Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-465/2022 07.06.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi) adının məcburi köçkün kimi aylıq müavinət alan şəxslərin adlı siyahısına daxil edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə 21.12.2020-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ailə üzvləri – həyat yoldaşı X3 və övladı Əliyeva Buta- Şəms Adil qızının adlarının Kəlbəcər İcra Hakimiyyətinin hər ay təqdim etdiyi adlı siyahıya salınması, 01.02.2017-ci il tarixdən etibarən dayandırılmış vahid aylıq müavinətin həmin tarixdən etibarən hesablanıb ödənilməsi vəzifəsinin Kəlbəcər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh dövlətin onun ailəsinə verdiyi vahid aylıq müavinəti 01 fevral 2017-ci il tarixdən dayandırmış və əsas kimi göstərmişdir ki, onun adına ünvan 1 ünvanında mənzil vardır. Həmin mənzili qaynı bacısı X2 almaq istəmişdir. Onların yaşamağa yeri olmadığı üçün razılaşmışlar ki, mənzili müvəqqəti yaşamaq üçün onun ailəsinə versinlər. Kommunal xərcləri ödəməmək üçün mənzili onun adına sənədləşdirmişlər. 2003-cü ildə mənzilin yaşayış sahəsi 11 kv.m. idi və mənzil təmirsiz olmuşdur. Ailənin yaşaması üçün yararsız olduğundan müxtəlif ünvanda yaşamalı olmuşlar. Nə Cavabdeh, nə də Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi yerində yoxlayıb araşdırmadan qərar qəbul etmişlər. Onun nə Kəlbəcərdə, nə də köçkünlükdə mənzil almaq üçün və ya ev tikdirmək üçün maddi imkanı olmamışdır. Həmin ünvanda nə o, nə də onun ailəsi bir gün olsun belə yaşamamışlar. Təqdim etdiyi sənədlər bunu bir daha təsdiq edir. Saysız müraciətlər və qəbullarda olmağı heç bir nəticə vermədiyi üçün sonda məhkəməyə müraciət etməli olmuşdur. Çünki vahid aylıq müavinətə ailəsinin ehtiyacı böyükdür. Ailəsi aldığı təqaüdlə dolanır və övladları isə işləmir. İddiaçının müvafiq müraciətinə əsasən məhkəmənin 24.01.2022-ci il tarixli qərardadı ilə iddiaçının adının məcburi köçkün kimi aylıq müavinət alan şəxslərin adlı siyahısına daxil edilməsi barədə iddia ərizəsi icraata qəbul edilmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, həmin mənzili qayını öz bacısına almış, sadəcə kommunal xidmətlərdən azad olunmaq üçün onun adına sənədləşdirilmişdir. Həmin mənzil tam şəraitsiz olduğundan, o və ailəsi orada yaşamamış, faktiki olaraq mənzil X2 məxsus olmuşdur. İş üzrə cavabdehə və üçüncü şəxsə hazırki məhkmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: İş materiallarına surəti əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 27.01.2021-ci il tarixli **********77 nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanı 20 DNK-nın 4ə-2-366 reyestr nömrəli, 15.11.2003-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı Bəylət oğlunun adına qeydiyyata alınmışdır. 1 saylı Bakı “ASAN xidmət” mərkəzi notariusu tərəfindən təsdiq edilmiş 4ə-255 reyestr nömrəli, 05.03.2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən sözügedən mənzil Əliyeva Buta- Şəms Adil qızının adına qeydiyyata alınmışdır. 43 saylı NK-nın 4ə-140 reyestr nömrəli, 29.04.2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən mənzil Hüseynova Mehriban qızının adına rəsmiləşdirilmişdir. -surəti işə əlavə edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29.10.2019-cu il tarixli 2(001)7578/2019 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Hüseynzadə küçəsi, ev 19, 5 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmənin qeyd edilən qətnaməsi ilə iddiaçı X1 cavabdeh İddiaçı qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası təmin edilərək cavabdeh İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Hüseynzadə küçəsi, ev 19, 5 saylı mənzildən çıxarılması qət edilmişdir. -Cavabdeh 29.01.2020-ci il və 19.01.2021-ci il tarixli imtina məktublarından görünür ki, iddiaçının müvafiq müraciəti müsbət həll edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olsa da, mahiyət baxımından əsaslı deyil. Belə ki, Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ünvan 3 ünvanında yerləşən mənzili 15.11.2003-cü il tarixdə alğı-satqı müqaviləsinə əsasən X5 almışdır.“Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Qayda 01 yanvar 2017-ci ildən qüvvəyə mindikdən sonra, yəni 05.03.2017-ci il tarixdə mənzili iddiaçı qızı Əliyeva Buta-Şəms Adil qızına bağışlamış və sonuncu 29.04.2017-ci il tarixldə mənzili X2 bağışlamış, bağışlanma müqaviləsi X4 adından məhz İddiaçı tərəfindən imzalanmışdır. Belə olan halda, məhkəmə iddia tələbinin mənzilin iddiaçıya məxsus olmaması, həmin ünvanda yaşamaması, mənzilin onun adına alınmasının formal xarakter daşıması barədə dəlilini əsassız hesab edir və belə nəticəyə gəlir ki, iddiaçı və ailəsi 15.11.2003-cü il tarixdən ayrıca yaşayış sahəsi əldə etmiş, eyni zamanda yuxarıda qeyd edilən sənədlərlə mənzilin özgəninkiləşdirilməsi görüntüsü yaratmışdır. Qeyd edilməlidir ki, iddiaçının mülkiyyətində 2003-ci ildən 05.03.2017-ci il tarixədək ayrıca yaşayış sahəsi olmuş, həmin zaman kəsiyində məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin ödənilməsi qaydaları Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin 10.12.2010-cu il tarixli, 127 mömrəli əmri ilə təsdiq edilmiş “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair” Təlimatla tənzimlənmişdir. Eyni zamanda Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Qayda 01 yanvar 2017-ci ildən qüvvəyə mindikdən sonra da mənzil iddiaçının mülkiyyətində olmuşdur. Qeyd edilən Təlimatın:- -1.1-ci bəndinə əsasən işğal olunmuş rayonların icra hakimiyyəti orqanları yemək xərci üçün müavinət alan məcburi köçkünlərin hər ilin yanvarın birinə ümumi, artma və azalmadan asılı olaraq isə hər ay dəqiqləşdirilmiş siyahılarını (1№ li əlavə əsasında) hazırlayıb təsdiq edir və Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə (bundan sonra Dövlətqaçqınkom) təqdim edir. -1.1-ci bəndinin 2-ci hissəsinə əsasən məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları şəhər və rayon icra hakimiyyətləri tərəfindən hər ayın əvvəlində həmin ərazidə faktiki məskunlaşmış məcburi köçkünlərin adlı siyahıları (1№-li əlavəyə uyğun) tərtib olunur, müvafiq şöbədə saxlanılmaq və müavinət alanların dürüstləşdirilmiş siyahılarını hazırlamaq məqsədilə əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinə təqdim edilir. -1.2-ci bəndinin hissəsinə əsasən təsərrüfatbaşına kitabda məcburi köçkünlərin yerdəyişməsi barədə məlumatların düzgünlüyü yerli icra hakimiyyətlərinin müəyyən etdikləri komissiya tərəfindən yerli statistika orqanlarının nümayəndəsinin iştirakı ilə rübdə bir dəfə yoxlanılaraq bu barədə müvafiq akt tərtib edilir və yerli icra hakimiyyətləri başçıları tərəfindən təsdiq olunaraq nəticəsi üzrə müvafiq tədbirlər görülür. Həmin aktlar yerli icra hakimiyyətləri aparatının müvafiq şöbəsində saxlanılır. -1.3-cü bəndinə əsasən məcburi köçkünlərin siyahılarının dəqiqliyi və düzgünlüyü üçün siyahıları tərtib edən məsul şəxslər və həmin siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti başçıları tam məsuliyyət daşıyırlar. -5.1-ci bəndinə əsasən məcburi köçkün olduqdan sonra mənzil qanunvericiliyinə və ya mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların himayəsində olan şəxslərə (şəhid ailələri istisna olunmaqla) yemək xərci üçün aylıq müavinət verilmir. Bundan əlavə Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin 2002-ci il 05 fevral tarixli 37 N-li əmri ilə təsdiq edilmiş "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat"ın 5.1. bəndinə əsasən yemək xərci üçün aylıq müavinət -mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi və ya ev əldə edəcək həmin yaşayış sahəsinə daimi pasport qeydiyyatına düşmüş məcburi köçkünlərə (şəhid ailələri istisna olunmaqla) müvafiq aylıq müavinət verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan səxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.1-ci bəndinə əsasən aylıq müavinət məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə (Milli qəhrəman ailələri, şəhid ailələri, İ qrup Qarabağ müharibəsi əlilləri, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) şamil edilmir. Yuxarıda istinad olunan normativ xarakterli sənəddən göründüyü kimi məcburi köçkün olduqdan sonra ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların himayəsində olan şəxslərə yemək xərci üçün aylıq müavinət verilməsi istisna edilmişdir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya verilən vahid aylıq müavinətin ödənilməsinin dayandırılması ilə bağlı hərəkətləri qanuni olmuşdur. Odur ki, məhkəmə iddianın təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı adının məcburi köçkün kimi aylıq müavinət alan şəxslərin adlı siyahısına daxil edilməsi barədə iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-465/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-465/2022
07.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver