Məhkəmə qərarları › İş №2-1(114)-4634/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-4634/2023

14.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-4634/2023 14.12.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Üçüncü şəxs X16 və onun vəkil olan nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs X16) qarşı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 03 nömrəli qərarının ləğv edilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 03 saylı qərarı ilə Samux rayonu, Ziyadlı kəndində yerləşən 2.35 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə X16, X7, X11, X5, X17, X8 və X6 verilmiş və torpaq sahəsinə dair Torpağa mülkiyyət hüququna dair JN-293 KOD 50707028 saylı dövlət aktı tərtib edilmişdir.

2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən X12 ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-Z- 3961/2023 nömrəli məktubunda bildirilmişdir ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Samux rayon şöbəsi tərəfindən Samux rayonu, Ziyadlı kəndində yerləşən 2.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair JN-293 KOD 50707028 Torpağa mülkiyyət hüququna dair dövlət aktı X16, X7, X11, X9, X17, X8 və X3 adlarına işlənilmişdir. Dövlət aktı üç konturdan (2S3Z - 0.1149 ha, 293C - 0.3144 ha, 293 – 1.9181 ha) ibarət olmuşdur. 293C saylı konturda göstərilən 0.3144 ha torpaq sahəsi hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 14 iyul 2022-cı il tarixli ********** qeydiyyat nömrəli ərizəyə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsində baxılmış, aparılan araşdırma zamanı torpaq sahələrinə dair təqdim edilmiş Torpağa mülkiyyət hüququna dair JN-293C saylı dövlət aktında qeyd edilən hüquq sahiblərindən birinin xarici ölkə vətəndaşı olduğu, həmçinin, torpaq sahələrinin başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış, bu barədə vətəndaşa xx.xx.2022-cı il tarixli **********99 nömrəli bildiriş verilmişdir. X2 14 iyul 2022-ci il tarixli müraciətinin araşdırılması zamanı Ərazi idarəsinin elektron baza məlumatlarına əsasən JN 293 nömrəli dövlət aktının 293C/0.3144 ha nömrəli konturun X13 məxsus **********57 reyestr nömrəli torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Gəncə "ASAN xidmət” mərkəzində notariat kontorunun 29 06.2016-cı il tarixli 4Ə-1731 reyestr nömrəli, 4Ə-1730 reyestr nömrəli və 4Ə-1732 reyestr nömrəli alqı-satqı müqavilələrinə əsasən X13 ümumi sahəsi 2 0686 ha olan 30.07 2016-cı il tarixli, **********57 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Torpaq sahəsi Gəncə şəhər 2 saylı notariat ofisinin 26 10.2022-ci il tarixli, 4Ə- 824 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı satılmış, ona xx.xx.2022 ci il tarixli, **********57 reyestr nomrəli hüquqlann dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.

3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən X12 ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-Z- 00198/2023 nömrəli məktubunda bildirilmişdir ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Samux rayon şöbəsi tərəfindən Samux rayonu, Ziyadlı kəndində yerləşən 2.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair JN-293 KOD 50707028 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktı X10 və onun digər altı nəfər ailə üzvlərinin adlarına işlənilmişdir. Samux rayonu, ziyadlı kəndində yerləşən yuxarıda qeyd olunan dövlət aktında göstərilən torpaq sahələri üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 14 iyul 2022-cii l tarixli **********, ********** və ********** qeydiyyat nömrəli ərizələrinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsində baxılmışdır. Aparılan araşdırma zamanı torpaq sahələrinə dair təqdim edilmiş Torpağa mülkiyyət hüququna dair JN- **********8 saylı dövlət aktında qeyd edilən hüquq sahiblərindən birinin xarici ölkə vətəndaşı olduğu, həmçinin, torpaq sahələrinin başqa şəxsə məxsus torpaq sahəsi ilə üstüstə düşdüyü müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. II. Məhkəmədə icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Ərazi İdarəsinə qarşı xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilərək, torpaq sahəsi ilə bağlı Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 03 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, X14 məxsus 2.0686 ha torpaq sahəsindən 0.3144 ha torpaq sahəsini xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında almışdır. O, vicdanlı olaraq qeyd olunan torpaq sahəsini aldıqdan sonra həmin torpaq sahəsindən istifadə edir. Hazırda isə torpaq sahəsi ilə bağlı iş üzrə 3-cü şəxs X16 tərəfindən qanunsuz olaraq Aqrar İslahat Komissiyasının 1999-cu il tarixli qərarından istifadə etməklə onun mülkiyyətində olan torpaq sahəsinin kordinatlarına dair X1 onun torpaq sahəsinin üzərinə işlənmişdir. Göründüyü kimi, Aqrar İslahat Komissiyası tərəfindən qərar verildikdən sonra cavabdeh tərəfindən kordinatlar işlənmişdir. Lakin çox maraqlıdır ki, vicdanlı sahib olaraq onun tərəfindən torpaq sahəsi alqı-satqı edildikdən sonra müvafiq olaraq torpaq sahəsinə dair çıxarış alınarkən cavabdeh tərəfindən ona heç bir pretenziya edilməmişdir. Həmçinin, ondan əvvəl hazırda istifadəsində olan torpaq sahəsi X20 tərəfindən alqı-satqı edilərkən hazırda alqı-satqı edilmiş torpaq sahəsinə dair cavabdeh tərəfindən heç bir pretenziya edilməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən onun mülkiyyətində olan torpaq sahəsinə dair Aqrar İslahat Komissiyasının qərarı verildikdən sonra 3-cü şəxsin qərarı qanunsuz verilmişdir. Onun torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatının aparılmasından imtina edilməsi hərəkəti qanunsuz olmaqla cavabdehin üzərinə hüquqlarının öhdəlik olaraq qoyulması qanunun tələblərinə uyğundur. Bu baxımdan məhkəməyə müraciət etmək məcburiyyətindədir.

6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İİ. Prosessual məsələlər

7. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə X16 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

8. İşin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir.

9. Üçüncü şəxs və onun vəkil olan nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçı və cavabdehin nümayəndəsi isə iştirak etməmiş, gəlməmələrinin üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İİİ. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

10. Üçüncü şəxs X16 və onun vəkil olan nümayəndəsi X15 məhkəmə iclasında iddia tələbinə etiraz edərək rədd olunmasını xahiş etmişlər.

11. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

Əsaslandırma hissəsi:

12. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

13. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 3.1.İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2 İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir.

14. İş materiallarından görünür ki, iddiaçı tələbində Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 03 nömrəli qərarının ləğv olunmasını xahiş edir.

15. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq yardım etmə vəzifəsinə riayət edilməklə, iddiaçıya sərəncam göndərilərək, hazırki işdə cavabdeh qismində tələbə cavab verməli orqanın Samux rayon İcra Hakimiyyəti olması bildirilərək, yol verilən xətanın aradan qaldırılması üçün müddət təyin edilmiş, eyni zamanda müəyyən edilmiş vaxtadək qeyd edilən çatışmazlıqların aradan qaldırılmayacağı təqdirdə İPM-in 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir.

16. Belə ki, Lakin həmin müddət daxilində iddiaçı sərəncama əməl etməyərək, xətaları aradan qaldırmamışdır.

17. Belə olan halda isə məhkəmə hesab edir ki, iddianın mümkün sayılması üçün şərtlər iddiaçı tərəfindən yerinə yetirilmədiyindən hazırkı iddia mümkün sayılmamalıdır.

18. İPM-in: - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. - 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Nəticəvi hissə:

19. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar