Məhkəmə qərarları › İş №2-1(114)-4630/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-4630/2025

14.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-4630/2025 14.11.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Aqrar Sığorta Fonduna qarşı “sığorta ödənişinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Giriş hissəsi: Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi, Cavadbeh Aqrar Sığorta Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Aqrar Sığorta Fonduna qarşı “sığorta ödənişinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında hazırlıq icraatı üzrə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə:

1. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən: - Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-388/2025 nömrəli qərardadı ilə iddiaçılar Vəkilzadə Ayxan Azər oğlu, İddiaçı, X6 və X2 cavabdeh Aqrar Sığorta Fonduna qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. - BS-**********-AS nömrəli kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə sığorta şəhadətnaməsi aqrar sığortaçı Aqrar Sığorta Fondu adından "xxxx" ASC və aqrar sığortalı İddiaçı arasında bağlanmış, xx.xx.2023-xx.xx.2023-cü il dövr üzrə qüvvədə olan sığortanın predmeti müqavilənin 1 nömrəli əlavəsində göstərilən bitkilər və bitkiçilik məhsulları göstərilmiş, ümumi sığorta məbləği 134400 AZN və ümumi sığorta haqqı 1639.68 AZN qeyd edilmiş, həmçinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməli olan sığorta haqqı 819.84 AZN və sığortalı tərəfindən ödənilməli olan sığorta haqqı 819.84 AZN nəzərdə tutulmuşdur.

