Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-475/2024 16.01.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının yenidən hesablanması tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 2016-cı ildə əmək pensiyası təyin edilməsi üçün müraciət etdiyindən həmin dövrdə qüvvədə olan qaydalara uyğun olaraq əmək pensiyasının hesablanması, həmin dövrdən sonrakı artımlar və indeksləşmələr nəzərə alınmaqla ona ödənilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-488/2022 saylı 26 may 2022-ci il tarixli qərarı ilə iddiası təmin edilmiş və iddiaçıya pensiya hüququ yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyin cavabdehin üzərinə qoyulmuşdur. Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(104)-413/2022 saylı qərarı ilə cavabdehin apelyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-488/2022 saylı 26 may 2022-ci il tartixli qərarı iddiaçının "pensiya hüququ yarandığı vaxtdan” təyin edilməsi hissəsində ləğv edilmiş, digər hissədə isə qərar dəyişdirilmədən saxlanılmışdır. AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2190/22 saylı xx.xx.2022- ci il tarixli Qərarı ilə yuxarıdakı qərarlar qüvvədə qalmışdır. İddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, ona xx.xx.2021-ci il tarixdən hesablanmaqla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyası üzrə keçmiş müddət üçün ona ödənilməli məbləğ hər ay üçün 249,39 manat olmaqla cəmi 4489,17 manat hesablanıb. Həmin məbləğ hissə-hissə əmək pensiyasının 303,75 manatın üzərinə əlavə edilərək ödəniləcəkdir. Lakin onun əmək pensiyası almaq hüququ 2016-cı ildə yarandığından həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olararaq pensiya hesablanmalı idi. Həmin dövrə uyğun olaraq hesablandığı halda əmək pensiyası hazırda 330 manatdan artıq, ödənilməmiş müddət üçün isə 259 manatdan artıq hesablanmalı idi. Bundan başqa, 2021-ci ilin sentyabr ayından sonra müxtəlif artımlar olmuş, indeksləşmələr həyata keçirilmişdir. Lakin hesablanma zamanı onların heç biri nəzərə alınmamışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, onun pensiyası indeksləşdirilməyibdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçıya xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-2190/2022 nömrəli qərarına əsasən xx.xx.2021-ci il tarixdən hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin iş üzrə Gəncə Apellyasiya Məhkəməsi iddia tələbini qismən təmin etməklə, iddiaçıya xx.xx.2021-ci il tarixdən hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi barədə hüquqi nəticəyə gəlmişdir. Məhkəmənin mövqeyinə görə iddiaçıya 2007-ci il tarixdən 2021-ci tarixədək əlilliyə görə əmək pensiyası ödənildiyindən, həmin dövr üzrə yaşa görə əmək pensiyasının ödənilməsi mümkünsüzdür. İddiaçının yaşa görə pensiya hüququ yarandığı 2016-cı il tarixdən 2021-ci tarixədək fərdi hesabında toplanan pensiya kapitalı istifadə olunub. Buna görə də iddiaçının əmək pensiyasının təyin olunmasından sonra əmək pensiyaçısı kimi işləmədəyindən əmək pensiyasının yenidən hesablanmasına dair iddia tələbi təmin edilməməlidir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3- 17-1/2-T-165034/2023 nömrəli məktubundan görünür ki, İddiaçı əmək pensiyası üzrə keçmiş müddət üçün ona ödənilməli olan 4489,17 manat pensiya məbləği hesablanmış və həmin 4489,17 manat pensiya məbləği cari ilin may ayından etibarən hər ay 249,39 manat olmaqla əmək pensiyası (303,75 manat) üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülmüşdür. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, "Əmək pensiyaları haqqında" Qanunun:- -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -9.1-ci maddəsində göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. -9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsində göstərilirdi ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraili zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərda çalışarsa. İşin faktiki halları ilə müəyyən olunur ki, xx.xx.2023-cü il tarixda Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibali Kollegiyasının 13 dekabr 2022-ci il tarixli 2-1(102)- 2190/2022 nömrəli qərarına əsasən xx.xx.2021-ci il tarixdən hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 dekabr 2022-ci il tarixli 2-1(102)-2190/2022 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(114)-488/2022 nömrəli qərarı qüvvədə saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsi iddia tələbini qismən təmin etməklə, iddiaçıya xx.xx.2021-ci il tarixdən hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi barədə hüquqi nəticəyə gəlmişdir. Beləliklə müəyyən olunur ki, iddiaçıya xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilmiş və keçmiş müddət üçün ödənilməli olan məbləğ hissə-hissə aldığı pensiya məbləğinə əlavə edilməklə ödənilir. İddiaçının qeyd olunan pensiya növü üzrə pensiya hüququ 2016-cı ildən yaranmış olsa da, o həmin dövrdə əlilliyə görə pensiya hüququndan yararlanmış, eyni zamanda pensiyanın növünü dəyişdirmək üçün müraciət etməmişdir. Müraciət etdiyi zaman qüvvədə olan mövcud qanunvericilikdə isə pensiyaçıya yalnız pensiya təyinatından əvvəlki 3 il üçün pensiya fərqinin ödənilməsi nəzərdə tutulur. Göründüyü kimi, hazırki iş üzrə iddiaçının iddia etdiyi kimi onun yaşa görə pensiya hüququ yarandığı 2016-cı il tarixdən 2021-ci tarixədək fərdi hesabında toplanan pensiya kapitalı istifadə olunmuşdur. Odur ki, iddiaçının əmək pensiyasının təyin olunmasından sonra əmək pensiyaçısı kimi işləmədəyindən əmək pensiyasının yenidən hesablanmasına dair iddia tələbi əsaslı hesab edilmir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının yenidən hesablanması tələbinə dair iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-475/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-475/2024
16.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver