Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-481/2020 11.06.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdehnə qarşı sənədlərin araşdırılıması, torpaq sahəsinin və əmlakın mülkiyyətə geri qaytarılması tələbinə dair inzibati işə məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh Başçısının xx.xx.2003-cü il tarixdə onların mülkiyyətinə dair verdiyi sərəncamın doğruluğunun araşdırılıması, Şəmkir rayon bələdiyyəsinin xx.xx.2004-cü il tarixdə 28 saylı qərarla X1 klubuna satılması və saxta verilən sənədlərin araşdırılması, göstərilən ərazinin A.Teymur adına üzüm istehsalı və emalı müəssisəsinin xx.xx.1997-ci il tarixli, 7 nömrəli protokoluna əsasən 0.05 ha torpaq sahəsini və elektro sex iş otağını mülkiyyətə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq iddiaçılar gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələblərinə əsasən məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında İddiaçı2 iddia tələbinin dəqiqləşdirilməli olması izah olunmuş, əks təqdirdə iddianın mümkün sayılmayacağı barədə ona xəbərdarlıq edilmişdir. Bundan sonra xx.xx.2020-ci il tarixdə iddiaçı tərəfindən məhkəməyə vəsatət təqim edilərək yenidən eyni məzmunlu tələb barədə qərar qəbul edilməsi xahiş edilmiş, nəticə etibarilə iddia tələbi dəqiqləşdirilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim, yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, iddiaçıya iddianın qanunun tələblərinə uyğunlaşdırılmasına dair yardım göstərilməsinə baxmayaraq onun tərəfindən qanunun bu tələblərinin yerinə yetirilməməsini məhkəmə onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilməməsi kimi qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 46, 80, 81 və 85-ci maddələrinin tələblərinəəsasən, məhkəmə Q ə r a r a a l d ı : İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdehnə qarşı sənədlərin araşdırılıması, torpaq sahəsinin və əmlakın mülkiyyətə geri qaytarılması barədə iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-481/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-481/2020
11.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver