Məhkəmə qərarları › İş №2-1(114)-468/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-468/2020

18.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-468/2020 18.03.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Abdullayev Əsgər Vəli oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Goranboy rayon şöbəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatda 2016-cı ilə üzrə sığortaolunan kimi qeyd olunması, adından ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə 262,73 manat pulun fərdi hesabında əks olunması və pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Goranboy rayon şöbəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) xx.xx.2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatda 2016-cı ilə üzrə sığortaolunan kimi qeyd olunması, adından ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə 262,73 manat pulun fərdi hesabında əks olunması və pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1955-ci ildə anadan olmuş, hal-hazırda Goranboy rayonu Əlirzalı kəndində yaşayır. xx.xx.2016-cı ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Goranboy rayon Mədəniyyət və Turizm Şöbəsində 10 saylı əmrə əsasən fəhlə vəzifəsinə təyin edilmiş, Goranboy rayon Mədəniyyət Mərkəzinin şöbə müdirinin xx.xx.2016-cı il tarixli, 263 saylı əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə uyğun olaraq tutduğu vəzifədən azad edilmişdir. Bundan sonra, X7 İdarəsinin xx.xx.2019-cu il tarixli, 01- R saylı əmrinə əsasən 3 ay sınaq müddəti tətbiq edilməklə Goranboy rayon Tarix Diyarşünaslıq muzeyinə 0,5 ştat elektrik - montyoru vəzifəsinə təyin edilmişdir. Qeyd edilənlər 680941 saylı xx.xx.2016-cı il tarixdə doldurulan əmək kitabçasında yazılmışdır. xx xxxxxx 2016-cı il tarixdən xx xxxxxxx 2016-ci il tarixədək Goranboy rayon Mədəniyyət və Turizm şöbəsində işlədiyi müddətdə onunla əmək müqaviləsi bağlanılmış və həmin müddət ərzində əmək haqqı yanvar 2016 il üzrə -94, 93 manat, fevral 2016-cı il üzrə- 109, 00 manat, mart 2016-cı il üzrə- 121 manat, aprel 2016-cı il üzrə-121 manat, may 2016-cı il üzrə-121 manat, iyun 2016-cı il üzrə-121 manat, iyul 2016-cı il üzrə-121 manat, avqust 2016-cı il üzrə-121 manat, sentyabr 2016-cı il üzrə-121 manat olmuşdur. O, pensiya təyin edilməsi ilə bağlı rəsmi qaydada ərizə ilə cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Goranboy rayon şöbəsinə müraciət etmiş, lakin müraciəti müsbət həll edilməmişdir. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx xxxx 2020-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərəkməcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatda 2016-cı ilə üzrə sığortaolunan kimi qeyd olunması, adından ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə 262,73 manat pulun fərdi hesabında əks olunması və pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Goranboy rayon şöbəsininnümayəndəsi X6 iddia tələbinə etiraz edərək bildirmişdir ki, X7 idarəsi tərəfindən təqdim edilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatda iddiaçının 2016-cı il üzrə sığortaolunan kimi qeyd olunmadığı aşkarlanmışdır. Müəssisə qeyd olunan il üzrə dəqiqləşdirilmiş məlumatları təqdim etdikdən sonra iddiaçıya aid məlumatlar fərdi şəxsi hesabınıza işləniləcəkdir. Eyni zamanda “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında bu Qanunla müəyyən olunan məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsi olduğundan iddiaçının müraciətində qaldırdığı məsələ ilə bağlı sığortaedənə müraciət etməsinin məqsədəuyğun olduğu onun nəzərinə çatdırılmışdır. Göstərilənlərə əasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini aşağıdakılar təşkil etmişdir: - İddiaçıya məxsus AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti ; - Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Gəncə Regional X1 rayon Nümayəndəliyi Goranboy rayon Mədəniyyət Mərkəzinin xx.xx.2019-cu il tarixli, 08 nömrəli arayışı; - xx.xx.2016-cı il tarixli, 680941 nömrəli əmək kitabçasının surəti; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Goranboy rayon şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli, **********3 nömrəli və xx.xx.2019-cu il tarixli, **********2 nömrəli məktubları; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli, **********9 nömrəli məktubunun surəti; - xx.xx.2016-cı il tarixdə bağlanmış əmək müqaviləsinin (kontraktının) surəti. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı mahiyyəti üzrə də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia mahiyyəti üzrə əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 38-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəsin sosial təminat hüququ vardır. 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 149-cu maddəsinin 1-ci və 3-cü hissələrinə uyğun olaraq normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı, qanunlar Konstitusiyaya zidd olmamalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşları bu qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir məhdudiyyət olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2016-cı ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Goranboy rayon Mədəniyyət və Turizm Şöbəsinə 10 saylı əmrə əsasən fəhlə vəzifəsinə təyin edilmiş, Goranboy rayon Mədəniyyət Mərkəzinin şöbə müdirinin xx.xx.2016-cı il tarixli, 263 saylı əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə uyğun olaraq tutduğu vəzifədən azad edilmişdir. Bundan sonra, X7 İdarəsinin xx.xx.2019-cu il tarixli, 01- R saylı əmrinə əsasən 3 ay sınaq müddəti tətbiq edilməklə Goranboy rayon Tarix Diyarşünaslıq muzeyinə 0,5 ştat elektrik montyoru vəzifəsinə təyin edilmişdir. Qeyd edilənlər iddiaçıya məxsus xx.xx.2016-cı il tarixli, 680941 saylı əmək kitabçasında da öz əksini tapmışdır. xx xxxxxx 2016-cı il tarixdən xx xxxxxxx 2016-ci il tarixədək Goranboy rayon Mədəniyyət və Turizm şöbəsində işlədiyi müddətdə onunla əmək müqaviləsi bağlanılmış və həmin müddət ərzində əmək haqqı yanvar 2016 il üzrə -94, 93 manat, fevral 2016-cı il üzrə- 109, 00 manat, mart 2016-cı il üzrə- 121 manat, aprel 2016-cı il üzrə-121 manat, may 2016-cı il üzrə-121 manat, iyun 2016-cı il üzrə-121 manat, iyul 2016cı il üzrə-121 manat, avqust 2016-cı il üzrə-121 manat, sentyabr 2016-cı il üzrə-121 manat olmuşdur. O, pensiya təyin edilməsi ilə bağlı rəsmi qaydada ərizə ilə cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Goranboy rayon şöbəsinə müraciət etmiş, lakin müraciəti müsbət həll edilməmişdir. Məhkəmə inzibati orqanın imtina ilə bağlı hərəkətlərinin iddiaçının sosial təminat hüquqlarının pozulması kimi qiymətləndirir. Belə ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən sosial sığorta — bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar. İşin faktiki halları ilə müəyyən edilir ki, İddiaçı 2016-cı ilin xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək 1050,93 manat əmək haqqı və ödənilmiş məcburi dövlət sığorta haqları 262,xx xxxxx 2016-cı il üzrə sığortaolunanlar haqqında məlumatda (Forma B3) göstərilməmiş və səhvən X5, X2 və X4 B3 məlumatlarına əks olunmuşdur. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı aparır. Həmin Qanuna əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında nu Qanunla müəyyən olunan məlumatları dürüsr və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır2019-cu ilin 1 iyul tarixindən kişilərin pensiya yaş həddi 64 yaş 6 ay müəyyən edilmişdir. Yuxarıda qeyd olunan qanununvericiliyin normalarını rəhbər tutaraq, həmçinin işin faktiki hallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, İddiaçı işlədiyi müddətdə qanunvericiliyin tələblərinə uyğun olaraq məcburi dövlət sığorta haqqı ödədiyindən, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək 1050,93 manat əmək haqqı və ödənilmiş məcburi dövlət sığorta haqları 262,xx xxxxx 2016-cı il üzrə sığortaolunanlar haqqında məlumatda (Forma B3) göstərilməməsi və səhvən X5, X2 və X4 B3 məlumatlarına əks olunması iddiaçının təqsiri üzündən baş vermədiyindən, həmçinin onun pensiya hüququ yarandığından iddia tələbi təmin olunmalıdır. Məhkəmə araşdırmaları zamanı məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara, tərəflərin izahatına əsasən məhkəmə hesab edir ki, həmin sübutlar qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcuddur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçilarının öz mülahizələrini bildirmək imkanı olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək belə hesab edir ki, inzibati aktın qəbulundan imtina olunması qanuna zidd olduğundan və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğundan iddia ərizəsi təmin olunmalı, İddiaçıməcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatda 2016-cı ilə üzrə sığortaolunan kimi qeyd olunması, onun adından ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə 262,73 manat pulun fərdi hesabında əks olunması və pensiya təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Mudafiə Fondunun Goranboy rayon şöbəsinin üzərinəqoyulmalıdır. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçıməcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatda 2016-cı ilə üzrə sığortaolunan kimi qeyd olunması, onun adından ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə 262,73 manat pulun fərdi hesabında əks olunması və pensiya təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Mudafiə Fondunun Goranboy rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkə mə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar