Məhkəmə qərarları › İş №2-1(114)-477/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-477/2020

18.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-477/2020 18.02.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X13 Nazirliyi yanında Dövlət X15 Gəncə şəhər Nizami rayon şöbəsinə qarşı uşağa qulluq illərinin sosial sığorta stajına daxil edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı (bundan sonra mətndə iddiaçı) xx.xx.1960-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, hazırda Gəncə şəhəri, X17, ev 11, mənzil 11 ünvanda qeydiyyatdadır. İddiaçıya xx xxxx 2013-cü il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Övladları xx xxxx 1982-ci il tarixdə anadan olmuş X1, xx xxxxxx 1983-cü il tarixdə anadan olmuş X4, xx xxxxxx 1987-ci il tarixdə anadan olmuş X2 3 yaşınadək qulluq etdiyi üçün işləyə bilməmişdir. İddiaçı uşağa qulluq illərinin sığorta stajına daxil edilməsi üçün Azərbaycan Respublikasının Əmək və X13 Nazirliyi yanında Dövlət X15 Gəncə şəhər Nizami rayon şöbəsinə (bundan sonra mətndə cavabdeh) müraciət etmiş, sonuncu tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli **********0 nömrəli məktubda bildirilmişdir ki, sığorta stajına daxil edilən iş və digər fəaliyyət müddətləri “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21-ci maddəsi ilə müəyyənləşdirilmiş, həmin maddədə vətəndaşın körpə uşaqlarına qulluq etdiyi sosial sığorta stajına daxil edilməsi nəzərdə tutulmamışdır. Odur ki, əmək pensiyasının yenidən hesablanmasından imtina edilmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin hərəkətlərinin qanunsuz və əsassız hesab edilməsi, övladları xx xxxx 1982-ci il tarixdə anadan olmuş X1, xx xxxxxx 1983-cü il tarixdə anadan olmuş X4, xx xxxxxx 1987-ci il tarixdə anadan olmuş X2 3 yaşınadək qulluq etdiyi illərinin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxış iclasında iştirak etmiş iddiaçı tələbin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Şifahi məhkəmə baxış iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, hazırda qüvvədə olan əmək pensiyaları haqqında qanunvericiliyin tələblərinə əsasən uşağa qulluq illəri sosial sığorta stajına daxil edilmir. İş materiallarında olan: -İX ЖГ291836 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 xx.xx.1983-cü il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1983-cü il tarixdə 344 nömrə ilə qeyd aparılmış, uşağın atası X3, anası İddiaçı olmuşdur. - İX ЖГ367087 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.1982-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1982-ci il tarixdə 652 nömrə ilə qeyd aparılmış, uşağın atası X3, anası İddiaçı olmuşdur. -Gəncə şəhər Kəpəz rayon şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş arayışdan görünür ki, X5 xx.xx.1987-ci il tarixdə anadan olmuş, bu barədə 16.11.187-ci il tarixdə 2840 nömrə qeyd aparılmış, atası X3, anası İddiaçıdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə iş üçün əhəmiyyət kəsb edən sənədləri araşdırıb, bilavasitə məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. İddiaçının üç uşaq doğub onlara qulluq etməsi işin mübahisələndirilməyən halıdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prossesual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçının körpə uşaqlarına qulluq etdiyi 1982-1987-ci illərdə “Dövlət pensiyaları” haqqında SSRİ Qanunu qüvvədə olmuşdur. xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992- ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları” haqqında SSRİ Qanununda işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddətin iş stajına daxil edilməsi təsbit edilmişdir. "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67ci maddəsinin e) yarımbəndində qeyd olunmuşdur ki, iş stajına işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq daxil edilir. Yuxarıda istinad olunan və iddiaçının körpə uşaqlara qulluq etdiyi dövrdə qüvvədə olmuş pensiya qanunvericiliyinin normalarından göründüyü kimi körpə uşağa qulluq etdiyi müddət onun iş stajına, hazırkı halda sığorta stajına daxil edilir. Bu, həmin müddətin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmaması ilə şərtləndirilmişdir. İddiaçı həmin illərin sosial sığorta stajına daxil edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının tələbini təmin etməkdən imtina etmişdir. Bu zaman cavabdeh xx xxxxxx 2006-cı il tarixdən qüvvəyə minən və hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinə istinad etmiş, həmin maddədə uşağa qulluq müddətinin sosial sığorta stajı kimi nəzərdə tutulmadığını göstərmişdir. Hazırkı mübahisə iddiaçının körpə uşağa qulluq etdiyi 1982- 1987-ci illərə aid olduğundan isə, yuxarıda qeyd olunduğu kimi həmin dövrün qanunvericilik aktları hazırkı münasibətlərə tətbiq edilməlidir. Həmin dövrün pensiya qanunvericiliyində isə yuxarıda qeyd edildiyi kimi, işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddətin onun iş stajına daxil edilməsi nəzərdə tutulmuşdur. Bununla yanaşı, cavabdehin hazırda qüvvədə olan qanuna istinad edərək körpə uşağa qulluq etdiyi müddəti sosial sığorta stajına daxil etməməsi konstitusion normanın da pozulması kimi qiymətləndirilir. İddiaçının körpə uşaqlara qulluq etdiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi həmin dövrün qanunvericiliyinin tələbidir. Bu hüquq isə iddiaçı tərəfindən artıq qazanılmış hüquqdur Odur ki, məhkəmə hesab edir ki, iddiaçı uşağa qulluq etdiyi illərin sosial sığorta stajına daxil edilməsini tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və X13 Nazirliyi yanında Dövlət X15 Gəncə şəhər Nizami rayon şöbəsinin üzərinə İddiaçı övladları xx xxxx 1982-ci il tarixdə anadan olmuş X1, xx xxxxxx 1983-cü il tarixdə anadan olmuş X4, xx xxxxxx 1987-ci il tarixdə anadan olmuş X2 3 yaşınadək qulluq etdiyi illərinin sosial sığorta stajına daxil edilməsi öhdəliyi qoyulsun. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi (Gəncə şəhəri, H.Əliyev prospekti 105A) ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar