Məhkəmə qərarları › İş №2-1(114)-474/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-474/2021

25.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-474/2021 25.02.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızı, X1 nümayəndəsi İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X12rşı məktubun mübahisələndirilməsi, Dövlət aktının ləğv edilməsi və kompensasiya ödənilməsi tələbinə dair inzibati iş üzrə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, Müəyyən etdi: X1 nümayəndəsi İddiaçı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X13 xx.xx.2020-ci il tarixli **********94 saylı məktubunun mübahisələndirilməsini, məktubda göstərən Dövlət aktlarının ləğv edilməsini və cavabdehdən 10.000 (on min) manat maddi təzminatın ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ona məxsus torpaq sahəsinə dövlət aktının verilməsindən imtina etmişdir. Cavabdeh öz məktubunda bildirmişdir ki, Şəmkir rayon X6 xx.xx.2002-ci il tarixli 89 prokolundan çıxarışa əsasən X3 qrup üzvləri X7 3 nəfər ailə üzvünə, X2 5 nəfər ailə üzvünə və X4 4 nəfər ailə üzvünə əkinə yararlı torpaq sahəsindən cavabdehəmi 3.2 ha (1.2 ha suvarılan, 2 ha dəmyə) əkinə yararlı torpaq sahəsinin ayrılmasına qərar verilib. Şəmkir rayon X6 xx.xx.2002-ci il tarixli 89 nömrəli qərarı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən icra edilməyib və həmin şəxslərin adlarına göstərilən ərazidə mülkiyyətə dair sənədlər işlənməyib. Ərizəyə yerquruluşu sxemi əlavə edilmədiyinə görə yerin müəyyən edilməsi məqsədilə X8 idarəyə dəvət edilərək onun iştirakı ilə sözügedən torpaq sahəsinə idarənin mütəxəssisi tərəfindən GPS aləti vasitəsi ilə ölçü aparılmış, ölçünün nəticəsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən islahat zamanı hazırlanaraq xidməti istifadə üçün tərtib edilmiş elektron baza məlumatları ilə tutuşdurularkən məlum olmuşdur ki, X3 göstərdiyi ərazinin 0,8042 ha hissəsi Şəmkir rayonunda aparılan islahat zamanı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən X9 adına JN-723 nömrəli dövlət aktı ilə 0,04 ha, X5 adına JN-724 nömrəli dövlət aktı ilə 0,30 ha torpaq sahəsinə mülkiyyət hüquqları tanınıb. Yerdə qalan sahə Bələdiyyənin ehtiyat fond torpaqları və yüksək təzyiqli yer altı qaz xəttinin mühafizəsində saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən xx.xx.2021-ci il tarixli məhkəmə sərəncamı ilə iddiaçıya real yardım edilmiş yardıma uyğun nöqsanların aradan qaldırılması ona və nümayəndəsinə təklif olunmuşdur. Məhkəmənin müraciəti xx.xx.2021-ci il tarixdə iddiaçıya, xx.xx.2021-ci il tarixdə isə nümayəndəsinə çatdırılmasına baxmayaraq məhkəmənin müraciətinə uyğun nöqsanlar aradan qaldırılmamışdır. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki - mümkünlük və əsaslılıq hissələrinə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır və iddianın mümkünlüyünün yoxlanılmasına yönəlmiş fəaliyyət sırf prosessual hüquqi xarakterli olmaqla, özündə, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasının, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasının, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyinin, prosessual həmiştirakçılığın yol verilənliyinin, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünün, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilib- bilməməsinin, həmçinin, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı- ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcud olub-olmamasının, habelə iddianın lazımı qaydada qaldırılıb-qaldırılmamasının qiymətləndirilməsini ehtiva edir. İddianın mümkün sayılmaması barədə qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Göründüyü kimi iddiaçı üç tələb – cavabdehin xx.xx.2020-ci il tarixli cavab məktubunun məhkəmə qaydasında mübahisələndirilməsini, məktubda qeyd olunan saxta Dövlət aktını ləğv edərək ilkin sənədlərin tanınmasını, cavabdeh tərəfindən saxta Dövlət aktları tanındığından 10000 manat maddi təzminat ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İlkin olaraq qeyd edilməlidir ki, cavabdeh inzibati orqanın cavab məktubu və Dövlət aktı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu anlamında inzibati akt deyildir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinin tələblərinə əsasən bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Məhkəmə hesab edir ki, iddiaçının hüquqi marağı dövlət aktının verilməsinə əsas təşkil etmiş hüquqmüəyyənedici sənədlərin mübahisələndirilməsindən ibarətdir. Lakin iddiaçı iddia tələbini qeyri-müəyyən təqdim etməklə onu dəqiqləşdirməmişdir. Bundan başqa, iddia ərizəsində cavabdeh tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi xahiş olunsa da, kompensasiyanın ödənilməsi ilə əlaqədar məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh inzibati orqana müraciət edilməsini təsdiq edən sənəd məhkəməyə təqdim edilməmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli qərarının 9cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İdiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. - 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən, qərara aldı: X1 nümayəndəsi İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X12rşı məktubun mübahisələndirilməsi, Dövlət aktının ləğv edilməsi və kompensasiya ödənilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar