Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-476/2021 19.03.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və onların nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə (üçüncü şəxslər X3, X6, DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsi, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti) qarşı Tovuz rayon Aqrar İslahat Komissiyasının xx xxxx 1999-cu il tarixli 31 saylı qərarının ləğv olunmasına və həmin qərara əsasən X2 verilmiş 0.74 ha torpaq sahəsinin plan və ölçüsünün ona aid olan hissədə etibarsız sayılması və mübahisəli torpaq sahəsinə dair arxiv arayışına əsasən onun adına yeni plan və ölçünün hazırlanması tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 (bundan sonra mətndə iddiaçılar) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tovuz rayon Aqrar İslahat Komissiyasının xx xxxx 1999-cu il tarixli 31 saylı qərarının ləğv olunmasına və həmin qərara əsasən X2 verilmiş 0.74 ha torpaq sahəsinin plan və ölçüsünün ona aid olan hissədə etibarsız sayılması və mübahisəli torpaq sahəsinə dair arxiv arayışına əsasən onun adına yeni plan və ölçünün hazırlanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçılar məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin baxılmadan geri qaytarılmasını məhkəmədən xahiş etmişlər. Cavabdeh və üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, üçüncü şəxslər iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin və üçüncü şəslərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Məhkəmə iddiaçıların ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, həmin ərizəyə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə belə qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- - 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. - 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. - 55.5-ci maddəsində deyilir ki, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə qeyd edir ki, şərh olunan normativ hüquqi aktda iddiaçının ərizəsinə əsasən iddia ərizəsinin və əlavə olunmuş sənədlərin geri qaytarılması birbaşa nəzərdə tutulmasa da, inzibati mübahisəyə onun iradə ifadəsinə uyğun olaraq sona çatdırılmasının mümkünlüyü təsbit olunmuşdur. Ona görə də, iddiaçıların belə ərizəsi faktiki olaraq onların mübahisə ilə bağlı prosessual marağının itməsi səbəbindən iddia ərizəsinin geri qaytarılması və iş üzrə icraata xitam verilməsi barədə qərardadın qəbul olunması ilə nəticələnə bilər. Məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin geri qaytarılması və bununla bağlı iş üzrə icraata xitam verilməsi həmin iddia ilə məhkəməyə yenidən müraciət olunmasını istisna etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə (üçüncü şəxslər X3, X6, DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsi, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti) qarşı Tovuz rayon Aqrar İslahat Komissiyasının xx xxxx 1999-cu il tarixli 31 saylı qərarının ləğv olunmasına və həmin qərara əsasən X2 verilmiş 0.74 ha torpaq sahəsinin plan və ölçüsünün ona aid olan hissədə etibarsız sayılması və mübahisəli torpaq sahəsinə dair arxiv arayışına əsasən onun adına yeni plan və ölçünün hazırlanması tələbinə dair iddia ərizəsi geri qaytarılsın və iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, o, gələcəkdə eyni tələblə məhkəməyə müraciət edə bilər. Qərardaddan şikayət verilə bilməz. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-476/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-476/2021
19.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver