Məhkəmə qərarları › İş №2-1(114)-476/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-476/2025

06.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-476/2025 06.02.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “nikah haqqında şəhadətnamədə düzəliş edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: Cavabdeh xx.xx.2024-cü il tarixli arayışına əsasən İddiaçı xx.xx.1955-ci ildə anadan olmuşdur, bu barədə xx.xx.1955-ci ildə 157 nömrə ilə qeydiyyata alınmışdır, atası X4, anası isə X2r. xx.xx.1995-ci il tarixli,157 nömrəli doğum haqqında akt qeydinə əsasən İddiaçı xx.xx.1955-ci ildə anadan olmuşdur, ata qrafasında X4, ana qrafasında X5 qeyd edilmişdir . X3 və X1(10 iyun 1960-ci il təvəllüdlü) nikaha daxil olmuşlar bu barədə xx.xx.1997-ci il tarixli 02 nömrəli nikah haqqında akt qeydi tərtib olunmuşdur. AZE №0******* seriya nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1955-ci il tarixində anadan olmuşdur. İddiaçı (bundan sonra mətndə - iddiaçı) Cavabdehnə (bundan sonra mətndə - cavabdeh) adının “Aybəniz”-dən “Tamara”-ya, və doğum tarixini "xx.xx.1960"-dan "xx.xx.1955"-ə dəyişdirilməsi barədə müraciətinə sonuncu tərəfindən xx.xx.2024-cü il tarixli məktubla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarının tələblərinə uyğun olaraq kifayət qədər əsaslar olmadığına görə məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vəzifəli şəxsin qeyri-qanuni hərəkətlərinə son qoyulması və 16 may 1997-ci il tarixdə qeydiyyata alınmış nikah akt qeydində düzəliş edilərək, adının İddiaçı, doğum tarixinin isə 05 noyabr 1995-ci il tarix kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1955-ci ildə Bərdə rayonu Qullar kəndində anadan olmuşdur, atası X4, anası isə X2r. O, anadan olduğu zaman valideynləri ona doğum haqqında şəhadətnamə almışdır. O, həmin doğum haqqında şəhadətnamə ilə orta məktəbə getmiş, şəxsiyyət vəsiqəsi almışdır. Onun şəxsiyyət vəsiqəsində və doğum haqqında şəhadətnamədə doğum təvəllüdü xx xxxxxx 1955-ci il, adı isə Tamara olaraq qeyd edilsə də, X3 ilə ailə həyatı qurduğu zaman almış olduğu 16 may 1997-ci il tarixli nikah akt qeydində texniki səhvlik edərək adı Aybəniz, doğum tarixi isə 1960-cı il olaraq qeyd edibmişdir. Halbuki onun adı Tamara, doğum tarixi isə xx xxxxxx 1955-ci ildir. Hazırda bir çox sənədlərin hazırlanmasında onda nikah haqqında şəhadətnamə tələb edilir, nikah haqqında şəhadətnamədən çıxarış alıb təşkilatlara müraciət etdiyi zaman adının və doğum tarixinin şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə ilə uyğun gəlmədiyi üçün sənədlərin hazırlanmasında problem yaranır. Nikah akt qeydində düzəliş edilərək adının Tamara, doğum tarixinin isə xx xxxxxx 1955-ci il tarix olaraq yazılması ilə bağlı cavabdeh orqana müraciətinə sonuncu tərəfindən imtina cavabı verilərək məhkəməyə müraciət etməyi bildirilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia ərizəsinin xahiş etdim hissəsində texniki səhv olaraq doğum tarixinin 05 noyabr 1995-ci il kimi qeyd edildiyini bildirərək, doğum tarixinin xx xxxxxx 1955-ci il kimi qəbul edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırılmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İddiaçının hazırkı tələbi akt qeydinin bərpa edilməsidir ki, cavabdeh orqan iddiaçının tələbini təmin etməkdən imtina edərək məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Məhkəmə aşağıdakılara görə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: Maddə 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a görə: Bənd 1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Bənd 3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə... İddiaçıya məxsus nikah haqqında şəhadətnamədə adı Aybəniz doğum tarixi 1960-cı il kimi qeyd edilmiş olsa da, iş materiallarına əlavə edilmiş digər sənədlərdə eyni zamanda xx.xx.1995-ci il tarixli,157 nömrəli doğum haqqında akt qeydində iddiaçının adının Tamara, doğum tarixinin isə xx.xx.1955-ci il olması müəyyən edilir. Bu da, iddiaçıya nikah haqqında şəhadətnaməsində məlumatların qeyri-dəqiq yazıldığını göstərir. Bu isə o deməkdir ki, həqiqətən də iddiaçıya məxsus nikah haqqında şəhadətnamədə səhvə yol verilmiş, iddiaçının adı və doğum tarixi düzgün qeyd edilməmişdir. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdeh inzibati orqanın üzərinə 16 may 1997-ci il tarixdə qeydiyyata alınmış nikah akt qeydində düzəliş edilərək, adının İddiaçı, doğum tarixinin isə xx xxxxxx 1955-ci il tarix kimi qeyd edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. 16 may 1997-ci il tarixdə qeydiyyata alınmış nikah akt qeydində düzəliş edilərək, adının İddiaçı, doğum tarixinin isə 05 noyabr 1995-ci il tarix kimi qeyd edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar