Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4771/2024 19.12.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı doğum haqqında akt qeydində düzəliş edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: xx.xx.1969-cu il tarixli 663 nömrəli doğum haqqında akt qeydinə əsasən X10 xx.xx.1968-ci ildə anadan olmuşdur. xx.xx.1974-cü il tarixli 50 nömrəli doğum qeydlərinin bərpa aktına əsasən X4 xx.xx.1968-ci ildə anadan olmuşdur. Cavabdeh xx.xx.2024-cü il tarixli arayışına əsasən xx.xx.1968-ci ildə Gəncə şəhərində X7 doğulmuş X2 atası X5 hesab edilmişdir.Bu barədə xx.xx.1974-cü ildə Cavabdehndə 33 №-li atalığın müəyyən edilməsi haqqında akt qeydi tərtib olunmuşdur. Cavabdeh xx.xx.2024-cü il tarixli arayışına əsasən xx.xx.1968-ci ildə Azərbaycan Respublikası Gəncə şəhərində anadan olmuşdur.Bu barədə xx.xx.1974-cü il tarixdə Cavabdehndə 50№-li doğum haqqında bərpa akt qeydi tərtib olunmuşdur. Cavabdeh xx.xx.2024-cü il tarixli arayışına əsasən xx.xx.1968-ci ildə Ukrayna Respublikası Samatoyevski diyarında anadan olmuşdur.Bu barədə xx.xx.1969-cu il tarixdə Cavabdehndə 663№-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. İddiaçı Cavabdehnə müraciətinə sonuncu tərəfindən imtina cavabı verilərək xx.xx.2024cü il tarixli, 3-16-5/8-15-2284 nömrəli məktubu ilə bildirilmişdir ki, xx.xx.1974-cü il tarixdə Cavabdehndə onun doğumu qeydə alınarkən doğum evinin xx.xx.1968-ci il tarixli arayışına əsasən onun doğum tarixi “xx.xx.1968-ci il” göstərilmiş və ona doğum haqqında şəhadətnamə verilmişdir. Hazırda qeydiyyat şöbəsinə təqdim etdiyi UKR FX 561612 nömrəli pasportun və AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin sənədlərdə doğum tarixi xx.xx.1969-cu il kimi yazılmışdır, bu da qeydiyyat şöbəsinin arxivində olan doğum haqqında akt qeydindəki məlumatlarla ziddiyyət təşkil edir. Göstərilənlərə əsasən doğum tarixinin xx.xx.1968-ci ildən xx.xx.1969-cu ilə düzəliş aparılması mümkün olmamışdır, bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyə olunur İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun doğum akt qeydində doğum tarixinin xx.xx.1968-ci ildən xx.xx.1969-cu ilə düzəliş edilməsinin cavabdeh orqanın üzərinə vəzifə olaraq qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, onun anası milliyyətcə Ukraynalı olub, 1953-cü ildən 1969-cu ilədək Azərbaycan SSR-də yaşayıb, hamilə vəziyyətdə Ukrayna SSR-yə getmişdir. xx.xx.1969-cu ildə Ukrayna SSR-də doğulmuşdur. O, vaxt vahid Sovet Sosialist Respublikaları olduğundan və atası Azərbaycanda yaşadığından doğum haqqında şəhadətnaməni atası Gəncə şəhərindən almışdır. O, qeyd olunan doğum haqqında şəhadətnamə əsasında Ukrayna Respublikasının vətəndaşlığını almışdır. Rusiya Ukrayna müharibəsi ilə əlaqədar olaraq qaçqın kimi avropaya məcburi köç etmişlər. Onun doğum haqqında şəhadətnaməsi Ukraynada qalmışdır. Hal-hazırda Avropada vətəndaşlıq almağı üçün sənədlər siyahısında doğum haqqında şəhadətnamə lazımdır. Doğum haqqında təkrar şəhadətnamə almaq üçün Cavabdehnə müraciət etmiş, araşdırma zamanı müəyyən olundu ki, onun ümumvətəndaş pasportu ilə doğum haqqında şəhadətnamədə uyğunsuzluq vardır.Belə ki, yeganə əlində olan Ukrayna Respublikasının ümumvətəndaş pasportunda onun təvəllüdü xx.xx.1969-cu il göstərilsə də, Cavabdehndə doğum təvəllüdü xx.xx.1968-ci il kimi göstərilmişdir.Doğum akt qeydində doğum tarixinin xx.xx.1968-ci ildən xx.xx.1969-cu ilə düzəliş edilməsi ilə bağlı cavabdeh orqana müraciətinə sonuncu tərəfindən imtina cavabı verilmişdir. O, cavabdeh orqanın imtinası ilə qətiyyən razı deyildir. İddiaçının və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, iddiaçı 1969-cu il tarixdə anadan olub, iddiaçının ikili vətəndaşlığı var həm Azərbaycan həmdə Ukrayna vətəndaşıdır, hal-hazırda xarici vətəndaşlığ almaq istədiyi zaman məlum olmuşdur ki, Gəncədə tərtib edilən doğum akt qeydində doğum tarixi 1968-ci il qeyd edilmişdir.İddiaçıya məxsus olan Ukrayna pasportunda da doğum tarixi 1969-cu il qeyd edilib, bunlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında bildirmişdir ki, nikah haqqında şəhadətnamədə də iddiaçının doğum tarixi 1969-cu il qeyd olunmuşdur. Demək olar ki bütün sənədlərdə doğum tarixi 1969-cu il qeyd edilmişdir, ola bilər ki, həmin sənədlərdə texniki səhv olub, iddiaçı 1969-cu il tarixində anadan olub və iddiaçının doğum haqqında şəhadətməsi mövcud deyildir.İddia tələbinn təmin olunmasına etiraz etmirlər. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırılmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. İddiaçının tələbi qeydində onun doğum tarixinin xx.xx.1968-ci ildən xx.xx.1969-cu ilə düzəliş edilməsidir ki, cavabdeh orqan onun xx.xx.1974-cü il tarixdə Cavabdehndə doğumu qeydə alınarkən doğum evinin xx.xx.1968-ci il tarixli arayışına əsasən onun doğum tarixi “xx.xx.1968-ci il” göstərilmiş və ona doğum haqqında şəhadətnamə verilmişdir.Hazırda qeydiyyat şöbəsinə təqdim etdiyi UKR FX 561612 nömrəli pasportun və AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin sənədlərdə doğum tarixi xx.xx.1969-cu il kimi yazılmışdır, bu da qeydiyyat şöbəsinin arxivində olan doğum haqqında akt qeydindəki məlumatlarla ziddiyyət təşkil etməsi səbəbi ilə imtina cavabı vermişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların: -1-ci və 2-ci bəndində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. -10-cu bəndində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində düzəldilən səhvlər və edilən dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Beləliklə müəyyən olunur ki, iddiaçının vəkili iddiaçının doğum tarixinin Ukrayna Respublikasının ümumvətəndaş pasportunda və Ukraynanın adından olan Qərarda iddiaçının təvəllüdünün xx.xx.1969-cu il qeyd olunduğunu bildirsədə, iddiaçıya məxsus olan ilkin sənəddə, yəni doğum haqqında akt qeydində onun doğum tarixi xx.xx.1968-ci il qeyd edilmişdir. Eyni zamanda məhkəmə iclasında cavabdehin nümayəndəsi izahatında, iddiaçıya məxsus olan sənədlərdə doğum tarixinin xx.xx.1969-cu il qeyd olunduğunu bildirsədə iddiaçının doğum tarixinin xx.xx.1969-cu il qeyd olunduğu sənədi məhkəməyə təqdim edə bilməmişdir. Bununla bağlı məhkəmə xüsusi olaraq qeyd edir ki, xx.xx.1969-cu il tarixli 663 nömrəli doğum haqqında akt qeydində, xx.xx.1974-cü il tarixli 50 nömrəli doğum qeydlərinin bərpa aktında, eyni zamanda cavabdeh orqan tərəfindən təqdim edilən 11 oktyabr 2024-cü il tarixli arayışlarda da iddiaçının doğum tarixi xx.xx.1968-ci il qeyd edilmişdir.Beləliklə, cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmasına etiraz etmədiyini bildirsədə iddiaçının tələbinin əsaslı olması barədə sübutu yəni iddiaçının doğum tarixinin xx.xx.1969-cu il olması barədə sübutu məhkəməyə təqdim edə bilməmişdir, eyni zamanda məhkəmə iclası zamanı cavabdehin nümayəndəsi cavabdeh orqan tərəfindən təqdim edilən iddiaçının doğum akt qeydi və cavabdeh orqan tərəfindən təqdim edilən arayışlarda iddiaçının doğumunun xx.xx.1968-ci il qeyd olunması barədə sənədlərə yenidən cavabdehin nümayəndəsi ilə birlikdə baxış keçirilən zaman bir daha cavabdehin nümayəndəsinin diqqətinə çatdırılan zaman ki, tərəfinizdən təqdim olunan bütün sənədlərdə iddiaçının doğum tarixi xx.xx.1968-ci il qeyd edilib cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, ola bilər ki, sənədlərdə texniki səhf gedib. Doğum haqqında akt qeydinə dəyişikliklər edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar hazırkı iş üzrə mövcud deyildir. Belə ki, işin hallarından görünür ki, iddiaçı doğum akt qeydində onun doğum tarixinin xx.xx.1968-ci ildən xx.xx.1969-cu ilə düzəliş edilməsini tələb etsə də, iddiaçının düzəliş olunmasını tələb etdiyi akt qeydi onun barəsində tərtib olunmuş ilkin akt qeydidir. Bu səbəbdən də məhkəmə hesab edir ki, doğum haqqında akt qeydində iddiaçının doğum tarixinin xx.xx.1968-ci ildən xx.xx.1969-cu ilə düzəliş edilməsi üçün kifayət qədər əsas yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 462-ci maddəsinə əsasən Xarici dövlətlərin məhkəmələrinin qətnamələri Azərbaycan Respublikasının qanunvericiliyinə, hüquq qaydasına zidd deyildirsə və qarşılıqlı təminatlandırılmışdırsa, Azərbaycan Respublikasında tanına və icra edilə bilər. Eyni zamanda iddiaçının vəkili iddiaçının doğum tarixinin xx.xx.1969-cu il qeyd edildiyini istinad etdiyi xarici dövlətin məhkəmə qətnaməsinin Azərbaycan Respublikasında tanınması barədə sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-4771/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-4771/2024
19.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver