Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-480/2020 13.03.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Abdullayev Əsgər Vəli oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X5 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X14rşı (üçüncü şəxs X7) dövlət aktında düzəliş edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X14rşı xx.xx.2019-cu il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Şəmkir rayonu Yeni Həyat kəndində Şəmkir rayon X9 xx.xx.1998-ci il tarixli, 562 saylı qərarı ilə ayrılmış 0,28 ha torpaq sahəsinə dair JN-7xx xxx 50402028 saylı dövlət aktında düzəliş edilərək X4 adının həmin dövlət aktından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(114)-480/2020 nömrəli qərardadı ilə X7 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, yaxın qohumu olan X1 Şəmkir rayonu Yeni Həyat kəndində Şəmkir rayon X9 xx.xx.1998-ci il tarixli, 562 saylı qərarı ilə 0,28 ha torpaq sahəsi ayırlmış və ona müvafiq JN-7xx xxx 50402028 saylı dövlət aktı verilmişdir. X3 xx.xx.2003-cü il tarixdə vəfat etmişdir. Şəmkir rayon 1 saylı notariat ofisinin xx xxxxxx 2019-cu il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən iddiaçı həmin miras əmlak üzrə vərəsə sayılmışdır. Dövlət aktı verilərkən həmin aktda səhvən X4 adı qeyd edilmişdir. Həmin şəxs onun ailə üzvü olmamış, belə bir şəxs Şəmkir rayonu Yeni Həyat kəndində heç vaxt yaşamamışdır. O, rəsmi qaydada ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X19 müraciət edərək Şəmkir rayonu Yeni Həyat kəndində Şəmkir rayon X9 xx.xx.1998-ci il tarixli, 562 saylı qərarı ilə ayrılmış 0,28 ha torpaq sahəsinə dair JN-772 KOD50402028 saylı dövlət aktında düzəliş edilərək X4 adının həmin dövlət aktından çıxarılmasını xahiş etmiş, lakin inzibati orqan bundan imtina etmişdir. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx xxxx 2020-ci il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında İddiaçınümayəndəsi (vəkili) X13 iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək Şəmkir rayonu Yeni Həyat kəndində Şəmkir rayon X9 xx.xx.1998-ci il tarixli, 562 saylı qərarı ilə iddiaçıya ayrılmış 0,28 ha torpaq sahəsinə dair JN-7xx xxx 50402028 saylı dövlət aktında düzəliş edilərək X4 adının həmin dövlət aktından çıxarılması vəzifəsinin cavabdehAzərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X17 üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X22 nümayəndəsinin iştirakını şifahi məhkəmə baxışı iclasında təmin etməmiş, üçüncü şəxsX7 isə məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı tərəfindən məhkəməyə aşağıdakı sənədlər təqdim edilmişdir: - Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Yeni Həyat kənd X21 üzrə nümayəndəsinin xx.xx.2019-cu il tarixli, 38 nömrəli məktubu; - Vəsiyyətnamə üzrə vərəslik hüququ haqqında xx.xx.2019-cu il tarixli şəhadətnamə; - “torpağa mülkiyyət hüququna dair” JN-7xx xxx 50402028 nömrəli dövlət aktının surəti; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X17 iddiaçıya ünvanladığı xx.xx.2019cu il tarixli, **********39 nömrəli məktubu. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəməiş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati-iqtisadi məhkəmələrə aiddir. X11 Məcəllənin 33.1 və 33.2-ci maddələrinə əsasən məcburetmə haqqında iddia qaldırmışdır. Həmçinin, iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsində nəzərdə tutulmuş iddianın qaldırılması ilə bağlı müddət (tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün) gözlənilmişdir. İddia mahiyyəti üzrə aşağıdakılara görə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci bəndinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin tələblərinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci bəndinin tələblərinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin 2-ci bəndinin tələblərinə əsasən isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2ci abzasına əsasən torpaq islahatının vəzifələri Azərbaycan Respublikasının ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqlarının bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir. İş materiallarında olan və şifahi məhkəmə baxışı iclasında tədqiq olunan Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Yeni Həyat kənd X21 üzrə nümayəndəsinin xx.xx.2019cu il tarixli, 38 nömrəli məktubundan görünür ki, X7 adlı şəxs Şəmkir rayonu Yeni Həyat kəndində qeydiyyatda olmamış və heç vaxt orada yaşamamışdır. İş materiallarında olan və şifahi məhkəmə baxışı iclasında tədqiq olunan vəsiyyətnamə üzrə vərəslik hüququ haqqında xx.xx.2019-cu il tarixli şəhadətnamədən görünür ki, xx.xx.2003-cü il tarixdə ölmüş X6 vərəsəsi İddiaçıdur və o miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak “torpağa mülkiyyət hüququna dair” JN-7xx xxx 50402028 nömrəli dövlət aktına əsasən ayrılmış, ümumi sahəsi 0.28 ha olan torpaq sahəsindən ibarətdir. Beləliklə şifahi məhkəmə baxışı iclasında, həmçinin iş materiallarında olan sübutların tədqiqi ilə belə müəyyən edilmişdir ki, Şəmkir rayon X9 xx.xx.1998-ci il tarixli, 562 saylı qərarı ilə X6 mülkiyyətinə Şəmkir rayonu Yeni Həyat kəndində yerləşən 0,28 ha torpaq sahəsi ayrılmışdır. X12 xx.xx.2003-cü il tarixdə vəfat etmiş və vəsiyyətnamə üzrə vərəslik hüququ haqqında xx.xx.2019-cu il tarixli şəhadətnaməyə əsasən iş üzrə İddiaçı onun vərəsəsi tanınaraq, “torpağa mülkiyyət hüququna dair” JN-7xx xxx 50402028 nömrəli dövlət aktına əsasən ayrılmış, ümumi sahəsi 0.28 ha olan torpaq sahəsindən ibarət miras əmlakı almaq hüququ yaranmışdır. “Torpağa mülkiyyət hüququna dair” JN-7xx xxx 50402028 nömrəli dövlət aktında texniki səhv olaraq “X7” adlı şəxsin adı qeyd edilmişdir. Əslində isə X2 Tamara Mədət qızının ailə üzvü olmamış və ümumiyyətli həmin şəxs Şəmkir rayonu Yeni Həyat kəndi ərazisində yaşamamışdır. İddiaçı həmin şəxsin adının “Torpağa mülkiyyət hüququna dair” JN-7xx xxx 50402028 nömrəli dövlət aktından çıxarılması ilə əlaqədar rəsmi qaydada ərizə ilə cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X19 müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın dövlət aktından “X7”nın adının çıxarılmasından imtinası ilə bağlı hərəkətləri nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur. Məhkəmənin sorğusu əsasında Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Yeni Həyat kənd X21 üzrə nümayəndəsinin xx.xx.2020-ci il tarixli, 38 nömrəli məktubundan görünür ki, Yeni Həyat kəndi ərazisində X7 adlı şəxs 1998-ci ildən hal-hazıradək yaşamır. Məhkəmə araşdırmaları zamanı məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara, tərəfin izahatına, həmçinin məhkəmənin sorğusu əsasında inzibati orqanlar tərəfindən daxil olmuş cavablara əsasən məhkəmə hesab edir ki, həmin sübutlar qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcuddur. Azərbaycan Respublikasi İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasinda inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllinin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. “İnzibati icraat haqqında“ Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibatin aktın qəbul edilmısi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Göründüyü kimi İddiaçı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu, yəni “torpağa mülkiyyət hüququna dair” dövlət aktında X4 adının texniki səhv olaraq yazılmasını məhkəmə araşdırması zamanı sübuta yetirə bilmişdir. Ona görə də, məhkəmə iddia tələbinin təmin edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçilarının öz mülahizələrini bildirmək imkanı olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, iddia tələbi təmin edilməli, “torpağa mülkiyyət hüququna dair” JN-7xx xxx 50402028 nömrəli dövlət aktından “X7”nın adının çıxarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X17 üzərinə qoyulmalıdır. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. “Torpağa mülkiyyət hüququna dair” JN-7xx xxx 50402028 nömrəli dövlət aktından “X7”nın adının çıxarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X17 üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-480/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-480/2020
13.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver