Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-463/2024 26.02.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı X1 X2 düzəliş edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, JN: 0130, KOD 50905018 “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə müəyyən edilmiş həcmdə torpaq sahəsinin həmin aktda qeyd olunan kordinatlara uyğun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının 2000-ci il 08 sentyabr tarixli 42 saylı qərarı və JN-0130, KOD 50905018 «Torpağa mülkiyyət hüququna dair» Dovlət Aktı əsasında iddiaçıya və ailə üzvlərinə Goranboy rayonunun Kəhrizli (keçmış Əzizbəyov) kəndində kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 1.80 ha (1.56 + 0.24) torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsindən 2002-ci ildən 2022-ci ilin sentyabr ayınadək istifadə etmişdir. Pay torpaq sahələri islahat əsasında kənd əhalisi üçün kənd təsərrüfatı istehsalı üçün verilmiş, torpaq sahələri birbirinə qonşu və bitişikdir, kəndin mülkiyyətçilərinə verilmiş torpaq sahəsi içərisində iddiaçının torpaq sahəsi sıra sayı üzrə 2-ci yerdə yerləşir. 2022-ci ilin sentyabr ayından Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən iddiaçıya bildirilmişdir ki, guya bu torpaq sahəsi ona məxsus deyil, ona başqa yerdən torpaq sahəsi verilməlidir. Bununla əlaqədar yenidən cavabdehə rəsmi ərizə ilə müraciət edərək JN-0130, KOD 50905018 «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktı ilə müəyyən edılmış həcmdə torpaq sahəsinin həmin aktda qeyd olunan kordınatlara uygun Daşınmaz Əmlakın Dövlət Reyestrində adına qeydə alınması və çıxarışın verilməsini xahiş etmiş, lakin cavab məktubunda göstərilimişdir ki, torpaq sahəsinin dövlət aktında göstərilən kordinatları və X1 X2 göstərilən kordinatları kəndin müxtəlif yerlərinə düşür. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ilkin iddia “X1 X2 düzəliş edilərək JN-0130, KOD 50905018 “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə müəyyən edilmiş həcmdə (1,80 ha) torpaq sahəsinin həmin aktda qeyd olunan kordinatlara uyğunlaşdırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiaya dəyişdirilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdeh əsl cavabdeh “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətlə əvəz edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş JN-0130, KOD 50905018 «Torpağa mülkiyyət hüququna dair» Dovlət Aktından görünür ki, Goranboy rayon AİK-nın xx.xx.2000-ci il tarixli, 42 nömrəli qərarı ilə İddiaçı və qeyrilərinə 1.80 ha k/t təyinatlı torpaq sahəsi verilmişdir. -işə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda bildirilir ki, Goranboy rayonu, Kəhrizli kəndi ərazısındə yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydıyyatı üçün zəruri olan inventarlaşdırma işlərı aparımış, elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmış və təqdim edilmiş sənədlər qanunverıcıliyın tələblərınə uygun ekspertıza edilən zaman məlum olmusdur ki, DTXK-nın Goranboy rayon şobəsı tərətındən verılmiş JN-130 nömrali torpağa mülkiyyət hüququna dair dovlət aktında torpaq sahəsının döngə nöqtələrinin koordinatları ilə X3 X4 göstərilən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları arasında uygunsuzluq vardır. Belə ki, torpaq sahəsinin dövlət aktında göstərilən koordinatları və X1 X2 göstərilən koordinatları kəndin müxtəlif yerlərınə düşür. Bu səbəbdən həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilmişdir. -“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********78 nömrəli məktubuna əlavə edilmiş rəydən görünür ki, "Azərbaycan Respublikasında torpaq münasıbətlərının tənzimlənməsı sahəsındə əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezıdentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasında X1 uçotuşlərı aparılmış və həmin məlumatlar X1 X8 yaradılmışdır. Vətəndaşların mülkiyyətində olan torpaq sahələri torpaq islahatı zamanı texniki, qüsurlu hazırlanmış, naturaya uyğun gəlməyən DWG fayllarında olan uyğunsuzluqlar aradan qaldırılaraq faktiki istifadə vəziyyətinə uyğun olaraq X1ı uçotu məlumat bazasına yerləşdirilmişdir. İddiaçı Goranboy rayonu Kəhrizli kəndındə mülkiyyətinə verilmiş JN-130 saylı "Torpağa mülkiyyət hüquqna dair" Dövlət Aktı ilə müəyyən edilmış torpaq sahəsı X1 X7 işlənərkən koordınatlar, konfiqurasiya baxımından həmin Dövlət Aktına uygun işlənməmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, Goranboy rayon AİK-nın xx.xx.2000-ci il tarixli, 42 nömrəli qərarı ilə İddiaçı və qeyrilərinə 1.80 ha k/t təyinatlı torpaq sahəsi verilmiş, İddiaçı qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə aidiyyəti quruma müraciət etsə də, cavabdeh orqan JN-130 nömrəli torpağa mülkiyyət hüququna dair dovlət aktında torpaq sahəsının döngə nöqtələrinin koordinatları ilə X1 X5 göstərilən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları arasında uygunsuzluq olması əsası ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Qeyd olunan uyğunsuzluq mütəxəssis rəyi ilə də öz təsdiqini tapmışdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasında X1 X8nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilmişdir. Həmin Fərmanın 2-ci bəndində Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılmışdır ki: 2.3. X1 X8nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.1. torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 2.3.3. torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, X1 X2 zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; 2.4. X1 X8nə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsin. “Azərbaycan Respublikasında X1 X8nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”nın:- 2.2-ci bəndinə əsasən kameral hazırlıq işləri zamanı aşağıdakı plan-kartoqrafik materialların və uçot məlumatlarının toplanması, sistemləşdirilməsi, təhlili aparılır və onlar çöl işlərinin icrası zamanı istifadə üçün hazırlanır: 2.2.5. torpaqların texniki uçotunun nəticələrinə dair əvvəlki illərə aid hesabatlar və yerquruluşu planları; 2.2.6. mülkiyyətdə, istifadədə və icarədə olan torpaq sahələri və onların üzərində mövcud olan daşınmaz əmlak haqqında daşınmaz əmlakın dövlət reyestrində, yerli icra hakimiyyəti başçılarının kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri tərəfindən aparılan təsərrüfatbaşına kitablarda saxlanılan məlumatlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43.3-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibi yerquruluşu işlərinə aid edilmişdir. İstinad olunan qanunvericilik normalarından da göründüyü kimi torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibi Əmlak Məsələləri Dövlət Komitəsinin səlahiyyətlərinə aid edilmişdir. İş üzrə verilmiş mütəxəssis rəyindən göründüyü kimi, JN-130 saylı "Torpağa mülkiyyət hüquqna dair" Dövlət Aktı ilə müəyyən edilmış torpaq sahəsı X1 X7 işlənərkən koordınatlar, konfiqurasiya baxımından həmin Dövlət Aktına uygun işlənməmişdir. Göründüyü kimi 2016-cı ildən sonra yaradılmış bazada cavabdeh qurum “Azərbaycan Respublikasında X1 X8nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”nın tələblərinə uyğun monitorinq və hazırlıq işləri aparmadan iddiaçıya məxsus torpaq sahəsinin koordinatlarını və yerləşmə yerini müvafiq dövlət aktına uyğun deyil, səhv müəyyən etməklə iddiaçının hüquqlarını pozmuşdur. Odur ki, iddia təmin edilərək, “X6 X8”ndə düzəliş edilərək JN-0130, KOD 50905018 “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə müəyyən edilmiş həcmdə (1,80 ha) torpaq sahəsinin həmin aktda qeyd olunan kordinatlara uyğunlaşdırılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. “X6 X8”ndə düzəliş edilərək JN-0130, KOD 50905018 “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə müəyyən edilmiş həcmdə (1,80 ha) torpaq sahəsinin həmin aktda qeyd olunan kordinatlara uyğunlaşdırılması öhdəliyi “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-463/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-463/2024
26.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver