Məhkəmə qərarları › İş №2-1(114)-4702/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-4702/2025

23.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4702/2025 23.01.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “üçüncü şəxsin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Giriş hissəsi: Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Göygöl rayon Polis qarşı “ona məxsus fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə:

1. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən: - cavabdehin iddiaçının xx.xx.2025-ci il tarixli müraciətinə xx.xx.2025-ci il tarixli, 77/2- 10926/26 nömrəli imtina məktubuna əsasən, çıxarışla vətəndaş İddiaçı məxsus olan ünvan 4ində yerləşən fərdi yaşayış evində daimi pasport qeydiyyatında olan xx.xx.1965-ci il təvəllüdlü X6 qeydiyyatda olduğu ünvandan məcburi qaydada çıxarılması qurumun səlahiyyəti daxilində deyildir. Belə ki, “Yaşayış yeri və Olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin tələbinə uyğun olaraq aşağıdakı hallarda yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. 1) Yaşayış yerini dəyişdikdə. (yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında); 2) Başqa ölkədə yaşayış yeri seçdikdə. (müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında); 3) Azadlıqdan məhrum olduqda. (Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında) 4. Öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə (ölüm aktın qeydə alınması orqanının məlumatı əsasında) haqqında müvafiq dövlət; 5) Yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında və s. Odur ki, qanuna müvafiq qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etməyiniz məqsədə müvafiqdir; - Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2025-ci il tarixli arayışına əsasən, vətəndaş X2 rayonu, Balçılı kəndində qeydiyyatdadır.

2. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21-3- 33/2-8305/2025 nömrəli “əmlaka dair arxiv məlumatının və sənədlərin surətinin verilməsi barədə” məktuba qoşma şəklində əlavə edilmiş sənədlərə əsasən: - Göygöl rayon notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2021ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, ünvan 4ində yerləşən fərdi yaşayış evi X10 tərəfindən (onun əvəzinə X11) X12 və İddiaçı mülkiyyətlərinə verilmişdir; - Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən, ünvan 4ində yerləşən **********34-10301 reyestr nömrəli fərdi yaşayış evi üzərində İddiaçı tam mülkiyyət hüququ xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.

3. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 77/2- 14927/25 nömrəli məktuba əsasən, xx.xx.1965-ci il təvəllüdlü X9 xx.xx.2004-cü il tarixdən ünvan 4ində daimi pasport qeydiyyatındadır.

4. Ədliyyə Nazirliyi Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-5/8-13-446/2025 nömrəli məktuba əsasən, xx.xx.1965-ci il təvəllüdlü X9 ilə xx.xx.1957-ci il təvəllüdlü İddiaçı qohumluq əlaqələrinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxslərə dair yoxlama xx.xx.2025-ci ilədək aparılmışdır. X4 doğum akt qeydində ana qrafasında məlumatlar X1 qeyd olunmuşdur. X3 nikah akt qeydində qızlıq soyadı Cəfərova, doğum tarixi xx.xx.1940-cı il kimi qeyd olunmuşdur. Göygöl rayon Dövlət arxivindən alınmış X5 doğum akt qeydindən məlum olur ki, İbrahimova (Cəfərova)Tamam Cumalı qızı ilə İddiaçı ilə bacı-qardaşdırlar. Beləliklə, İddiaçı X4 dayısıdır.

5. İddiaçının nümayəndəsi tərəfindən məhkəmə iclasında məhkəməyə təqdim edilmiş Göygöl Rayon İcra Hakimiyyəti başçısının Balçılı kənd ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 5-47-21(3-2-347)2025 nömrəli arayışına əsasən, İddiaçı ünvan 4ində yerləşən ona məxsus fərdi yaşayış evində pasport qeydiyyatında olan X9 adlı şəxs ünvan 4ində yaşamır.

6. Göygöl Rayon İcra Hakimiyyəti başçısının Balçılı kənd ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 5-47-21/2- 73/2025 nömrəli məktuba əsasən, X2 rayonu, Balçılı kəndində qeydiyyatda olmasında baxmayaraq, hal-hazırda Balçılı kənd ərazisində yaşamır. Əlavə olaraq bildirilmişdir ki, X9 hal-hazırda Göygöl rayonu, Sərkar kəndində yaşayır. Göygöl rayonu, Sərkar kəndi Göygöl Rayon İcra Hakimiyyəti başçısının Qırıqlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati ərazi vahidliyinə aiddir.

7. Göygöl Rayon İcra Hakimiyyəti başçısının Qırıqlı kənd ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2026-cı il tarixli, 5-47-27/2- 02/2026 nömrəli məktuba əsasən, xx.xx.1965-ci il təvəllüdlü X2 rayonu, Haçaqaya kəndində anadan olmasına baxmayaraq, Göygöl rayon Qırılıq kənd inzibati ərazi dairəsində qeydiyyatda deyil və nümayəndəlikdə olan məlumata əsasən, atası mərhum İbrahimov Adilin mülkiyyətində olan Sərkarlı kəndində (ev təsərrüfatlarının uçotu kitabı №08, səhifə 57, şəxsi hesab nömrəsi 620) yaşayır.

8. Göygöl Rayon İcra Hakimiyyəti başçısının Balçılı kənd ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən elektron poçt ünvanına göndərilmiş xx.xx.2026-cı il tarixli, 03 nömrəli ünvan 3iyinin Balçılı kəndi üzrə Təsərrüfatbaşına kitabından çıxarışa əsasən, xx.xx.1965-ci il təvəllüdlü X9 09 nömrəli təsərrüfat kitabında İddiaçı məxsus 704 nömrəli təsərrüfatda qeydiyyatdadır.

9. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1965-ci il təvəllüdlü X4 ona məxsus olan ünvan 4ində yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

10. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 4i ünvanında yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reystrində **********34-10301 danşınmaz əmlakın reyestr nömrəsi ilə onun adına qeydiyyata alınmışdır. İddiaçı qeyd edir ki, üçüncü şəxs olan xx.xx.1965-ci il təvəllüdlü X9 onun bacısı oğludur və dəfələrlə o, üçüncü şəxs ona məxsus fərdi yaşayış evindən qeydiyyatdan çıxmasını xahiş etsə də onun tərəfindən bu işlə bağlı heç bir müsbət addım atılmamış, bundan sonra o, Cavabdehnə X4 qeydiyyatdan çıxarılması ilə bağlı müraciət etmişdir. Sözügedən polis şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə iddiaçıya imtina məktubu verilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İddiaçı qeyd edir ki, sonuncunun təqsiri üzündən qanuni mülkiyyətçi kimi mübahisələndirilən evinə o, istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquqlarını tam həyata keçirə bilmir, bu isə onun dövlət tərəfindən tanınan və qorunan hüquqlarımın ciddi surətdə pozulması deməkdir.

11. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X9 iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur.

12. Cavabdeh tərəfindən iddia tələbi ilə bağlı etiraz məhkəməyə daxil olmamışdır.

13. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, xx.xx.2025-ci il tarixli məktubla işə onların iştirakı olmadan baxılması xahiş edilmişdir.

14. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia ərizəsində qeyd edilənlərə oxşar izahat vermiş, iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

15. Əvvəlki məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs X9 izahatında mübahisəli evə onun qeydiyyata salınmasına rəhmətlik dayısının razı olduğunu, rəhmətlik dayısı evin adına keçirilməsinə razı olduğunu və hal-hazırda qeydiyyata düşməyə yeri olmadığına görə ordan qeydiyyatdan çıxa bilmədiyini bildirmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etmişdir.

16. Üçüncü şəxsə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflərindən iddiaya münasibət bildirilməmiş, məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verilməmişlər.

17. Cavabdehin nümayəndəsi və üçüncü şəxsin şifahi məhkəmə baxışı iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi).

18. Məhkəmə araşdırmasının predmetini aşağıdakı inzibati məhkəmə icraatı materialları təşkil etmişdir: - Göygöl rayonu Balçılı kəndində yerləşən fərdi yaşayış evinin İddiaçı məxsus olmasında dair xx.xx.2021-ci il tarixdə tərtib edilmiş, **********34-10301 reyest, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı; - iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilən sənədlər; - “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2-8305/2025 nömrəli “əmlaka dair arxiv məlumatının və sənədlərin surətinin verilməsi barədə” məktubu və ona qoşma şəkildə əlavə edilmiş sənədlər; - cavabdehin xx.xx.2025-ci il tarixli, 77/2-14927/25 nömrəli məktubu; - Ədliyyə Nazirliyi Göygöl rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-16-5/8- 13-446/2025 nömrəli məktubu; - iddiaçının nümayəndəsi tərəfindən məhkəmə iclasında təqdim edilmiş sənədlər; - Göygöl Rayon İcra Hakimiyyəti başçısının Balçılı kənd ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 5-47-21/2-73/2025 nömrəli məktubu; - Göygöl Rayon İcra Hakimiyyəti başçısının Qırıqlı kənd ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2026-cı il tarixli, 5-47-27/2-02/2026 nömrəli məktubu; - Göygöl Rayon İcra Hakimiyyəti başçısının Balçılı kənd ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən elektron poçt ünvanına göndərilmiş xx.xx.2026-cı il tarixli, 03 nömrəli ünvan 3iyinin Balçılı kəndi üzrə Təsərrüfatbaşına kitabından çıxarış.

Əsaslandırma hissəsi:

19. İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşlar, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur.

20. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia qaldırmışdır.

21. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir.

22. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır.

23. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.

24. Qanunun 2-ci maddəsinin 1-ci bəndində qeyd edilir ki, şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.

25. Qanunun 3-cü maddəsinə əsasən, yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi...

26. Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir.

27. Qanunun 9-cu maddəsində şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsasları qeyd edilmişdir. Həmin maddəyə görə, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

29. Həmin Qərarla müəyyən olunmuşdur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir.

30. Bu Qərara əsasən, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə, mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

31. Məhkəmə araşdırması zamanı da ünvan 4i ünvanında yerləşən daşınmaz əmlakın xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusluğu, üçüncü şəxsin hazırda mübahisəli yaşayış sahəsinə dair hər hansı əmlak hüququnun olmaması, faktiki olaraq orada yaşamaması müəyyən edilmişdir.

32. Ona görə də cavabdehin imtinası iddiaçının mülkiyyət hüququnun pozulmasına səbəb olur. Belə ki, mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

33. Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır.

34. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, üçüncü şəxsin sözügedən fərdi yaşayış evi üzərində hər hansı hüquqa malik olmadığı və orada uzun müddət yaşamadığı, hallarda qeyd edilən ünvanda qeydiyyatda qalması iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırır.

35. Ona görə də iddiaçı üçüncü şəxsin sözügedən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmasının cavabdehə həvalə edilməsini tələb etməkdə haqlı olmuşdur.

36. Məhkəmə onu da qeyd edir ki, həmin şəxsin qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, onun yaşayış sahəsi üzrə ümumiyyətlə, qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yeri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 aprel 2003cü il tarixli 55s saylı sərəncamına uyğun olaraq, Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilər.

37. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

38. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilsin. X4 İddiaçı məxsus ünvan 4indən yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Nurəli Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar