik olduğunu qəbul edirlər. Bənd 2.7. Vergi orqanı tərəfindən göndərilmiş və vergi ödəyicisinin elektron qutusuna daxil olmuş sənədlər ona verilmiş (təqdim edilmiş) sayılır. Bənd 4.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri var: 4.1.7. Vergi orqanı tərəfindən elektron şəkildə göndərilmiş sənədlərlə mütəmadi olaraq (3 gündə bir dəfədən gec olmayaraq) tanış olmaq və lazımi tədbirlər görmək.
24. 30 noyabr 2018-ci il tarixli 1356-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinə əlavə edilən: Maddə 13.2.72. elektron kabinet - vergi ödəyicisi kimi uçota alınma zamanı təqdim edilən ərizəyə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılan, gücləndirilmiş elektron imza və (və ya) vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifədir. Maddə 70.2-1. Sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra.
25. "İnzibati icraat haqqında" Qanuna görə: Maddə 62.2. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdə sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən son maraqlı şəxsə təqdim olunmuş sayılır.
26. Məhkəmə araşdırması zamanı cavabdeh orqanın nümayəndəsi tərəfindən təqdim edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçı ilə vergi orqanı arasında bağlanmış Elektron sənəd mübadiləsi haqqında xx.xx.2015-ci il tarixli müqaviləyə uyğun olaraq vergi ödəyicisinin elektron qutusuna xx.xx.2023-cü il tarixli **********30000 nömrəli qərar xx.xx.2023-cü il tarixdə göndərilmiş və xx.xx.2023-cü il tarixdə 17:15-də oxunmuş, xx.xx.2023-cü il tarixli **********901600 nömrəli və xx.xx.2023-cü il tarixli **********911300 nömrəli qərarlar xx.xx.2023-cü il tarixdə göndərilmiş və xx.xx.2023-cü il tarixdə saat 12:34-də oxunmuşdur.
27. İddiaçı X4 məhkəmə iclasında mübahisələndirdiyi qərarların vergi orqanı tərəfindən ona rəsmi qaydada təqdim olunmadığını, qərarlardan ona borc yazıldıqdan sonra xəbərinin olduğunu, xəstəsi olduğu üçün 2023-cü ilin oktyabr ayında iddia qaldırdığını, müddəti ötürmədiyini bildirmişdir.
28. Yuxarıda sadalanan qanunvericilik normalarının məzmununa əsasən, mübahisələndirilən qərarlar elektron üsulla xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə iddiaçının elektron kabinetinə göndərildiyindən ən geci xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə çatdırılmışdır və bu əsasla məhkəmə iddiaçının qərarların vergi orqanı tərəfindən ona rəsmi qaydada təqdim olunmaması barədə dəlillərini əsassız sayır.
29. Məhkəmə onu da qeyd edir ki, mübahisələndirilən qərarlarda ondan şikayət vermə qaydası və müddəti nəzərdə tutulduğu üçün hazırkı iddiaya “İnzibati icraat haqqında" Qanunun 73.1-ci maddəsindəki 6 aylıq xüsusi müddət deyil, İPM-in 38.1-ci və "İnzibati icraat haqqında" Qanunun 73.1-ci maddələrində nəzərdə tutulmuş 30 günlük müddət şamil edilir.
30. Göründüyü kimi, iddiaçının sözügedən qərarı qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirməməsi və müddəti ötürməsi işin mübahisə olunmayan halıdır.
31. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq yardım etmə vəzifəsinə riayət edilməklə, iddia tələbinin qanunun tələblərinə uyğunlaşdırılmasına dair sərəncam göndərilərək, yuxarıda qeyd edilən məsələlər iddiaçının nəzərinə çatdrılmış və buraxılmış müddətin bərpa edilməsinə dair ərizə vermək hüququnun mövcudluğu bildirilmiş, lakin iddiaçı müddətin bərpasına dair ərizə verməmişdir.
32. Beləliklə, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan iddianın müddətinə dair mümkünlük şərti ödənilmədiyindən iddia mümkün sayılmamalıdır.
33. İPM-ə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:
34. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Gülşən Əliyeva