2. İddiaçılar Vəkilzadə Ayxan Azər oğlu, İddiaçı, X6 və X5 cavabdeh Aqrar Sığorta Fonduna qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Aqrar Sığorta Fondundann BS-**********-AS nömrəli sığorta şəhadətnaməsi üzrə 55680 (əlli beş min altı yüz səksən) manat sığorta ödənişinin və 259 (iki yüz əlli doqquz) manat dövlət rüsumunun (məhkəmə xərcinin) cəmi 55939 (əlli beş min doqquz yüz otuz doqquz) manat pul vəsaitinin tutulub sığortalı Vəkilzadə Ayxan Azər oğluna verilməsi, Aqrar Sığorta Fondundann BS-**********-AS nömrəli sığorta şəhadətnaməsi üzrə 134400 (bir yüz otuz dörd min dörd yüz) manat sığorta ödənişinin və 426 (dörd yüz iyirmi altı) manat dövlət rüsumunun (məhkəmə xərcinin) cəmi 134826 (bir yüz otuz dörd min səkkiz yüz iyirmi altı) manat pul vəsaitinin tutulub sığortalı İddiaçı verilməsi, Aqrar Sığorta Fondundann BS-**********-AS nömrəli sığorta şəhadətnaməsi üzrə 40000 (qırx min) manat sığorta ödənişinin və 211 (iki yüz on bir) manat dövlət rüsumunun (məhkəmə xərcinin) cəmi 40211 (qırx min iki yüz on bir) manat pul vəsaitinin tutulub sığortalı X4 verilməsi, Aqrar Sığorta Fondundann BS-**********-AS nömrəli sığorta şəhadətnaməsi üzrə 12800 (on iki min səkkiz yüz) manat sığorta ödənişinin və 130 (bir (on iki min doqquz yuz otuz) manat pul vəsaitinin tutulub sığortalı X3 verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, onlar "xxxx" MMC-nin “MKT-TƏRTƏR” Filialı (alıcı) ilə 2023-cü il mövsümü üzrə xam-pambığ istehsalı üçün zəruri olan vəsaitlərin, malların və aqrotexniki xidmətlərin alıcı tərəfindən satıcıya təqdim olunması və nəticədə müvafiq avans məbləğinin formalaşması, satışı tərəfindən istehsal olunmuş xam pambıq həcminin bütünlüklə alıcıya təhvil verilib satılması və alıcı tərəfindən ümumi satış dəyərindən avanslar çıxıldıqdan sonra qalan hissənin satıcıya ödənilməsi barədə alqısatqı müqaviləsi bağlamışlar. Eyni zamanda onların hər biri ayrı-ayrılıqda Aqrar Sığorta Fondu ilə 2023-cü il tarixdə sığorta müqaviləsi bağlamaqla özlərinə məxsus olan, Tərtər rayonunda yerləşən torpaq sahələrində əkilmiş kənd təsərrüfatı və bitkiçilik məhsullar olan CEYHAN 520 (ELİT) adlı pambıq məhsullarını sığortalamışlar. Həmin sığorta müqavilələrinə əsasən, Aqrar Sığorta Fondu sığorta hadisəsi üzrə onlara yəni, Vəkilzadə Ayxan Azər oğluna 17,4 ha torpaq sahəsində əkilmiş pambıq sahəsinə görə 55680 (əlli beş min altı yüz səksən) manat, İddiaçı 42 ha torpaq sahəsində əkilmiş pambıq sahəsinə görə 134400 (yüz otuz dörd min dörd yüz) manat, X4 12,5 ha torpaq sahəsində əkilmiş torpaq sahəsinə görə 40000 (qırx min) manat və X3 4 ha torpaq sahəsində əkilmiş pambıq sahəsinə görə 12800 (on iki min səkkiz yüz) manat sığota ödənişi verilməli idi. Belə ki, onların hər biri ayrı-ayrılıqda özlərinə məxsus olan torpaq sahələrində kənd təsərrüfatı məhsulları və bitkilər əkmişlər. Onlar torpaqlarının suvarılması üçün daima Azərbaycan Melorasiya və Su Təsərrüfatı ASC Tərtər Suvarma sistemləri idraəsinin balansında olan magistral su kanalından istifadə edirdilər. 2023-cü ilin təxminən iyun ayında suları kəsilmiş və onlara su verməmişlər. İddiaçılar bildirirlər ki, dəfələrlə müraciət etsələr də, onların şikayətlərinə baxan olmamış, həmin ilin sonunda məktub göndərmişlər ki, kanalda təmir bərpa işləri aparıldığından, kanalın divarları beton üzlüklə üzlənildiyindən, həmçinin də kanal üzərindəki hidrotexniki qurğular əsaslı şəkildə təmir olunduğundan melorasiya idarəsi onlara su verməmişdir. Nəticə etibarı ilə onların sahələri susuz qaldığından onlara xeyli miqdarda zərər dəymişdir. Cavabdeh Aqrar Sığorta Fonduna onlara verilməli olan sığorta ödənişinin verilməsi ilə bağlı müraciət etməklərinə baxmayaraq, sığorta ödənişinin verilməsindən əsassız şəkildə imtina edilmişdir. İddiaçılar qeyd edir ki, cavabdehin bu qanunsuz hərəkətləri nəticəsində də onlar "xxxx" MMC-nin "MKT-Tərtər” Filialı (alıcı) aralarında bağladıqları alqı-satqı müqaviləsi üzrə irəli gələn öhdəlikləri yerinə yetirə bilməmişlər və onların "xxxx" MMC nə borcları yaranmışdır. Onlar da məcburiyyət qarşısında qalaraq, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək və cavabdeh Aqrar Sığorta Fondundan BS**********-AS nömrəli sığorta şəhadətnaməsi üzrə 55680 (əlli beş min altı yüz səksən) manat sığorta ödənişin və 259 (iki yüz əlli doqquz) manat dövlət rüsumunun (məhkəmə xərcinin) cəmi 55939 (əlli beş min doqquz yüz otuz doqquz) manat pul vəsaitinin sığortalı Vəkilzadə Ayxan Azər oğluna verilməsini, BS-**********-AS nömrəli sığorta şəhadətnaməsi üzrə 134400 (yüz otuz dörd min dörd yüz) manat sığorta ödənişinin və 426 (dörd yüz iyirmi altı) manat dövlət rüsumunun (məhkəmə xərcinin) cəmi 134826 (yüz otuz dörd min səkkiz yüz iyirmi altı) manat pul vəsaitinin sığortalı İddiaçı verilməsini, BS-**********-AS nömrəli sığorta şəhadətnaməsi üzrə 40000 (qırx min) manat sığorta ödənişinin və 211 (iki yüz on bir) manat dövlət rüsumunun (məhkəmə xərcinin) cəmi 40211 (qırx min iki yüz on bir) manat pul vəsaitinin sığortalı X4 verilməsini və BS**********-AS nömrəli sığorta şəhadətnaməsi üzrə 12800 (on iki min səkkiz yüz) manat sığorta ödənişinin və 130 (yüz otuz) manat dövlət rüsumunun (məhkəmə xərcinin) cəmi 12930 (on iki min doqquz yüz otuz) manat pul vəsaitinin sığortalı X3 verilməsini tələb edirik. Məhkəmənin diqqətinə çatdırmağı zəruri hesab edirik ki,mübahisənin həll edilməsi məqsədi ilə cavabdehə pretenziya məktubu göndərilsə də, lakin müəyyən edilmiş müddət ərzində buna heç bir cavab verilməmişdir.

4. Məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2-1(114)-2663/2025 nömrəli qərardadı ilə e- 2-1(114)-2663/2025 nömrəli inzibati iş üzrə iddia tələbləri ayrı-ayrı müstəqil işlər üzrə icraata ayrılması, iddiaçılar İddiaçı, X6 və X2 cavabdeh Aqrar Sığorta Fonduna qarşı sığorta ödənişinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi iddiaçı Vəkilzadə Ayxan Azər oğlunun Aqrar Sığorta Fondundan BS-**********-AS nömrəli sığorta şəhadətnaməsi üzrə 55680 (əlli beş min altı yüz səksən) manat sığorta ödənişinin və 259 (iki yüz əlli doqquz) manat dövlət rüsumunun (məhkəmə xərcinin) cəmi 55939 (əlli beş min doqquz yüz otuz doqquz) manat pul vəsaitinin tutulub ona verilməsi tələbinə dair işdən ayrıca icraatlara ayrılması qərara alınmışdır.

5. Cavabdeh tərəfindən iddia tələbi ilə bağlı etiraz məhkəməyə daxil olmuş və etirazda bildirilmişdir ki, zərər stabil, təhlükəsiz aqrar sığorta mexanizminin formalaşdırılması, aqrar potensial risklərin müştərək sığorta mexanizmlərinin sığortalanmasının təminatının qorunması 2019-cu il 27 iyun tarixdə “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib və “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli, 1617-VQli Qanununun tətbiqi və 2019-cu il tarixli nömrələrin idarə edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il tarixli 19 avqust tarixli, 809 nömrəli bank sistemində 809 nömrəli sığorta müqaviləsi bağlanıb. Fondun yaradılması edilmişdir. Qanunun 7-ci əməliyyatına əsasən, aqrar sığorta haqqı sığorta ödənişləri idarəedicisi əsasında hesablanır, aqrar sığorta ilə başlamaq lazımdır olan dövlət büdcəsinin vəsaiti müəyyən və ən hissələrdən ibarətdir. Aqrar haqqının 50 faizinin dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməsi dövlətin Fond hissəsindəki kənd təsərrüfatı sahəsində olan sahibkarlığa nəzarətin ifadəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 17 dekabr tarixli, 479 nömrəli Qərarı ilə “Aqrar sığorta predmetinin Tərkibi”nin 1.1-ci bəndinə əsasən, kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları üzrə aqrar sığortanın predmetine 41 növ, 1.2-ci bəndinə əsasən kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə vetisdirilən heyvanlar üzrə 2 növ və 1.3-cü bəndinə əsasən akvakultura məhsulu üzrə 1 növ məhsul daxildir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 dekabr tarixli 505 nömrəli Qərarı ilə “Agrar sığorta üzrə təminat verilən risklərin tərkibi” təsdiq edilmişdir. Bildirilir ki, sığortalı İddiaçı ilə Fondun adından "xxxx" ASC ilə BS-**********-AS nömrəli sığorta müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən sığortalanmış pambıq sahəsinə xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək müqavilənin sığorta riskləri” bölməsində qeyd olunmuş (dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına, sel ve ya subasma, normadan artıq yağan qar yağıntıları, vəhşi heyvanların hücumu və üçüncü şəxslərin hərəkətləri) risklərin baş verməsi nəticəsində dəymiş zərərlərə təminat verilməsi nəzərdə tutulmuşdur. Fondun “1651” Çağrı Mərkəzinə sığortalı İddiaçı tərəfindən Tərtər rayonu, İsmayılbəyli kəndi ərazisində yerləşən pambıq sahəsinə xx.xx.2023-cü il tarixdə dolu, sel və ya subasma, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə isə üçüncü şəxslərin hərəkəti nəticəsində zərər dəyməsi barədə məlumat daxil olmuşdur. Sığortalının müraciətinə əsasən, baş vermiş hadisənin ətraflı araşdırılması və dəymiş zərərin qiymətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020ci il 30 oktyabr tarixli, 431 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta Qaydaları”nın 1.19.3-cü yarımbəndinə əsasən zərərin qiymətləndirilməsi üçün müstəqil ekspert təyin edilmişdir. Müstəqil ekspert tərəfindən tərtib edilmiş rəyə əsasən, sahəyə su verilməməsi səbəbindən bitkilərdə zəif inkişaf, bitki boyunda qısalma və qoza saylarında azalma olduğu aşkar edilmişdir. Həmçinin, məhsulun əkin məsafəsi 90 sm olaraq ölçülmüş, məhsuldarlıq və zərər hesablanması 3 metrdəki bitkilər üzərindən və ümumi sahəyə yayılaraq aparılmışdır. Ümumi sahəyə su verilmədiyi üçün real məhsuldarlıq hesablana bilməmiş. lakin sahədə çıxış nöqsanının olmaması, normal baxım şərtlərinin yerinə yetirilməsi səbəbilə müqavilə üzrə bəyan edilən məhsuldarlıq (40 s/ha) qəbul edilmişdir. Zərər hesablanması sahədə qalan məhsuldarlıq üzərindən aparılmışdır. Qaydaların 2.2.4cü yarımbəndinin 10-cu abzasına əsasən, üçüncü şəxslərin hərəkətləri dedikdə sığortalı və ya faydalanan şəxsin ailə üzvləri istisna olmaqla, digər şəxslərin hərəkəti və ya hərəkətsizliyi nəticəsində dəyən zərərlər başa düşülür. Qaydaların 1.21.1-ci yarımbəndində də isə qeyd edilmişdir ki, üçüncü şəxslərin hərəkətlərinə münasibətdə müvafiq səlahiyyətli dövlət orqanının təqdim etdiyi sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatlarını (hadisənin baş vermə vaxtı, yeri, hadisənin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətlərini) əks etdirən və müvafiq faktı təsdiq edən sənəd mövcud olduğu halda sığorta ödənişi həyata keçirilir. Sözügedən məsələ ilə bağlı Fond tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına 2023-cü il 12 dekabr tarixli, 12-9/2-837/2023 nömrəli məktub ünvanlanmış və Mərkəzi Bankın 2024-cü 02 fevral tarixli, 6-1-23/2-908/2024 nömrəli cavab məktubunda su verilməsi məsələləri ilə bağlı səlahiyyətli qurumun Azərbaycan Meliorasiya və X10 Səhmdar Cəmiyyəti olduğu qeyd edilmişdir. Qaydaların 1.21.2-ci yarımbəndinə əsasən, müvafiq faktı təsdiq edən sənədin toplanması vəzifəsi idarəedici quruma, yəni Cəmiyyətə aid olduğundan onun tərəfindən 2024-cü il 20 fevral tarixli, 12-9- 1/2-404/2024 nömrəli məktubla Meliorasiya və X10 Səhmdar Cəmiyyətinə sorğu ünvanlanmışdır. Meliorasiya və X10 Səhmdar Cəmiyyətindən sözügedən sorğuya cavab olaraq daxil olmuş 2024-cü il 19 mart tarixli, 13-4/2-557/2024 nömrəli məktubda Tərtərçay çayında suyun davamlı olmaması, əkin sahəsinin su mənbəyindən uzaq məsafədə yerləşməsi səbəbindən vətəndaşın əkin sahəsinə suvarma suyunun verilməsində çətinlik yarandığı qeyd edilmişdir. Həmçinin sığortalının ona məxsus sahənin su təminatı üçün Birliklə müqavilə bağlamaması səbəbindən suvarma suyunun verilməməsi ilə bağlı müraciət əsassız hesab edilmişdir. Qaydaların 1.5.1-ci yarımbəndinə əsasən, sığorta müqaviləsinə görə Fond tərəfindən sığorta ödənişinin birbaşa sığortalıya və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta müqaviləsi üzrə təminat verilən risklərin baş verməsi nəticəsində sığortalanmış predmetə zərər dəyməsi faktı sığorta hadisəsi sayılır. Qaydaların 1.22.1-ci bəndinin 1-ci abzasına əsasən, baş vermiş hadisə sığorta müqaviləsinə və bu Qaydalara əsasən sığorta hadisəsi hesab edilmədikdə Fond sığorta ödənişinin verilməsindən imtina edir. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən, baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığorta ödənişinin verilməsindən imtina üçün əsasdır. Qeyd edilən normaların məzmunundan da göründüyü kimi sığortalı ilə bağlanmış sığorta müqaviləsi üzrə suyun verilməməsi faktı müvafiq səlahiyyətli dövlət orqanı olan Meliorasiya və X10 Səhmdar Cəmiyyəti tərəfindən təsdiq edilmədiyindən nəticədə, Fond tərəfindən sığorta hadisəsi mövcud olmadığı əsası ilə sığorta ödənişinin verilməsindən imtina barədə qərar (2024-cü il 17 may tarixli 12-9/2-9-42-469/2024 nömrəli məktubla) qəbul edilmişdir.

6. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi məhkəməyə təqdim etdikləri etiraza oxşar izahat vermiş, həmçinin formalaşmış məhkəmə təcrübəsini nəzərə alaraq iddianın mümkün sayılmaması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir.

8. İddiaçının məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi).

Əsaslandırma hissəsi:

9. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır.

10. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

11. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarı

2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 3.1. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir

12. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.

11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.

12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

13. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.

14. Məhkəmə iddianın mümkünlük şərtlərinin mövcudluğunu yoxlayaraq qeyd edir ki, hazırkı iddia tələbi üzrə iddianın mümkünlük şərtlərindən biri olan məhkəmə aidiyyəti düzgün müəyyən edilməmişdir.

15. İş materialları ilə müəyyən olunur ki, BS-**********-AS nömrəli Kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə Sığorta Şəhadətnaməsinə əsasən, kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası məqsədilə Aqrar Sığorta Fondu adından "xxxx" ASC ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddəti əhatə edən sığorta müqaviləsi bağlanmışdır.

16. İddiaçı cavabdehə müraciət edərək, Tərtər rayonu, İsmayılbəyli kəndində yerləşən pambıq sahəsinə üçüncü şəxsin hərəkətləri-suyun verilməməsi nəticəsində zərər dəydiyi üçün sığorta pulunun ödənilməsini xahiş etmiş, cavabdeh iddiaçıya sığorta ödənişinin verilməsindən imtina etmişdir.

17. İddiaçı hazırkı iddia tələbi ilə cavabdeh tərəfindən 134400 manat məbləğində sığorta ödənişinin verilməsini xahiş edir.

18. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə inzibati hüquq münasibətlərindən yaranan mübahisə deyil, xüsusi hüquq münasibətləri ilə bağlı mübahisə olmaqla mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəməsi tərəfindən baxılmalıdır.

19. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında sığorta müqaviləsi bağlanmış, müqaviləyə əsasən tərəflər öz üzərinə müvafiq öhdəlik götürmüşlər. Hazırkı iddia tələbi qeyd olunan müqavilə münasibətlərindən əmələ gələn mübahisədir. Müqavilə münasibətlərinin tərəfləri isə bərabər mövqedə, öz iradələrini ifadə etməkdə sərbəst olurlar və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ona görə də məhkəmə hesab edir ki, hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz.

20. Həmçinin, “AZEMİS” elektron məhkəmə informasiya sistemindən görünür ki, İddiaçı vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatdadır.

21. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.

22. İnzibati hüquq münasibətləri tərəflər arasında yaranan ümumi (publik) hüququn nizamasalma predmetinə aid olan münasibətlərdir. Ümumi (publik) hüquq publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir.

23. Xüsusi hüquq isə onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir. Xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir.

24. Həmçinin iddiaçıya izah edilir ki, Aqrar Sığorta Fonduna qarşı hazırkı iddia tələbi ilə müvafiq kommersiya məhkəməsinə müraciət edə bilər.

25. Oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin e- 2(102)-2041/2025 saylı xx.xx.2025-ci il tarixli Qərarında da əks etdirilmişdir.

26. Hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkünsüz sayılmalıdır.

27. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin norma tələblərinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Habelə, qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddiaçı cavabdeh Aqrar Sığorta Fonduna qarşı “sığorta ödənişinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan, onun tam formada təqdim olduğu gündən 10 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim Nurəli Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar