Məhkəmə qərarları › İş №2-1(114)-4765/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-4765/2025

08.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4765/2025 08.01.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı (üçüncü şəxs Samux rayon İnstitut Bələdiyyəsi) “mənzil üzərində mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Samux rayonu, İnstitut qəsəbəsi, Rizvan Nağıyev küçəsi, ev 1, 7 saylı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Azərbaycan X1 7 saylı Orderi ilə iddiaçının atası X11 Samux rayonu, İnstitut qəsəbəsi, Rizvan Nağıyev küçəsi ev 1, 7 saylı mənzil verilmişdir. Həmin vaxtdan ailəsi həmin mənzildə yaşayır. 2008-ci ildə atası X13 vəfat etdikdən sonra mənzildə iddiaçı, anası, qardaşı və gəlinləri yaşayır. Qeyd etmək istəyir ki, 2000-ci ildə mənzil Samux rayon İnstitut Bələdiyyəsinin balansına verilmişdir. İnstitut Bələdiyyəsinin arxiv arayışı ilə təsdiq olunur ki, Samux rayonu İnstitut qəsəbəsi Komissiyasının xx.xx.2000-ci il tarixli 55 saylı protokol qərarına əsasən 1 otaqdan ibarət, 18,31 kv.m. yaşayış otağı və 34,1 kv.m. yaşayış sahəsi olan mənzil iddiaçının daimi istifadəsinə verilmişdir. 2025-ci ilin may ayında o mənzilin daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınaraq, çıxarışın verilməsi üçün DƏDKR 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmişdir. Lakin qeyd edilən dövlət orqanı mənzili onun adına qeydiyyata almaqdan imtina etmişdir. İmtina onunla əsasandırılmışdır ki, təqdim edilən order mənzilin özəlləşdirilməsi üçün əsas hesab olunmur. İddiaçı imtinanın əsasları ilə razı deyil. Belə ki, imtinada qeyd edilmişdir ki, order Samux rayon Dövlət arxivinə təhvil verilməmişdir. Bu onun və ya mənzilin orderi verilmiş şəxsin günahı deyil. Həmin order müəssisə tərəfindən arxivə verilməli idi. Bu səbəbdən mənzilin qeydiyyata alınmasından imtina oluna bilməyəcəyini, buna görə orderin özəlləşdirmə üçün əsas olmaması ilə razı deyil. Odur ki, hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-4765/2025 nömrəli qərardadı ilə, iş üzrə Samux rayon İnstitut Bələdiyyəsi adi cəlb etmə qaydasında üçüncü şəxs qismində məhkəmə icratına cəlb edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-4765/2025 saylı qərardadı ilə, iş üzrə iddia tələbi “ünvan 1 ünvanında yerləşən mənzilə dair mülkiyyət hüququnun mərhum atası X11 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2-1(114)-4765/2025 saylı qərardadı ilə, İddiaçı tərəfindən verilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmə icraatına qəbul edilmiş, iş üzrə iddia tələbi ünvan 2 ünvanında yerləşən mənzilə dair mülkiyyət hüququnun mərhum atası X11 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dəyişdirilmiş, cavabdeh qismində iştirak edən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi hüquqi varisi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz olunmuşdur. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, müraciətə əlavə edilmiş sənədlərin mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilmədiyi müəyyən edilmişdir. Aparılan araşdırma zamanı, müraciətə əlavə edilmiş Samux rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 3-48-39RA/2-B-238/6/2023 saylı arayışına əsasən ünvan 4 ünvanında yerləşən 7 nömrəli mənzilə dair tərtib edilmiş orderin Samux rayon Dövlət Arxivinə təhvil verilmədiyi qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş və göstərilmişdir ki, ərizəyə əlavə edilmiş sənədlərin qanunvericiliyin tələblərinə uyğun olmadığı, həmçinin təqdim edilən orderin mənzilin özəlləşdirilməsi üçün əsas hesab olunmadığı, belə ki, orderin idarə, təşkilat tərəfindən verildiyi müəyyən edilmişdir. Orderin verilməsi barədə qərar müvafiq təşkilat orqanının - Azərbaycan X1 (AZNİİ) qərarı ilə verilsə də, order XDSnin İK tərəfindən verilməli və təsdiq edilməli idi. Orderdə orderin verilmə tarixi və orderin hansı qərar əsasında tərtib edildiyi qeyd edilməmişdir. Həmçinin müraciətə əlavə edilmiş Samux rayon Dövlət Arxivinin xx.xx.2023-cu il tarixli, 3-48-39RA/2-B-238/6/2023 saylı arayışına əsasən ünvan 4 ünvanında yerləşən 07 nömrəli mənzilə dair tərtib edilmiş orderin Samux rayon Dövlət Arxivinə təhvil verilmədiyi qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü olması və ya mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarında olan 1948-ci il təvvəllüdlü X11 məxsus olan 29 yanvar 1968-ci il tarixli əmək kitabçasında xx.xx.1980-xx.xx.1985-ci il tarixlərdə Azərbaycan X2 sürücü işləmişdir. 7 nömrəli Orderə əsasən, Azərbaycan X3 tərəfindən ev 1, mənzil 7 İmran Quliyevin istifadəsinə verilmişdir. xx.xx.2000-ci il tarixli AKT-a əsasən, akta əlavə edilmiş siyahıda qeyd edilən yaşayış binaları İnstitut Bələdiyyəsinə təhvil verilmişdir. Gəncə regional “Asan Xidmət” mərkəzinin notariat ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə 1113 nömrəli 19 aprel 2021-ci il tarixli məktubda İddiaçı X9 vərəsəsi olduğu qeyd olunmuşdur. Samux rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli arxiv arayışında görünür ki, Aznixi yardımçı təcrübə təsərüfatının X9 Samux rayon İnstitut qəsəbəsi ev № 1, mənzil 7nin orderi mühafizə olunmaq üçün Samux rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Azərbaycan Respublikası Samux rayon İcra Hakimiyyəti Başçısının İnstitut qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışında görünür ki, X13 xx.xx.2008-ci il tarixdə Samux rayon İnstitut qəsəbəsində vəfat etmişdir. Ölən tarixədək Samux rayon İnstitut qəsəbəsində qeydiyyatda olub yaşamışdır. Öləndən sonra onun aşağıdakı tərkibdə ailə üzvləri qalmışdır:

1. X12-xx.xx.1953-cü il

2. İddiaçı-xx.xx.1977-ci il

3. X14-xx.xx.1978-ci il

4. X10-xx.xx.1984-cü il Samux rayon İnstitut Bələdiyəsinin xx.xx.2025-ci il tarixli 61 nömrəli arxiv arayışında görünür ki, Samux rayonu İnstitut qəsəbəsi komissiyasının xx.xx.2000-ci il tarixli 55 saylı protokol qərarına əsasən 18.31 kv.m yaşayış otağı və 1 (bir) otaq, ümumi sahəsi 34.1 kv.m, yaşayış sahəsi 18.31 kv.m olan yaşayış mənzili İddiaçı daimi istifadəsinə verilmişdir. Samux rayon İnstitut bələdiyəsinin xx.xx.2025-ci il tarixli 64 nömrəli arayışında görünür ki, Samux rayonu, İnstitut qəsəbəsi, Rizvan Nağıyev küçəsi ev 1, 7 saylı mənzildə aşağıdakı şəxslər qeydiyyatdadırlar.

1. X12-xx.xx.1953-cü il

2. İddiaçı-xx.xx.1977-ci il

3. X14-xx.xx.1978-ci il

4. X10-xx.xx.1984-cü il İnstitut Bələdiyəsinin xx.xx.2025-ci il tarixli 62 nömrəli ünvan arayışında Rizvan Nağıyev küçəsi ev №01, mənzil №07 ünvan adı dəyişərək R.Nağıyev ev №01, mənzil №07 olmuşdur. Samux rayon İnstitut Bələdiyəsinin xx.xx.2025-ci il tarixli 02 nömrəli məktubunda göstərilmişdir ki, sözü gedən daşınmaz əmlak Azərbaycan X3 tərəfindən 7 saylı orderlə X9 daimi istifadəsinə verilmişdir. Həmin mənzil əvvəllər İnstitut qəsəbəsi M.Əzizbəyov küçəsi ev 1 mənzil 7 ünvanında yerləşirdi. Sonrakı dövrlərdə küçə adı dəyişdirilərək hal-hazırda İnstitut qəsəbəsi, Rizvan Nağıyev küçəsi bina 8, mənzil 7 ünvanı kimi qeydiyyata düşmüşdür. Daşınmaz əmlak X7na məxsus olub ölən bir günədək ailə üzvləri ilə birgə həmin mənzildə yaşayıb və hal-hazırda ailə üzvləri həmin mənzildə yaşayır. X4 məxsus olan İnstitut qəsəbəsi, Rizvan Nağıyev küçəsi, bina 8, mənzil 7 ünvanında yerləşən daşınmaz əmlakın daxil olduğu bina Samux rayon İcra Hakimiyyəti Başçısının 5/272 - XX saylı 21 avqust 2000-ci il tarixli, AzETPİ-nin 55 saylı 04 sentyabr 2000-ci il tarixli məktublarına əsasən və AzETPİ MTB-nin 06 sentyabr 2000-ci il tarixli 34 saylı əmrinə uyğun olaraq təsərrüfatının balansında olan mənzil-komunal, sosial və mədəniyyət obyektləri İnstitut Bələdiyyəsinə 06 sentyabr 2000-ci il tarixdə İnstitut Bələdiyyəsinin balansına aktla təhvil vermişdir.

Əsaslandırma hissəsi

Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddia mümkün olduğundan iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini iş materialları ilə əlaqəli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən, dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 8-ci maddəsinə görə, Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0.11-ci maddəsinə görə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. 22.2-ci maddəsinə görə, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Hazırkı iş üzrə iddiaçı ünvan 1 ünvanında yerləşən mənzilə dair mülkiyyət hüququnun mərhum atası X11 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. İş materialları ilə müəyyən olunur ki, X7 xx.xx.1980-xx.xx.1985-ci il tarixlərdə Azərbaycan X2 sürücü işləmişdir. Azərbaycan X3 tərəfindən balansında olan Samux rayonu, İnstitut qəsəbəsi, M.Əzizbəyov küçəsi ev 1-dən 7 nömrəli mənzil 7 nömrəli Orderə əsasən, X9 istifadəsinə verilmişdir. Qeyd olunan bina Samux rayon İcra Hakimiyyəti Başçısının 5/272 - XX saylı 21 avqust 2000-ci il tarixli, AzETPİ-nin 55 saylı 04 sentyabr 2000-ci il tarixli məktublarına əsasən və AzETPİ MTB-nin 06 sentyabr 2000-ci il tarixli 34 saylı əmrinə uyğun olaraq təsərrüfatının balansında olan mənzil-komunal, sosial və mədəniyyət obyektləri 06 sentyabr 2000-ci il tarixdə İnstitut Bələdiyyəsinin balansına aktla təhvil vermişdir. X7 xx.xx.2008-ci il tarixdə vəfat etmiş, ölən tarixədək ailə üzvləri ilə birlikdə Samux rayonu, İnstitut qəsəbəsi, M.Əzizbəyov küçəsi, ev 1, mənzil 7-də qeydiyyatda olub yaşamışdır. Qeyd olunan ünvan hal-hazırda İnstitut qəsəbəsi, Rizvan Nağıyev küçəsi bina 8, mənzil 7 ünvanı kimi qeydiyyata düşmüşdür. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının tələbinin təmin edilməsindən imtina etmiş, imtinanın əsası kimi qeyd etmişdir ki, müraciətə əlavə edilmiş sənədlərin mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilmədiyi müəyyən edilmiş, ünvan 4 ünvanında yerləşən 7 nömrəli mənzilə dair tərtib edilmiş order Samux rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Məhkəmə cavabdehin imtinası ilə bağlı qeyd edir ki, 7 nömrəli order icra hakimiyyəti tərəfindən verilməmiş olsa da, işin hallarından göründüyü kimi X19 sürücü kimi Azərbaycan X2 işləmiş, ona görə də sonuncu tərəfindən balansında olan Samux rayonu, İnstitut qəsəbəsi, M.Əzizbəyov küçəsi, ev 1-dən 7 nömrəli mənzil 7 nömrəli order ilə onun istifadəsinə verilmişdir. X19 ölən tarixədək ailə üzvləri ilə birlikdə qeyd olunan mənzildə qeydiyyatda olub yaşamışdır. Ona görə də məhkəmə hesab edir ki, X19in qeyd olunan mənzili özəlləşdirmək hüququ yaranmışdır. Digər tərəfdən məhkəmə hesab edir ki, ünvan 4 ünvanında yerləşən 7 nömrəli mənzilə dair tərtib edilmiş orderin Samux rayon Dövlət Arxivinə təhvil verilməməsi həmin mənzillə dair hüquqmüəyyənedici sənədin olmaması demək deyil. Belə ki, həmin mənzilə dair oder və digər zəruri sənədlər, iddiaçı və üçüncü şəxs tərəfindən məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 2 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququnun X7na məxsus olması haqqında arayışın verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir.

Nəticəvi hissə

Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2.2.3, 34.1,68.1, 68.2 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı

İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququnun X7na məxsus olması haqqında arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar