Məhkəmə qərarları › İş №2-1(114)-4707/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-4707/2025

12.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4707/2025 12.02.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Tovuz regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə qarşı “doğum haqqında akt qeydində düzəlişin edilməsi” tələbinə dair Giriş hissəsi: Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Tovuz regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə qarşı “doğum haqqında akt qeydində düzəlişin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: I. Məhkəmə araşdırmasının predmeti

1. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən: - xx.xx.1975-ci il tarixli, İİİ-ЖГ 366606 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən, İddiaçı (orijinalda kiril qrafikalı azərbaycan əlifbası ilə: Məммəgob Apaз Ҹəмил оглу) xx.xx.1975-ci il tarixdə Tovuz rayonunda doğulmuşdur; - 1999-cu il mart tarixli JN:0074, KOD 50300148 nömrəli “Torpağın mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən, Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 14 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 0.88 ha torpaq sahəsi X7, X6, X8, İddiaçı (orijinalda kiril qrafikalı azərbaycan əlifbası ilə: Məммəдов Араз Ҹəмил оғлу), X9 verilmişdir; - xx.xx.2000-ci il tarixli, Vİİ-ЖГ nömrəli nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən, İddiaçı ilə X1 nihakı xx.xx.2000-ci il tarixində bağlanmış, nikah bağlanandan sonra ərə “Məmmədov” və arvada “Süleymanova” soyadının verilməsi qeyd edilmişdir; - 11.10.2002-ci il tarixli, JN-133A, KOD 50300148 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən, Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 14 nömrəli qərarı ilə fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı məqsədi ilə 0.27 ha torpaq sahəsi X7, X8, İddiaçı, X12 və X3 verilmişdir; - Ədliyyə Nazirliyi Cavabdeh xx.xx.2025-ci il tarixli, 62 nömrəli imtina rəyinə əsasən, xx.xx.1975-ci il tarixdə Tovuz rayonu, Düz Qırıqlı kəndində anadan olmuş X4 doğum akt qeydinin uşaq haqqında məlumat qrafasında adı “Cəmşid”dən “Araz”a dəyişilməsi Cavabdeh səlahiyyətləri xaricindədir.

2. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-5/8- 13-1024/2025 nömrəli məktuba qoşma şəklində əlavə edilmiş sənədlərə əsasən: - xx.xx.1975-ci il tarixli, 55 nömrəli doğum haqqında akt qeydinə əsasən, X10 (orijinalda kiril qrafikalı azərbaycan əlifbası ilə: Məммəgов Ҹəмшиg Ҹəмил оглу) xx.xx.1975-ci il tarixdə Azərbaycan SSR, Tovuz rayonu, Düz Qırıqlı kəndində anadan olmuşdur; - xx.xx.2000-ci il tarixli, 297 nömrəli nikahın bağlanması haqqında akt qeydinə əsasən, “evlənənlər haqqında məlumat” qrafasında Məmmədov (evlənəndən sonra “Məmmədov”) Araz Cəmil oğlu və Süleymanova (evlənəndən sonra “Süleymanova”) Səidə Fəxrəddin qızının adları qeyd edilmişdir; - xx.xx.2004-cü il tarixli, 867 nömrəli doğum haqqında akt qeydinə əsasən, X11 xx.xx.2004-cü il tarixdə Rusiya Federasiyasında doğulmuş, “ata haqqında məlumat” qrafasında İddiaçı və “ana haqqında məlumat” qrafasında X2 göstərilmişdir.

3. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Tovuz Rayon İcra Hakimiyyəti Tovuz rayon Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2026-cı il tarixli, 3- 48-44RA/2-04/2026 nömrəli məktuba qoşma şəklində əlavə edilmiş Düz Qırıqlı kənd XDS İcraiyyə Komitəsinin 1977-1979-cu illərin 505 nömrəli təsərrüfatbaşına kitabından olan çıxarışa əsasən, ailə üzvlərinin siyahısında İddiaçı adı (orijinalda kiril qrafikalı azərbaycan əlifbası ilə: Məммəgов Араз Ҹəмил оглу) qeyd edilmişdir.

4. “AZEMİS” elektron məhkəmə informasiya sistemin ə əsasən: - 07.12.2005-ci il tarixli, AZE ******* nömrəli Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsi İddiaçı məxsusdur; - 09.06.2014-cü il tarixli, AZE ******** Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsi İddiaçı məxsusdur.

5. Məhkəmə araşdırmasının predmetini aşağıdakı inzibati məhkəmə icraatı materialları təşkil etmişdir: - iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlər; - cavabdehin xx.xx.2025-ci il tarixli, 3-16-5/8-13-1024/2025 nömrəli məktubu və məktuba qoşma şəklində əlavə edilmiş sənədlər; - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Tovuz Rayon İcra Hakimiyyəti Tovuz rayon Dövlət Arxivinin xx.xx.2026-cı il tarixli, 3-48-44RA/2-04/2026 nömrəli məktubu və məktuba qoşma şəklində əlavə edilmiş sənədlər; - “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışlar.

II. Tərəflərin ərizəsi və etirazı

6. İddiaçı cavabdeh Tovuz regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona məxsus doğum haqqında akt qeydinin uşaq haqqında məlumat qrafasında adının “Cəmşid”dən “Araz”a dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

7. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1975-ci ildə Tovuz rayonu, Düz Qırıqlı kəndində anadan olmuş, ona aid bütün şəxsiyyəti müəyyən olunan sənədlərdə soyadı, adı, ata adı “İddiaçı” kimi qeyd olunmuş, X19 Komissiyasının 23 dekabr 1997-ci il tarixli qərarına əsasən ona və onun ailə üzvlərinə Tovuz rayonu, Düz Qırıqlı kəndində pay torpaq sahəsi və həyətyanı torpaq sahəsi verilmişdir. İddiaçı qeyd edir ki, atası X7 25 noyabr 2024-cü ildə vəfat etmiş, onun vəfatından sonra o və bacı-qardaşları Tovuz “ASAN xidmət” mərkəzinə müraciət edərək vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmişlər. Lakin onlara qeydiyyat şöbəsi tərəfindən imtina verilmiş və bildirilmişdir ki, doğum haqqında akt qeydinin uşaq haqqında məlumat qrafasında adı “Cəmşid”dən “Araz”a dəyişilməsi mümkün olmamış, buna görə də ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. İddiaçı qeyd edir ki, bu yəqin ki texniki səhv olmuşdur. O, Tovuz rayonu, Düz Qırıqlı kəndində anadan olmasına baxmayaraq, doğum akt qeydində doğum yeri səhvən Tovuz rayonu, Düz Cırdaxan kəndi kimi qeyd olunmuşdur.

8. Cavabdeh tərəfindən iddia tələbi ilə bağlı etiraz məhkəməyə daxil olmamışdır.

III.Tərəflərin iştirakı

9. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia ərizəsində qeyd edilənlərə oxşar izahat vermiş, iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

10. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər.

11. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi).

Əsaslandırma hissəsi:

IV.İddianın mümkünlük şərtləri

14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3.inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Maddə 34.Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1.Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

15. İlk öncə onu qeyd etmək lazımdır ki, hazırda iddiaçı tərəfindən məhkəmədə qaldırılan iddia öhdəliyin icrası haqqında iddia - inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddiadır. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəməyə müraciət etməzdən əvvəl eyni tələblə cavabdeh inzibati orqana müraciət etməkdir. İş materiallarında olan cavabdehin xx.xx.2025-ci il tarixli, 62 nömrəli məktubdan iddiaçının hazırkı tələblə cavabdehə müraciət etdiyi, lakin müraciətin təminindən imtina edildiyini müəyyən edilir.

16. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Bir sözlə iddia mümkün iddiadır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir.

V. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

18. Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 158. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə 159. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə 160. Akt kitabları, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınma qaydaları 160.1. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Maddə 192. Adın, ata adının və soyadın dəyişdirilməsi ilə əlaqədar olaraq vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında yeni şəhadətnamələrin verilməsi Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəalar İ. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik qaydası

1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.

2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır.

3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: - vətəndaşlıq vəziyyəti akt qeydlərindəki səhvlər düzəldikdə;

4. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi üçün aşağıdakılar əsas hesab edilir: - vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında məhkəmənin qərarı. 10.1. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.4-cü maddəsinə uyğun olaraq, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış daxil olduqda qeydiyyat şöbələri və ya konsulluq idarələri tərəfindən rəy tərtib edilmədən akt qeydinin qeydiyyat şöbələrində və ya konsulluq idarələrində saxlanılan nüsxəsinin üzərində zəruri dəyişiklik edilir, onun digər nüsxəsində də zəruri dəyişiklik edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə və ya Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə elektron qaydada bildiriş göndərilir. Dəyişiklik edilməli olan akt qeydi başqa qeydiyyat şöbələrində və ya konsulluq idarələrində saxlanıldıqda məhkəmənin qətnaməsindən çıxarış icra olunması üçün aidiyyəti üzrə həmin qeydiyyat şöbələrinə və ya konsulluq idarələrinə göndərilir.

20. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24-2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyil; 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

21. Beləliklə, yuxarıda göstərilən müddəalarının sistemli təhlili onu deməyə əsas verir ki, vətəndaş vəziyyət aktlarının düzgün qeydiyyatının məqsədi vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır.

22. Vətəndaşlıq vəziyyəti aktları qeydlərində düzəliş edilməsi o zaman mümkün olur ki, qeydiyyat aparılarkən məlumat səhv, yəni düzgün daxil edilməmiş olsun. Qanunvericilik vətəndaşlıq vəziyyəti aktı qeydlərində düzəliş edilməsini inzibati orqanın üzərinə qoyur və belə dəyişiklik etməkdən imtina edildikdə isə inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə biləcəyini özündə göstərir.

23. İş materialları ilə müəyyən olunur ki, iddiaçının əsas hüquqi marağı onun doğum haqqında akt qeydində adının “Araz” olaraq düzəlişin edilməsi olmuş, bununla bağlı cavabdeh orqana müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir.

24. Məhkəmə iş üzrə icraat materiallarını nəzərdə keçirib hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuş və bu, iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmışdır.

25. Xronoloji ardıcıllıq əsasında iş üzrə inzibati icraat materiallarını araşdıran zaman məlum olur ki, iddiaçı “Araz”, yəni hazırkı adı ilə doğum haqqında şəhadətnamə almış, 1977-1979-cu illər üzrə təsərrüfatbaşı kitabına əsasən yaşayış yeri üzrə qeydiyyata alınmış, 1999 və 2002-ci illər üzrə daşınmaz əmlak üzrə sənədlərdə mülkiyyətçi kimi iştirakçı olaraq qeyd edilmiş, nikaha daxil olmuş və övladı - qızı Məmmədova Gülçinin xx.xx.2004-cü il tarixli, 867 nömrəli doğum haqqında akt qeydində “atasının adı” və “ata haqqında məlumat” qrafasında qeydiyyatı aparılmışdır.

26. Həmçinin, 2005 və 2014-cü illərdə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə sahib olmuşdur (sahibdir).

27. Beləliklə, iddiaçı hazırkı adı ilə doğum haqqında şəhadətnamə sənədini almış, yaşayış yeri üzrə qeydiyyata alınmış, daşınmaz əmlakla bağlı hüquqmüəyyənedici sənədlərdə mülkiyyətçi kimi çıxış etmiş, nikaha daxil olmuş və övladının doğum haqqında akt qeydində qeydiyyatı aparılmışdır.

28. İddiaçıya məxsus və adının yanlış qeyd edildiyi doğum haqqında akt qeydi Azərbaycan SSR dövründə tərtib edilməsinə baxmayaraq, Azərbaycan Respublikası öz müstəqilliyini yenidən əldə etdikdən sonra rəsmi dövlət sənədlərində iddiaçının adı mübahisələndirilməmiş və ya hər hansısa hüquqi münasibət doğuracaq tədbirlər həyata keçirilməmiş, onun adı “Araz” olaraq qeyd edilmişdir.

29. Məhkəmə onu vurğulamağı vacib hesab edir ki, soyadın, adın və ata adının, o cümlədən şəxsə aid digər məlumatların texniki səhvlik səbəbi ilə yanlış yazılması və ya ümumiyyətlə qeyd edilməməsi vətəndaşın məsuliyyət dairəsinə aid edilməməli, bu, qanunvericilik tərəfindən birbaşa belə işlərə qanunvericiliklə səlahiyyətləri aid edilmiş inzibati orqanların həyata keçirməli olduqları məsul vəzifələr ilə bağlı olmalıdır. Belə ki, inzibati orqanlar bu istiqamətdə vacib hərəkətlər həyata keçirməli və vətəndaşların hüquqlarının müdafiəsi və lazımi istifadəsi istiqamətində təxirəsalınmaz tədbirlər görməlidirlər.

30. Həmçinin, məhkəmə sonda onu da qeyd etməyi vacib hesab edir ki, hazırda mübahisələndirilən iddia üzrə imtina məktubu Ədliyyə Nazirliyi Cavabdeh tərəfindən verilməsinə baxmayaraq, qeyd edilən orqanın hüquqi varisi hazırda cavabdeh Tovuz regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsidir və imtina məktubunun sözügedən inzibati orqanlara münasibətdə hər iki qurumun yekun mövqeyi mənasında təmsil etməsi məqbul hesab edilir.

31. Beləlikə, məhkəmə yekun olaraq hesab edir ki, iddia təmin edilməli və İddiaçı adına xx.xx.1975-ci il tarixdə tərtib edilmiş 55 nömrəli doğum haqqında akt qeydində adın “Cəmşid”dən “Araz”a düzəliş edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 52.Məhkəmə baxışının hədləri Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7.Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68. Məhkəmə qərarının əsası 68.1.Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 70. Mübahisələndirmə haqqında iddiaya dair məhkəmə qərarı 70.3. İnzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Maddə 78.Məhkəmə qərarının qanuni qüvvəyə minməsinin hüquqi nəticələri Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1.Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Nəticəvi hissə:

33. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq

Qərara aldı:

İddia təmin edilsin. İddiaçı (FİN: xxxxxxx) adına xx.xx.1975-ci il tarixdə tərtib edilmiş 55 nömrəli doğum haqqında akt qeydində adı qrafasında düzəliş edilərək “Cümşüd” əvəzinə “Araz” kimi yazılması öhdəliyi cavabdeh Tovuz regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada rəsmi təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (Gəncə şəhəri, Heydər Əliyev prospekti, 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Nurəli Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar