Məhkəmə qərarları › İş №2-1(114)-470/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-470/2025

12.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-470/2025 12.02.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı statusunun ləğvinə dair cavabdehin hərəkətlərinin qanunsuz sayılması, xx.xx.2022-ci il tarixdən statusun bərpa edilməsi və müharibə veteranı vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. N saylı hərbi hissə komandirinin xx.xx.2014-cü il tarixli 325 nömrəli əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 12-ci maddəsinin “b” bəndinə, 26-cı maddəsinin “a” bəndinə və 33-cü və 47-ci maddələrinin “b” bəndlərinə müvafiq olaraq İddiaçı bağlaşma əsasında könüllü olaraq 3 (üç) il müddətinə qadınların hərbi xidmətinə qəbul edilmiş və “əsgər” hərbi rütbəsi verilməklə şəxsi heyətlə iş üzrə bölməsinin (Q1) operatoru vəzifəsinə təyin olunmuşdur.

2. N saylı hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 321 nömrəli əmrinə əsasən QHQ baş çavuş İddiaçı xx.xx.2020-ci il tarixdən hərbi hissənin daimi dislokasiya yeri Goran-1 hərbi şəhərciyindən döyüş təyinatlı rayonlara getmiş hesab edilmişdir.

3. N saylı hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 327 nömrəli əmrinə əsasən QHQ baş çavuş İddiaçı xx.xx.2020-ci il tarixdən döyüş təyinatlı rayonlardan hərbi hissənin daimi dislokasiya yeri Goran-1 hərbi şəhərciyinə gəlmiş hesab edilmişdir.

4. N saylı hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 313 nömrəli əmrinə əsasən QHQ baş çavuş İddiaçı, şəxsi heyətin uçotu (Q1) bölməsinin kargüzar-operatoru, Müdafiə nazirinin müavini Quru Qoşunları komandanının 13 oktyabr 2022-ci il tarixli 099əç №-li əmri ilə Quru Qoşunları komandanlığının idarəetmə heyətinin artilleriya idarəsinin əməliyyat şöbəsinin operatoru vəzifəsinə təyin edilmiş, işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, 19 oktyabr 2022-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatdan çıxarılmış, xidmətini davam etdirmək üçün Gəncə şəhəri N nömrəlihərbi hissə komandirinin sərəncamına göndərilmişdir. QHQ baş çavuş İddiaçı 2022-ci ilin yanvar-oktyabr aylarındakı xidmətinə görə Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr 2017-ci il tarixli 22 №-li əmri ilə nəzərdə tutulmuş birdəfəlik pul mükafatını tam həcmdə almağa layiqdir. QHQ baş çavuş İddiaçı 2022-ci il üçün nəzərdə tutulmuş maddi yardım ödənilmiş, 2022-ci ilin növbəti məzuniyyətindən 25 (iyirmi beş) gün istifadə etmiş, 1 (bir) aylıq vəzifə maaşı məbləğində əlavə pul təminatı ödənilmişdir. Əsas: Müdafiə nazirinin müavini-Quru Qoşunları komandanının 13 oktyabr 2022- ci il tarixli 099əç №-li əmrindən çıxarış (dax.ol. № 385).

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialınıln İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ə-121541/2023 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetindən daxil olmuş məktuba əsasən onun müharibə veteranı statusu ləğv olunduğundan ona xx.xx.2022-ci il tarixdən təyin olunmuş müharibə veteranlarına Prezident təqaüdünün ödənişi (Gəncə şəhəri, Nizami rayonu üzrə, iş № 997442) xx.xx.2022-ci il tarixdən dayandırılmışdır.

6. N saylı hərbi hissənin xx.xx.2024-cü il tarixli 11 nömrəli arayışında göstərilmişdir ki, QHQ baş çavuş İddiaçı həqiqətən xx.xx.2024-cü il tarixdən Azərbaycan Ordusunda xidmət edir. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Tərtər və Suqovuşan istiqamətlərində gedən döyüş əməliyyatlarında hərbi hissənin tərkibində şəxsi heyətin uçotu bölməsinin (Q1) kargüzar-operatoru vəzifəsində maddi-texniki təminat, əsgər və çavuşların komplektləşdirilməsi, ölü və yaralıların sənədləşdirilməsi, nizami hissə üzrə əmrlərin işlənməsi və yazılması üzrə tapşırıqları yerinə yetirmişdir.

7. “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqələrinin verilməsi üçün təqdim edilən döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqlarını yerinə yetirmiş hərbi qulluqçular barədə arayış-məlumata əsasən: Döyüş əməliyyatları aparılan zaman (xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə) 1) Xidmət keçdiyi hərbi hissə (müəssisə): N saylı hərbi hissə 2) Rütbəsi: MAHHXHQ baş çavuş 3) Vəzifəsi: Kargüzar-operator 4) Xidmət etdiyi hərbi hissəyə daxil olması və çıxması (tarixlər və əmrin nömrələri göstərilməklə): xx.xx.2024-cü il tarixli 325 nömrəli əmr-xx.xx.2022-ci il tarixli 313 nömrəli əmr 5) Hərbi hissənin və bölmənin döyüş əməliyyatlarına cəlb olunması və döyüş tapşırığının yerinə yetirilməsi (tarix və əmrin nömrəsi göstərilməklə): Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2020-ci il tarixli 088 nömrli əmri 6) Həmin dövrdə şəxsin döyüş təminatı üzrə tapşırıqlar ilə bağlı fəaliyyətə cəlb olunması (tarixlər və əmrin nömrələri göstərilməklə): xx.xx.2020-ci il tarixli 321 nömrəli əmr-xx.xx.2020-ci il tarixli 327 nömrəli əmr 7) İştirak etdiyi ərazilər: Tərtər, Suqovuşan 8) Hansı qismdə iştirak edib, həmin dövrdə döyüş təminatı üzrə tapşırıqlar ilə bağlı hansı fəaliyyət növü ilə məşğul olub (təslifatı məlumat verilsin): xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək döyüş əməliyyatlarında maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirib, əsgər və çavuşların komplektləşdirilməsi, ölü və yaralıların sənədləşdirilməsi, nizami hissə üzrə əmrlərin işlənməsində və yazılmasında fəal iştirak edib 9) Xəsarət (yaralanma, travma, kontuziya) alma tarixi: iştirak edib yaralanmayıb 10) Xəsarət (yaralanma, travma, kontuziya) aldığı ərazi: almayıb 11) Xəsarət (yaralanma, travma, kontuziya) üzrə məlumat (diaqnoz): yoxdur 12) Ehtiyyata və istefaya buraxılması (nizami hissə üzrə əmrin nömrəsi və tarixi): N saylı hərbi hissədə xidmətini davam etdirir 13) Döyüşlərdə iştirakına görə təltifləri (tarix və adı): təltif olunmayıb.

8. İddiaçı müharibə veteranı statusunun bərpa olunması barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə etdiyi müraciətinə həmin orqanın xx.xx.2024-cü il tarixli 2/2-981 nömrəli məktubu ilə imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Barəsində təqdim olunmuş sənədlərdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarının 1-ci hissəsinin 10cu abzasında qeyd edilən ərazilərdə və 11-ci abzasında göstərilən döyüş təminatı üzrə fəaliyyətini təsdiq edən sənəd olmadığına görə ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Əlavə olaraq bildirilir ki, "Vətəndaşların müraciətləri haqqında" Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir.

9. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-122251/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı proaktiv qaydada xx.xx.2022-ci il tarixdən müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetindən daxil olmuş müharibə veteranı statusu ləğv edilən hərbi qulluqçuların siyahısına əsasən İddiaçı müharibə veteranı statusu ləğv edildiyi üçün xx.xx.2022-ci il tarixində sözügedən təqaüdün ödənişi dayandırılmışdır.

10. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin xx.xx.2024-cü il tarixli 3-25-2/2-Ə-112xx-xx/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin məktubuna əsasən vətəndaş İddiaçı veteran statusu verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin məktubuna əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 27 sentyabr 2020-ci il tarixədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak edib-etməməsi haqqında sənədlər istənilmişdir. Daxil olmuş məktuba əsasən hərbi hissəyə sorğu göndərilmiş, hərbi hissədən daxil olan sənədlərin əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinə razılaşdırılması üçün göndərilmiş və alınan cavab məktubuna əsasən vətəndaş İddiaçı veteran statusu ləğv (məxfi olduğu üçün qərar haqda məlumat verilə bilməz) edilmişdir. Əlavə olaraq bildirilir ki, vətəndaş İddiaçı sənədlərinə xx.xx.2023-cü il tarixdə komissiyanın iclasında baxılmış, N nömrəli hərbi hissə tərəfindən daxil olmuş sənədlərdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarının 1-ci hissəsinin 10-cu abzasında qeyd edilən ərazilərdə və 11-ci abzasında göstərilən döyüş təminatı üzrə fəaliyyətini təsdiq edən sənəd olmadığına görə barəsində müsbət qərar qəbul edilməmişdir.

11. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli 3-17-1/2-44689/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 641 nömrəli Fərmanına əsasən xx.xx.2019-cu il tarixindən “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilmişdir. Məlumat üçün bildirilir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsistemində olan məlumata əsasən vətəndaş X12 (FİN: 81JXRW9), X13 (FİN: 8E8ALQL), X4 (FİN: 81QBXWB), X5 (FİN: 7YM7KRC), X8 (FİN: 5ANQYTH), X3 (FİN: 2A62CGW), X9 (FİN: 11NB6ER) və X10 (FİN: 5YGFJWJ) xx.xx.2022-ci il tarixindən proaktiv qaydada müharibə veteranları üçün nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir.

12. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2025-ci il tarixli 3-25-14/2-3817/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək erməni silahlı birləşmələrinə qarşı əks hücum əməliyyatının keçirilməsi və işğal olunmuş ərazilərimizin azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etdiklərinə görə vətəndaşlar X12, X13, X6, X5, X8, X3, X9 və X10 "Müharibə veteranı" adı verilmişdir. Məlumat üçün bildirir ki, adları qeyd olunan vətəndaşlara "Müharibə veteranı" adının verilməsinə əsas olan sənədləri Azərbaycan Respublikasının Nazirlər Kabinetindədir.

13. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2025-ci il tarixli 3-25-14/2-4360/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, sorğuda adları göstərilən X12, X13, X4, X5, X8, X3, X9, X10 “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə dair müvafiq siyahı Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilmişdir. Təqdim olunan sənədlərə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən vətəndaşlara “Müharibə veteranı” adı verilmiş və tərəflərindən “Müharibə veteranı vəsiqəsi” hazırlanaraq təqdim edilmişdir. Məlumat üçün bildirir ki, “Müharibə veteranı adının verilməsinə əsas olmuş sənədlər onların ünvanına geri qaytarılmır, Azərbaycan Respublikasının Nazirlər Kabinetində saxlanılır.

14. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli 3-17-1/2-********** nömrəli cavab məktubunda bildirilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsistemində olan məlumata əsasən müvafiq olaraq X18, X19, X14, X15, X16, X11, X17 və X10 xx.xx.2022-ci il tarixindən proaktiv qaydada (sistem tərəfindən) “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təyin edilmiş və ödənişləri davam etdirilir. II. Məhkəmədə icraat

15. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı statusunun ləğv edildiyi xx.xx.2022-ci il tarixdən bərpa edilməsi və müharibə veteranı vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, bu ərizə 2020-ci il 44 günlük Vətən müharibəsində iştirak etmiş azərbaycanlı qadın hərbi qulluqçu baş çavuş tərəfindən ona ünvanlanlanıb. 2014-cü ilin oktyabrından hərbi xidmətdədir. İndiyədək qüsursuz xidmət etmişdir. Təşəkkürnamələr və fəxri fərmanlarla təltif edilmişdir. Himayəsində iki azyaşlı övladı var. 2020-ci il Vətən Müharibəsində iştirak etmişdir. Döyüş tapşırıqlarının, o cümlədən N nömrəli Hərbi Hissənin tərkibində şəxsi heyətin uçotu bölməsində kargüzar operator vəzifəsində maddi-texniki təminat, əsgər və çavuşların kompleksləşdirilməsi, ölü və yaralıların sənədləşdirilməsi, nizami hissə üzrə əmrlərin işlənməsi və yazılması üzrə tapşırıqları yerinə yetirmişdir. 2022-ci ilin yanvar ayından etibarən hamı kimi ona da Müharibə Veteranı adı verildi yə müvafiq müavinəti almağa başlamışdır. 11 ay müddətində veteranlıq pulunu almışdır. Lakin 2022-ci ilin dekabrında məhz onun veteranlığını ləğv etmişlər, halbuki onunla eyni bölmədə xidmət etmiş, hətta onunla eyni xidməti otaqda fəaliyyət göstərən, eyni vaxtlarda döyüş təyinatlı rayonlara birlikdə gedib-gəldikləri hərbi qulluqçuların veteran adları geri alınmamışdır və müavinətləri də dayandırılmamışdır. Nə üçün məhz ona qarşı belə addım atılmışdır. Hətta DSMF məktub ünvanlayaraq 11 ay ərzində ödənilmiş müavinətlərin geri qaytarılmasını da tələb edir. Belə də haqsızlıq olarmı? Axı o, döyüş bölgələrində məhz döyüş əməliyyatlarında iştirak etmişdir və döyüşlərdə şəhid də ola bilərdi və iki azyaşlı övladı anasız qala bilərdilər. Xahiş edir ki, bütün bunlar, o cümlədən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Tərtər və Suqovuşan istiqamətlərində gedən döyüş əməliyyatlarında iştirak etməyi mütləq nəzərə alınsın. Müdafiə Nazirliyi aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya rəsmi ərizə ilə müraciət etmiş, lakin cavabdeh ona imtina məktubu göndərilmişdir.

17. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi “müharibə veteranı statusunun ləğvinə dair cavabdehin hərəkətlərinin qanunsuz sayılması, xx.xx.2022-ci il tarixdən statusun bərpa edilməsi və müharibə veteranı vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü

18. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

19. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. Həmin növ iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

20. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

21. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

22. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

23. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2026-cı il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

24. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

25. Cavabdeh məhkəməyə iddiaya qarşı yazılı etiraz ünvanlamış və etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 yanvar 2021-ci il tarixli 24 nömrəli Qərarına əsasən "Vətən müharibəsi iştirakçılarına "Müharibə veteranı” adının verilməsi işinin təşkili üzrə Komissiya yaradılmışdır, və "veteran" statusunun verilməsi şərtlərin müəyyən edilməsi Müdafiə Nazirliyinin səlahiyyətlərinə aid olmadığından üzərinə öhdəlik qoyula bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnaməsinə 30 dekabr 2021-ci il tarixli 420 nömrəli Qərarla əlavə edilmiş Qeydə əsasən: Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzunncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə (2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatları) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətində müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatların bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə-hərbi bilet (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi düyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında "Müharibə veteranı" adı verilir. Bu Əsasnamənin birinci hissəsinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikati) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvələr ehtiyata və istefaya buraxılmş, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq dövlət orqanları tərəfindən onların yaratdıqları müvafiq komissiyanın rəyinə əsasən verilir. İddiaçı iddia ərizəsində qeyd edir ki, o, 2020-ci ildə Vətən müharibəsində iştirak etmiş, N nömrəli hərbi hissənin tərkibində şəxsi heyətin uçotu bölməsində kargüzar operator vəzifəsində maddi-texniki təminat, əsgər və çavuşların komplektləşdirilməsi, ölü və yaralıların sənədləşdirilməsi, nizami hissə üzrə əmrlərin işlənməsi və yazılması üzrə tapşırıqları yerinə yetirmişdir. İddiaçı N nömrəli hərbi hissənin tərkibində xidmət edərkən gündəlik əmək funksiyasını icra etmişdir. 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2022-ci il tarixlərdə xidmət etdiyi ərazidə döyüş əməliyyatları aparılmamışdır və bu əsaslarla da komissiyanın 15 sentyabr 2023-cü il tarixli iclasında iddiaçının ərizəsinə baxılmış və müsbət qərar qəbul edilməmişdir. İddiaçının tələbi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarının 1-ci və 10-cu abzasında qeyd edilən ərazilərdə və 11-ci abzasında göstərilən döyüş təminatı üzrə fəaliyyəti təsdiq sənəd olmadığında ona "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi üçün sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur. İddiaçının sənədlərində, onun Əsasnamədə nəzərdə tutulduğu döyüş bölməsinə ezam olunması sübuta yetirilmir. O yalnız həmin ərazilər istiqamətində yəni Tərtər və Suqovuşan istiqamətlərində gedən döyüş əməliyyatlarında hərbi hissənin tərkibində nizami hissə üzrə əmrlərin işlənməsi və yazılması üzrə tapşırıqları yerinə yetirmişdir (hərbi hissənin N yanvar 2024-cü il tarixli 11 nömrəli arayış). Qanunvericilikdə "döyüş bölgəsi" ilə "istiqamət" sozlərinin anlayışı və onların yaratdığı hüquqi nəticələr də fərqlidir. Həmçinin, onu da bildirmək lazımdır ki, döyüş əməliyyatların maddi-texniki təminat üzrə tapşırıqların yerinə yetirmiş şəxslərə o şərtlə "müharibə veteranı" adı və vəsiqəsi verilir ki, onlar qeyd olunan tapşırıqları Əsasnamənin 1-ci hissəsinin 10-cu abzasında qeyd olunan ərazilərdə yetirmiş olsunlar. N nömrəli hərbi hissənin N yanvar 2024-cü il tarixli 11 nömrəli arayışdan görünür ki, iddiaçı Tərtər, Suqovuşan istiqamətində gedən döyüş əməliyyatları zamanı təminat bölməsində kargüzar vəzifəsində fəaliyyət göstərib. Burada "istiqamət" sözünə yazılması məhkəmə tərəfindən diqqət yetirilməlidir. "İstiqamət" həmin ərazilərə gedən yoldur, lakin Suqovşan ərazi deyil. Yəni,"istiqamətdə fəaliyyət göstərməsi" ifadəsi Əsasnamədə olan ərazi meyarları şərtlərinə uyğun gəlmir, çünki orada konkret hansı bölgələrin olması öz əksini tapmışdır. Həmçinin məhkəmənin nəzərinə çatdırmaq istəyirlər ki, N nömrəli hərbi hissə həmin vaxt Goranboyda yerləşirdi. Təqdim edilmiş sənədlərdən və N nömrəli hərbi hissənin arayışından görünür ki, iddiaçı bilavasitə döyüş əməliyyatlarında iştirak etməmiş, o yalnız ölü və yaralıların sənədləşdirilməsi, nizami hissə üzrə əmrlərin işlənməsi və yazılması üzrə tapşırıqların yerinə yetirmişdir.

26. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

Əsaslandırma hissəsi:

VI. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

27. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

28. İş materialları ilə müəyyən olunur ki, cavabdeh orqan tərəfindən İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabineti ilə razılaşdırılmaqla veteran statusu verilmiş və bu barədə məlumatların Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Zəfər" altsisteminə daxil edilməsi təmin edilmişdir. Bunun nəticəsində İddiaçı xx.xx.2022ci il tarixdən proaktiv qaydada Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmiş və xx.xx.2022-ci il tarixədək ödənilmişdir.

29. Daha sonra Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən Müdafiə Nazirliyinə məktub ünvanlanaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 27 sentyabr 2020-ci il tarixədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak edib-etməməsi haqqında sənədlər istənilmişdir. Həmin məktuba əsasən hərbi hissəyə sorğu göndərilmiş, hərbi hissədən daxil olan sənədlər razılaşdırılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilmiş və daxil olmuş məktubuna əsasən iddiaçının veteran statusu ləğv edilmiş və bununla da təqaüd ödənişi dayandırılmışdır.

30. İddiaçı müharibə veteranı statusunun bərpa olunması barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə etdiyi müraciətinə həmin orqanın xx.xx.2024-cü il tarixli 2/2-981 nömrəli məktubu ilə imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Barəsində təqdim olunmuş sənədlərdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarının 1-ci hissəsinin 10cu abzasında qeyd edilən ərazilərdə və 11-ci abzasında göstərilən döyüş təminatı üzrə fəaliyyətini təsdiq edən sənəd olmadığına görə ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Əlavə olaraq bildirilir ki, "Vətəndaşların müraciətləri haqqında" Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir.

31. Lakin məhkəmə aşağıdakılara görə cavabdeh orqanın hərəkətlərini qanunsuz və əsassız sayır.

32. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə: Bənd 1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında (9cu yarımbənd); 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında (10-cu yarımbənd). Bənd 2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.

34. “İnzibati icraat haqqında” Qanununa görə: Maddə 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; ... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; ... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; ... Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. ... Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. ... Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. ... Maddə 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Maddə 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. Maddə 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. Maddə 35.1. Maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: 35.1.1. inzibati aktın qəbul olunması üçün əsas olmuş faktiki və ya hüquqi hallar maraqlı şəxsin xeyrinə dəyişdikdə; 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda; 35.1.3. inzibati aktın aldatma, hədə-qorxu və ya digər qanunsuz hərəkətlər nəticəsində qəbul edildiyi və ya inzibati orqanı təmsil edən şəxsin icraatın gedişatında cinayət törətdiyi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən olunduqda. Maddə 35.2. Bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati orqan təkrar ərizəni yoxlamağa və ərizə ilə bağlı müvafiq qərar qəbul etməyə borcludur. ... Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Maddə 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Maddə 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Maddə 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. Maddə 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.

35. Sadalanan qanunvericilik normalarına əsasən, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

36. Həmin normaların tələbinə görə, inzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından, xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar qəbul etməyə haqlıdır.

37. Etimadın qorunması prinsipi inzibati hüququn təməl prinsiplərindən biridir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.

38. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarı).

39. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan olaraq inzibati icraat hüququnun müddəaları baxımından inzibati icraat aparmağa, həmin icraat nəticəsində qəbul etdiyi qərarını qanunvericiliyin müvafiq maddələrinə istinad etməklə əsaslandırmağa borcludur. Şəxs inzibati orqanın icraatla bağlı hansı halları müəyyən etdiyini, hansı halları, niyə müəyyən və qəbul etmədiyini, beləliklə də, inzibati aktı qəbul etməsinin səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.

40. Bundan əlavə, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin ziyanına olan halların araşdırılması məqsədi ilə, xüsusilə dövlət orqanlarına müvafiq sorğuların göndərilməsini, arayışların (arxiv arayışı, iş yerindən arayışı və s.) tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

41. İşin müəyyən edilmiş hallarından məlum olduğu kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı statusu verilmiş və həmin statusdan irəli gələn təminatlarla təmin edilmişdir.

42. Bu baxımdan qeyd olunmalıdır ki, şəxsə müharibə veteranı statusu cavabdehin özü tərəfindən verildiyi halda, cavabdeh özünün bu barədə qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Çünki həmin qərar diqqətsizlik və ya səhlənkarlıq nəticəsində meydana gəlmiş olsa belə, inzibati orqan öz səhvlərini düzəltmək imkanına malik olmalıdır.

43. Lakin inzibati orqanların malik olduğu bu səlahiyyətin həyata keçirilməsi müəyyən məhdudiyyətlərə tabedir və yalnız qanunvericiliklə dəqiq müəyyənləşdirilmiş proseduralar çərçivəsində həyata keçirilə bilər. Həmin prosedurları isə “İnzibati icraat haqqında” Qanunun müvafiq normaları müəyyən edir.

44. Ona görə də, cavabdeh özünün əvvəlki qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etmək üçün sözügedən qanunvericiliyin tələblərini nəzərə almağa borcludur.

45. Bu zaman isə inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların nədən ibarət olması aydınlaşdırılmalıdır, Yəni, inzibati orqan hansı hala (hallara) əsaslanıb qəbul etdiyi inzibati aktı ləğv etmək, yaxud dəyişdirmək qərarına gəlmişdir.

46. Yekun olaraq, inzibati orqan şəxsə müharibə statusunun verilməsi barədə əvvəllər qəbul etdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək üçün yuxarıda qeyd olunduğu kimi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər.

47. Cavabdeh orqan iddiaçıya təyin edilmiş statusun ləğvinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin məktubu əsasında aparıldığını bildirmiş, eyni zamanda həmin məktub məxfi olduğu üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya" tərəfindən göndərilməsinin mümkün olmadığı bildirilmişdir.

48. İkinci Qarabağ (Vətən) Müharibəsi iştirakçılarına müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verildiyi üçün, prinsipcə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin məktubu inzibati icraatın başlanılması üçün əsas qismində çıxış edə bilərdi.

49. Lakin iş materialları ilə cavabdeh orqanın həmin məktub daxil olduqdan sonra inzibati icraat aparması, iddiaçıya inzibati icraat barədə məlumat verilməsi, onun iştirakının təmin edilməsi, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırması müəyyən edilmir. Halbuki, bu, cavabdeh inzibati orqanın ən başlıca vəzifəsi olmuşdur.

50. Həmin məktublar məxfi olduğundan məhkəməyə təqdim edilməməsi məsələsinə gəlincə isə, məhkəmə qeyd edir ki, bu hal da qəbulediləndir, lakin ən azından cavabdeh inzibati orqan məktubun iddiaçıya aid olan hissədə məzmununa istinad edərək, iddiaçının hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirməyə cəhd etməli idi, ona görə ki, qanun sübutetmə yükünü onun üzərinə qoymuşdur.

51. Lakin cavabdeh orqan həmin faktiki xarakterli hərəkətləri (veteran statusunu ləğv etməsini) zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir.

52. İnzibati Prosessual Məcəlləyə görə: Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür.

53. Məhkəmə həmçinin qeyd edir ki, “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqələrinin verilməsi üçün təqdim edilən döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqlarını yerinə yetirmiş hərbi qulluqçular barədə Arayış Məlumatda göstərilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək döyüş əməliyyatlarında madditexniki təminat üzrə tapşırıqları yerinə yetirib, əsgər və çavuşların komplektləşdirilməsi, ölü və yaralıların sənədləşdirilməsi, nizami hissə üzrə əmrlərin işlənməsində və yazılmasında fəal iştirak edib (Tərtər, Suqovuşan).

54. Həmçinin, məhkəmənin sorğusuna Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli 3-17-1/2-44689/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 641 nömrəli Fərmanına əsasən xx.xx.2019-cu il tarixindən “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilmişdir. Məlumat üçün bildirilir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsistemində olan məlumata əsasən vətəndaş X12 (FİN: 81JXRW9), X13 (FİN: 8E8ALQL), X4 (FİN: 81QBXWB), X5 (FİN: 7YM7KRC), X8 (FİN: 5ANQYTH), X3 (FİN: 2A62CGW), X9 (FİN: 11NB6ER) və X10 (FİN: 5YGFJWJ) xx.xx.2022-ci il tarixindən proaktiv qaydada müharibə veteranları üçün nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir.

55. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli 3-17-1/2-********** nömrəli cavab məktubunda bildirilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsistemində olan məlumata əsasən müvafiq olaraq X18, X19, X14, X15, X16, X11, X17 və X10 xx.xx.2022-ci il tarixindən proaktiv qaydada (sistem tərəfindən) “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təyin edilmiş və ödənişləri davam etdirilir.

56. Hansı ki, həmin şəxslərdən X10 dair sənədlərlə müəyyən edilmişdir ki, o da iddiaçı kimi xx.xx.2020-ci il tarixli əmrlə Goran-1 hərbi şəhərciyindən döyüş təyinatlı rayonlara ezam edilmiş, xx.xx.2020-ci il tarixdə hərbi hissənin daimi dislokasiya yerinə geri qayıtmış, eyni hərbi hissənin nizami hissəsinin kargüzar-operatoru olmuş, Suqovuşan ərazisində döyüş əməliyyatlarında mahhxhq və əsgər heyətinin komplektləşdirilməsi və şəxsi heyətin əmrləşdirilməsi üzrə tapşırıqları yerinə yetirmişdir.

57. Göründüyü kimi, iddiaçı ilə eyni hərbi hissədə xidmət etmiş və eyni vaxtda müharibə veteranı statusu almış xidmət yoldaşlarının, xüsusilə onunla eyni tarixdə, eyni vəzifədə, eyni ərazidə, eyni funksiyaları icra etmiş X1 ləğv edilməmişdir və hazırda “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” ödənişləri davam etdirilir. Bununla da cavabdeh orqan bərabərlik prinsipini pozduğu müəyyən edilir.

58. Belə ki, cavabdeh orqanın həmin hərəkəti eyni vəziyyətdə olan şəxslər barəsində fərqli yanaşmanın mövcudluğuna səbəb olur ki, bu hal isə özlüyündə hamının qanun və məhkəmə qarşısında bərabər olmasına dair konstitision norma və prinsipin mahiyyətinə ziddir.

59. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12. 1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 60.

61. Məhkəmənin qənaətinə görə, hər kəsin hüquq və azadlıqlarının qanun və məhkəmə qarşısında bərabərliyinə təminat verilməsi barədə Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə cavabdeh orqan tərəfindən riayət edilməmiş və ayrı-seçkiliyə yol verilmişdir.

62. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 13 mart 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 25 fevral 2014-cü il tarixli qərarında vurğulamışdır ki, “Konstitusiyanın 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır.

63. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi, hər şeydən öncə, həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir.

64. Konstitusiya Məhkəməsi Plenumunun bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Əks halda, sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasını şərtləndirir.

65. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir.

66. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86)”.

67. Məhkəmə onu da qeyd edir ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən müharibə veteranı statusu verilərək, Prezident təqaüdünün ödənilməsinə başlanılmasına baxmayaraq, statusun ləğvinədək olan müddətdə bu barədə vəsiqə ilə təmin olunmamışdır.

68. Ona görə də, cavabdeh orqanın iddiaçının müharibə veteranı statusunun ləğvinə dair hərəkətləri qanunsuz sayılmalı, iddiaçının müharibə veteranı statusunun ləğv olunduğu xx.xx.2022-ci ildən bərpa edilməsi və ona müharibə veteranı vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır.

69. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

70. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı: İddia təmin edilsin. Cavabdeh orqanın iddiaçının müharibə veteranı statusunun ləğvinə dair hərəkətləri qanunsuz sayılsın. İddiaçı müharibə veteranı statusunun ləğv olunduğu xx.xx.2022-ci ildən bərpa edilməsi və ona müharibə veteranı vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar