Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-465/2024 05.08.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi , İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2N23-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsini verilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.N974-cü il tarixdə Gədəbəy rayonun Şəkərbəy kəndində anadan olmuş, xx.xx.N992-ci il tarixdə Şəmkir rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və Hərbi xidmətini Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Lənkəran şəhərində yerləşən 47N nömrəli korpusunun N nömrəli hərbi hissəsində əvvəlcə əsgər, sonra atıcı vəzifəsinə təyin olunmuşdur. Hərbi hissə Lənkəran şəhərində yeləşməsinə baxamayaraq, hərbi hissənin batalyonun tərkibində Fizuli rayonun Aşağı Veysəli kədində yerləşməklə erməni milətçiləri dəstələri ilə qarşı-qarşıya döyüş mövqeyində olmuşdur. Dəfələrlə döyüş əməliyyatlarında iştirak etmiş, döyüş mövqeyində olduğu zaman sağ ayağının baldır hissəsindən “qızılyel” deyilən xəstəliyə tutulmuş, sağ ayağı şişib-iflic olduğundan yeriyə bilməmişdir. Bundan sonra o, döyüşçü olaraq Azərbaycan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü tarixli 3N nömrəli əmri ilə xx.xx.N993-cü il tarixdən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi Hospitalına göndərilmişdir. xx.xx.N993-cü il tarixədək stasionar müayinə və müalicə olunmuşdur. xx.xx.N993-cü il tarixdən hərbi hospitaldan xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Fizuli rayonun aşağı Veysəli kədində yerləşən N nömrəli hərbi hissəsinə döyüş mövqeyinə qayıtmış və xx.xx.N993-cü il tarixədək həmin hərbi hissədə xidmət etmişdir. N6 iyul N993-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin N nömrəli əmri ilə xx.xx.N993-cü il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək, “snayper” vəzifəsinə, sonra “pulemyotçu” vəzifəsinə təyin olunmuşdur. N nömrəli hərbi hissənin tərkibində Ağdam rayonun, Muğanlı, Şiştəpəli, Göytəpə kəndləri istiqamətində gedən döyüşlərdə fəal iştirak etmişdir. Sonra hərbi hissə dağıldığdan sonra N nömrəli hərbi hissəyə göndərilmiş və sonra sənədləri Şəmkir rayon Hərbi Komissarlığına göndərilmiş və xx.xx.N994-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Gədəbəy rayonun Saratovka kəndində yerləşən N nömrəli hərbi hişsəyə göndərilmiş və Gədəbəy rayonu ilə Ermənistan Respublikası ilə həmsərhəd olan “Sarınər”, “Qaraarxac”, “Çərçi” və “Qocadağ” adlanan yüksəkliliklərdə olan döyüş mövqelərində olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissədə xidmət edərkən xx.xx.N994-cü il tarixdə “Xarici Hemorroy diaqnozu” ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hospitalında cərahiyyə əməliyyatı olunmuş və xx.xx.N994-cü il tarixədək müalicə almışdır. Bundan başqa xx.xx.N995-ci il tarixə “Qocadağ” adlanan postda 6 nəfər döyüş yoldaşları ilə döyüş mövqeyində olarkən ermənilər tərəfindən “minamyot” silahından atılan mərminin partlama nəcəsinə o da daxil olmaqla 3 döyüşçü yaralanmışdır. Həmin mərminin yaxınlığında partlaması nəticəsində sağ göz qişasından qəlpə yarası xəsarəti almış və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hospitalında sağ göz qişasında cərahiyyə əməliyyatı olunmuşdur və xx.xx.N995-ci il tarixədək müalicə olunmuşdur. Hərbi Hospitalın rəisi tərəfində 3 gün evə getməyi barədə icazə vəsiqəsi verilmiş və 3 gündən sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəyə xidmətə qayıtmışdır. xx.xx.N996-cı il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin N a əmri ilə müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Bunlar həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyinin Mərkəzi Arxivinin vermiş olduğu xx.xx.2N23-cü il tarixli 4/2-2975 nömrəli arxiv arayışı və onun adına Azərbaycan Respublikası SHXÇDX-in Şəmkir rayon şöbəsi tərəfindən xx.xx.2N23-cü il tarixli hərbi biletlə təsdiq olunur. Bundan başqa, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2N22-ci il tarixli N67 nömrəli Qərarında qeyd edilmişdir ki, “Şəmkir RHK tərəfindən N992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xəstələndiyi və xx.xx.N993-cü ildən xx.xx.N993-cü ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu xəstəlik-diaqnoz “Baldırın aşağı N/3-nin qızılyeli” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin xx.xx.2N2N-ci il tarixli 248N nömrəli göndərişi, xx.xx.2N2N-ci il tarixli SB/N53N nömrəli arayışı, N nömrəli hərbi hissədən verilmiş xx.xx.N993-cü il tarixli çıxarış epikrizi, MN Baş Klinik hospitalından verilmiş xx.xx.2N2N-ci il tarixli 96N5 nömrəli arayış, MN MHHK-nin həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir). “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilmişdir. xx.xx.N994-cü ildən xx.xx.N994-cü ilə kimi N nömrəli hərbi hissədə müalicə olunduğu xəstəlik-diaqnoz “xarici hemorroy” və xx.xx.N995-ci ildə aldığı travma - diaqnoz “Buynuz qişaya nüfuz edən yaralanmadan sonrakı bərkimiş çapıq”, “Xəstəlikdir, rtavmadır, hərbi xidmət dövründə alınmışdır”. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyini təsdiq edən sənədləri “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyaya göndərmiş, lakin Azərbaycan Respublikası Müdafiə Naziri Katibliyinin xx.xx.2N23-cü il tarixli, 4/3-7N36 nömrəli məktubu ilə barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Bu səbəbdən də o, məhkəməyə müraciət etmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası N5 avqust 2N24-cü il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, tələbinin təmin olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdehə hazırki şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə iddia tələbinə dair xx.xx.2N23-cü il tarixli, 3-25-4/2-3962/2N23 nömrəli etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı iddia ərizəsində xx.xx.N992-ci il tarixdən həqiqi hərbi xidmətə çağrıldığını, 74N, 7N9, N3N və N nömrəli hərbi hissələrin tərkibində hərbi xidmət keçdiyini qeyd etməklə, döyüş əməliyyatlarında iştirak etdiyini bildirərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının tələbinin mahiyyəti, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarətdir. İddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə əsasən: “N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N2 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılmasıdır. Normanı ümumiləşdirərək qeyd etmək istəyirəm ki, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən iki zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: N) Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması; 2) Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məhfumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2NN8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “XN şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2NN6-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2NN7-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Hazırki iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə isə iş materiallarında olan Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2N23-cü il tarixli 4/2-2975 nömrəli məktubundan görünür ki, “hərbi hissəni dəfələrlə tərk etmiş, sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli, N52 nömrəli nizami hissə üzrə əmri ilə ərzaq daşıma taqımına keçirilmişdir”. Həmçinin sözügedən məktubda hərbi hissəni özbaşına tərk etdiyi üçün Şəmkir RHK-dan çağırılmış, N974-cü il təvəllüdlü, sıravi İddiaçı Baş Qərargah rəisinin xx.xx.N994-cü il tarixli müvafiq sərəncamına əsasən N8N nömrəli hərbi hissə komandirinin NN fevral N994-cü il tarixli 36 nömrəli əmri ilə şəxsi heyətin siyahısından çıxarılaraq, hərbi sənədləri Rayon Hərbi Komissarlığına göndərildiyi qeyd edilmişdir. Bundan başqa həmin məktubda N nömrəli hərbi hissədən fərarilik etmiş İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli NN8 nömrəli əmrilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edildiyi qeyd edilmişdir. Habelə, mərkəzi arxivin məktubunda N nömrəli hərbi hissə komandirinin mart N994-cü il tarixli, N8N nömrəli hərbi hissə komandirinin may N994-cü il, noyabr N996-cı il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilmədiyi qeyd edilmişdir. Beləliklə iş materialına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı döyüş əməliyyatları aparılan dövrdə xidmət etdiyi 74N, N8N və N nömrəli hərbi hissəni özbaşına tərk etmiş, xx.xx.N994-cü il tarixdən sonra müalicədən qayıtmamış və həmin tarixdən sonrakı xidməti barədə məlumat olmamışdır. Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddaçnn “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. Hazırki inzibati iş üzrə təqdim edilmiş sənədlərdən sabit olur ki, iddiaçının ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur. Bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (İPM-N4.3), cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.N), imtina mövcud praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (İPM-N3.2 və N7). Azərbaycan Respublikası İPM-nin N.2-ci maddəsindən və MPM-nin 8N-ci maddəsinə görə qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2NN6-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının N.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edən şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2N iyun 2NN7-ci il tarixli 2-N(NN2)-NN6N/2NN7 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz”. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2NNN-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər “Müharibə veteranı” sayılmırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası İPM-nin N4.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə iddia tələbinə dair xx.xx.2N23-cü il tarixli, 3-25-4/2-4N67/2N23 nömrəli təkrar etiraz ünvanlayaraq bildirmişdir ki, müharibə veteranı, silahlı qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi və “Veteranlar haqqında Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 7 aprel 2NN6-cı il tarixli 9N-İİİ QD nömrəli Qanunu ilə “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə edilmiş əlavələr və dəyişikliklərə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu maddənin birinci hissəsində göstərilən “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini “Veteranlar haqqında Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2NN6-cı il tarixli 396 nömrəli Fərmanının ikinci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabineti də özünün 22 sentyabr N995-ci il tarixli 2N6 nömrəli Qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqından” Əsasnaməni təsdiq etmişdir. Həmin Əsasnamənin N-ci bəndinin onuncu yarımbəndinə uyğun olaraq, “N988-ci il fevralın N-dən N99N-ci il oktyabrın 9-dək erməni milliyətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində keçmiş DQMV ərazisində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın NN-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə - müdafiə, daxili işlər, milli təhlükəsizlik orqanları, Dövlət Sərhəd xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilirə. Həmin Əsasnamənin N-ci bəndinin on birinci yarımbəndinə uyğun olaraq, “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir". İddia tələbi əsassızdır. Mərkəzi Arxivin xx.xx.2N2N-ci il tarixli N2-22 nömrəli arayışına əsasən İddiaçı döyüş əməliyyatları aparılan dövrdə xidmət etdiyi hərbi hissələri (74N, 7N9, N3N və N6N) dəfələrlə özbaşına tərk etdiyinə, habelə xx.xx.N994-cü il tarixlərdən sonra müalicədən qayıtması və həmin tarixdən sonrakı xidməti barədə məlumat olmadığına görə Amnistiya qərarı tətbiq olunduğuna görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Bu səbəbdən ona Müdafiə Nazirliyinin komissiyası tərəfindən veteran adının və vəsiqəsinin verilməsi qanuna zidddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2NN6-ci il tarixli 422 nömrəli qərarına əsasən: “Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci” yarımbəndində “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. Tələbin faktiki əsasına gəldikdə isə ilk öncə qeyd etmək zəruridir ki, şəxsin hərbi xidmət keçməsi hərbi bilet, nizami hissə üzrə əmrlər, arxiv arayışı və s. xidmətini bilavasitə əks edən sənədlərdə öz təsdiqini tapmalıdır. Məhkəmə araşdırmasının predmetini təşkil edir: -iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus SX ******* nömrəli hərbi biletin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı SHXÇDX-nin Şəmkir rayon şöbəsi tətəfindən hərbi xidmətə yararlı sayılaraq həqiqi hərbi xidmətə çağırılmış və xx.xx.N992-ci ildə hərbi hissəyə göndərilmiş, xx.xx.N992-xx.xx.N993-cü il tarixlərdə 47N nömrəli hərbi hissədə “atıcı” vəzifəsində, xx.xx.N993xx.xx.N993-cü il tarixlərdə N nömrəli hərbi hissədə “atıcı-snayper” vəzifəsində, xx.xx.N993xx.xx.N994-cü il tarixlərdə N nömrəli hərbi hissədə “pulemiyotçu” vəzifəsində, xx.xx.N994xx.xx.N996-cı il tarixlərdə N8N nömrəli hərbi hissədə, xx.xx.N994-xx.xx.N996-cı il tarixdə N nömrəli hərbi hissədə həqiqi hərbi xidmət keçmiş, xx.xx.N992-ci il tarixdə Şəmkir RHK tərəfindən verilmiş H36N766N6 nömrəli hərbi bilet itirildiyi üçün təkrar hərbi bilet verilmiş, xx.xx.N995-ci il tarixdə buynuz qişaya nüfuz edən yararalanması olmuş, xx.xx.N996-cı ildə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. -iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi MHHK-nın xx.xx.2N22-ci il tarixli, N67 nömrəli Qərarının təsdiq edilmiş surətindən görünür ki, Şəmkir RHK-ı tərəfindən N992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xəstələndiyi və xx.xx.N993-cü ildən xx.xx.N993-cü ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu xəstəlik-diaqnoz “Baldırın aşağı N/3-nin qızılyeli” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin xx.xx.2N2N-ci il tarixli 248N nömrəli göndərişi, xx.xx.2N2N-ci il tarixli SB/N53N nömrəli arayışı, N nömrəli hərbi hissədən verilmiş xx.xx.N993-cü il tarixli çıxarış epikrizi, MN Baş Klinik hospitalından verilmiş xx.xx.2N2N-ci il tarixli 96N5 nömrəli arayış, MN MHHK-nin həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir). “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilmişdir. xx.xx.N994-cü ildən xx.xx.N994-cü ilə kimi N nömrəli hərbi hissədə müalicə olunduğu xəstəlik-diaqnoz “xarici hemorroy” və xx.xx.N995-ci ildə aldığı travma - diaqnoz “Buynuz qişaya nüfuz edən yaralanmadan sonrakı bərkimiş çapıq”, “Xəstəlikdir, travmadır, hərbi xidmət dövründə alınmışdır. -iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2N23-cü il tarixli, 4/3-7/36 nömrəli məktubdan görünür ki, o, Mərkəzi Arxivin xx.xx.2N2N-ci il tarixli 9/2-22 nömrəli arayışına əsasən döyüş əməliyyatları aparılan dövrdə xidmət etdiyi hərbi hissələri dəfələrlə özbaşına tərk etdiyinə, habelə xx.xx.N994-cü il tarixdən sonra müalicədən qayıtmağı və həmin tarixdən sonrakı xidməti barədə məlumatı olmadığına görə Amnitsiya qərarı tətbiq olunduğuna görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən, ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. -iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin arxiv arayışından görünür ki, İddiaçı hərbi hissəni dəfələrlə tərk etmiş, N nömrəli hərbi hissənin komandiri nin xx.xx.N993-cü il tarixli, N52 nömrəli əmri ilə ərzaq daşıma taqımına keçirilmişdir; Hərbi hissəni özbaşına tərk etdiyi üçün Baş Qərargah rəisinin xx.xx.N994-cü il tarixli müvafiq sərəncamına əsasən, N8N nömrəli hərbi hissə komandirinin NN fevral N994-cü il tarixli 36 nömrəli əmri ilə şəxsi heyətin siyahısından çıxarılaraq hərbi sənədləri Rayon Hərbi Komissarlığına göndərilmişdir; N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N996-cı il tarixli müvafiq Direktivinə əsasən, hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli, N a nömrəli əmri ilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır; N nömrəli hərbi hissə komandirini mart N994-cü il tarixli, N8N nömrəli hərbi hissə komandirinin may N994-cü il, noyabr N996-cı il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır; N nömrəli hərbi hissə komandirinin oktyabr N992-ci il tarixli nizami hissə üzrə əmrləri, N nömrəli hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli N a nömrəli əmri və N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmamışdır. - iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Baş Klinik Hospitalının xx.xx.2N2N-ci il tarixli, 96N5 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.N993-cü il tarixdən xx.xx.N993-cü il tarixədək N nömrəli hərbi hissədə (Lənkəran Hospitalında) stasionar müayinə və müalicədə olmuşdur. - iş materiallarına əlavə edilmiş Şəmkir Hərbi Prokurorluğu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2NN2-ci il tarixli, HP-2N/5764 nömrəli məktubdan görünür ki, Şəmkir Hərbi Prokurorluğunda mövcud olan qeydiyyat kitablarına əsasən, N992-N996-cı illər ərzində hərbi xidmətdə olduğu müddətdə hər hansı cinayət törətməsi ilə əlaqədar barəsində Şəmkir Hərbi Prokurorluğunda cinayət işi istintaq olunmamış və təqsirləndirici material aşkarlanmamış, həmçinin xx.xx.2NNN-cu il tarixədək olan ərizə və şikayətlərin qeydiyyatı kitabı saxlama müddətinin başa çatması ilə əlaqədar xx.xx.2NN5-ci il tarixdə məhv edildiyindən, barəsində bəraətverici əsaslar olmadan, eləcə də amnitsiya aktlarına əsasən cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilibedilməməsi haqqında məlumat vermək mümkün olmamışdır. -iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2N23-cü il tarixli, 3-N3- N2/2-N579N4/2N23 nömrəli məktubda qeyd edilmişdir ki, xx.xx.N974-cü il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının ərazisində cinayət təqibi və ya məhkumluğu barədə DİN-nin müvafiq uçotlarında məlumat yoxdur. -iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2N24-cü il tarixli, 3-3-N2N/2-NN6N86/2N24 nömrəli məkubda qeyd edilmişdir ki, vətəndaş İddiaçı barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda heç bir təqsirləndirici material və ya cinayət işi olmamışdır. -iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2N24-cü il tarixli, N67N nömrəli məktubda qeyd edilmişdir ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli 47 nömrəli əmrində İddiaçı adı qeyd edilməmişdir. xx.xx.N996-cı il tarixli N a nömrəli əmr Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N nömrəli hərbi hissə komandirinin fevral N996-cı il tarixli nizami hissə üzrə əmrlərində öz əksini tapmamışdır. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. İddia tələbindən məlum olur ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə iştirak etdiyini bildirib müharibə veteranı adı və vəsiqəsi alması ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin imtina cavabı almış və iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin inzibati orqanın üzərinə vəzifə olaraq qoyulmasını xahiş etmişdir. İş materialları ilə, habelə məhkəmə tərəfindən işin tədqiq edilmiş halları ilə iddia tələbinin hüquqi əsasının olmadığı müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2N23-cü il tarixli, 4/3-7/36 nömrəli məktubdan görünür ki, Mərkəzi Arxivin xx.xx.2N2N-ci il tarixli 9/2-22 nömrəli arayışına əsasən İddiaçı döyüş əməliyyatları aparılan dövrdə xidmət etdiyi hərbi hissələri dəfələrlə özbaşına tərk etdiyinə, habelə xx.xx.N994-cü il tarixdən sonra müalicədən qayıtmağı və həmin tarixdən sonrakı xidməti barədə məlumatı olmadığından barəsində Amnitsiya qərarı tətbiq olunduğuna görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən, ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Göründüyü kimi, cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etməsinə səbəb, sonuncunun xx.xx.N994-cü il tarixdən sonra müalicədən qayıtması və həmin tarixdən sonrakı xidməti barədə məlumat olmadığından, yəni qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumatların olmamasıdır. Odur ki, məhkəmə inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olduğunu hesab edir. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinin 8-ci yarımbəndində əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın. Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçularamüdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq, etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda) əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 6 yanvar N998-ci il tarixli, 4 nömrəli əmri ilə qüvvəyə minmiş “Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı” və “Əmək veteranı” adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın N.6-cı bəndinə əsasən, N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın NN-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə “Müharibə veteranı” adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarəetmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. “Müharibə veteranı” adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Göründüyü kimi, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrlərdən çıxarışlar arxiv arayışları ilə birgə təqdim edildiyi halda, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməlidir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Həmin Qanunun N8-ci maddəsinin N-ci bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş və ya bağlaşma ilə müəyyən edilmiş xidmət müddətini başa çatdıran, habelə hərbi xidmətdə olmağın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Sadalananlardan aydın olur ki, çağırışla Silahlı Qüvvələrdə xidmətə daxil olan şəxslər hərbi qulluqçu statusunu əldə edir və bununla da onların hərbi xidmət keçmə müddəti başlanılır. Müəyyən edilmiş xidmət müddəti başa çatdığı halda, həmin şəxslər ehtiyata və ya istefaya buraxılırlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin N4.3-cü maddəsinin birinci cümləsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, döyüş əməliyyatları aparan hərbi hissədə xidmət keçmə faktı həmin hərbi hissəyə həm qanunla müəyyən edilmiş qaydada daxil olmanı, həm də qanunla müəyyən edilmiş qaydada tərxis olmanı ehtiva edir ki, hazırkı iş materiallarında iddiaçının hərbi hissədən qanunvericiliklə müəyyən edilmiş qaydada və əsaslarla tərxis olunmasını təsdiq edən hər hansı mötəbər sübut olmadığından inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur və İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: 58.7. maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.N. və 68.2. maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68- 69, 75, 8N-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteran adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 3N (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 3N (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-465/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-465/2024
05.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver