Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-475/2025 04.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X10 Polis İdarəsinə qarşı əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X10 Polis İdarəsinə qarşı xx.xx.2024-cü il tarixli 3-13-15-1/Ə(ş/h)9/2024 saylı əmrin ləğv edilərək, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X10 Polis İdarəsinin xx.xx.2022-ci il tarixli Ə27-209-22 saylı əmrinə əsasən DYNPİ-nin tabeliyində olan Gəncə st. XPŞ-nin Goran st.XPM-in polis nəfəri, polis serjantı X9 yol verdiyi nöqsana görə üzərində olan DYNPİ-nin Ə 160-209 -21 nömrəli xx.xx.2021-ci il tarixli "Şiddətli Töhmət" intizam cəzası nəzərə alınmaqla "Tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq " intizam cəzası elan olunmuşdur.
2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X10 Polis İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-15/Ə129/2023 saylı əmrinə əsasən "Polis haqqında" Qanunun 29-cu, DİN-in xx.xx.2005-ci il tarixli, 130 nömrəli əmrilə təsdiq edilmiş "Daxili işlər orqanları əməkdaşlarının X17"nin 1, 2, 3, 6-2, 20 və 22-ci maddələrinin, "Azərbaycan Respublikası daxili işlər orqanlarının İntizam Nizamnaməsi"nin təsdiq edilməsi barədə xx.xx.2009-cu il tarixli 330 nömrəli əmrinin 3.2, 3.7, 3.9 və 8-ci bəndlərinin tələblərini pozaraq xidmətdən kənar vaxtda Goranboy Rayon Məhkəməsinin inzibati binasına daxil olarkən qaydalara uyğun olaraq mobil telefonunu mühafizəni təşkil edən polis əməkdaşına təqdim etməli olduğu halda, intizamsız hərəkətlər etməklə mobil telefonu təhvil vermədən məhkəmə iclas zalına daxil olduğu üçün mühafizəni təşkil edən polis əməkdaşı ilə sözlü mübahisə etdiyinə, eləcə də düşünülməmiş və məsuliyyətsiz davranışı ilə polis əməkdaşı adına ləkə gətirən hərəkətlərə yol verdiyinə, həmçinin etik davranış qaydalarını pozduğuna görə Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin X10 Polis İdarəsinin Gəncə stansiyasında X20, Goran stansiyasında xətt polis məntəqəsinin polis nəfəri, polis serjantı İddiaçı "şiddətli töhmət" elan edilmişdir.
3. Gəncə st. XPŞ-nin xx.xx.2024-cü il tarixli raportundan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 16:30-dan 16:45-dək Goran stansiyasında olarkən xidmət aparan polis naryadının xidməti postda və məntəqədə, yəni xidməti yerində olmadığı müəyyən edilmiş, bu barədə xidməti araşdırma aparılması üçün aidiyyəti əməkdaşa göstəriş verilməsi xahiş edilmişdir.
4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X10 Polis İdarəsi Gəncə st. X20 xx.xx.2024-cü il tarixli rəyində təklif edilmişdir ki, “Gəncə st. XPŞ-nin Goran st. XPM-nin polis nəfəri polis serjantı İddiaçı ciddi cəzaya layiqdir. Gəncə st. XPŞ-nin Goran st. XPM-nin polis nəfəri, polis serjantı İddiaçı barəsində tərtib olunmuş raport əsasında toplanmış materialın Azərbaycan Respublikası DİO-nun İntizam Nizamnaməsinin təsdiq edilməsi barədə DİN-in xx.xx.2005-ci il tarixli 130 nömrəli əmrlə təsdiq edilmiş “DİO əməkdaşlarının X17”nin 9-cu maddəsinə əsasən Gəncə st. XPŞ-in sıravi və kiçik rəis heyətinin yığıncağında müzakirə olunması məqsədə müvafiqdir”.
5. Sıravi və kiçik rəis heyətinin yığıncağının xx.xx.2024-cü il tarixli 3 nömrəli protokoluna əsasən Gəncə st. XPŞ-nin Goran XPM-nin polis nəfəri polis serjantı İddiaçı DYNPİ-nin Ə 160-209 -21 nömrəli 04 dekabr 2021-ci il tarixli əmri ilə "DİN-in İntizam Nizamnaməsi"-nin təsdiq edilməsi barəsində əmrinin 1-ci, 2.1-ci. 3.1-ci, 3.6-cı maddələrinin, eyni zamanda DİN-in xx.xx.2005-ci il tarixli 130 saylı "DİO əməkdaşlarının X17" barədə əmrinin 1-ci, 8-ci,17-ci maddəsinin tələblərini pozduğu üçün "Şiddətli Töhmət", DYNPİ-nin Ə27-209-22 nömrəli 26 yanvar 2022-ci il tarixli əmri illə "Tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq" intizam tənbehi, həmçinin DYNPİ-nin 3- 13-15 /Ə123/223 nömrəli, 7 noyabr 2023-cü il tarixli tarixli əmri ilə "X16 29-cu, DİN-in xx.xx.2005-ci il tarixli 130 saylı "DİO əməkdaşlarının X17"-nin 1,2,3, 6-2, 20 və 22-ci maddələrinin, "Azərbaycan Respublikası daxili işlər orqanlarının İntizam Nizamnaməsi"-nin təsdiq edilməsi barədə xx.xx.2009-cu il tarixli 330 nömrəli əmrinin 3.2, 3.7, 3.9 və 8-ci bəndlərinin tələblərini pozduğu üçün "Şiddətli töhmət" intizam cəzası əmri verilməsini nəzərə alaraq İddiaçı xidmətdən xaric olunması üçün rəhbərlik qarşısında vəsatət qaldırılması qərara alınmışdır.
6. Gəncə stansiyasında Xətt Polis şöbəsnin sıravi və kiçik rəis heyətinin yığıncağının xx.xx.2024-cü il tarixli qərarına əsasən Gəncə st. XPŞ-in Goran st. XPM-in polis nəfəri, polis serjantı İddiaçı xidmətdən xaric olunması üçün rəhbərlik qarşısında vəsatət qaldırılmışdır.
7. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X10 Polis İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-15-1/Ə13/2024 saylı əmrinə əsasən xx.xx.2024-cü il tarixində xidmətdə olduğu zaman şəxsi işi üçün xidməti postunu tərk edərək DİN-in xx.xx.2001-ci il tarixli 212 nömrəli əmri ilə təsdiq edilmiş Polisin post-patrul xidmətinin Nizamnaməsinin 7.1.4, 7.1.5, 7.2.11-ci bəndlərinin, xidmətdə olarkən vaxtını xidməti vəzifələrindən kənar işlərə sərf edərək DİN-in xx.xx.2005-ci il tarixli 130 nömrəli əmri ilə təsdiq edilmiş "DİO əməkdaşlarının X17"nin 14-cü maddəsinin, polis andının tələblərinə riayət etməyərək DİN-in xx.xx.2009-cu il tarixli 330 nömrəli əmri ilə təsdiq edilmiş AR DİO-nın İntizam Nizamnaməsinin 3.2-ci bəndininin tələblərini pozduğuna görə X10 Polis İdarəsinin Gəncə stansiyasında X20 Goran stansiyasında xətt polis məntəqəsinin polis nəfəri polis serjantı Eyvazov X2 Baş Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-15 /0129/2023 nömrəli əmri ilə qüvvədə olan "şiddətli töhmət" intizam tənbehi nəzərə alınmaqla "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin" 135-ci maddəsinin 9 və 10-cu bəndlərinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir.
8. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X10 Polis İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-15-1/Ə(ş/h)9/2024 saylı əmrinə əsasən pois serjjantı İddiaçı “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9 və 10-cu bəndləri ilə xidmətdən xaric edilmişdir.
9. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X10 Polis İdarəsi Gəncə st. X20 İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli 11/-3-13-15-1-3/2- 110/2024 nömrəli məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9 və 10-cu bəndi ilə AR DİN-in NBPİ-nin DYNPİ-nin 3-13-15-1/Ə(ş/h)9/2024 nömrəli 20 yanvar 2024-cü il tarixli əmrinə əsasən xidmətdən xaric edilmişdir.
10. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X10 Polis İdarəsinin xx.xx.2024-cü il tarixli 1/1-31315-1/2- 5714/24 nömrəli cavab məktubunda bildirilmişdir ki, sabiq polis nəfəri, polis serjantı İddiaçı xx.xx.2024-cü il tarixdə piyada marşurut üzrə Gəncə st. XPŞ-nin Goran stansiyası yaxınlığında xidmətdə olmuş, Gəncə st. XPŞ-nin rəis müavini Şəhriyar İsayev tərəfindən keçirilən yoxlama zamanı polis nəfəri İddiaçı xidməti postda və ya məntəqədə olmadığı aşkarlanmış və xx.xx.2024-cü il tarixli 3-13-15-1-3/2-63/2024 nömrəli raportla Gəncə st. XPŞ-nin rəisinə məruzə edilmişdir. Həmin raport əsasında polis nəfəri, polis serjantı İddiaçı və Goran st. XPM-nin rəisi polis baş leytenantı X12 barəsində xidməti araşdırma aparılmış, araşdırma zamanı polis nəfəri İddiaçı xidməti ərazini heç kəsə bildirmədən özbaşına tərk etdiyi, yoxlayıcı məntəqədə olduğu müddətdə xidməti yerinə qayıtmadığı, vermiş olduğu izahatda məsuliyyətdən yayınmaq məqsədilə qeyri-səmimilik göstərdiyini, bununla da DİN-in 330 nömrəli əmri ilə təsdiq edilmiş "Daxili işlər orqanlarının intizam Nizamnarnəsi" nin 1, 2 və 3-cü maddələrinin və xx.xx.2005-ci il tarixli 130 saylı "DİO əməkdaşlarının X17" nin 9 və 14-cü maddələrinin tələblərini pozduğunu və bundan əvvəldə aldığı intizam tənbehləri nəzərə alınaraq barəsində daxili işlər orqanlarında xidmətdən xaric olunması ilə bağlı əmr elan edilmiş və Gəncə st. XPŞ-nin, Goran XPM-nin rəisi, polis baş leytenantı X6 isə ciddi xəbərdarlıq elan edilmişdir.
11. Məhkəmənin sorğusuna "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, ********* saylı nömrə xx.xx.2016-cı il tarixdə (saat 09:08) “Azercell” şəbəkəsindən "xxxx" şəbəkəsinə danışıb. Texniki səbəblərdən internet üzərindən həyata keçirilmiş informasiya mübadiləsini əks etdirən ərazi göstəriciləri ilə real zəng zamanı abunəçinin olduğu əhatə dairəsinə dair göstəricilər fərqli əks oluna bilər.
12. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X10 Polis İdarəsinin xx.xx.2025-ci il tarixli 1/1-3-13-15-1/2- 2955/25 nömrəli cavab məktubunda bildirilmişdir ki, xidməti yoxlama X24 Məntəqəsini və polis naryadının təyin olunduğu marşurutu əhatə edən Dəmir yolunun Goran stansiyasında keçirilmişdir. İddiaçı xidmətdə olduğu X24 məntəqəsinin marşurut üzrə xidməti dislokasiyasının sxemi tərtib olunmamışdır. Buna səbəb PPX nizamnaməsində göstərilən xüsusatı əsas gətirərək polis naryadının xidmətdə olduğu marşurut üzrə hərəkət məsafəsinin 1-1,5 km məsafədə təyin olunmasıdır. İddiaçı daxili işlər orqanlarında xidmətdən xaric edilməsi ilə əlaqədar əmrdə Goran st. XPM-nin rəisi polis kapitanı Tahir İsmayılovun orqan rəhbəri tərəfindən şifahi şəkildə xəbərdarlıq edilməsi göstərilmişdir. II. Məhkəmədə icraat
13. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X10 Polis İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli 3-13-15-1/Ə(ş/h)9/2024 saylı əmrin ləğv edilərək, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2009-cu ildən Azərbaycan Respublikası DİN orqanlarında fəaliyyət göstərir. Polis peşəsini hər zaman uca tutmuş və polis olmağı ilə fəxr etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Naziri cənab Vilayət Eyvazov tərəfindən cinayətkarlığa qarşı aparılan mübarizə sahəsində peşəkar fəaliyyətinə görə pul mükafatına layiq görülmüşdür. AR DİN-in NBPİ-nin DYNPİ-nin xx.xx.2024-cü il tarixli, 3-13-15 - 1/Ə(ş/h)9/2024 saylı əmri ilə Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin 135-ci maddəsinin 9 və 10-cu bəndinə əsasən işdən çıxarılmışdır. İşdən çıxarılmağı qanunsuz və əsassızdır. İddiaçı olaraq prosessual hüquq normaları ilə üzərinə qoyulmuş sübutetmə vəzifəsindən və yükündən azad edilərək işdən çıxarılma əsaslarının və səbəblərinin qərəzli və qanunsuz olmasını təsdiq edə biləcək sübut və dəlil gətirmədən öz əvvəlki işinə bərpa olunmaq imtiyazı əldə edir. Ona görə də, məhkəmə müdafiəsi hüququndan istifadə edərək məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. III. İddianın növü və mümkünlüyü
15. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş və iddia düzgün cavabdehə qarşı verilmişdir.
16. Hazırkı iddia İPM-in 2.2.1-ci maddəsində nəzərdə tutulmuş mübahisələndirmə haqqında iddia növünə aiddir.
17. İPM-in 2.2-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia).
18. İPM-ə görə: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Maddə 8.1.3. İnzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır
19. Məhkəmə qeyd edir ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aid olduğundan həmin növ iddianın xüsusi mümkünlük şərti kimi İnzibati-Prosessual Məcəllənin 38-ci maddəsinə əsasən iddia müddətinə dair şərt ödənilmişdir. Belə ki, mübahisələndirilən əmr xx.xx.2024-cü il tarixdə qəbul edilmiş, iddiaçı isə hazırki iddia tələbi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Ona görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia qaldırmaq üçün qanunvericilikdə müəyyən edilmiş müddət ötürülməmişdir və iddia mümkün iddiadır.
20. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi üçün mübahisəyə iddiaçının qeydiyyat ünvanı üzrə baxılır. İddiaçının qeydiyyatda olduğu Goranboy şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
21. Məhkəmə hesab edir ki, iddia ərazi aidiyyəti üzrə düzgün verilmişdir və ona Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
22. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər
23. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
24. İddiaçı və iddiaçının vəkili məhkəmə iclasına gəlmişlər, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
25. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, o, həmin günü 16:30 radələrində rəislə birlikdə Goran stansiyasında olmuşdur. Stansiyada olan xidməti əməkdaşın yerində olmadığını görmüşdür. Məntəqə boş olmuşdur. Məntəqə rəisi Tahir İsmayılovla telefon vasitəsi ilə əlaqə saxlamış, sonuncu xidmətdə olan əməkdaşın İddiaçı olduğunu bildirmişdir. Məntəqə rəisi Tahir İsmayılov 3 stansiyaya nəzarət etdiyinə görə, hazırda Dəliməmmədli stansiyasında olduğunu bildirmişdir. O, X11 Eyvazovun harada olmasını soruşduqda, o bildirmişdir ki, əlaqə saxlayıb deyəcəkdir. Daha sonra Tahir İsmayılov ona zəng vurub İddiaçı məntəqədən biraz uzaqda oluğunu, 15 dəqiqə ərzində gələcəyini bildirmişdir. Rəis Bakı şəhərində iclasa getmiş, o isə Gəncə şəhərinə iş yerinə qayıtmışdır.
26. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, İddiaçı məntəqədən kənarda olmasının səbəbini sürət qatarının gələn vaxtı olduğu üçün və yaxınlıqda ferma yerləşdiyi üçün həmin ərazidə olduğunu bildirmişdir. Heyvanların yola çıxmaması üçün, yəni təhlükəsizliyin təmin edilməsi üçün qarşı tərəfdə olduğunu bildirmişdir. Bəli, İddiaçı bildirmişdir ki, məntəqənin ərazisindədir. O, 15-20 dəqiqə ərazidə qalmış, sonra isə İdarəyə qayıtmış, raportu şöbəyə təqdim etmiş və Təşkilati analitik qrup tərəfindən xidməti yoxlama başlamışdır. Onun raportu əsasında yoxlama başlamış, sonra məsələ kiçik rəis heyətinə verilmişdir ki, kiçik rəis heyəti də qərar qəbul eləmişdir. Toplanmış materiallar Baş İdarəyə göndərildikdən sonra İddiaçı işdən azad edilməsi barədə qərar qəbul edilmişdir. Həmin vaxt onun mobil telefonu öz üzərində olmamışdır. Onun telefonu şöbədə xidməti otağında qaldığı üçün o, Tahir İsmayılovla rəisin mobil telefonu ilə əlaqə saxlamışdır. İddiaçı stansiyanın mərkəzində xidmət aparmalı olduğu halda, həmin yerdə olmamışdır.
27. O, iddiaçının vəkilinin sualına cavab olaraq bildirmişdir ki, məntəqə deyəndə Goran stansiyasının özü nəzərdə tutulur, yəni surət qatarı dayananda sərnişinlərin düşübmindiyi yer. Həmin stansiyada o, təxminən 15-20 dəqiqə olmuşdur.
28. O, iddiaçının sualına cavab olaraq bildirmişdir ki, postun məsafəsi uzaqdır, istəsə də həmin vaxt yoxlayıb çatdıra bilməzdi. O, stansiyanı yoxlamışdır. Məntəqənin bir özü var, birdə əhatə etdiyi ərazisi. İddiaçı oturacaq yeri məntəqənin özüdür. İddiaçının yerində olmamağını məntəqə rəisinə bildirmişlər. Əlavə tədbir görülməmişdir. Xeyr, o, məntəqədə qalmamışdır. Tahir İsmayılovla telefon vasitəsilə əlaqə saxlamışdır. Rəis Bakıya getmiş, o, iddiaçını orda 15-20 dəqiqə gözləmiş, lakin iddiaçı gəlməmişdir. Sonradan məlumatı olmuşdur ki, iddiaçı 16:45-də məntəqəyə gəlmişdir. Məntəqənin özünü və stansiyanı yoxlamışdır. Postun ərazisi böyükdür.
29. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki,o, İddiaçıla saat 15:00 kimi bir yerdə - Goran staniyasında olmuş, daha sonra o, Dəliməmmədli stansiyasında xidməti yoxlamaq üçün həmin stansiyaya getmişdir. Təxminən 16:30 radələrində X7 ona zəng vuraraq, xidmətdə kimin olmasını soruşmuş, o da İddiaçı olduğunu bildirmişdir. Şəhriyar İsayev ona məntəqənin qapısnını bağlı olduğunu bildirərək, səbəbini soruşmuşdur. O, məntəqəyə qayıtmağını təklif edəndə Şəhriyar İsayev buna ehtiyac olmadığını bildirmişdir. Təxminən bir postdan o biri posta getmək yarım saatdan çox çəkir. O, həmin gün Dəliməmmədli stansiyasında olmuş və bir daha Goran stansiyasına qayıtmamışdır.
30. O, sədrlik edənin suallarını cavablandıraraq bildirmişdir ki, X1 hansı nömrə ilə zəng vurduğu yadımdan çıxmışdır, çünki xeyli vaxt keçmişdir. Bu məsələdən sonra İddiaçı barəsində xidməti araşdırma başlanmış, onun da izahatı alınmışdır.
31. O, iddiaçının vəkilinin suallarını cavablandıraraq bildirmişdir ki, onun izahatının alınmasının səbəbi xidmətə nəzarət edə bilməməsi ilə bağlı olmuş, lakin barəsində əvvəlcə heç bir intizam tədbiri görülməmişdir. Daha sonralar ona şidddətli töhmət verilsə də, töhmət bu məsələ ilə bağlı deyildi, başqa faktla bağlı idi. Xidmət zamanı polis nəfəri məntəqəni 200-300 metr tərk edə bilər. Məntəqə ilə post eyni anlayışdır. O, İddiaçı zəng vuranda bildirdi ki, fermanın yaxınlığındadır. Ferma dedikdə, özünün şəxsi ferması deyil, stansiyanın ətrafında olan fermaları nəzərdə tutur, həmin fermaların mal-qarasının surət qatarının qarşısına çıxmaması üçün orda olduğunu bildirmişdir.
32. O, iddiaçının suallarını cavablandıraraq bildirmişdir ki, məntəqədən baxanda həmin fermanın yanı görünür. Bəli, İddiaçı o, yığmışdır ki, rəisdə ona çatası sənəd var, onu götürsün. Şöbə rəisi onun özünü yığaraq demişdir ki, xidmət aparan şəxsə denən, yola çıxıb gəlib həmin sənədi götürsün.
33. O, sədrlik edənin suallarını cavablandıraraq bildirmişdir ki, həmin sənədin nə olduğundan məlumatı yox idi. Ona sonradan heç bir sənəd verilməmişdir, söhbətin hansı sənəddən getdiyini hələ də bilmir, o, rəhbərlikdən hansı sənədi verəcəyini soruşa bilməz. Ehtimal edir ki, yolda 15-20 dəqiqə gözləyib, İddiaçı gəlmədiyini gördükdən sonra müavin məntəqəyə gəlmiş və onun orada olmadığını görmüşdür.
34. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, o, yığıncağın katibi olmuş, protokolu tərtib etmişdir. İclasda Ramil haqqında yazılmış raport müzakirə olunmuş, axırıncı yoldaşlıq məhkəməsi olmuş, iclasda iştirak edənlərdən bəziləri cəza verilməsini, bəziləri xidmətdən xaric olunmasını təklif etmiş, daha sonra sənədləri toplayıb rəhbərliyə vermişlər.
35. O, iddiaçının suallarını cavablandıraraq bildirmişdir ki, həmin vaxtı yığıncaqda idim və yığıncaq şöbənin inzibati binasında iclas zalında keçirilirdi. Həmin gün xidmətdə olub-olmaması yadında deyil, amma xidmətdə olmasa belə iclas katibi olduğu və protokolu tərtib etdiyi üçün orda mütləq iştirak etməlidir. Yəni, işdə olmasa belə yığıncağın keçirildiyi gün işə çıxır.
36. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, yanvar ayının 20-də Ramil barəsində keçirilən iclasda o da iştirak etmişdir. Həmin iclasda İddiaçı xidmətdən azad olunması müzakirə edilmiş, o da iclas üzvlərindən biri olmuşdur. Yığıncağın sədri Arzu Hüseynov, katibi isə X3 idi. Yığıncağın yekununda şiddətli töhməti olduğu üçün xidmətdən xaric olunma barədə qərar qəbul edildi.
37. O, iddiaçının vəkilinin suallarını cavablandıraraq, göstərmişdir ki, həmin iclasda İddiaçı da iştirak etmişdir. Yığıncaqdan əvvəl İddiaçı ona bildirmişdir ki, yığıncağa ehtiyac yoxdur, onsuzda bilir ki, onu xidmətdən xaric edəcəklər.
38. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2009-cu ildə DİN-nin Baş Mühafizə İdarəsinin X5 Şöbəsinə polis nəfəri kimi xidmətə qəbul edilmiş. xx.xx.2013-cü ildə tutduğu vəzifədən azad olunaraq Goranboy RPŞ-nin MSY-nin rəisi vəzifəsinə təyin edilmiş, xx.xx.2017-ci il tarixində DİN-nin xidmət keçmə haqqında Əsasnaməsinin 135-ci maddəsinin 1- ci bəndinə əsasən DİO-dan öz arzusu ilə xidmətdən xaric edilmiş, xx.xx.2017-ci il tarixində DİN-nin NBPİ-nin DYNPİ-nin Gəncə st. XPŞ-nin PPXT-nin polis nəfəri vəzifəsinə xidmətə təyin edilmiş, xx.xx.2018-ci il tarixində DİN-nin NBPİ-nin DYNPi-nin Gəncə st. XPŞ-nin PPXTnin polis nəfəri vəzifəsindən azad edilərək, həmin tarixdə DİN-nin NBPİ-nin DYNPİ-nin Gəncə st. XPŞ-nin Goran st. XPM-nin polis nəfəri vəzifəsinə təyin edilmiş, xx.xx.2024-cü il tarixində, DİN-in xidmət keçmə haqqında Əsasnaməsinin 135-ci maddəsinin 9-cu və 10-cu bəndlərinə əsasən DİO-da xidmətdən xaric edilmişdir. DİO-da xidmtə etdiyi 12 il 7 ay 9 gün müddətində ümumilikdə rəhbərlik tərəfindən barəsində: 4 Mükafat ; ( xx.xx.2012-Təşəkkür DiN-nin BMi, 1 aylıq əməkk haqqı xx.xx.2014-cü il DİN, xx.xx.2018-ci il Təşəkkür, Gəncə st. XPŞ, xx.xx.2021-ci il Təşəkkür, Gəncə st. XPŞ) 9 İntizam Tənbehi ; ( xx.xx.2011-ci il Məzəmmət-Goranboy RMŞ, xx.xx.2012-ci il Töhmət-DiN-nin BMi, xx.xx.2013-cü il Şiddətli Töhmət-DİN-in BMi, xx.xx.2013-cü il Xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq-DİN-in BMi, xx.xx.2018-ci il Şiddətli Töhmət-DİN-in NBPİ, xx.xx.2021-ci il Şiddətli Töhmət-DYNPİ, xx.xx.2022-ci il Tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq-DYNPİ, xx.xx.2023-cü il Şiddətli Töhmət NBPİ, xx.xx.2024-cü il DİO-dan Xaric- DYNPİ) tədbirləri təyin edilmişduir. xx.xx.2012-ci il tarixində DİN-nin BMİ-i tərəfindən verilmiş "Təşəkkür", cinayətkarlığa qarşı mübarizədə fəal iştirak etdiyinə görə, xx.xx.2014cü il tarixində DİN tərəfindən verilmiş "1 (bir) aylıq əmək haqqı " məbləğində ƏAT- də fəal iştirak etdiyinə görə , xx.xx.2018-ci il tarixində Gəncə st. XPŞ-si tərəfindən verilmiş "Təşəkkür" xidməti vəzifəsinin icrasına nümunəvi yanaşıdığına görə, xx.xx.2021-ci il tarixində Gəncə st. XPŞ-si tərəfindən verilmiş "Təşəkkür" xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə olmuşdur. xx.xx.2011-ci il tarixində, verilən tapşırıq və göstəişlərə münasibət göstərərək əməl etmədiyinə görə Goranboy RMŞ-nin Ə2 saylı əmri ilə Məzəmmət intizam tənbehi, xx.xx.2012-ci il tarixində, X16 5-ci, Polisin PPX-nin Nizamnaməsinin 5.1.2-ci "Təhkim olunmuş marşrutu özbaşına tərk etdiyinə" görə BMi-nin Ə139 əmri ilə "Töhmət" intizam tənbehi, xx.xx.2013-cü il tarixində Ximdət Zamanı ona təhkim edilmiş xidməti avtomaşını nəzarətsiz qoyduğuna görə, BMİ-nin Ə61 saylı əmri ilə "Şiddətli Töhmət" intizam tənbehi, xx.xx.2013-cu il tarixində, il ərzində icra intizamını yenidən pozuğuna görə, BMi-nin Ə94 saylı əmri ilə " Xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq "intizam tənbehi xx.xx.2018-ci il tarixində, vətəndaş Ü.Aslanova ilə əxlaq normalarına zidd münasibət quraraq, onun adına "xxxx" ASC-dən 1000 (min manat) pul kredit götürsədə, üzərinə düşən öhdəliyi icra etmədiyinə, avtomobil ehtiyyat hissələri satış mağazasından aldığı hissənin pulunu ödəmədiyinə və xidməti təhqiqat zamanı qeyri səmimi mövqe tutduğuna görə NBPİ-nin Ə21 saylı əmri ilə, "Şiddətli Töhmət" intizam tənbehi xx.xx.2022-ci il tarixində, xidmət yerində mənfi xarakterizə olunduğuna, peşə döyüş və fiziki hazırlıq dərslərində diqqətsiz olduğuna, xidməti vəzifələrinə səhlənkar yanaşaraq nöqsanlara yol verdiyinə görə, DYNPi- nin Ə27 saylı əmrilə " Xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq " intizam tənbehi xx.xx.2023-cü il tarixində, xidmətdən kənar vaxtda, vətəndaşlarla əsassız mübahisə yaradaraq, onların haqlı narazılıqlarına səbəb olan hərəkətlərə yol verdiyinə görə, NBPİ-nin Ə129 saylı əmri ilə "Şiddətli Töhmət" intizam tənbehi xx.xx.2024-cü i tarixində, rəhbərlik tərəfindən xidmətin aparılmasının yoxlaması zamanı, ona təhkim edilmiş postu özbaşına tərk etməsi, telefon əlaqəsi saxlanılan zaman, yalan məlumatlar verərək, səhvini düzəltmək əvəzinə qeyrisəmimi mövqe tutaraq, riyakarlıqla özünü doğrultmağa çalışdığına görə, DYNPİ-nin Ə13 saylı əmrilə, DİO-dan xidmətdən xaric edilməsi intizam tənbehi İddiaçı DİO-da xidmət etiyi 12 il 7 ay 9 gün müddətində, xidmətdə yol verdiyi nöqsanlara görə barəsində təyin edilən intizam tənbehləri ilə yanaşı, dəfələrlə üzərində olan intizam tənbehlərilə kifayətlənmə, şifahi xəbərdarlıqlar, aparılan fərdi proflaktiki söhbətlər nəticə vermədiyindən xx.xx.2024-cü il tarixdən Gəncə st.XPŞ-nin sıravi və kiçik rəis heyətinin keçirilmiş yığıncaqda, İddiaçı xidmətdən xaric olunması üçün rəhbərlik qarşısında, vəsatət qaldırılması barədə qərar qəbul edilmişdir. Gəncə st. XPŞ-nin Goran st. XPM-nin sabiq polis nəfəri X15 barəsində təqdim etdiyi xidməti xasiyyətnamədə özünü nizam- intizamlı polis əməkdaşı kimi göstərməyə çalışması, lakin qanunun tələblərinə riayət etməməsi, şəxsi təşəbbüskarlığı ilə fərqlənməməsi peşə ustalığı səviyyəsinin artırnaq üçün öz üzərində çalışmaması, xidmət yoldaşlarına qarşı kobud olması, şəxsi heyət tərəfindən mənfi xarakterizə olunması, ekstremal vəziyyətlərdə sərbəst qərar qəbul etməyi zəif bacarması, tənqidi düzgün qəbul etməyərək ondan lazımi nəticə çıxarmaması, vətəndaşlarla kobud rəftar etməsi və bunun nəticəsində dəfələrlə Din-nin 102 zəng xidməti mərkəzinə müraciətlərin olması qeyd edilmişdir. İddiaçı DİO-da xidmət etdiyi 12 il 7 ay 9 gün müddətində, xidmətdə yol verdiyi nöqsanlara görə barəsində aparılan xidməti araşdırmaların nəticəsində, təyin edilən intizam tənbehləri orqan rəhbərinə həmin əməkdaşın DiO-dan xidmtdən xaric edilməsinə əsas verir. Yuxarıda qeyd olunanlara əsasən, iddiaçı X10 Polis idarəsinin, Gəncə st. XPŞnin Goran st. XPM-nin sabiq polis nəfəri, Goranboy şəhəri, Ü.Hacıbəyov küçəsi ev 15-də yaşayan, İddiaçı, Gəncə İnzibat Məhkəməsinə etdiyi müraciət əsassız sayılaraq, xx.xx.2024-cü il tarixində DYNPi-nin 3-13-15 -1/Ə(Ş/H) 9/2024 saylı əmrilə DİN-nin xidmət keçmə haqqında Əsasnaməsinin 135-ci maddəsinin 9-cu və 10-cu bəndlərinə əsasən DiOda xidmətdən xaric edilməsini barədə əmri qüvvədə saxlanılmalıdır.
39. İddiaçı və onun vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş emişlər. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
40. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X10 Polis İdarəsinin xx.xx.2022-ci il tarixli Ə27-209-22 saylı əmri; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X10 Polis İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-15/Ə129/2023 saylı əmri; - Gəncə st. XPŞ-nin xx.xx.2024-cü il tarixli raportu; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X10 Polis İdarəsi Gəncə st. X20 xx.xx.2024-cü il tarixli rəyi; - Sıravi və kiçik rəis heyətinin yığıncağının xx.xx.2024-cü il tarixli 3 nömrəli protokolu; - Gəncə stansiyasında X20 sıravi və kiçik rəis heyətinin yığıncağının xx.xx.2024cü il tarixli qərarı; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X10 Polis İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-15-1/Ə13/2024 saylı əmri; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X10 Polis İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-15-1/Ə(ş/h)9/2024 saylı əmri; - Xidmət kitabçasından çıxarış; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X10 Polis İdarəsi Gəncə st. X20 İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli 11/-3-13-15-1-3/2- 110/2024 nömrəli məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X10 Polis İdarəsinin xx.xx.2024-cü il tarixli 1/1-31315-1/2- 5714/24 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli cavab məktubu; - "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli BKC/LGL-1390/25 saylı məktubuna əlavə edilmiş CD disk. - Məhkəmənin sorğusuna Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X10 Polis İdarəsinin xx.xx.2025-ci il tarixli 1/1-3-13-15-1/2-2955/25 nömrəli cavab məktubu.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
41. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
42. İşin faktiki halları ondan ibarətdir ki, Gəncə st. X20 rəisi Rövşən Babayev və müavini Şəhriyar İsayev tərəfindən xx.xx.2024-cü il tarixdə saat 16:30-dan 16:45-dək Goran stansiyasında post-patrul naryadının yoxlanılması həyata keçirilmiş və həmin məntəqədə naryad aparan polis əməkdaşı İddiaçı xidməti postda olmadığı müəyyən edilmişdir.
43. Bundan sonra Şəhriyar İsayev tərəfindən xx.xx.2024-cü il tarixdə şöbə rəisi Rövşən Babayevin adına verilmiş raport əsasında xidməti araşdırma başlanılmış, Gəncə st. X20 xx.xx.2024-cü il tarixli rəyi ilə “Gəncə st. XPŞ-nin Goran st. XPM-nin polis nəfəri polis serjantı İddiaçı barəsində tərtib olunmuş raport əsasında toplanmış material Gəncə st. XPŞ-in sıravi və kiçik rəis heyətinin yığıncağında müzakirə olunmuş, yığıncağın xx.xx.2024-cü il tarixli 3 nömrəli protokoluna əsasən Gəncə st. XPŞ-nin Goran XPM-nin polis nəfəri polis serjantı İddiaçı DYNPİ-nin Ə 160-209 -21 nömrəli 04 dekabr 2021-ci il tarixli əmri ilə "DİN-in İntizam Nizamnaməsi"-nin təsdiq edilməsi barəsində əmrinin 1-ci, 2.1-ci. 3.1-ci, 3.6-cı maddələrinin, eyni zamanda DİN-in xx.xx.2005-ci il tarixli 130 saylı "DİO əməkdaşlarının X17" barədə əmrinin 1-ci, 8-ci,17-ci maddəsinin tələblərini pozduğu üçün "Şiddətli Töhmət", DYNPİ-nin Ə27-209-22 nömrəli 26 yanvar 2022-ci il tarixli əmri illə "Tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq" intizam tənbehi, həmçinin DYNPİ-nin 3-13-15 /Ə123/223 nömrəli, 7 noyabr 2023-cü il tarixli tarixli əmri ilə "X16 29cu, DİN-in xx.xx.2005-ci il tarixli 130 saylı "DİO əməkdaşlarının X17"-nin 1,2,3, 6-2, 20 və 22-ci maddələrinin, "Azərbaycan Respublikası daxili işlər orqanlarının İntizam Nizamnaməsi"-nin təsdiq edilməsi barədə xx.xx.2009-cu il tarixli 330 nömrəli əmrinin 3.2, 3.7, 3.9 və 8-ci bəndlərinin tələblərini pozduğu üçün "Şiddətli töhmət" intizam cəzası əmri verilməsini nəzərə alaraq İddiaçı xidmətdən xaric olunması üçün rəhbərlik qarşısında vəsatət qaldırılması qərara alınmış, beləliklə Gəncə stansiyasında X20 sıravi və kiçik rəis heyətinin yığıncağının xx.xx.2024-cü il tarixli qərarına əsasən Gəncə st. XPŞ-in Goran st. XPM-in polis nəfəri, polis serjantı İddiaçı xidmətdən xaric olunması üçün rəhbərlik qarşısında vəsatət qaldırılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X10 Polis İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-15- 1/Ə13/2024 saylı əmrinə əsasən xx.xx.2024-cü il tarixində xidmətdə olduğu zaman şəxsi işi üçün xidməti postunu tərk edərək DİN-in xx.xx.2001-ci il tarixli 212 nömrəli əmri ilə təsdiq edilmiş Polisin post-patrul xidmətinin Nizamnaməsinin 7.1.4, 7.1.5, 7.2.11-ci bəndlərinin, xidmətdə olarkən vaxtını xidməti vəzifələrindən kənar işlərə sərf edərək DİN-in xx.xx.2005-ci il tarixli 130 nömrəli əmri ilə təsdiq edilmiş "DİO əməkdaşlarının X17"nin 14cü maddəsinin, polis andının tələblərinə riayət etməyərək DİN-in xx.xx.2009-cu il tarixli 330 nömrəli əmri ilə təsdiq edilmiş AR DİO-nın İntizam Nizamnaməsinin 3.2-ci bəndininin tələblərini pozduğuna görə X10 Polis İdarəsinin Gəncə stansiyasında X20 Goran stansiyasında xətt polis məntəqəsinin polis nəfəri polis serjantı Eyvazov X2 Baş Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-15 /0129/2023 nömrəli əmri ilə qüvvədə olan "şiddətli töhmət" intizam tənbehi nəzərə alınmaqla "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin" 135-ci maddəsinin 9 və 10-cu bəndlərinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir.
44. Göründüyü kimi, iddiaçının xidmtdən xaric olunma əmrinin faktiki əsasını onun xidmət yerini öz şəxsi işi üçün tərk etməsi, yəni xidmət vaxtında xidməti postunda olmaması halı təşkil etmiş, əmr maddi-hüquqi cəhətdən Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin" 135-ci maddəsinin 9 və 10-cu bəndləri ilə əsaslandırılmışdır.
45. Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnaməyə görə: Bənd 135. Daxili işlər orqanlarının əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər: 9) daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə; 10) intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda;
46. Məhkəmə əvvəla qeyd edir ki, iddiaçı tərəfindən daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etməsi halı nə məhkəmə araşdırması zamanı öz təsdiqini tapmış, nə də cavabdeh orqan tərəfindən bu barədə hər hansı dəlil irəli sürülməmiş, heç bir sübut təqdim edilməmişdir.
47. Cavabdeh orqanın nümayəndəsi əvvəlki məhkəmə iclaslarında həmin əsasın əmrdə qeyd edilməsinə səbəb kimi iddiaçının izahatı alınarkən qeyri-səmimilik nümayiş etdirməsi, əməlini etiraf etmək əvəzinə özünə haqq qazandırmasını göstərsə də, məhkəmə həmin halları şəxsin özünümüdafiə hüququna aid məsələ hesab edərək, daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət kimi qəbul etmir.
48. Belə ki, daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət dedikdə, daxili işlər orqanları əməkdaşının fəaliyyətində və ya davranışında qanunvericiliyin, xidməti vəzifələrin və etik davranış qaydalarının pozulmasıdır. Bu, həm xidmətdə, həm də xidmətdən kənarda baş verə bilər. Belə hərəkətlər daxili işlər orqanlarının nüfuzuna xələl gətirir və intizam məsuliyyəti yaradır.
49. Daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən hərəkətlərə aşağıdakılar aid edilə bilər: - xidməti vəzifələrin pozulması (qanunsuz hərəkətlərə yol vermək, vətəndaşlara qarşı kobud davranmaq, vəzifə səlahiyyətlərindən sui-istifadə etmək, rüşvət almaq və vermək, məlumatları qanunsuz yaymaq və s. kimi); - etik davranış qaydalarının pozulması (işdə və ya şəxsi həyatda xalqın etibarını sarsıdacaq hərəkətlər etmək, həmkarlarına və ya vətəndaşlara qarşı hörmətsizlik göstərmək, əxlaqsız davranışlar nümayiş etdirmək və s. kimi); - cəmiyyət üçün yolverilməz hərəkətlər (cinayət törətmək, ictimai qaydanı pozmaq, narkotik vasitələrdən istifadə etmək və s. kimi). Bu cür hərəkətlər daxili işlər orqanlarının nüfuzuna xələl gətirir, vətəndaşların etibarını sarsıdır və nəticədə daxili işlər orqanları əməkdaşının intizam məsuliyyətinə cəlb olunmasına səbəb olur.
50. Lakin hazırkı iş materiallarında iddiaçının belə hərəkətlərə yol verməsi müəyyən edilmir. Buna baxmayaraq, cavabdeh orqan iddiaçının xidmətdən xaric edilmə əmrində “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin" 135-ci maddəsinin 9-cu bəndinə - daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etməsi halına istinad olunmuşdur ki, bu hal belə öz-özlüyündə əmrin ləğv edilməsinə əsas yaradır.
51. Lakin mübahisə predmeti olan əmrdə 9-cu bəndlə yanaşı Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin" 135-ci maddəsinin 10-cu bəndinə istinad da vardır ki, həmin norma özündə daxili işlər orqanlarının əməkdaşı intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda, onun xidmətdən xaric edilməsini nəzərdə tutur.
52. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X10 Polis İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-15/Ə129/2023 saylı əmrinə əsasən Gəncə stansiyasında X20, Goran stansiyasında xətt polis məntəqəsinin polis nəfəri, polis serjantı İddiaçı "şiddətli töhmət" elan edilmiş və həmin əmr qüvvədə olduğu zaman, iddiaçının xidmət zamanı xidməti postda olmaması aşkar edilməsi halına istinad edilərək, bu halın il ərzində xidmət və icra intimzaını ikinci dəfə pozulması kimi qiymət verilmişdir.
53. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçının barəsində xidməti yoxlama Gəncə stansiyasında X20 rəis müavini Şəhriyar İsayevin raportu əsasında başlanılmışdır. Hansı ki, iddiaçının vəsatəti əsasında həmin şəxsə məxsus mobil telefonun xx.xx.2024-cü il tarixdə saat 09:00-dan 21:00-dək olan anten məlumatları "xxxx" MMC-dən əldə edilmiş və məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixdə saat 16:16-dan saat 18:00-dək çıxan və daxil olan zənglərin, internet istifadəsinin ünvanı Gəncə şəhəri, Dəmir yolu vağzalı, Zülfü Hacıyev 66 olmuşdur.
54. Cavabdeh orqanın nümayəndələri məhkəmə iclasları zamanı şöbə rəisi yoxlama barədə anidən göstəriş verdiyi üçün Şəhriyar İsayevin mobil telefonunu şöbədə xidməti otağında qoyub çıxdığını iddia etsələr də, anten məlumatlarında saat 16:22, 16:36 (2 dəfə) və 16:55 radələrində həmin mobil telefondan zəng çıxışları (MOC-çıxan zəng), 16:36 və 16:37 radələrində internetdən istifadə (GPRS-internet istifadəsi) olmuşdur ki, bu hal bildirilənləri təkzib edir. Məhkəmə Şəhriyar İsayevin telefonun inzibati binada xidməti otağında qaldacağı halda, onun telefonundan başqa şəxsin istifadəsini ağlabatan hal kimi qəbul etmir.
55. Digər tərəfdən, həm cavabdehin nümayəndəsi əvvəlki iclaslar zamanı verdiyi izahatında, həm Şəhriyar İsayev şahid kimi ifadəsində Gəncə stansiyasında X20 rəisi Rövşən Babayevin Bakı şəhərində iclasa gedərkən Goran stansiyasında yoxlama keçirdiyini, yoxlamadan sonra X14 şəhərinə qayıtdığını, rəsini isə Bakı şəhərinə iclasa getdiyini bildirmişlər. İş materiallarında olan Şəhriyar İsayevin xx.xx.2024-cü il tarixli raportundan isə görünür ki, raporta xx.xx.2024-cü il tarixdə rəis tərəfindən dərkənar qoyulmuşdur, hansı ki, həmin rəis Bakı şəhərində iclasa gedirdi.
56. Bundan başqa, əmrdə iddiaçının öz şəxsi işi üçün xidməti postu tərk etdiyi bildirilsə də, cavabdeh orqan həmin halı sübuta yetirə bilməmişdir. Belə ki, şahid qismində dindirilmiş X4 ifadəsi ilə müəyyən edilmişdir ki, İddiaçı zəng vuranda o, fermanın yaxınlığında olduğunu bildirmişdir. Ferma dedikdə, özünün şəxsi ferması deyil, stansiyanın ətrafında olan fermaları nəzərdə tutur, həmin fermaların mal-qarasının surət qatarının qarşısına çıxmaması üçün orda olduğunu bildirmişdir.
57. O, həmçinin iddiaçının suallarını cavablandıraraq bildirmişdir ki, İddiaçı o, yığmışdır ki, rəisdə ona çatası sənəd var, onu götürsün. Şöbə rəisi onun özünü yığaraq demişdir ki, xidmət aparan şəxsə denən, yola çıxıb gəlib həmin sənədi götürsün. Həmin sənədin nə olduğundan məlumatı yox idi. Ona sonradan heç bir sənəd verilməmişdir, söhbətin hansı sənəddən getdiyini hələ də bilmir, o, rəhbərlikdən hansı sənədi verəcəyini soruşa bilməz.
58. Göründüyü kimi, əmrdə iddiaçının xidmətdən xaric olunmasının əsasları kimi istinad edilən hallardan hər hansı birinin mövcudluğu cavabdeh orqan tərəfindən sübuta yetirilməmişdir.
59. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməlidir.
60. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
61. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir.
Nəticəvi hissə:
30. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X10 Polis İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-15-1/Ə(ş/h)9/2024 saylı əmri ləğv edilsin. İddiaçı əvvəlki - Gəncə st. XPŞ-nin Goran st.XPM-in polis nəfəri, polis serjantı vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X10 Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva