Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-478/2020 06.02.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Muxtarova Aytac Əkram qızının katibliyi, X1 iştirakı ilə X1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X7rşı torpaq sahəsinin onun adına qeydiyyata alınması və plan ölçü sənədinin verilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X7rşı Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxxxx 2013-cü il tarixli, 1083 nömrəli sərəncamı ilə Gəncə şəhəri, Gülüstan qəsəbəsi ərazisindəki 28 nömrəli binanın cənub tərəfində yerləşən 300,0 kv.m torpaq sahəsinin ona verilməsi, həmin torpaq sahəsinin onun adına qeydiyyata alınması və ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki,onun müraciəti əsasında Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxxxx 2013-cü il tarixli, 1383 nömrəli sərəncamı ilə Gəncə şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin rəyi nəzərə alınmaqla Gəncə şəhəri, Gülüstan yaşayış ərazisindəki 28 nömrəli binanın cənub tərəfində yerləşən 300,0 kv.m torpaq sahəsində ona fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmişdir. O, ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə müraciət edərək müvafiq sərancamla ona verilmiş yuxarda qeyd olunan torpaq sahəsinin qeydə alınması və plan ölçü sənədinin verilməsini xahiş etmişdir. Lakin, inzibati orqan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi bunu etməkdən imtina etdiyinə görə Gəncə İnzibati- İqtisadi Məhkəməsində iddia qaldırmışdır. Gəncə İnzibati-İqtisadi Məhkəməsinə verdiyi iddia ərizəsi ilə bağlı 2-1(083)-1222/2019 nömrəli inzibati işə hakim Kənan Vəliyevin sədrliyi ilə xx.xx.2019-cu ildə baxılmış, iddiasına baxılması mümkün sayılmayaraq ona izah olunmuşdur ki, torpaq sahəsinin qeydə alınması və plan ölçü sənədinin verilməsi tələbi ilə cavabdeh orqana müraciət etməklə plan ölçü sənədinin verilməsini tələb edilə bilər. Məhkəmənin həmin qərardadına əsasən o, yenidən ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə xx xxxxxx 2019-cu il tarixdə müraciət edərək müvafiq sərancamla ona verilmiş yuxarda qeyd olunan torpaq sahəsinin qeydə alınmasını və plan ölçü sənədinin verilməsini xahiş etsə də, cavabdeh orqan hüquq müəyyənedici sənəd təqdim edilməməsini əsas gətirərək ərizəsinin icrasının mümkün olmaması barədə ona xx.xx.2019-cu il tarixli, **********27 saylı imtina məktubu göndərmişdir. X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarından göründüyü kimi iddiaçı tələbindətorpaq sahəsinin ona verilməsi, həmin torpaq sahəsinin onun adına qeydiyyata alınması vəölçü sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədəqərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki mümkünlük və əsaslılıq hissələrinə ayrılır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsən hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İş materiallarından göründüyü kimi, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2-1(83)-1409/2016 nömrəli qərarı ilə X1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X7rşı Gəncə şəhəri, Gülüstan qəsəbəsi ərazisindəki 28 nömrəli binanın cənub tərəfində yerləşən 300,0 kv.m torpaq sahəsinin onun adına dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsinə dair iddia tələbi təmin edilməmişdir. Qərardan apelyasiya şikayəti verilməmiş və həmin qərar qanuni qüvvəsini almışdır. İş materiallarında olan Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(83)-1222/2019 nömrəli qərarı ilə ilə X1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X7rşı «Torpaq sahəsinin plan və ölçüsü» sənədinin verilməsi tələbinə dair iddiası mümkünsüz sayılmış, qərardaddan apelyasiya şikayəti verilməmiş və həmin qərardad qanuni qüvvəsini almışdır. Belə olan halda məhkəmə hesab edir ki, eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair işlə bağlı qanuni qüvvəsini almış məhkəmə qərarı mövcud olduğundan, hazırkı iddia tələbi mümkün sayıla bilməz. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 78. maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Yəni, maddi-hüquqi baxımdan qanuni qüvvəyə minmiş məhkəmə qərarları proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Faktiki olaraq bu məcburilik məhkəməyə də şamil olunur. Çünki məhkəmə tərəflərin və mübahisənin eyni olduğu hallarda mahiyyəti üzrə yeni qərar qəbul edə bilməz. Əksinə məhkəmə artıq bir qərarın mövcud olması və buna görə də yeni qərarın qəbul edilə bilməməsi vəziyyətinə riayət etməlidir. Yəni qanuni qüvvəyə minmiş məhkəmə qərarı hüquqi mübahisə üzrə iddiaçı və cavabdeh, eləcə də zəruri prosessual həmiştirakçılar üçün məcburidir. Başqa sözlə eyni tərəflər arasında olan inzibati iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir inzibati icraatda təkrar mübahisələndirilə bilmək imkanını itirmiş olur. Yalnız o halda bu cür iddia mümkün sayılır ki, qərarın qanuni qüvvəyə minməsindən sonra işin faktiki və hüquqi halları dəyişmiş və bununla da yeni iddia predmeti yaranmış olsun. Hazırkı iş üzrə məhkəmə qeyd edir ki, işin faktiki və hüquqi əsasları dəyişməmiş, iddiaçı məhkəmə qərarları ilə hüquqi qiymət verilmiş iddianı yenidən mübahisələndirmişdir. Konstitusiya Məhkəməsi Plenumunun bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə xx xxxx 2015-ci il tarixli Qərarı). Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-cı və 35-ci maddələrini rəhbər tutaraq, qərara aldı: X1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X7rşı torpaq sahəsinin onun adına qeydiyyata alınması və plan ölçü sənədinin verilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-478/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-478/2020
06.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver