Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-469/2020 06.02.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Goranboy rayon şöbəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Goranboy rayon şöbəsinə (bundan sonra AR ƏƏSMN yanında DSMF-nin Goranboy rayon şöbəsi) qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh AR ƏƏSMN yanında DSMF-nin Goranboy rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1968-1997-ci illərdə Goranboy rayonu B.Bağırova adına kolxozda kolxozçu və traktorçu, xx.xx.1983 cü ildən xx.xx.1984-cü il tarixə kimi Azərəlvanmetaltəmirtikinti tresti Gəncə şəhər İxtisaslaşdırılmış təmir tikinti idarəsində çilingər daha sonra isə traktorçu işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1968-1997 ci illərdə Goranboy rayonu B.Bağırova adına kolxozda kolxozçu və traktorçu işləməklə əmək günləri olmuş və əmək haqqı almış, eləcədə xx.xx.1983-cü ildən xx.xx.1984-cü il tarixə kimi Azərəlvanmetaltəmirtikinti tresti Gəncə şəhər İxtisaslaşdırılmış təmir tikinti idarəsində çilingər daha sonra isə traktorçu işləmişdir. İddiaçı həmin illərin sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı DSMF-nin Goranboy rayon şöbəsinə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, 1-ci dəfə iddiaçının ərizəsinə məhkəmədə baxılarkən əmək kitabçasını tapıb məhkəməyə təqdim edə bilməmişdir. Arxiv arayışı ilə iddiaçının 17 il 8 ay əmək stajı yaranır, əmək kitabçası ilə isə əlavə 5 il 4 ay stajı yaranır, 2 il 1 ay 21 gün hərbi xidmət illəridir. Şöbə iddiaçının əmək kitabçasında qeyd olunan iş stajını və hərbi xidmət dövrünü qəbul edir, lakin arxiv arayışında qeyd olunan və xx.xx.1983 cü ildən xx.xx.1984-cü illəri qəbul etmir, məhkəmə həmin illəri təsdiq etsə pensiya təyin oluna bilər. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -İddiaçı məxsus xx.xx.1974-cü il tarixli, НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, sonuncu xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olmuşdur. -İddiaçı məxsus xx.xx.1977-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, sonuncu xx.xx.1983 cü ildən xx.xx.1984-cü il tarixə kimi Azərəlvanmetaltəmirtikinti tresti Gəncə şəhər İxtisaslaşdırılmış təmir tikinti idarəsində işləmişdir. -Dövlət X3 21.092.2018-ci il tarixli, 409/5 nömrəli arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1983 cü ildən xx.xx.1984-cü il tarixə kimi Azərəlvanmetaltəmirtikinti tresti Gəncə şəhər İxtisaslaşdırılmış təmir tikinti idarəsində işləmişdir. -Goranboy rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 260 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1968-1974, 1978-1982 və 1984-1997-ci illərdə Goranboy rayonu B.Bağırova adına kolxozda işləmiş və əmək haqqı almışdır. -AR ƏƏSMN yanında DSMF-nin Goranboy rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, **********2 nömrəli məktubunun surətindən görünür ki, iddiaçının kolxozda işlədiyi illər əmək kitabçasına yazılmadığına görə həmin illərin sosial sığorta stajına daxil edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. X2 Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının eyni məzmunlu iddiası sosial sığorta stajı pensiya hüququ yaratmadığına görə əvvəllər mümkünsüz sayılsa da hazırki halda vəziyyət dəyişmiş, yəni arxiv arayışı ilə 17 il 8 ay, əmək kitabçası ilə 5 il 4 ay, hərbi xidmət ilə 2 il 1 ay 21 gün stajı olduğu təqdirdə tələb olunan pensiya hüququ yaranır. Odur ki, tələb olunan müddətlərin onun sosial sığorta stajına daxil edilməsi iddiaçının pensiya təyinatı baxımından maraqlarına uyğundur. Məhkəmə iddiaçıya məxsus qeyd olunan əmək kitabçasını, arxiv arayışlarını və hərbi bileti mötəbər sübut kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. Bundan başqa, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarəvə təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.4-cü maddəsinə əsasən əmək fəaliyyəti barədə sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortaolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsininə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Dövlət X3 xx.xx.2018-ci il tarixli, 409/5 nömrəli arayışı ilə xx xxxxxx 1983-cü il tarixdən xx xxxx 1984-cü il tarixədək olan müddətin, həmçinin Goranboy rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 260 nömrəli arxiv arayışı ilə əmək fəaliyyətini əks etdirən müddətlərin İddiaçı əmək pensiyası hüququ verən sığorta stajına daxil edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Goranboy rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-469/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-469/2020
06.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver