Məhkəmə qərarları › İş №2-1(114)-463/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-463/2020

10.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-463/2020 10.02.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (bundan sonra DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi) qarşı çıxarışın və şəhadətnamənin ləğv edilməsi, torpaq sahəsinə dair çıxarışın hazırlanıb verilməsi tələbinə dair inzibati işə məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n etdi: İddiaçı cavabdeh DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ********** nömrəli xx.xx.2016-cı il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın, həmin çıxarışın verilməsinə əsas olan JN-178F KOD 50414018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ləğv edilməsi və cavabdehin üzərinə 0.10 ha həyətyanı torpaq sahəsinə dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışınhazırlanıb verilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 55 saylı qərarı ilə Şəmkir rayonunun Düzqışlaq kəndinin ərazisindən məhum valideynləri X6 və X4 0.04 hektar həyətyanı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair onların adlarına JN-178F KOD 50414018 M-li Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. X1 21 iyun 2004-cü ildə, anası X7 isə 01 noyabr 2005-ci ildə ölmüşdür.xx xxxxxxxx 1950-ci ildə X8 ilə X2 birgə nikahlarından doğulmuşdur. Mərhum valideynlərinin ölümündən sonra təsərrüfatda tək o qalmış və bu günədək də oradan istifadə edir. İddiaçı DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müracət edərək, X11 Filialında mühafizə olunan və R.Əliyev adına kolxozun qaytanlanmış torpaq kitabında 615-ci sıra nömrəsində mərhum X1nun adına 0.10 hektar (10 sot) torpaq sahəsi qeyd edildiyini, torpaq islahatından bu günədək faktiki istifadədə 0.10 ha torpaq sahəsi olmasına baxmayaraq, şəhadətnamədə 0.04 ha torpaq sahəsi qeyd edildiyini bildirmiş və qanunsuzluğun aradan qaldırılaraq, mərhum atasının adına 0.10 hektar həyətyanı torpaq sahəsinə dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxrışın hazırlanıb verilməsini xahiş etmiş, lakin cavabdeh orqan bundan imtina etmişdir. İddiaçı məhkəmə hazırlıq icraatı iclasında iddianı müdafiə etmişdir. Cavabdeh DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçının mübahisələndirilən çıxarışın və şəhadətnamənin ləğv edilməsində hüquqi marağı torpaq sahəsinin həcminin artırılmasıdır, yəni əlavə 0,06 ha torpaq sahəsinin verilməsidir. Bu isə mövcud qanunvericiliyin tələblərinə ziddir. İş üzrə müəyyən edilmiş hallardan və tədqiq edilmiş sənədlərdən görünür ki, islahat zamanı vətəndaşlara torpaq sahəsi paylanarkən iddiaçının mərhum valideynləri X6 və X3 müvafiq komissiya tərəfindən torpaq sahəsi həmin dövrdə mövcud olmuş normalara münasibətdə (R.Əliyev adına kolxozun qaytanlanmış torpaq kitabında mərhum X5 adına 0,10 ha həyətyanı torpaq sahəsi qeyd edilməsinə baxmayaraq) əskik verilmiş, lakin iddiaçının mərhum valideynləri sağlığında bu halı mübahisələndirməmiş və hüquqlarının bərpa edilməsinə təşəbbüs göstərməmişlər. Hazırda isə iş üzrə iddiaçı valideynlərinin sağlığında mülkiyyətində olmuş əmlaklara münasibətdə vərəsəsi olsa da onun hazırki mübahisə üzrə tələb hüququ istisna olunur. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1153-cü maddəsinə əsasən şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Həmin Məcəllənin 1154-cü maddəsinə əsasən miras qoyanın mirasa daxil olmayan qeyri-əmlak hüquqlarını vərəsələr qanunda nəzərdə tutulan qaydada həyata keçirə və müdafiə edə bilərlər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olubolmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-nin 37-ci maddəsinə uyğun yoxlanılmalıdır. Odur ki, işin faktiki hallarına və yuxarıda qeyd olunanlara əsasən məhkəmə hazırki mübahisə üzrə iddiaçının subyektiv hüququnun olmaması əsası ilə iddianı mümkünsüz hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3 maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən məhkəmə, Q ə r a r a a l d ı : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı çıxarışın və şəhadətnamənin ləğv edilməsi, torpaq sahəsinə dair çıxarışın hazırlanıb verilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar