Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-4808/2023 12.12.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı icra sənədinin ləğv olunaraq, ölkədən getmək hüququna qoyulan məhdudiyyətin aradan qaldırılması barədə iddia tələbi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək icra sənədinin ləğv edilərək ölkədən çıxmaq hüququna məhdudiyyətinin aradan qaldırılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(083)- 248/2019 saylı xx.xx.2019-cu il tarixli qərarına əsasən borclu İddiaçı ümumilikdə 11353 manat tutularaq "xxxx" SŞ ASC –yə verilməsi qərara alınmışdır. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(083)-248/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borcun bir hissəsi borclu tərəfindən hissə-hissə ödənilmiş, bir hissəsi isə maddi vəziyyəti nəzərə alınaraq tələbkar tərəfindən güzəşt edilmişdir. xx.xx.2023-cü il tarixdə icra sənədinin geri qaytarılmasına dair tələbkarın ərizəsini icra məmuruna təqdim etməsinə baxmayaraq ondan 7 faiz icra ödənişi tələb olunur. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat təqdim etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə hazırlıq iclasına gəlməyən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, 2019-cu ildən onun haqqında icra sənədi tərtib olunmuş, ölkədən çıxışına məhdudiyyət qoyulmuşdur. Məhdudiyyətin aradan qaldırılması üçün ondan 7 faiz ödəniş tələb edilmiş və o isə ödənişi etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək qeyd edir ki, iddiaçının niyyəti icra sənədinin ləğv olunaraq, ölkədən getmək hüququna qoyulan məhdudiyyətin aradan qaldırılmasıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati iddianın ilkin ümumi mümkünlük şərti mübahisənin inzibati hüquq münasibətləri ilə əlaqədar yaranmış olmasıdır. Lakin hazırkı halda inzibati mübahisə mövcud olmadığından iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz və buna görə iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsində qaldırılan məsələ icra sənədinin ləğv olunaraq, ölkədən getmək hüququna qoyulan məhdudiyyətin aradan qaldırılmasıdır. Nəzərə alınmalıdır ki, məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edilir. Bu səbəbdən də məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh məhkəmənin sorğusuna xx.xx.2023-cü il tarixli cavab məktubu ilə müəyyən olunur ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(083)-248/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borclu İddiaçı ölkədən getmə hüququnun məhdudlaşdırılmasının götürülməsinə dair qərar qəbul edilmiş və ölkədən getmə hüququnun məhdudlaşdırılması götürülmüşdür. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təstiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Eyni zamanda, “İcra haqqında” Qanun hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Bundan əlavə, “İcra haqqında” Qanun məcəlləşdirilmiş prosessual normativ hüquqi aktlardan fərqli olaraq məhkəmə aidiyyəti qaydalarını müəyyən edə bilməz. Ümumi prinsipə görə işlər üzrə məhkəmə aidiyyəti qaydaları müvafiq sahələrə (mülki prosessual, cinayət-prosessual, inzibati prosessual, habelə inzibati xətalar haqqında qanunvericiliyə) aid prosessual qanunvericiliklə tənzimlənir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.3 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-cı və 35-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdehnə qarşı icra sənədinin ləğv edilərək ölkədən getmək hüququna məhdudiyyətinin aradan qaldırılması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-4808/2023
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-4808/2023
12.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver