Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-480/2023 02.02.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxs X6 nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X10) daşınmaz əmlakın dövlət reyestri qeydinin ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə X6 adına olan ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 41,10 kv.m olan daşınmaz əmlakı xx.xx.2021-ci il tarixli AN-1 ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X3 almış, həmin daşınmaz əmlaka dair ona ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarış verilmişdir. Onun mülkiyyətində olan həmin daşınmaz əmlaka gedişgəliş yolunun bağladığına görə iddiaçı cavabdeh X8 qarşı gediş-gəliş yolunun açılması və qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət etmiş, Tovuz Rayon Məhkəməsinin 2(062)-2073/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin olunmamışdır. Həmin işə baxılan zaman ona məlum olmuşdur ki, hazırda mübahisələndiriyi işlə bağlı Tovuz rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(062)-2656/2018 saylı qətnaməsi mövcuddur. Məhkəmənin həmin qətnaməsinə əsasən sonradan Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(062)-1189/2019 saylı qətnaməsi qəbul olunmuşdur. Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(062)-1189/2019 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(104)-3953/2019 saylı qətnaməsinə əsasən təmin olunmamış, həmin qətnamənin qəbul edilməsinə əsas kimi Tovuz rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(062)-2656/2018 saylı qətnaməsinin mövcudluğu qeyd olunmuşdur. Tovuz rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(062)-2656/2018 saylı qətnaməsindən maraqlarına toxunan şəxs kimi apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(104)-1204/2022 saylı qərardadına əsasən Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsində üçüncü şəxs X10 məhkəməyə mübahisəli ərazidə yerləşən tikiliyə çıxarış aldığını qeyd etmişdir. Bundan sonra vəkil sorğularına əsasən cavabdeh təşkilatdan X6 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixində ünvan 2 ünvanında mənzil qeydiyyata alındığı və X6 adına Tovuz rayon İcra Hakimiyyəti Mənzil İstismarı sahəsinin 322 nömrəli 26 oktyabr 2021-ci il tarixli arayışına əsasən ünvan 4 ünvanında ********** qeydiyyat nömrəsi ilə 03 noyabr 2021-ci il tarixdə 1 nömrəli məzilin qeydiyyata alındığı müəyyən edilmişdir. Halbuki həmin ünvanda yerləsən mənzil 11 may 2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə iddiaçını adına qeydə alnmışdır. Eyni ünvanda yerləşən bir mənzilin iki şəxsin adına qeydə alınması tam qanunsuzluqdur. İddiaçı cavabdehə müraciət etsə də müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X10 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Bundan sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin üzərinə X6 adına olan ********** qeydiyyat nömrəli qeydin ləğv edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin 02 fevral 2023-cü il tarixli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Üçüncü şəxs X6 nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbinə etiraz edərək tələbin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X11 iddia tələbinə etiraz edərək tələbin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edir: - təsdiq edilmiş surəti ilə əlavə edilmiş AN-İ ******* nömrəli, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, ünvan 5 ünvanında yerləşən mənzil X7 tərəfindən İddiaçı satılmışdır. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********70 nömrəli məktubunda qeyd edilmişdir ki, X6 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə ünvan 6 ünvanında mənzil qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********86 nömrəli məktubunda qeyd edilmişdir ki, X6 adına Tovuz Rayon İcra Hakimiyyəti Mənzil-İstismarı sahəsinin 322 nömrəli, xx.xx.2021-ci il tarixli arayışına əsasən Tovuz rayonu, Qovlar qəsəbəsi, Vağzal küçəsi 56 ünvanında ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə 1 nömrəli mənzil qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********07 nömrəli məktubundan görünür ki, qeyd olunan məsələ ilə bağlı araşdırma zamanı mənzillərin ünvanında texniki səhvə yol verildiyi aşkarlanmış və ünvanla bağlı uyğunsuzluqlar aradan qaldırılmışdır. Odur ki, müraciətin təmin edilməsindən imtina edilmişdir. -təsdiq edilmiş surəti işə əlavə edilmiş mənzil fondunun əvəzsiz olaraq balansdan-balansa verilməsi haqqında əmrdən görünür ki, 14 sentyabr 2001-ci il tarixdən başlayaraq təhvil-təslim materiallarının hazır olma səviyyəsindən asılı olaraq Azərbaycan Dövlət Dəmir Yoluna məxsus mövcud mənzil Fondu, həyətyanı və məhlədaxili sahələr Tovuz rayon İcra hakimiyyətinin balansına və xidməd dairəsinə əvəzsiz olaraq verilməsinin təmin edilməsi və bu məqsədlə Tovuz rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət Dəmir Yolu ilə birgə tərkibdə təhvil-təslim komissiyasının yaradılması qərara alınmışdır. -təsdiq edilmiş surəti işə əlavə edilmiş “Qovlar stansiyası” başlıqlı siyahıdan görünür ki, mənzil sahibləri yazılmış ilk sütünda ikinci sırada Rza Bağırovun adı qeyd edilmişdir. -təsdiq edilmiş surəti işə əlavə edilmiş xx.xx.2008-ci il tarixli kirayə müqaviləsindən görünür ki, ünvan 7 ünvanında yerləşən yaşayış X1 verilmişdir. - təsdiq edilmiş surəti işə əlavə edilmiş Tovuz rayon İcra Hakimiyyəti Mənzil-İstismar Sahəsinin 322 nömrəli, xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Tovuz rayonu, Qovlar qəsəbəsi, Vağzal küçəsi 56 ünvanında yerləşən mənzil X8 məxsusdur. -təsdiq edilmiş surəti işə əlavə edilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Tovuz rayonu, Qovlar qəsəbəsi, Vağzal küçəsi, ev 56/1, mənzil 1 xüsusi mülkiyyət hüququ ilə X6 adına qeydə alınmışdır. -təsdiq edilmiş surəti işə əlavə edilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 8 xüsusi mülkiyyət hüququ ilə X6 adına qeydə alınmışdır. -təsdiq edilmiş surəti işə əlavə edilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 5 xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına qeydə alınmışdır. -təsdiq edilmiş surəti işə əlavə edilmiş xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 5 xüsusi mülkiyyət hüququ ilə X5 adına qeydə alınmışdır. -surəti işə əlavə edilmiş Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-(062)- 2073/2021 nömrəli qətnaməsi ilə İddiaçı X8 qarşı Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsi, ev 56, mənzil 1-ə gediş-gəliş yolunun (həm maşın, həm də piyada üçün nəzərdə tutulan) açılmasına və həmin yolda tikilən qanunsuz tikilinin cavabdehin vəsaiti hesabına sökülməsinə dair iddiasının təmin olunmaması qərara alınmışdır. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmış, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin hallarını, tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı eyni mənzilin iki şəxsin adına qeydiyyata alındığını əsas gətirərək, digər şəxsin, yəni hazırki iş üzrə üçüncü şəxs olan X6 adına aparılmış xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli qeydin ləğv edilməsini xahiş etsə də cavabdehə tərəfindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, üçüncü şəxs X8 Azərbaycan Dövlət Dəmir Yoluna məxsus mövcud mənzil Fondundan mənzil verilmiş və onunla kirayə müqaviləsi bağlanmışdır. Daha sonra Tovuz rayon İcra Hakimiyyəti Mənzil-İstismar Sahəsinin 322 nömrəli, xx.xx.2021-ci il tarixli arayışı əsasında Tovuz rayonu, Qovlar qəsəbəsi, Vağzal küçəsi 56 ünvanında yerləşən mənzil X10 adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə qeydə alınmışdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd edilməlidir ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. -8.0.11-ci maddəsinə əsasən zərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan da qeyd olunmalıdır ki, müvafiq sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir. Təqdim edilmiş sübutlarla təsdiq olunur ki, ünvan 8 üvanında yerləşən mənzil qanuni əsaslarla X6 adına qeydə alınaraq müvafiq çıxarış verilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, **********07 nömrəli məktubundan görünür ki, araşdırma zamanı mənzillərin ünvanında texniki səhvə yol verildiyi aşkarlanmış və ünvanla bağlı uyğunsuzluqlar aradan qaldırılmışdır. Belə ki, xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda Tovuz rayonu, Qovlar qəsəbəsi, Vağzal küçəsi, ev 56/1, mənzil 1-in xüsusi mülkiyyət hüququ ilə X6 adına qeydə alınması əks olunsa da, bu yalnışlıq aradan qaldırılaraq xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda ünvan 8 ünvanında yerləşən mənzilin xüsusi mülkiyyət hüququ ilə X6 adına qeydə alınması göstərilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. 16.1-1-ci maddəsinə əsasən bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla müəyyən edilmiş qaydada inzibati orqan olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həyata keçirilir. Mülki Məcəllənin 139-cu maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 238.1-ci maddəsinə görə, torpaq daşınmaz əmlak kimi mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Yuxarıda qeyd olunan normalardan məlum olduğu kimi Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Beləliklə, hazırda mübahisə predmeti olan xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri qeydi üçüncü şəxsin adına qanunla müəyyən edilmiş əsas və qaydalarla aparıldığından cavabdeh inzibati orqanın imtina etməsi qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 58.7. maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1 və 68.2. maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın dövlət reyestri qeydinin ləğv edilməsi tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-480/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-480/2023
02.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver