Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-4642/2024 24.12.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tabeliyində Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Reyestri və Kadastrı publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçılar İddiaçı1, İddiaçı5, İddiaçı2, İddiaçı4 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikasının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tabeliyində Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Reyestri və Kadastrı publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçılar İddiaçı1, İddiaçı5, İddiaçı2, İddiaçı4 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tabeliyində Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Reyestri və Kadastrı publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Daşkəsən rayonu, Zağalı kəndində yerləşən 0.2262 ha ölçüdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində təqdim olunmuş Daşkəsən rayon Aqrar İslahat Komissiyasının qərarında qeyd olunan döngə nöqtələrinin koordinatlarına və ayrılmış ərazinin sərhədinə uyğun olaraq hüquqların dövlət reyestrində qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, Daşkəsən rayonu, Zağalı kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi təqdim olunmuş hüquq müəyyənedici sənədlər əsasında qeydə alınmışdır. Bununla bağlı cavabdeh orqana müraciət olunmuş, lakin torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı müraciətimin icrası idarə tərəfindən mümkün olmadığına görə imtina verilmişdir. Qeyd olunan torpaq sahəsi 0.2262 ha ölçüdən ibarət olmuşdur. Torpaq sahəsi Daşkəsən rayon Aqrar İslahat Komissiyasının qərarı əsasında onların ümumi birgə mülkiyyətlərinə verilmişdir. Qeyd olunan torpaq sahəsi ilə bağlı tərəflərindən cavabdeh orqana müraciət olunmuş və xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Buna görə də ona çıxarış verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə ona imtina verilmişdir. İmtina məktubunda bildirilmişdir ki, çıxarış və çıxarışa əsas olmuş dövlət aktı digər şəxslərin istifadəsində olan fərdi yaşayış evləri və torpaq sahəsi ilə üst-üstə düşdüyünə görə ərizənin icrası mümkün olmamışdır. Lakin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Ərazi İdarəsi tərəfindən onlara çıxarış verilmişdir. Əgər qeyd olunan torpaq sahəsində koordinat fərqliliyi mövcud idisə xx.xx.2017-ci il tarixli çıxarış da Azərbaycan Respublikası verilə bilməzdi. Bu səbəbdən də müraciətinin icrası ərazi idarəsi Daşkəsən rayonu Zağalı kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi təqdim olunmuş hüquq müəyyənedici sənədlər əsasında qeydə alınmışdır. Bununla bağlı cavabdeh orqana müraciət olunmuş, lakin torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı müraciətinin icrası idarə tərəfindən mümkün olmadığına görə imtina verilmişdir. Qeyd olunan torpaq sahəsi 0.2262 ha ölçüdən ibarət olmuşdur. Torpaq sahəsi Daşkəsən rayon Aqrar İslahat Komissiyasının qərarı əsasında onların ümumi birgə mülkiyyətlərinə verilmişdir. Qeyd olunan torpaq sahəsi ilə bağlı tərəflərindən cavabdeh orqana müraciət olunmuş və xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Buna görə də ona çıxarış verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə ona imtina verilmişdir. İmtina məktubunda bildirilmişdir ki, çıxarış və çıxarışa əsas olmuş dövlət aktı digər şəxslərin istifadəsində olan fərdi yaşayış evləri və torpaq sahəsi ilə üst-üstə düşdüyünə görə ərizəsinin icrası mümkün olmamışdır. Lakin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Ərazi İdarəsi tərəfindən onlara çıxarış verilmişdir. Əgər qeyd olunan torpaq sahəsində koordinat fərqliliyi mövcud idisə xx.xx.2017-ci il tarixli çıxarış da Azərbaycan Respublikası verilə bilməzdi. Qeyd etmək istəyirlər ki, ərazi idarəsinin imtina məktubunda göstərdiyi nöqsanlar olsaydı çıxarış verilməzdi. Bundan başqa qeyd olunan nöqsanlar dövlət orqanları tərəfindən baş vermişdir. Buna görə də həmin imtinanı əsassız hesab edir. Bu vaxta qədər heç kəs onlara həmin torpaq sahəsinin digər şəxsə məxsus olması barədə onlara məlumat verməmişdir. Bununla bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Ərazi İdarəsinə müraciət etmişdir. İdarənin məktubu ilə qeyd olunan torpaq sahəsinin icrasının mümkün olmaması barədə cavab məktubu hazırlanaraq ərizənin icrasından imtina edilmişdir. Hazırda da həmin torpaq sahəsi onun istifadəsindədir. Qeyd olunanlara görə də o, müdafiə üçün məhkəməyə müraciət etməli olmuşdur.
3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. II. Prosessual məsələlər
4. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq iddiaçıya hüquqi yardım göstərilməsi məqsədilə xx.xx.2024-cü il tarixdə sərəncam göndərilərək, cavabdeh orqana iddia ilə eyni məzmunlu müraciətinə dair ərizənin məhkəməyə təqdim edilməsi təklif olunmuş və sadalanan xətaların aradan qaldırılması üçün xx.xx.2024-cü il tarixədək müddət təyin edilmiş, əks təqdirdə İPM-in 35ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir. Əsaslandırma hissəsi:
5. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
6. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 3.1.İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2 İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir.
7. İddiaçının hazırki iddiası İPM-nin 2.2.3-cü bəndində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir və həmin növ iddia üzrə xüsusi mümkünlük şərti kimi məhkəməyə müraciət etməzdən əvvəl eyni məzmunlu tələbi ehtiva edən ərizə ilə cavabdeh inzibati orqana müraciət edilməsi və inzibati orqanın həmin müraciətin təmin edilməsindən imtina etməsi və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində müraciəti cavablandırmaması (hərəkətsizlik göstərməsi) ilə şərtləndirilmişdir.
8. Hazırkı iş materiallarında isə belə bir ərizə yaxud cavabdeh orqanın imtinası mövcud olmamış, məhkəmənin hüquqi yardımından sonra 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-V-00xx-xx/2023 nömrəli məktub məhkəməyə göndərilmişdir.
9. Həmin məktubdan görünür ki, Daşkəsən rayonu, Zağalı kəndində yerləşən **********08 reyestr nömrəsi ilə qeydiyyata alınmış torpaq sahəsinin koordinatlarının yerində göstərilməsi barədə müraciətinə baxılaraq, torpaq sahəsinin naturada tanıdılmasından imtina olunmuşdur.
10. Halbuki, iddiaçının məhkəmədə qaldırdığı iddia tələbi “Daşkəsən rayonu, Zağalı kəndində yerləşən 0.2262 ha ölçüdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində təqdim olunmuş Daşkəsən rayon Aqrar İslahat Komissiyasının qərarında qeyd olunan döngə nöqtələrinin koordinatlarına ayrılmış ərazinin sərhəddinə uyğun olaraq hüquqların dövlət reyestrində qeydə alınması” ilə bağlıdır.
11. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq yardım etmə vəzifəsinə riayət edilməklə, iddiaçıya sərəncam göndərilərək, iddia ərizəsində yol verilmiş xətalar (bu qərardadın 4-cü bəndində qeyd edilənlər) ətraflı şəkildə izah edilmiş və yol verilən xətanın aradan qaldırılması üçün müddət təyin edilmiş, eyni zamanda müəyyən edilmiş vaxtadək qeyd edilən çatışmazlıqların aradan qaldırılmayacağı təqdirdə İPM-in 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir.
12. Lakin həmin müddət daxilində iddiaçılar sərəncama əməl etməyərək, xətaları aradan qaldırmamışlar.
13. Belə olan halda isə məhkəmə hesab edir ki, iddianın mümkün sayılması üçün şərtlər iddiaçılar tərəfindən yerinə yetirilmədiyindən hazırkı iddia mümkün sayılmamalıdır.
14. İPM-ə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:
15. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. İddiaçının nəzərinə çatdırılsın ki, iddianın mümkün sayılmaması, mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva