Məhkəmə qərarları › İş №2-1(114)-4633/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-4633/2025

20.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4633/2025 20.11.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı “Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Sənaye mülkiyyətinin mühafizə sahəsində mübahisələrə baxan Apellyasiya Şurasının AP2025-052 saylı, xx.xx.2025-ci il tarixli qərarının ləğv olunması, cavabdehin üzərinə X4 məxsus N2022 2756 qeydiyyat nömrəli “Moon boutique” əmtəə nişanının şəhadətnaməsinin etibarsız hesab edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçıya dair sənədlər: 1) İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1986-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, hazırda Gəncə şəhəri, X8 prospekti, ev 110 ünvanda qeydiyyatda olmaqla yaşayır. 2) əmtəə nişanı ƏXBT-nin 35 və 44-cü sinif xidmətləri üzrə xx.xx.2021-ci il tarixdə N 2021 2208 qeydiyyat nömrəsi ilə İddiaçı (ünvan: AZ 2001, ünvan 2azisində qeydiyyata alınmışdır. Əmtəə nişanının ilkinlik tarixi xx.xx.2021-ci il tarıxidir. Əmtəə nişanı xx.xx.2031-ci il tarixinə qədər etibarlıdır. 3) əmtəə nişanı ƏXBT-nin 25-ci sinif (geyim) əmtəələri uzrə xx.xx.2024-cü il tarixdə N 2024 0618 qeydiyyat nömrəsi ilə İddiaçı (unvan: AZ 2001, Gəncə şəhəri, Ş.l. Xətai prospekti, ev 110(AZ)) adına Azərbaycan Respublikası ərazisində qeydiyyata alınmışdır. Əmtəə nişanının ilkinlik tarixi xx.xx.2023-cü il tarıxidir Əmtəə nişanı xx.xx.2033-cü il tarixinə qədər etibarlıdır. Əmtəə nişanında “Design” söz işarəsi hüquqi mühafizə obyekti deyildir. 4) əmtəə nişanı ƏXBT-nin 14 və 25-ci sinif (geyim, ayaqqabı və baş geyimləri) əmtəələri üzrə xx.xx.2024-cü il tarixdə N 2024 1872 qeydiyyat nömrəsi ilə İddiaçı (ünvan: AZ 2001, ünvan 2azisində qeydiyyata alınmışdır. Əmtəə nişanının ilkinlik tarıxı xx.xx.2024-cü il tarixıdır. Əmtəə nişanı xx.xx.2034-cü il tarixinə qədər etibarlıdır. Əmtəə nişanında “Design” söz işarəsi hüquqi mühafizə obyekti deyildir. Üçüncü şəxsə dair sənədlər: 5) X5 xx.xx.1977-ci il tarixdə Astara şəhərində anadan olmuş, hazırda ünvan 3 ünvanda qeydiyyatdadır. 6) əmtəə nişanı ƏXBT-nin 35-ci sinif (geyim, qızıl, cehizlik, uşaq geyimləri, ayaqqabı, çanta və aksessuarların topdan və ya pərakəndə satışı) xidmətləri üzrə xx.xx.2022-ci il tarixdə N 2022 2756 qeydiyyat nömrəsi ilə İmranlı Ofeliya iman qızının (ünvan:ünvan 4ində qeydiyyata alınmışdır. Əmtəə nişanının ilkinlik tarixi xx.xx.2021-ci il tarixidir. Əmtəə nişanı xx.xx.2031-ci il tarixinə qədər etibarlıdır. Əmtəə nişanında “boutique” söz işarəsi hüquqi mühafizə obyekti deyildir. Məhkəmə mübahisəsi: 7) Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi Sahəsində mübahisələrə baxan Apellyasiya Şurasının xx.xx.2025-ci il tarixli, AP2024-223 nömrəli qərarı ilə İddiaçı məxsus N 2024 0618 qeydiyyat nömrəli MOON design əmtəə nişanının qeydiyyatına qarşı O.İmranlı tərəfindən “Əmtəə nişanları və coğrafi göstəriciləri haqqında” Azərbaycan Respublikası Qanunun 29-cu maddəsində nəzərdə tutulmuş əsaslara görə verilmiş etiraz ərizəsi əsassız hesab olunmuş və təmin edilməmişdir. 8) Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi Sahəsində mübahisələrə baxan Apellyasiya Şurasının xx.xx.2025-ci il tarixli, AP2025-052 nömrəli qərarı ilə X4 məxsus N 2022 2756 qeydiyyat nömrəli MOON bouitique əmtəə nişanının qeydiyyatına qarşı İddiaçı tərəfindən “Əmtəə nişanları və coğrafi göstəriciləri haqqında” Azərbaycan Respublikası Qanunun 29-cu maddəsində nəzərdə tutulmuş əsaslara görə verilmiş etiraz ərizəsi əsassız hesab olunmuş və təmin edilməmişdir. 9) İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı xx.xx.2025-ci il tarixdə (poçta təqdim etdiyi tarix) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Sənaye mülkiyyətinin mühafizə sahəsində mübahisələrə baxan Apellyasiya Şurasının AP2025-052 saylı, xx.xx.2025-ci il tarixli qərarının ləğv olunması, cavabdehin üzərinə X4 məxsus N20222756 qeydiyyat nömrəli əmtəə nişaının etibarsız hesab edilməsi və qeydiyyatın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. 10) İddia ərizəsi xx.xx.2025-ci il tarixdə qeydiyyata alınmışdır. 11) İddia tələbi onunla əsaslandırılmışdır ki, 20212208 nömrəli, 20240618 nömrəli və 20241872 nömrəli "Moon" əmtəə nişanlarının sahibi olmaqla, Gəncə şəhərində "Moon" əmtəə nişanı altında müxtəlif növdə əşyaların satışı ilə məşqulam. Bir müddət öncə X5 tərəfindən apellyasiya şurasına ərizə vermiş və mənim əmtəə nişanıma qarşı etiraz vermişdir. Apellyasiya şurasının xx.xx.2025-ci il tarixli AP 2024-223 saylı işin nömrəsi ilə qərar qəbul edilmişdir. Qərara əsasən, verdiyi etiraz əsassız hesab olunmuşdur və təmin edilməmişdir. Artıq uzun müddətdir ki, Gəncə şəhərində fəaliyyət göstəririk. Yuxarıda qeyd olunan əmtəə nişanı ilə həm sosial şəbəkələrdə, həmdə Ölkədə tanınır. Bu zaman isə çox saylı müştəri kütləmiz vardır. Biz özümüz geyimləri istehsal edirik və satışı ilə məşqul oluruq. 25-ci sinif üzrə geyim. 35-ci sinif üzrə 44-cü sinifdə göstərilən xidmətlərin reklamı, biznes sahəsində menecment, biznes sahəsində inzibati fəaliyyət. 14-cü sinif zərgərlik məmutları və bijuteriya , 25-ci sinif geyim, ayaqqabı və baş geyimləri Və ilkinlik tariximiz isə xx.xx.2021-ci il tarixdəndir. X1 isə ilkinlik tarixi bizdən sonra, xx.xx.2021-ci il tarixdə almışdır. Həmin tarixdə bununla bağlı bizdə məlumat olmamışdır. Hazırda bizə qarşı etiraz verəndən sonra bunları ətraflı bilmişik. Əmtəə nişanının ilkinliyi bu Qanunun 9-cu maddəsinə uyğun olaraq iddia sənədinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma daxil olduğu tarixdən müəyyənləşdirilir. Əmtəə nişanının ilkinliyi Paris Konvensiyasının iştirakçısı olan ölkədə birinci iddia sənədinin verildiyi tarixdən də müəyyənləşdirilə bilər (Konvensiya ilkinliyi). Bu halda iddia sənədi həmin tarixdən 6 ay ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma daxil olmalıdır. İddia sənədinin verildiyi gün müddətə daxil edilmir. Əgər müddətin axırıncı günü istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərinə və ümumxalq hüzn gününə təsadüfedərsə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum həmin gün iddia sənədini qəbul edə bilmirsə, iddia sənədinin verilmə müddəti növbəti birinci iş gününə kimi uzadılır. Paris Konvensiyasının iştirakçısı olan dövlətlərdən birinin ərazisində təşkil edilmiş rəsmi beynəlxalq sərgilərin eksponatlarında yerləşdirilmiş əmtəə nişanının ilkinliyi sərgidə eksponatın açıq göstərildiyi tarixdən müəyyənləşdirilə bilər (sərgi ilkinliyi). 12) 02.09.2025-ci il tarixdə iddiaçının səlahiyyətli nümayəndəsi və vəkili Vəkil tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin Əqli Mülkiyyət Agentliyinin Sənaye mülkiyyətinin mühafizə sahəsində mübahisələrə baxan Apellyasiya Şurasının AP2025-052 saylı, xx.xx.2025-ci il tarixli qərarının ləğv olunması, cavabdehin üzərinə X4 məxsus N2022 2756 qeydiyyat nömrəli “Moon boutique” əmtəə nişanının şəhadətnaməsinin etibarsız hesab edilməklə ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. 13) Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. 14) xx.xx.2025-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Sənaye mülkiyyətinin mühafizə sahəsində mübahisələrə baxan Apellyasiya Şurasının AP2025-052 saylı, xx.xx.2025-ci il tarixli qərarının ləğv olunması, cavabdehin üzərinə X4 məxsus N2022 2756 qeydiyyat nömrəli “Moon boutique” əmtəə nişanının şəhadətnaməsinin etibarsız hesab edilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişdir. 15) Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. 16) Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. 17) Cavabdeh xx.xx.2025-ci il tarixdə təqdim etdiyi etirazında bildirmişdir ki, iddiaçıya məxsus MOON (N2021 2206) əmtə nişanının ilkinlik tarixi xx.xx.2021-ci il, Moon Design (N 2024 0618) əmtəə nişanının ilkinlik tarixi xx.xx.2023-cü il, MOON Design (N 2024 1872) əmtəə nişanının ilkinlik tarixi xx.xx.2024-cü il tarixdir. Mübahisələndirilən MOON boutique əmtəə nişanının ilkinlik tarixi isə xx.xx.2021-ci ildir. Göründüyü kimi, İddiaçı məxsus əmtəə nişanlarından yalnız MOON (N 2021 2208) əmtəə nişanı mübahisələndirilən əmtəə nişanından daha əvvəl qeydiyyata alınmışdır. Digər əmtəə nişanlarının isə ilkinlik tarixləri mübahisələndirilən əmtəə nişanının ilkinlik tarixindən sonrakı dövrləri əhatə edir. Odur ki, həmin nişanların MOON boutique əmtəə nişanı ilə müqayisəli təhlilinin aparılması hazırkı mübahisənin predmeti üzrə əhəmiyyət kəsb etmir. Bu səbəbdən də Apellyasiya surası iddiaçıya məxsus yalnız MOON əmtəə nişanı ilə mübahisələndirilən nişan arasında oxşarlıq və qarışdırılma ehtimalı baxımından müqayisəli təhlilin aparılmasını məqsədəmüvafiq hesab etmişdir. Qeyd olunur ki, əmtəə nişanının təyinatına uyğun olaraq onun əsas məqsədi bir sahibkarın əmtəələrini və ya göstərdiyi xidmətləri digər sahibkarın əmtəələrindən və ya göstərdiyi xidmətlərdən fərgləndirməkdən ibarətdir. Müxtəlif istehsalçılar tərəfindən fərqli əmtəələrin istehsal edilməsi və ya xidmətlərin göstərilməsi əmtəə nişanını digər sahibkarın əmtəə nişanından fərqləndirən əsas amillərdən biridir. Əmtəə nişanlarının qarışdırılacaq dərəcədə oxşar olub olmaması müəyyən edilərkən müqayisə edilən nişanların qrafik, fonetik və semantik cəhətdən oxşarlığı ilə yanaşı, həmin əmtəə nisanları adı altında eyni və ya həmcins əmtəələrin istehsal edilib-edilməməsi, əmtəənin cinsi (növü) və ya göstərilən xidmətin xarakteri, onların təyinatı, əmtəənin hazırlanmış olduğu materialın növü, amtəənin satışının və ya göstərilən xidmətlərin şərtləri, istehlakçıların dairəsi nəzərə alınmalı, həmçinin əlamətlər və meyarlar bütün növ əmtəələr və ya xidmətlər üzrə qeyri-müəyyən şəkildə deyil, mühafizəsi tələb olunan mal və ya xidmətlərə münasibətdə qiymətləndirilməlidir. O.İmranlıya məxsus MOON boutique əmtəə nişanı 35-ci sinifdə "geyim, qızıl, cehizlik, uşaq geyimləri, ayaqqabı, çanta və aksessuarların topdan və ya pərakəndə satışı" xidmətləri üzrə qeydiyyata alınmışdır. İddiaçı məxsus MOON əmtəə nişanı isə 35-ci sinifdə “44-cü sinifdə göstərilən xidmətlərin reklamı, biznes sahəsində menecment; biznes sahəsində inzibati faaliyyət" və 44-cü sinif (gözəllik salonu xidmətləri, sağlamlıq üzrə məsləhət xidmətləri, döymə tatuaj xidmətləri, makiyaj vizajist xidmətləri, solyari xidmətləri, mum depilyasiyası (vosk) xidmətləri, saç implantasiyası əkimi xidmətləri, manikür xidmətləri, masaj xidmətləri, tibbi müayinə/müayinə xidmətləri, salon bərbərxana xidmətləri, pirsinq xidmətləri, saç düzləşdirilməsi üzrə xidmətlər) xidmətləri üzrə qeydə alınmışdır. Göründüyü kimi, müqayisə edilən əmtəə nişanları fərqli biznes sahələrinə malikdir və bazar fəaliyyətinin mahiyyəti etibarı ilə bir-birindən fərqlənirlər. Belə ki, MOON boutique nişanı əsasən mağaza adı kimi istifadə olunaraq geniş çeşidli məhsulların, o cümlədən geyim, qızıl, cehizlik, uşaq geyimləri, ayaqqabı, çanta və aksessuarların topdan və ya pərakəndə satışını həyata keçirir. Digər tərəfdən MOON əmtəə nişanı adı altında isə gözəllik və sağlamlıq sahəsi üzrə müəyyən xidmətlər, eyni zamanda həmin xidmətlərin reklamı, biznes sahəsində menecment, biznes sahəsində inzibati fəaliyyət kimi xidmətlər həyata keçirilir. Bu konteksdə əmtəənin cinsi (növü) və ya göstərilən xidmətin xarakteri, onların təyinatı, şərtləri, istehlakçıların dairəsi nəzərə alınmaqla belə nəticəyə gəlmək olar ki, müqayisə edilən əmtəə nişanları müxtəlif seqmentlər üzrə fəaliyyət göstətir, Göstərilən hallar həmin nişanların bazarda eyni zamanda movcud ola biləcəyini və istehlakçılar arasında çaşqınlıq yaratmayacağını deməyə əsas verir. Beləliklə, hazırkı iddia tələbi əsasında təqdim edilmiş dəlillər MOON boutique (N2022 2756) əmtəə nişanının qeydiyyatına xitam verilməsi üçün yetərli hesab edilə bilməz. Göstərilənlərə əsasən, iddiaçı tərəfindən irəli sürülən dəlillər mötəbər sübutlarla təsdiqini tapmadığından sadəcə iddiaçıya məxsus mülahizə xarakteri daşıyır. "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarını rəhbər tutaraq iddia tələbi təmin edilməməsini xahiş etmişdir. 18) Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. 19) Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə X5 iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. 20) Üçüncü şəxs xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim etdiyi etirazında bildirmişdir ki, ona məxsus "Moon boutiqe" əmtəə nişanı ƏXBT-nin 35-ci sinif (geyim, qızıl, cehizlik, uşaq geyimləri, ayaqqabı, çanta və aksessuarların topdan və pərakəndə satışı xidmətləri üzrə xx.xx.2022-ci il tarixdə (Ünvan Abşerob rayonu, Saray qəsəbəsi, Nizami keç, ev 6 (AZ) № 20222756 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası ərazisində qeydiyyata alınmışdır. Əmtəə nişanları və coğrafi göstəricilər haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən əmtəə nişanı-sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qratik təsvir edilən nişan və ya nişanların hər hansı uzlaşmasıdır. Əmtəə nişanıın qeydiyyatı aşağıdakı hallarda etibarsız hesab edilir: əmtəə nişanı qüvvədə olduğu müddətdə, müəyyən növ mallarda ümumi şəkildə istifadə olunan nişanlara çevrildikdə; əmtəə nişanı qüvvədə olduğu müddətdə tam və ya qismən, "Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası"nın iştirakçısı olan dövlətlərin hər hansı birində, əmtəə nişanının sahibi ilə bilavasitə və ya dolayı yolla əlaqəsi olan şəxsin, nümayəndənin, agentin adına, Konvensiyanın 6 septies maddəsinin tələbləri pozulmaqla verildikdə, Əmtəə nişanı və ya onun əsas hissəsi geniş tanınmış əmtəə nişanıa aid olan əmtəələr və ya xidmətlərlə qarışdırılacaq dərəcədə eyni və ya oxşar olan, başqa şəxsin adına qeydiyyata alınmış geniş tanınmış nişanın oxşatması, tərcüməsi və ya transliterasiyasıdırsa, bu cür əmtəə nişanının qeydiyyatının ləğvinə dair tələb, bu əmtəə nişanı barədə məlumatın dərc olunduğu tarixdən etibarən, qüvvədə olduğu müddət ərzində verilə bilər. Coğrafi göstəricinin qeydiyyatı aşağıdakı hallarda etibarsız hesab edilir: coğrafi məkanda təbiət amilləri dəyişdiyi halda; coğrafi göstəricidən istifadə edildiyi əmtəə ona aid olan xüsusi keyfiyyətlərini itirdiyi halda. Azərbaycan Respublikasında geniş tanımmuş əmtəə nişanına hüquq bu Qanunun 7-ci maddəsinin tələbləri pozulmaqla verilmişsə, habelə həmin maddədə müəyyən edilən əlamətlərə görə geniş təninmış əmtəə nişam qüvvəsini itirmişsə, qüvvədə olduğu müddət ərzində ona qarşı verilmiş etiraz əsasında tamamilə və ya qismən geniş tanınmış kimi etibarsiz hesab edilə bilər. Bu maddənin müddəalarına əsaşlanaraq istənilən şəxs dövlət rüşumu ödəmək şərti ilə, əmtəə nişanmnın və ya coğrali göstaricinin qeydiyyatının və ya coğrati göstəricinin istifadəsinə dair şəhadətnamənin ləğv edilməsinə dair tələblə və ya geniş tanınmış əmtəə nişanına qarşı verilmiş etirazla bağlı Apellyasiya şurasma müraciət edə bilər. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya şürasının xx.xx.2025-ci il tarixli qərarında da qeyd edildiyi kimi əmtəə nişanının təyinatına uyğun olaraq onun əsas məqsədi bir sahibkarın əmtəələrini və ya göstərdiyi xidmətləri digər sahibkarın əmtəələrindən və ya göstərdiyi xidmətlərdən fərqləndirməkdən ibarətdir. Müxtəlif istehsalçılar tərəfindən fərqii əmtəələrin istehsal edilməsi və ya xidmətlərin göstərilməsi əmtəə nişanını digər sahibkarın əmtəə nişanından fərqləndirən əsas amillərdən biridir. Əmjəə nişanlarıın qarışdırılacaq dərəcədə oxşar olub olmaması müəyyən edilərkən, müqayisə edilən nişanların qrafik, fonetik və semantik cəhətdən oxşarlığı ilə yanaşı, həmin əmtəə nişanları adı altında eyni və ya həmcins əmtəələrin istehsal edilib edilməməsi, əmtəənin cinsi (novu) və ya göstərifən xiumətin xaraxtcn, onların təyinatı, əmtəənin hazırlanmış olduğu materialın növü, əmtəənin satışının və ya göstərilən xidmətlərin şərtləri, istehlakçıların dairəsi nəzərə alınmalı, həmçinin əlamətlər və meyarlar bütün növ əmtəələr və ya xidmətlər üzrə qeyri-müəyyən şəkildə deyil, mühafizəsi tələb olunan mal və ya xidmətlərə münasibətdə qiymətləndirilməlidir. Mənə məxsus "Moon boutique" əmtəə nişanı 35-ci sinifdə "geyim, qızıl, cehizlik, uşaq geyimləri, ayaqqabı, çanta və aksessuarları topdan və pərakəndə satışı" xidmətləri üzrə qeydiyyata alınmışdır. AP2024-223 saylı qərarında da göstərildiyi kimi İddiaçı məxsus "MOON Design" (No 2024 0618) əmtəə nişanı 25-ci sinifdə "geyim" əmtəələri üzrə qeydə alınmışdır. MOON Boutigue" nişanı əsasən mağaza adı kimi istifadə olunaraq geniş,çeşidli məhsulların, o cümlədən geyim, qızıl, cehizltk, uşaq qevimləri ayaqqabı, çanta vst aksessuarların topdan və ya pərakəndə satışını həyata keçirir və bu baxımdan xidmət sektoru ilə bağlıdır. şində Digər tərəfdən "MOON DESİGN" əmtəə nişam konkret olaraq geyim istehsalına yönəlmişdir və müvafiq olaraq istehsal sektoruna aid bir əmtəə nişanı kimi çıxış edir. Qeyd olunan hallar hər iki əmtəə nişanının fəaliyyət göstərdiklər sahələrə və bazar mövqelərinə görə fərqləndiklərini deməyə əsas verir. Belə ki, "MOON Boutique" adı altında satış və pərakəndə ticarət xidməti göstərilərək müxtəlif brend istehlakçılara təqdim edilə biləcəyi halda, "MOON DESİGN" adı altında istehsal edilir və bazara çıxarılır. Bu konteksdə əmtəənin cinsi növü xidmətin xarakteri, onların təyinat, əmtəənin hazırlanmış olduğu materialın növü əmtəənin satışının və ya göstərilən xidmətlərin şərtləri istehlakçıların dairəsi nəzərə alınmaqla göründüyü kimi müqayisə edilən amtəə nişanları müxtəlif seqmentlər üzrə fəaliyyət göstərir. Göstərilən həmin nişanların bazarda eyni zamanda mövcud ola biləcəyini və istehlakçılar arasında çaşqınlıq yaratmayacağını deməyə əsas verir. Qeyd olunanlara əsasən, Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsini rəhbər tutaraq cavabdeh AR Əqli Mülkiyyət Agentliyinin Sənayə mülkiyyətinin mühafizə sahəsində mübahisələrə baxan apellyasiya şurasının AP 2025-052 saylı xx.xx.2025- ci il tarixli Qərarın ləğv edilməsi, cavabdehin üzərinə X4 məxsus N 2022 2756 qeydiyyat nömrəli "Moon boutique" əmtəə nişanının etibarsız hesab edilməsi və qeydiyyatın ləğy edilməsi tələbi barədə iddiasının təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. 21) Daha sonra üçüncü şəxs xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim etdiyi ərizəsində bildirmişdir ki, ona məxsus VÖEN 2009-cu il tarixdə, iddiaçıya məxsus VÖEN isə 2013-cü il tarixdə qeydiyyata alınmışdır. Üçüncü şəxsə məxsus rəsmi instagram hesabı 2017-ci il tarixdə iddiaçıya məxsus hesab isə üçüncü şəxsdən sonra açılmışdır. Həmçinin, Azərbaycan Qanunvericiliyində Xüsusi X2 hər hansısa bir normativ Akt yoxdur. Bu səbəbdən də İddiaçının vermiş olduğu iddia tələbi tamamilə qanunsuz və əsassızdır. 22) Üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. 23) Cavabdehin nümayəndəsinin və üçüncü şəxsin şifahi məhkəmə baxışı iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və iddiaçı qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürməmişdir.(“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsinə əsasən) iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İddianın predmeti daha əvvəl iddiaçıya məxsus ilkinlikli (ilkinlik tarixi xx.xx.2021, qeydiyyat tarixi xx.xx.2021) N2021 2208 qeydiyyat nömrəli əmtəə nişanın ayrılmaz hissəsi, mühafizə qabiliyyətli “MOON [muun]” söz işarəsi ilə sonradan qanun pozuntusu ilə qeydiyyata alınmış üçüncü şəxsə məxsus “MOON boutigue” əmtəə nişanında “MOON [muun]” sözü ilə səslənmə (fonetika, tələffüz) və hər iki sözün eyni latın qrafikasında verilməsi ilə qrafiki (görünüşcə) qarışdırılacaq dərəcədə oxşar olmasıdır. Məhkəmə qeyd edir ki, müvafiq əmtəə nişanının qeydiyyata alınması zamanı həmin nişanın həm istehlakçılar, həm də istehsalçılar qarşısında fərqlənmə qabiliyyətinə sahib olması nəzərə alınmalıdır. İddiaçıya məxsus “MOON”, “MOON design” və üçüncü şəxsə məxsus “MOON boutigue” əmtəə nişanı iddia edilən əmtəələrin keyfiyyəti, təyinatı, istifadə məqsədi və xüsusiyyətləri barədə istehlakçılar arasında çaşqınlıq yarada biləcək elementlərdən ibarətdir. Əmtəə nişanının tərkibindəki “boutigue” və “design” söz elementləri mühafizə olunmayan elementlər olmaqla, həm iddiaçıda, həm də üçüncü şəxsin istifadə etdiyi “MOON” sözü istehlakçı prizmasından eyni firmanın malları olması düşüncəsini yaradır. İddiaçının adına qeydə alınmış əmtəə nişanı ilə üçüncü şəxsin adına qeydə alınmış əmtəə nişanı ilə oxşarlıq təşkil etməkdədir və bu hal “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin təsiri altına düşür. Belə ki, müqayisə edilən nişanlarda ( , , ) “MOON”, “MOON Design”, “MOON boutique” söz ifadələrindən “design”, “boutique” sözü ayrılıqda mühafizə obyekti olmasa da, “MOON” sözü bu xassəyə malikdir və iddia edilən əmtəə nişanında qismən də olsa təkrarlanır. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 6-cı maddəsinə əsasən aşağıdakılarla eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır: a) Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələrə və ya xidmətlərə aid başqa şəxsin adına qeydə əvvəl alınmış və ya qeydə alınmaq üçün iddia edilmiş əmtəə nişanları; b) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə uyğun olaraq Azərbaycan Respublikasında daha əvvəl mühafizə edilən əmtəə nişanları; c) bu Qanunun 7-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında mühafizə edilən geniş tanınmış əmtəə nişanları; ç) əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr yaxud xidmətlər üzrə başqa şəxsin adına mühafizə olunan və ya geniş tanınmış kimi müəyyən edilən və ya istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan firma adları (firma adlarının hissələri); əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr və ya xidmətlər üzrə başqa şəxs tərəfindən istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan (tanınmış olan) əmtəə nişanları; d) mühafizəsiz element kimi əmtəə nişanına daxil edilmiş coğrafi göstəricilər istisna olmaqla coğrafi göstəricidən istifadə hüququ olan şəxsin adına qeydə alınan və Azərbaycan Respublikasında mühafizə edilən coğrafi göstəricilər; e) qeydə alınmış sertifikat nişanları. Aşağıdakıları təkrar edən nişanlar əmtəə nişanı və ya onun elementi kimi qeydə alınmır: a) Azərbaycan Respublikasında başqa şəxslərə məxsus olan sənaye nümunələri; b) müəlliflik hüququ sahibinin və ya onun varisinin razılığı olmadan Azərbaycan Respublikasında məşhur elm, ədəbiyyat, incəsənət əsərləri, onların personajları, onlardan sitatlar və ya onların fraqmentləri; c) tanınmış şəxslərin və onların varislərinin razılığı olmadan həmin şəxslərin soyadları, adları, təxəllüsləri və bunlardan törəyən ifadələr. Tanınmış şəxslərin özlərinin və varislərinin olmadığı halda həmin işarələr Azərbaycan Respublikasının tarixi və mədəni sərvətidirsə, onların qeydə alınması üçün müvafiq icra hakimiyyəti orqanının icazəsi olmalıdır Bundan başqa, müqayisə olunan həmin əmtəə nişanları söz ifadələri ilə yanaşı fərqli təsvirlərlə əks etdirilir, lakin ümumi görünüşdə də bu fərq kəskin nəzərə çarpmır. Nişanlar müqayisə edilərkən onların qarışdırılacaq dərəcədə oxşar olub olmadığını müəyyən etmək üçün nişanın ayrı-ayrı elementləri deyil, ümumi təsvirin bütöv şəkildə istehlakçıda qavranılması nəzərə alınmalıdır. Hansı ki, müvafiq nişanları müqayisə etdikdə onların bütövlükdə kəskin fərqlənməsi müşahidə olunmur, belə hal isə gələcəkdə istehlakçılarda qavranılma zamanı əmtəə nişanlarının qarışdırılması ehtimallarını atırmış olur. Bu mənada, əmtəə nişanlarını müqayisə etdikdə müəyyən olunur ki, onlar müəyyən qrafik fərqlərə malik olmasına baxmayaraq eyni səslənməyə malik söz elementləridir. Hər iki nişanda ön mövqedə “MOON” (mu:n) sözü üst-üstə düşür. Müqayisə edilən nişanlar istər qrafik (görünüşlü) və səs üzrə (fonetik), istərsə də, məna (ideya uyğunluğu) baxımından oxşardırlar. Bu da istehlakçılarda eyni istehsalçıya (sahibkara) məxsus əmtəələr olduğu təsəvvürü yarada bilər. Beləliklə, iddiaçının və üçüncü şəxsin adına qeydə alınmış əmtəə nişanına dair iddia sənədi gələn hecaların və onların yerləşməsinin mövcudluğu, işarənin tərkibində səs uyğunluğunun (ahəngdarlığın) üst-üstə düşdüyü yer, kar və cingiltili tərkibin yaxınlığı, nişanın üst-üstə düşən hissələrinin xarakteri, bir nişandan digərinə daxil olma, vurğu baxımından (fonetik oxşarlıq), eləcə də ümumi görünüşlü (müşahidə) təəssüratı, şriftin növü, hərflərin bir-birinə nəzərən yerləşməsi, hərflərlə yazılmış sözlərin əlifbası meyarları üzrə (qrafik oxşarlıq) qarışdırılacaq dərəcədə oxşardırlar və istehlakçını xidmətin mənşəyi ilə bağlı yanılda bilər. Qeyd olunanlara əsasən, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin olunsun. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Sənaye mülkiyyətinin mühafizə sahəsində mübahisələrə baxan Apellyasiya Şurasının AP2025-052 saylı, xx.xx.2025-ci il tarixli qərarı ləğv olunsun. X3 (ünvan: ünvan 5ə nişanının (qeydiyyat nömrəsi N 2022 2756, ilkinlik tarixi: xx.xx.2022, iddia sənədinin nömrəsi 2021 02150) yalnız 35-ci sinif - “geyim, qızıl, cehizlik, uşaq geyimləri, ayaqqabı, çanta və aksessuarların topdan və ya pərakəndə satışı” əmtəələri üzrə qeydiyyatı etibarsız hesab edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar