Məhkəmə qərarları › İş №2-1(114)-4719/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-4719/2025

26.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4719/2025 26.09.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “üçüncü şəxslərin qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Giriş hissəsi: Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra mətndə - iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı “X56, X45, X69, X70, X57, X71, X58, X26, X59, X27, X72, X46, X21, X47, X48, X84, X37, X78, X36, X22, X60, X49, X61, X55, X62, X28 və X15 ünvan 1 ünvanı üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə:

1. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21-3- 33/2-8014/2025 nömrəli “əmlaka dair arxiv sənədlərinin surətinin verilməsi barədə” məktuba qoşma şəklində əlavə edilmiş sənədlərə əsasən: - Gəncə şəhər 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən 4Ə-63 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, ünvan 3 ünvanında yerləşən mənzil X63 tərəfindən (onun əvəzinə X12) İddiaçı satılmışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən, ünvan 4 ünvanında yerləşən **********66-05101-093015 reyestr nömrəli mənzil üzərində İddiaçı tam mülkiyyət hüququ xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2020-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.

2. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən: - 20.05.2025-ci il tarixli, ******* nömrəli “yaşayış yeri üzrə qeydiyyat haqqında arayış”a əsasən, X56, X45, X69, X70, X57, X71, X58, X26, X59, X27, X72, X46, X21, X47, X48, X84, X37, X78, X36, X22, X60, X49, X61, X55, X62, X28, X4 şəhəri, Nizami rayonu, Cümhuriyyət küçəsi, ev 11, mənzil 55 ünvanında qeydiyyatdadırlar. - cavabdehin iddiaçının xx.xx.2025-ci il tarixli müraciətinə xx.xx.2025-ci il tarixli, 3-13- 57/2-C-164xx/xx/2025 nömrəli imtina məktubuna əsasən, X56, X45, X69, X70, X57, X71, X58, X26, X59, X27, X72, X46, X21, X47, X48, X84, X37, X78, X36, X22, X60, X49, X61, X55, X62, X28, X15 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən (şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə) məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər.

3. İddiaçı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X56, X45, X69, X70, X57, X71, X58, X26, X59, X27, X72, X46, X21, X47, X48, X84, X37, X78, X36, X22, X60, X49, X61, X55, X62, X28, X15 ona məxsus ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın çıxarılmasını xahiş etmişdir.

4. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin mənzilin ümumi sahəsi 68.3 kv.m-dən ibarətdir. 3-cü şəxslər X56, X45, X69, X70, X57, X71, X58, X26, X59, X27, X72, X46, X21, X47, X48, X84, X37, X78, X36, X22, X60, X49, X61, X55, X62, X28, X29 iddiaçının tanışlarıdır. Bu şəxslər onun mülkiyyət hüququnu pozur, sərəncam vermək və digər hüquqlarını məhdudlaşdırırlar. İddiaçı 3-cü şəxsləri ünvan 1 ünvanından qeydiyyatdan çıxarmaq üçün Cavabdehnə müraciət etmiş, lakin ona imtina cavabı verilmiş və imtinada “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsaslanaraq qeyd edilmişdir ki, “şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında qeydiyyatdan çıxarılır”. Odur ki, iddiaçı məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. 3-cü şəxslər faktiki olaraq onun mənzilində yaşamasalar da, formal olaraq həmin ünvanda qeydiyyatdadırlar. 3-cü şəxslər iddiaçının mənzilində qeydiyyatda durduqlarına görə o məcbur olub kommunal xidmətlərə görə artıq pul ödəməli olur. Lakin, bir halda ki, 3-cü şəxslər iddiaçının mənzilində yaşamır, onların həmin ünvanda qeydiyyatda olmaları qanuna uyğun deyil.

5. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X56, X45, X69, X70, X57, X71, X58, X26, X59, X27, X72, X46, X21, X47, X48, X84, X37, X78, X36, X22, X60, X49, X61, X55, X62, X28, X29 iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuş, məhdud fəaliyyət qabiliyyətli X57 valideyni - anası X71 ilə və X28 valideynləri - atası Qanuni nümayəndə1 və anası Qanuni nümayəndə2 ilə təmsil olunmaları qərara alınmışdır.

6. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-13-57/2- 23948/2025 nömrəli məktuba əsasən, X56 xx.xx.2019-cu il tarixdən, X45 xx.xx.2020-ci il tarixdən, X69 xx.xx.2019-cu il tarixdən, X70 xx.xx.2019-cu il tarixdən, X57 xx.xx.2019-cu il tarixdən, X71 xx.xx.2019-cu il tarixdən, X58 xx.xx.2019-cu il tarixdən, X26 xx.xx.2019-cu il tarixdən, X59 xx.xx.2019-cu il tarixdən, X27 xx.xx.2019-cu il tarixdən, X72 xx.xx.2020-ci il tarixdən, X46 xx.xx.2011-ci il tarixdən, X23 xx.xx.2020-ci il tarixdən, X47 xx.xx.2014-cü il tarixdən, X48 xx.xx.2019-cu il tarixdən, X84 xx.xx.2019-cu il tarixdən, X37 xx.xx.2019-cu il tarixdən, X78 xx.xx.2017-ci il tarixdən, X36 xx.xx.2016-cı il tarixdən, X22 xx.xx.2016-cı il tarixdən, X60 xx.xx.2011-ci il tarixdən, X49 xx.xx.2011-ci il tarixdən, X61 xx.xx.2011-ci il tarixdən, X55 xx.xx.2016-cı il tarixdən, X62 xx.xx.2017-ci il tarixdən, X28 xx.xx.2017-ci il tarixdən, X29 xx.xx.2017-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadırlar. X45, X69, X70, X57, X71, X58, X26, X59, X27, X72, X23, X48, X84 və X19 ünvan 1 ünvanına qeydiyyata alınmalarına əsas olan sənədlərin kserosurətləri göndərilir. Adları qeyd olunan digər şəxslərin ünvan 1 ünvanına qeydiyyata alınmalarına əsas olan sənədlərin saxlama müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edildiyindən təqdim edilməsi mümkün deyildir. Məktuba qoşma şəklində əlavə edilmiş sənədlərə əsasən: - ünvan 8 ofisinin xüsusi notariusu tərəfindən 8İ-4658 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, **********658 nömrəli ərizəyə əsasən, X2 Arzu Araz oğlu, X48 və X16 ona məxsus ünvan 6 ünvanında yerləşən mənzilə qeydiyyata düşmələrinə razı olmuşdur. - Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən 8İ- 43600 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, **********600 nömrəli ərizəyə əsasən, X13 Elman Amiloviçin ona məxsus ünvan 3 ünvanında yerləşən mənzilə qeydiyyata düşməsinə razı olmuşdur. - ünvan 8 ofisinin xüsusi notariusu tərəfindən 8İ-5520 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, **********520 nömrəli ərizəyə əsasən, X8 Elnur Mobil oğlunun ona məxsus ünvan 3 ünvanında yerləşən mənzilə qeydiyyata düşməsinə razı olmuşdur. - ünvan 8 ofisinin xüsusi notariusu tərəfindən 8İ-5523 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, **********523 nömrəli ərizəyə əsasən, X9 Türkan Muxtar qızı, X57 və X30 ona məxsus ünvan 3 ünvanında yerləşən mənzilə qeydiyyata düşmələrinə razı olmuşdur. - ünvan 8 ofisinin xüsusi notariusu tərəfindən 8İ-5623 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, **********623 nömrəli ərizəyə əsasən, X10 Ceyhun Rakif oğlunun ona məxsus ünvan 6 ünvanında yerləşən mənzilə qeydiyyata düşməsinə razı olmuşdur. - ünvan 8 ofisinin xüsusi notariusu tərəfindən 8İ-5927 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, **********927 nömrəli ərizəyə əsasən, X5 Qurban Ələddin oğlunun ona məxsus ünvan 3 ünvanında yerləşən mənzilə qeydiyyata düşməsinə razı olmuşdur. - ünvan 8 ofisinin xüsusi notariusu tərəfindən 8İ-5987 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, **********987 nömrəli ərizəyə əsasən, X6 Aybəniz Yahya qızının ona məxsus ünvan 3 ünvanında yerləşən mənzilə qeydiyyata düşməsinə razı olmuşdur. - ünvan 8 ofisinin xüsusi notariusu tərəfindən 8İ-6031 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, **********031 nömrəli ərizəyə əsasən, X7 Şakir Həsən oğlunun ona məxsus ünvan 3 ünvanında yerləşən mənzilə qeydiyyata düşməsinə razı olmuşdur. - ünvan 8 ofisinin xüsusi notariusu tərəfindən 8İ-65 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, **********065 nömrəli ərizəyə əsasən, X1 Səbinə Cəfər qızının ona məxsus ünvan 3 ünvanında yerləşən mənzilə qeydiyyata düşməsinə razı olmuşdur. - ünvan 8 ofisinin xüsusi notariusu tərəfindən 8İ-90 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, **********090 nömrəli ərizəyə əsasən, X3 Bəsirə Nağı qızının ona məxsus ünvan 6 ünvanında yerləşən mənzilə qeydiyyata düşməsinə razı olmuşdur. - ünvan 8 ofisinin xüsusi notariusu tərəfindən 8İ-358 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, **********358 nömrəli ərizəyə əsasən, X11 Nəcəf Vaqif oğlunun ona məxsus ünvan 3 ünvanında yerləşən mənzilə qeydiyyata düşməsinə razı olmuşdur.

7. Ədliyyə Nazirliyi Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-5/8-13-2795/2025 nömrəli məktuba əsasən, iddiaçı ilə üçüncü şəxslər arasında yaxın qohumluq münasibətləri mövcud deyildir.

8. Cavabdeh tərəfindən iddia tələbi ilə bağlı etiraz məhkəməyə daxil olmamışdır.

9. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, xx.xx.2025-ci il tarixli məktubla işə onların iştirakı olmadan baxılması xahiş edilmişdir.

10. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsində qeyd olunanlara oxşar izahat verərək, iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

11. Üçüncü şəxslərə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflərindən iddiaya münasibət bildirilməmiş, məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verilməmişlər.

12. Cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin şifahi məhkəmə baxışı iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi).

13. Məhkəmə araşdırmasının predmetini aşağıdakı inzibati məhkəmə icraatı materialları təşkil etmişdir: - “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-33/2-8014/2025 nömrəli “əmlaka dair arxiv sənədlərinin surətinin verilməsi barədə” məktubu və məktuba qoşma şəklində əlavə edilmiş sənədlər; - iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlər; - cavabdehin xx.xx.2025-ci il tarixli, 3-13-57/2-23948/2025 nömrəli məktubu və məktuba qoşma şəklində əlavə edilmiş sənədlər; - Ədliyyə Nazirliyi Gəncə şəhər Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-16-5/8- 13-2795/2025 nömrəli məktubu.

Əsaslandırma hissəsi:

14. İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşlar, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur.

15. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia qaldırmışdır.

16. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir.

17. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır.

18. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.

19. Qanunun 2-ci maddəsinin 1-ci bəndində qeyd edilir ki, şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.

20. Qanunun 3-cü maddəsinə əsasən, yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi...

21. Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir.

22. Qanunun 9-cu maddəsində şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsasları qeyd edilmişdir. Həmin maddəyə görə, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

24. Həmin Qərarla müəyyən olunmuşdur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir.

25. Bu Qərara əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə, mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

26. Məhkəmə araşdırması zamanı da ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusluğu, üçüncü şəxslərin hazırda mübahisəli yaşayış sahəsinə dair hər hansı əmlak hüquqlarının olmaması, faktiki olaraq orada yaşamamaları müəyyən edilmişdir.

27. Ona görə də cavabdehin imtinası iddiaçının mülkiyyət hüququnun pozulmasına səbəb olur. Belə ki, mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

28. Digər tərəfdən, üçüncü şəxs qismində qeyd edilən X57 xx.xx.2009-cu il təvəllüdlü və X28 xx.xx.2012-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmadıqlarından, inzibati məhkəmə icraatının subyekti qismində çıxış edə bilməsələr belə, onların müstəqil olaraq özünə yaşayış yeri seçmək, həmin mənzildə qeydiyyatda qalmağa hüquqları mövcud deyildir.

29. Məhkəmə qeyd edir ki, X57 və X18 yaşayış yerləri valideynlərinin yaşayış yerləri sayılır.

30. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin 3-cü abzasına əsasən, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır.

31. X33 anası X71 hazırkı iş üzrə üçüncü şəxsdir və onun özünün də mübahisəli mənzildə hər hansı əmlak hüququ yoxdur və faktiki olaraq həmin mənzildə yaşamır. Digər azyaşlı X18 valideyni – atası Quliyev X44 şəhəri, Səməd Vurğun küçəsi, ev 156 ünvanında pasport qeydiyyatında olmaqla iddiaçıya məxsus yaşayış sahəsində faktiki yaşamadığından, qeydiyyatda olmadığından və həmin ünvanda əmlak hüququ olmadığından azyaşlının sözügedən mənzildə qeydiyyatda olmasının heç bir hüquqi əsası olmur.

32. Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır.

33. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, üçüncü şəxslərin sözügedən mənzil üzərində hər hansı hüquqlara malik olmadığı və orada uzun müddət yaşamadıqları, hallarda qeyd edilən ünvanda qeydiyyatda qalmaları iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırır.

34. Ona görə də iddiaçı üçüncü şəxslərin sözügedən mənzildən qeydiyyatdan çıxarılmalarının cavabdehə həvalə edilməsini tələb etməkdə haqlı olmuşdur.

35. Məhkəmə onu da qeyd edir ki, həmin şəxsin qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, onun yaşayış sahəsi üzrə ümumiyyətlə, qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yeri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 aprel 2003cü il tarixli 55s saylı sərəncamına uyğun olaraq, Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilər.

36. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

37. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilsin. X56, X45, X69, X70, X57, X71, X58, X26, X59, X27, X72, X46, X21, X47, X48, X84, X37, X78, X36, X22, X60, X49, X61, X55, X62, X28 və X15 ünvan 1 ünvanı üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim Nurəli Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar