Məhkəmə qərarları › İş №2-1(114)-477/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-477/2025

07.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-477/2025 07.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “sağlamlıq imkanınn məhdudluğunun müəyyən edilməsi” tələbi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək yetkinlik yaşına çatmayan övladı xx.xx.2010-cu il təvəllüdlü Süleymanzadə Fərid Nazim oğlunun sağlamlıq imkanınn məhdudluğunun müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2010-cu il təvəllüdlü Süleymanzadə Fərid Nazim oğluna doğuş zamanı aldığı bir çox travmalardan - nitq qüsuru, çəpgözlük, zəif görmə, onurğanın skaliozu, döş qəfəsinin deformasiyası və digər xəstəliklərdən əziyyət çəkdiyinə görə 2014-cü ildə müayinə olunaraq müavinət təyin edilmişdir. Bu günə qədər S.Fərid gözündəki problemlərə görə eynəklərdən, onurğa və döş qəfəsinin çökməsi probleminə görə korsetdən istifadə edir. Bir korsetin hazırlanması üçün 500 manat civarında pul xərclənir.Onurğada skalioz, döş qəfəsinin çökməsi ilə əlaqədar hər il mütəmadi, ən azı 4 dəfə müayinə və müalicəyə ehtiyacı var. Həkimlər bu xəstəliyin müalicəsi üçün uyğun sanatoriyalarda müalicə almağını məsləhət görürlər. Hətta S.Fəriddə olan qüsurların aradan qaldırılması üçün hər gün korsetdən istifadə etməsini, güclü qidalanmasını, dərmanlardan istifadə etməsini, hər il mövsümi olaraq dəniz çimərliyindən istifadə etməsini həkimlər valideyn olaraq məndən tələb edir, məsləhət görürlər. S.Fəridin müalicəsi üçün həkimlərin tövsiyyə etdikləri müalicə və müalicə üçün dərman və digər vasitələr, müalicə üçün lazımı şəraitin yaradılması onun imkanın xaricindədir. Maddi imkanları övladının sağalmasına yetmir. xx.xx.2022-ci il tarixində TSEK-in fiziki qüsurlu uşaqlara, övladı olaraq S.Fəridə növbəti dəfə müayinədən keçməsi ilə əlaqədar dayandırılmışdır. Həmin vaxtdan müvafiq tibb müəssisələrindən S.Fərid barədə tələb olunan, aldığı arayışları, ekiprizləri, labarator - rentgen və digər müayinələrlə bağlı sənədləri müvafiq quruma təqdim etmişdir. Tələb edilən səndələri dərhal tibb müəssisəsinə təqdim etmişdir. Hər dəfə Gəncə şəhər BUX-nın poliklinika şöbəsi tərəfindən TSEK-ə göndərilmiş məlumatların cavabı olaraq natamam doldurulma kimi qiymətləndirilərək rədd cavabı verilib. İddiaçı və cavabdehin nümayəndəsi X3 məhkəmə iclasına gəlmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Həmçinin iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, X1 fiziki qüsurlu uşaqlar üçün ödənilən müavinətin 3 il üzrə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Belə ki, iddiaçı təqdim etdiyi ərizədə fiziki qüsurlu uşaqlar üçün barəsində mövcud qanunvericiliyə uyğun olaraq 3 il müddətinə müavinət ödənilir, X1 1 il üzrə ödənilməsi qanuna uyğun olmadığını, əlavə 2 il üçündə ödənilməli olduğunu qeyd etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının təqdim etdiyi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə X1 fiziki qüsurlu uşaqlar üçün ödənilən müavinətin 3 il üzrə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etsə də, iş materiallarına əsasən iddiaçının qeyd olunan tələbə dair cavabdeh qurumlara müraciət etməsinə dair hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə əlavə olaraq onu da qeyd edir ki, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdeh orqanın üərinə İddiaçı müraciəti ilə bağlı xx.xx.2010-cu il təvəllüdlü Süleymanzadə Fərid Nazim oğlu əyani müayinə olunaraq forma 88 arayışında qeyd edilən xəstəliklərin öz əksinin tapıb-tapmaması, bu xəstəliklərin sağlamlıq imkanlarının məhdudluğuna imkan verib-verməməsi ilə bağlı 1 ay müddətində qərar qəbul edilməsi ilə bağlı öhdəlik qoyulmuşdur. Cavabdeh orqan tərəfindən məhkəməyə ünvanlanmış məktubda Məhkəmə qərardadına əsasən F.Süleymanzadə əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq xx.xx.2023-cü il tarixindən ümumi xəstəlik səbəbilə bir il müddətinə (xx.xx.2024-cü il tarixinədək) orqanizmin funksiyalarının 35 faiz pozulması barədə qərar qəbul edildiyi qeyd edilmişdir. Məhkəmə ərizə və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır.

1. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, ərizədə tələb qeyri-müəyyən olmaqla, iddiaçı cavabdehə qarşı yönəlmiş konkret tələbi aydın ifadə edilməmişdir. Halbuki, İnzibati Prosessual Məcəlləsinin 46.1.2 və 46.1.3-cü maddələrinin tələblərinə əsasən iddiaçının tələbi, inzibati orqanın adı və hüquqi ünvanı iddia ərizəsində göstərilməlidir. Belə ki, ərizədən müəyyən edilir ki, iddiaçının tələbi aydın olmamaqla bərabər, qeyd etdiyi tələbinə dair cavabdeh orqana müraciət etməmişdir, eyni zamanda iddiaçı iddia tələbində qeyd etdiyi dövrlər üzrə övladının adına göndəriş rəsmiləşdirilməmişdir. Göründüyü kimi iddianın xüsusi mümkünlük şərtlərinə əməl olunmamış, iddiaçının ilkin olaraq iddia tələbində qeyd edilən tələblə bağlı hazırkı iş üzrə cavabdehə və ya digər hər hansı aidiyyəti quruma müraciət etməsi barədə sənəd iş materiallarına əlavə edilməmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarına əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir (16.1). İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir (16.2). Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir (16.3). İPM-in 46.3cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir (16.4). İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər (16.6). Göründüyü kimi, iddiaçının ərizəsi İPM-nin 46-cı maddəsinin tələblərinə cavab verməmişdir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarı, 2.1-ci bənd). Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarı, № 05, 17-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə tərəfindən qeyd edilən hallar ətraflı araşdırılmış, iddiaçının subyektiv hüququnun olmaması, eyni zamanda cavabdehin həmin iddiaya cavab verməli inzibati orqan olmaması, iddiaçının cavabdeh orqana müraciətinin olmaması müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı X1 fiziki qüsurlu uşaqlar üçün ödənilən müavinətin 3 il üzrə ödənilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar