Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-47/2021 02.02.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X7 etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X5rşı torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X5rşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Gəncə şəhər Kəpəz Bələdiyyəsindən xx.xx.2008-ci il tarixli alqı-satqı əsasında alınmış Gəncə şəhəri, Sadıllı qəsəbəsi E-4 məhəlləsində yerləşən 400 kv.m sahəsi olan 3 nömrəli torpaq sahəsinə dair onun adına çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı fərdi yaşayış evinin tikintisi üçün Gəncə şəhər Kəpəz Bələdiyyəsinə ərizə ilə müraciət etmiş və ərizəsi əsasında xx.xx.2008-ci il tarixdə Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi yaşayış ərazisinin E-4 məhəlləsindəki boş ərazidə 400 kv.m sahəsi olan 3 nömrəli torpaq sahəsinə dair alqı-satqı aktı tərtib edilmişdir. Həmin torpaq sahəsinə dair plan-sxem tərtib edilmiş ləğv edilmiş Torpaq və Xəritəçəkmə Komitəsinin 3 saylı X8 təhvil verdiyi Dövlət Torpaq Kadastr planlarının qeydiyyatı kitabında iddiaçıya 400 kv.m torpaq sahəsinin ayrılması barədə 881 nömrə ilə qeydiyyat aparılmışdır. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi üçün cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X8 müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Məhkəmə baxış iclası xx xxxxxx 2021-ci il tarixə təyin edilmiş və tərəflərə rəsmi qaydada məlumat verilmişdir. İddiaçı və vəkili məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iddiaçının və vəkilinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçının vəkili X3 iddianı müdafiə etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirmişdir ki, sənədlərin araşdırılması zamanı Gəncə şəhər Kəpəz Bələdiyyəsi tərəfindən 0.04 ha torpaq sahəsinə dair qəbul edilmiş xx xxxxxx 2008-ci il tarixli qərarın, eləcə də xx xxxxxx 2008-ci il tarixli “Torpaqların alqı-satqısına dair” Aktın qanunvericiliyin tələblərinə uyğun olmadığı müəyyən edilmiş, bu səbəbdən iddiaçının ərizəsinin icrasından imtina edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli, 05 nömrəli sərəncamından görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı yaşayış ərazisinin E-4 məhəlləsindəki boş ərazidən 400 kv.m olan 3 nömrəli torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün İddiaçı ayrılması qərara alınmışdır. -Gəncə şəhər Kəpəz rayon Kəpəz bələdiyyəsi üzvlərinin xx.xx.2008-ci il tarixli ümumi yığıncağının qərarından çıxarışın surətindən görünür ki, bələdiyyənin torpaq fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsindən Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli, 05 nömrəli sərəncamına əsasən Sadıllı yaşayış ərazisinin E-4 məhəlləsindəki boş ərazidə (3 nömrəli sahə) fərdi yaşayış evinin tikintisinə icazə verilmiş 0.04 ha torpaq sahəsinin İddiaçı satılması qərara alınmışdır. -xx xxxxxx 2008-ci il tarixli “Torpaqların alqı-satqısına dair Aktın surətindən görünür ki, Gəncə şəhər Kəpəz bələdiyyəsinin xx.xx.2008-ci il tarixli qərarı əsasında bələdiyyə ərazisindən 0.04 ha torpaq sahəsi 1440 manat müqabilində İddiaçı satılmışdır. -DƏDRX-nin 3 saylı X7 xx.xx.2019-cu il tarixli, **********48 nömrəli məktubunun surətindən görünür ki, ləğv edilmiş Torpaq və Xəritəçəkmə Komitəsinin Gəncə şəhər şöbəsinin 3 saylı X8 təhvil verdiyi Dövlət Torpaq Kadastr planlarının qeydiyyatı kitabında iddiaçıya 400 kv.m torpaq sahəsinin ayrılması barədə 881 nömrə ilə qeydiyyat aparılmışdır (sənədin nömrəsi A 037830). -DƏDRX-nin 3 saylı X7 xx.xx.2019-cu il tarixli, **********78 nömrəli məktubunun surətindən görünür ki, iddiaçının müvafiq müraciəti müsbət həll edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli, 05 nömrəli sərəncamı ilə Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı yaşayış ərazisinin E-4 məhəlləsindəki boş ərazidən fərdi yaşayış evinin tikintisi üçün İddiaçı 400 kv.m olan 3 nömrəli torpaq sahəsi ayrılmış, bundan sonra Gəncə şəhər Kəpəz rayon Kəpəz bələdiyyəsi üzvlərinin xx.xx.2008-ci il tarixli ümumi yığıncağının qərarına əsasən həmin torpaq sahəsinin iddiaçıya satılması qərara alınmış və bu barədə xx xxxxxx 2008-ci il tarixli “Torpaqların alqı-satqısına dair Aktı tərtib edilmişdir. Cavabdeh orqan isə bələdiyyə tərəfindən həmin torpaq sahəsinə dair qəbul edilmiş xx xxxxxx 2008-ci il tarixli qərarın, eləcə də xx xxxxxx 2008-ci il tarixli “Torpaqların alqısatqısına dair Aktın qanunvericiliyin tələblərinə uyğun olmadığını əsas gətirərək iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İşin faktiki hallarına və aşağıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: -7.3.1. maddəsinə əsasən xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları mülkiyyətində torpaq sahəsinin olub olmamasından asılı olmayaraq haqqı ödənilməklə fərdi yaşayış və bağ evlərinin tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. -8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Məhkəmə kollegiyası bununla əlaqədar olaraq qeyd edir ki, alqı-satqı bağlandığı zaman qüvvədə olmuş «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» qanunun 9.1-ci maddəsinə əsasən Azərbaycn Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Lakin, xx xxxxxxx 2008-ci il tarixli, 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə yeni redaksiyada verilərək, yeni redaksiyada həmin maddədə qeyd olunmuşdur ki, bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları uzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Göründüyü kimi bələdiyyə ilə iddiaçı arasında torpağa dair alqı-satqı müqaviləsi bağlanarkən qüvvədə olmuş qanunvericilik normasına əsasən torpaqları üzərində mülkiyyət hüququnun yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilməsi təsbit olunsa da, sonradan yəni xx xxxxxxx 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə həmin normaya dəyişiklik edilərək, fərdi yaşayış evinin tikintisi məqsədi ilə torpağın" ayrılması üçün açıq torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi istisna olunmuşdur. Azərbaycan Respbulikası Konstitusiyasının 147-ci maddəsinin 8-ci hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın alqı-satqı bağlanarkən qüvvədə olmuş «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» qanunun 9.1-ci maddəsinə istinad etməklə bələdiyyə torpaqları üzərində mülkiyyət hüquqlarının yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilməli olması ilə bağlı imtinası əsassız olmuşdur. Belə ki, mübahisəli torpaq sahəsi üzrə satılma barədə qərar, orada fərdi yaşayış evinin tikintisi aparılması üçün sərəncam, torpaq sahəsinin müvafiq sahəseçmə aktı, DT və XK-nin Gəncə şəhər şöbəsinin müvafiq rəyi, alqı-satqı aktı təqdim olunmışdır. Bu vəziyyətdə cavabdeh orqan tərəfindən imtina əsassız olmuşdur. Hansı ki, göstərilən sənədlər mübahisəli torpaq sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestri xidmətində mülkiyyət hüququ əsasında qeydə alınmasına əsas vermişdir. Göründüyü kimi mövcud qanunvericiliyə əsasən fərdi yaşayış evinin tikintisi üçün bələdiyyə torpağının alqı-satqı edilməsi nəzərdə tutulmuşdur. Həmçinin bələdiyyələrə məxsus olan daşınmaz əmlaka dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Gəncə şəhər Kəpəz Bələdiyyəsindən xx.xx.2008-ci il tarixli alqı-satqı əsasında alınmış Gəncə şəhəri, Sadıllı qəsəbəsi E-4 məhəlləsində yerləşən 3 nömrəli, 400 kv.m torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X5rşı Gəncə şəhər Kəpəz Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli alqı-satqı əsasında alınmış, Gəncə şəhəri, Sadıllı qəsəbəsi E-4 məhəlləsində yerləşən 400 m² sahəsi olan 3 nömrəli torpaq sahəsinə dair onun adına torpaq üzərində mülkiyyət hüququ haqqında çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilsin. Torpaq sahəsinin inventarlaşdırılmasına dair 67.20 (altmış yeddi manat, iyirmi qəpik) manat məbləğində ekspertiza xərci İddiaçı tutularaq KADASTR VƏ YERQUR LAYİHA TADQ MAR, VÖEN **********, AZ23AİİB********************, Kapital Bank ASC Xətai filialı, KOD 200071 VÖEN ********** müxbir hesab AZ37 NABZ******************** SWİFT kod AİİBAZ2Z saylı hesaba ödənilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-47/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-47/2021
02.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver